N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə16/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   12   13   14   15   16   17   18   19   ...   194

 

47

Albaniyanın etnik tarixi türk etnosları, eyni zamanda 



hunlarla, bulqarlarla, xəzərlərlə, savirlərlə, kəngərlərlə 

peçeneqlərlə və s. bağlıdır. Əgər nəzərə alsaq ki, Alban 

yazısının çiçəklənmə dövrü həqiqətən, A.Şanidzenin qeyd 

etdiyi kimi, V-VIII əsrlərə düşür, onda həmin çiçəklənmə 

prosesində türklərin iştirakı daha çox güman edilə bilər, 

çünki III əsrdən başlayaraq yuxarıda sadaladığımız türk 

tayfaları, tayfa birlikləri Albaniyadakı türk etnosunun 

nüfuzunu o dərəcədə artırmışdılar ki, heç bir ictimai-

mədəni (xüsusilə bu cür bir neçə əsr davam edən) hərəkat 

onun fəaliyyəti olmadan keçinə bilməzdi. 

M.Kağanqatlı “Aqvan tarixi”ndə yazır: “İgid Cavanşir 

öz taxtında arxayın oturduğu vaxt, qışda gündüz ilə gecənin 

bərabər olduğu zaman (22 dekabrda – red.) hunların 

hökmdarı saysız-hesabsız atlılar ilə basqın edib gəldi. 

Cavanşir öz ölkəsinə ehtiyatlı və hazır olmağı əmr etsə də, 

Hun akınçıları Gürün bu tayına və Araz sahilinə keçərək, 

təkcə yerli adamları deyil, həm də Ararat vilayətindən və 

Sunik ölkəsindən qışlağa gəlmiş adamları, qoyun və mal-

qaranı yağma edib öz düşərgələrinə apardılar. Bundan 

sonra hunların hökmdarı, Cavan-şirin üzünü görmək 

istədiyindən öz qardaşlarını onun yanına göndərərək onunla 

görüşməyi, qardaşlıq və dostluq ittifaqı yaratmağı təklif 

etdi. Ancaq igid və ər knyaz qorxmaq fikrində deyildi. 

Deyin, İran şahlarından hansı Türkistan hökmdarını 

üzbəüz görə bilərdi? Ancaq o (Cavanşir – red.) qorxmadan 

xilaskar xalq qarşısında diz çöküb söylədi: “Mən ölümün 

gözü içinə baxacağam, ancaq mən pis bir şey olacağından 

qorxmuram, çünki Sən – Tanrı mənimləsən”. 

Bundan sonra o, hökmdar görkü ilə onların qarşısına 

çıxdı. Ancaq hunların hökmdarı da onu qarşılamağa 

çıxaraq, gəmi ilə çayın bu tərəfinə üzüb gəldi və burulğan, 



 

48

dərin sularda onunla görüşdü. Onlar qarşılıqlı narazılığı 



kəsmək və ikitərəfli dostluq yaratmaq üçün öz aralarında 

gənəşdilər. Onlar sülh bağlayıb hər biri çayın bir tərəfinə 

qayıtdılar. O biri gün mənim hökmdarım nə etsə yaxşıdır? 

O, on yeddi ər ilə birlikdə çayı keçib hunların düşərgəsinə 

gəldi və orada hun hökmdarının qızı ilə evləndi və həmin 

gün də 120 min davar və mal-qara, 7 min at və 1200 nəfər 

əsir alınmış kişini geri qaytardı”

1



Burada ümumi və əlbəttə, mənbənin tarixi “üslubuna” 

müvafiq şəkildə Zaqafqaziyanın qədim inzibati vahidlərinin 

güclü türk axınları önündə dayanmadığı, dağıldığı dövrün 

məntiqi öz əksini tapmışdır. 

A.Bakıxanov qədim Albaniya ərazisində etnolinqvistik 

proseslərin son nəticələrini (əsərin yazıldığı dövrdəki 

vəziyyəti) bu cür təsvir edir: “Şamaxı və Kudial (Quba) 

şəhərləri arasında yerləşən mahalların Şirvanda Keüz, 

Lahıc və Qoşunlu, Quba uyezdində Barmaq, Şeşpara, 

Buruğun aşağı hissəsi və altı tərəkəmə, yaxud türkmən 

kəndini çıxmaqla bütün Bakı uyezdinin əhalisinin danışdığı 

dil onların fars mənşəli olduğuna şəhadət verir. Quba 

uyezdinin Zaqafqaziyada tamamilə fərqli dildə danışan 

Xınalıq kəndini çıxmaqla, qərb hissəsi, Samurq vilayəti 

Tabasaranın iki mahalı: Dərə və Əhmirlü müxtəlif ləhcələri 

olan xüsusi dildə danışırlar ki, türklər onları moqol 

adlandırırlar. “Dərbəndnamə” müəllifinə və başqa 

səbəblərə görə, onları massaget alanlarının nəslindən 

saymaq olar. Bakı uyezdindəki Maşqata kəndinin əhalisi də 

görünür, həmin xalqdan törəmişdir. Adından başqa 

(Maşqata – massaget) da onlar bütün qonşularından 

fərqlənirlər. Tabasaranın qalan mahallarının ayrı dili var. 

Tabasaranın dörd kəndi – Maqartı, Maqraqa, Xusni və 

                                                           

1

 Azərbaycan tarixi üzrə qaynaqlar, səh. 51-62. 




 

49

Çıraq, Uluç və Tərəkəmə mahalları, Dərbənd şəhəri və hər 



iki tərəfi, Tin, Müskür, Şabran mahalları, Kudial (Quba) 

şəhəri və Şirvanın Salyanla birlikdə yerdə qalan mahalları. 

Bakı tərəkəmələrinin altı kəndi və bütün monqol və 

tatarlardan törədiklərini göstərir. Həmin bu türk ləhcəsində 

hazırda Ermənistanda, Gürcüstanın bir hissəsində, 

Azərbaycanda və bir çox fars əyalətlərində danışırlar”

1



Albaniyada etnolinqvistik proseslərin qədim erməni, 



gürcü, xüsusilə Bizans mənbələrinin verdiyi məlumatlar, 

materiallar əsasında analitik təhlil belə bir təsəvvür yaradır: 

a) e.ə. son əsrlərdə və eramızın ilk əsrlərində 

Albaniyada xüsusi şəkildə fərqlənən və “dövlət 

mədəniyyətini” bütövlükdə ifadə edən bir dil olmamışdır – 

bir neçə dil olmuşdur ki, ölkənin ayrı-ayrı hissələrinin 

toponimiyasındakı müxtəlifliklər bunu təsdiq edir; eyni 

zamanda, müxtəlif etnoslar arasındakı əlaqələr də intensiv 

deyildi – türk etnosları daha sistemli şəkildə ölkənin 

mərkəz (Sakasena – Artsaq), şimal-şərq və şimal-qərb 

hissələrində yerləşmişdilər; 

b) əvvəlcə tədricən, III əsrdən isə daha sıx-sıx gələn 

hun türkləri türk dilinin Albaniyadakı nüfuzunu sürətlə 

qaldırdı və “dil bərabərliyi” tədricən aradan qalxdı – bu 

proses VIII əsrə qədər davam etdi; bununla belə, yazısı olan 

bir, yaxud bir neçə dil xristian kilsəsində mühafizə edilib 

qala və öz fəaliyyətini davam etdirə bilərdi (məsələn, 

udinlərin dili kimi); 

c) Albaniyanın süqutu ilə əlaqədar olaraq bütün yazı 

irsi xristian kilsəsinin sərəncamına keçir, qeyri-xristian (və 

eyni zamanda qeyri-müsəlman) mənbələri məhv edilir; 

Alban kilsəsinin erməniləşməsi nəticəsində həmin yazı irsi 

də “erməniləşdirilir” (təbii və süni şəkillərdə), lakin 

                                                           

1

 

А



.

К

.



Бакыханов

Гюлистан



-

и

 



Ирам

Баку



, 1991, 

стр


. 24-25. 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə