N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə18/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   14   15   16   17   18   19   20   21   ...   194

 

53

prosesin hər iki tipinin mövcud olmasında təəccüblü heç nə 



yoxdur, yəni başqa ərazilərdən köçənlərin (miqrantların) 

yerli etnosa daxil olması. Azərbaycanın cənub hissəsində 

e.ə. IX-VII əsrlərdə gedən, kuti-lullubi tayfalarının 

mannalılar xalqı halında konsolidasiyası və həmin dövrdə 

Manna dövlətinin yaranmasına gətirib çıxaran etnogenetik 

proses buna aydın nümunədir. Eyni şeyi müəyyən ölçüdə 

atropatenlilər barəsində də demək olar: onlar e.ə. IV əsr – 

eramızın III əsrində Mannanın həmin ərazisində, lakin 

Arazsahili torpaqların müəyyən hissəsini əhatə etməklə və 

təsir dairəsi kimi Xəzərsahili torpaqların bir hissəsini 

tutmaqla Atropaten dövlətini yaratmışlar. Bu baxımdan 

Albaniya bir qədər başqa cür görünür, belə ki… O, Cənubi 

Azərbaycandan gələn və yerli əhali, o cümlədən qarqarlarla 

qarışan etnoslar tərəfindən yaradılmışdır. Ancaq eramızın 

IV əsrindən başlayaraq Azərbaycanda etnogenetik prosesin 

ikinci tipi üstünlük əldə edir. Onun ərazisində müxtəlif 

tayfalar və xalqlar həm şimaldan (hunlar, savirlər, xəzərlər

qıpçaqlar, daha sonra Qızıl Orda tatarları), həm cənubdan 

(farslar, ərəblər) və həm də İran vasitəsilə şərqdən (səlcuq 

türkləri, monqol-tatarlar), daha sonra yenidən iranlılar və 

türklər böyük axınlar halında hərəkət etmişlər. Görünür, bu 

cür tarixi şəraitdə… aborigen əhalisinin öz dilini, inamını 

və hətta öz fiziki varlığını saxlamaq o qədər də asan 

olmamışdır

1

“. 


Lakin ümumi sözlərlə türk etnoslarının Azərbaycanda 

“cavanlaşdırılması” bu problemi daha da dolaşıq salır. 

Görəsən bu qədər özgə dilli tayfaların axını Azərbaycanda 

türk dilinin üstünlüyünün və qələbəsinin qarşısını niyə 

almadı? Ona görə ki, türk tayfalarının axını burada yaşayan 

türk etnosları ilə üst-üstə gəlirdi. 

                                                           

1

 A.S.Sumbatzadə. Göstərilən əsəri, səh. 16-17. 




 

54

Eyni intensiv tarixi proses roman dillərinin yayılmadığı 



ərazilərdə də baş vermiş, lakin həmin ərazilərdə elə bir 

qeyri-roman mənşəli əhəmiyyətli aborigen etnos 

olmamışdır ki, izsiz itsin

1



 

ƏDƏBİ DİLİN TƏŞƏKKÜLÜNÜN

 

 

İLKİN ŞƏRTLƏRİ 



 

Azərbaycan türk dili formalaşdığı bir dövrdə (III-VIII 

əsrlər) ədəbi dilin ünsürləri də yaranırdı. 

Ə.S.Mubatzadə Azərbaycan ədəbi dili tarixinin 

görkəmli tədqiqatçısı Ə.Dəmirçizadənin belə bir fikri ilə 

mübahisə edir ki, Azərbaycan dili V-IX əsrlərdə ümumxalq 

dili kimi formalaşmışdır

2

. Müəllif həmin tarixi XI-XII 



əsrlərə qədər geri çəkir

3



Azərbaycan ümumxalq dilinin təşəkkülü, artıq qeyd 

olunduğu kimi, təkcə Azərbaycan ərazisindəki (lokal) 

etnolinqvistik proseslərlə izah oluna bilməz, həm də 

ümümtürk səviyyəli (böyük coğrafiyanı əhatə edən) 

proseslərlə bağlıdır ki, Ə.Dəmirçizadə “kifayət qədər lokal 

material” olmadığı halda Azərbaycan dilinin təşəkkül 

tarixini V-IX əsrlərə aid edərkən məhz həmin münasibəti 

nəzərə almışdır. Ə.Sumbatzadə isə dil proseslərinin bu 

tərəfini nəzərdən qaçırdığına görə, belə təsəvvür etmişdir 

ki, aborigen türklərin tarixi, dil yaradıcılıq təcrübəsi bir 

yana, gəlmələr də “sıfar”dan başlamışlar. Halbuki bu, 

mümkün deyil, tarixi dil yaradıcılığı təcrübəsi heç zaman 

unudulmur. Saklar, hunlar, eləcə də oğuz-səlcuqlar 

                                                           

1

 Bu barədə bax: 



Проф

М



.

В

.



Сериевский

Введение



 

в

 



романское

 

языкознание



М

., 1952, 



стр

. 41-65. 

2

 

А



.

С

.



Сумбатзаде

Азербайджанцы



 – 

этногенез

 

и

 



формирование

 

народа



стр


. 130. 

3

 Yenə orada, səh. 131. 




 

55

Azərbaycana eyni zamanda “dialekt dövrü” dil 



xüsusiyyətlərini gətirmiş və burada yaymışlar. Hətta belə 

düşünmək tamamilə məntiqlidir ki, Azərbaycan ümumxalq 

dili təşəkkül ərəfəsində və təşəkkül tapdığı ilk əsrlərdə 

“ümumtürk dili”ndən o qədər də fərqlənməmişdir. 

Eyni zamanda Ə.M.Dəmirçizadənin haqlı olmasını 

yeni araşdırmalar tamamilə sübut edir. Nədənsə, 

Ə.S.Sumbatzadə özünün qurduğu çərçivəyə uyğun 

gəlməyən elmi müddəalara göz yummuşdur. 

E.ə. I minilliyin ortalarından etibarən ümumi türk ədəbi 

dilinin ünsürləri fəaliyyətə başlayır və regional türk 

ümumxalq dillərinin, bunun ardınca isə ədəbi dillərinin 

formalaşmasına təsir edir. Qədim türk şeirinin mükəmməl 

şifahi örnəkləri meydana çıxır ki, bunların müəyyən hissəsi 

(şübhəsiz, bir sıra, hətta ola bilsin ki, nisbətən böyük 

dəyişikliklə də olsa) sonrakı dövrlərdə yazıya alınmışdır. 

Sak (Turan) hökmdarı Alp Ər Tonqanın (Əfrasiyabın) 

ölümünə həsr olunmuş ağı M.Kaşğarinin “Divan”ında əks 

olunmuşdur:  

 

 

 



Mətn: 

Alp Ər Tonqa öldimü, 

İsiz ajsun kaldımu, 

Ödlək oçin aldımı, – 

Emdi yürək yırtılur. 

 

Ödlək yaraq gözətti,  



Oqrı tuzak uzatdı,  

Bəglər bəlim azıttı,  

Kaçsa kah kurtulur. 

 

Tərcümə:  



Alp Ər Tonqa öldümü, 

Qaba dünya qaldımı,  

Zaman bacını aldımı, – 

Artıq urək partlayır. 

 

Fələk məqam gözəldi,  



Gizli cəhənnəm yaratdı, 

Bəylərbəyini çaşdırdı,  

Qaçıb necə qurtular? 

 



Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə