N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə103/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   99   100   101   102   103   104   105   106   107

374 
 
Su mübadilə proseslərində də qida maddələrinin parçalan-
masında, yeni maddələrin biosintezində də iştirak edir. Su mexa-
niki  funksya  da  daşıyır:  oynaqları  hərəkət  zamanı  sürtünmə  ilə 
zədələnmədən  qoruyur.  Bütün  bu  göstərilənlərlə  əlaqədar  olaraq, 
insan və heyvan 20%-dən çox su itirdikdə ölür.  
Mineral maddələr miqdarına görə 2 qrupa: makroelement-
lərə və mikroelementlərə bölünür.  
Makroelementlərin  orqanizmdə  miqdarı  0,001%-ə  qədər-
dir. Bu miqdardan az, yəni 10
-3
─10
-12
% arasında olan elementlərə 
isə  m i k r o e l e m e n t l ə r  deyilir. Makroelementlərə: kalsium, 
maqnezium, natrium, kalium, xlor, kükürd, fosfor və s. mikroele-
mentlərə:  mis,  yod,  kobalt,  sink,  manqan,  molibden  və  başqaları 
aidddir.  
Makroelementlərə orqanizmdə əsas qeyri-üzvi birləşmələr: 
sulfat, fosfat, karbonat, xlorid, flüorid turşularının duzları şəklində 
təsadüf olunur. Bu duzlar osmos təzyiqinin  yaranmasında, buferli 
məhlulların  əmələ  gəlməsində,  turşu-qələvi  müvazinətində  də 
iştirak edir.   
Mikroelementlər  əsasən  üzvi  birləşmələrin:  zülalların, 
fermentlərin,  vitaminlərin  və  hormonların  tərkibində  olur.  Məsə-
lən,  zülallardan  hemoqlobində  dəmir,  vitaminlərdən  siankobala-
mində  kobalt,  fermentlərdən  ksantinoksidazada  molibden,  karbo-
anhidrazada sink, hormonlardan tiroksində yod vardır.  
 
 
13.1 Suyun mübadiləsi 
 
Su  orqanizmdə  diri  çəkinin  yarıdan  çoxunu  (50–80%-ni) 
təşkil edir. Bu da heyvanın  növündən,  yaşından,  yemindən,  yem-
lənməsindən  və  s.  amillərdən  asılıdır.  Yaşlı  heyvanlarda  suyun 


375 
 
miqdarı  cavanlara  nisbətən  azdır.  Əgər  yeni  doğulan  buzovun 
bədənində  suyun  miqdarı  75%  təşkil  edirsə,  yaşlı  öküzdə  55% 
olur.  Orta  köklükdə  olan  qoyunun  bədənində  50–60%,  çox  kök 
qoyunda  isə  35–45%  su  vardır.  Bədəndə  müxtəlif  orqanlarda  su 
eyni  miqdarda  paylanmır.  Məsələn,  bədəndəki  suyun  mütləq 
miqdarının 48%-i əzələdə, 11%-i dəridə, 8%-i qandadır. Beləliklə, 
heyvan orqanizmindəki suyun mütləq miqdarının çoxu əzələlərdə, 
dəridə,  bağırsaqlarda,  sümüklərdə  və  qanda,  azı  isə  ağciyərdə, 
beyində,  böyrəklərdə  və  dalaqda  mövcuddur.  Orqanizmdə  və 
bioloji mayelərdə də suyun miqdarı müxtəlifdir. Məsələn, qaraci-
yərdə 70%, əzələ toxumasında 75%, beyində 70–84%, böyrəklər-
də 82%, qanda 85%, tüpürcəkdə 99,4%, sümük toxumasında 16–
46% su var.   
İnsanın  bədənində  olan  suyun  ⅔  hissəsi  hüceyrələrdə, 
qalanı isə ondan xaricdə olur.  
Insan  və  heyvan  suyu  xaricdən  qida  ilə  və  içməklə  qəbul 
edir. İnsan sutkada 2,5-2,8 l, at 15-18 l, camış 42-91 l mənimsə-
yir. Su orqanizmin özündə də, mübadilə zamanı qida maddələrinin 
oksidləşməsində  də  yaranır.  Toxumalarda  1  kq  nişasta  oksidləş-
dikdə 600 ml, 1kq zülaldan 400 ml və 1 kq yağdan isə 1 l-dən çox 
su  əmələ  gəlir.  Buna  görə  də  onun  balansı  həmişə  mənfi  olur. 
Qəbul  olunan  sudan  ifraz  edilən  suyun  miqdarı  təxminən  15% 
çoxdur.  Su  qismən  mədədən  və  əsas  bağırsaqlardan  sorulur. 
Bədəndə onun əsas deposu dəri sayılır. Çünki içilən suyun 80%-i 
ehtiyat  halında  dəridə  toplanır.  Suyun  bədəndə  saxlanmasını 
natrium ionu, əksinə, ifrazını isə kalium və kalsium ionları artırır, 
toxumaların dehidra-tasiyasına səbəb olur.  
Su  bədəndən  əsasən  sidiklə  gedir.  Bədəndən  çıxan  suyun 
təxminən 50%-i sidiklə, 30%-i dəri və ağciyərlə, qalanı isə bağır-
saqdan nəcislə ayrılır. İnsan sidiklə sutkada 1,5 l, at 4–8 l su ifraz  


376 
 
edir.  
Suyun  mübadiləsində  dəri  və  böyrəklərin  də  əhəmiyyəti 
çoxdur.  Böyrəklərin  normal  fəaliyyəti  zamanı  insan  orqanizmin-
dən içilən suyun 80%-i 3–4 saata, atınkı 30–54%-i və inəyinki 33–
61%-i 4–6 saata xaric olur.    
Suyun mübadiləsinə bəzi daxili sekresiya vəzilərinin (qal-
xanabənzər, hipofiz, mədəaltı vəzi və s.) hormonları da təsir gös-
tərir. Buna misal vazopressini, tiroksini və s.-ni göstərmək olar.  
Tiroksin suyun ifrazatını artırır, vazopressin və insulin isə 
azaldır,  toxumalarda  saxlanmasına  şərait  yaradır.  Suyun  mübadi-
ləsinin nizamlanmasında sinir sistemi də (beyin qabığı, ara beyin, 
boz qabıq) iştirak edir.    
 
 
14.2 Duzların mübadiləsi 
 
Bütün  canlıların  həyatında  duzların  da  rolu  az  deyildir. 
Duzlar ən çox (təxminən 84%) insan və heyvanların sümüklərində 
olur. Sümük toxumasının 85%-ni kalsium-fosfat, 10%-ni isə kalsi-
um-karbonat  təşkil  edir.  Sümüklərdə  1,5%  maqnezium-fosfat  da 
vardır. Küldə 0,3% kalsium-flüorid də olur.  
Duzlar orqanizmdə buferli sistemlərin də (fosfat, karbonat 
buferləri və s.) əmələ gəlməsində, osmos təzyiqinin yaranmasında 
iştirak edir.  
Kalsiumun  orqanizmdə  miqdarı  2%-ə  yaxın,  maqnezium 
0,05%, kalium 0,3%, natrium 0,15% və flüor 0,009% olur. Orqa-
nizm duzları qida və içilən su ilə qəbul edir. İnsan və heyvanların 
duzlara  olan  təlabatı  onların  yaşından,  qidasından,  ilin  fəslindən, 
fizioloji  və  patoloji  halından  və  s.  amillərdən  asılıdır.  İnsanın 
sutkalıq təlabatı kalsiuma 0,7–0,8 q, fosfora 1,5–2 q, natriuma 4–8 


377 
 
q, kaliuma 2–3 q, xlora 2–4 q təşkil edir. Heyvanların diri çəkisi-
nin hər 100 kq-na sutkada inəkdə 5 q, atda 35 q, qoyunda 3–10 q 
kalsium, müvafiq olaraq 2,5 q, 37 q və 1,5–5,5 q fosfor tələb edi-
lir. Bəzi duzlar (kalsium-karbonat, maqnezium-karbonat, kalsium-
fosfat, maqnezium-fosfat) suda pis həll olur. Pankreas şirəsi və öd 
onların sorulmasını asanlaşdırır.   
 
 
 
Duzların  orqanlarda  paylanması  müxtəlifdir.  Kalsium, 
maqnezium  və  fosforun  duzları  ən  çox  sümüklərdə,  xörək  duzu 
dəridə,  dəmir  qaraciyərdə  toplanır.  Onlar  sidiklə,  tərlə  (natrium 
xlorid)  və  nəcislə  ifraz  olunur.  Civə,  qurğuşun  və  bismut  duzları 
yoğun bağırsağın selik qişası ilə ifraz edilir. Kalsium-fosfatlar isə 
əsas sidiklə və qismən nəcislə ayrılır.  
Natrium və kalium bədəndə fosfat, karbonat, xlorid, sulfat 
turşularının  duzları  formasındadır.  Bu  elementlərin  müəyyən 
hissəsi ionlaşmış halda, bir qismi də zülallar, nuklein turşuları və 
başqa maddələrlə birləşmiş vəziyyətdədir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə