N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə105/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   99   100   101   102   103   104   105   106   107

381 
 
 
 
Dəmir  zülal  komplekslərindən  ən  çox  (quru  çəkiyə  görə 
17–25%) ferritində olur. Bu da əsas qaraciyərdə və dalaqdadır.  
Xlor bütün toxumalarda və bioloji mayelərdə ion halında-
dır.  Bu  ən  çox  mədə  şirəsində  xlorid  turşusunun  tərkibində,  qan 
plazmasında,  xörək  duzunda  mövcuddur.  Bioloji  mayelərdə 
osmos  təzyiqinin  yaranmasında  xlorun  da  rolu  böyükdür.  Qanın 
osmos təzyiqinin 65–70%-i xloridlərlə əlaqədardır.  
Flüor  sümüklərdə,  dişlərdə  kalsium-flüorid  şəklindədir. 
Bunun  artıqlığından  dişlərdə  ləkə  əmələ  gəlir.  Bu  da  xallı  emal 
adlanır. Flüorid az olanda isə dişin emalı sərtliyini itirir.  
 
 
13.3 Mikroelementlər 
 
Heyvan  orqanizmində  mikroelementlər  mühüm  fizioloji 
funksiya  yerinə  yetirir.  Bir  çox  fermentlərin  (karboanhidraza, 
uratoksidaza, tirozinaza, prolidaza, ksantinoksidaza, fosfopiruvat-


382 
 
hidrataza və s.) hormonların və vitaminlərin tərkib hissəsi mikro-
elementlərdən  ibarətdir,  mübadilə  proseslərinin  fəallaşmasında, 
qandoğurmada, toxuma tənəffüsündə, boy və inkişaf proseslərində 
iştirak edir.  
Mikroelementlərin  üzvi  birtləşmələri  qeyri-üzvi  birləşmə-
lərinə nisbətən daha qüvvətli təsir göstərir. Məsələn, 20 mq qeyri-
üzvi kobalt 0,004 mq üzvi kobaltla əvəz olunur.  
Mikroelementlərin çatışmazlığından bir sıra xəstəliklər baş 
verir,  heyvanların  boy  və  inkişafı  ləngiyir,  məhsuldarlığı  azalır. 
Bu da xarici mühitdə: torpaqda, suda, bitkilərdə onların azlığından 
və  ya  artıqlığından  irəli  gəlir.  Bu  məsələlərin  öyrənilməsi  ilə 
biogeokimya  elmi  məşğul  olur.  Biogeokimya  kainatın  kimyəvi 
tərkibi ilə orqanizmin elementar kimyəvi tərkibi arasındakı əlaqə-
ni  və  mübadilə  proseslərini  öyrənir.  Biogeokimyanın  banisi  aka-
demik V. İ. Vernadskidir. Hazırda bəzi ölkələrdə bir sıra biogeo-
kimyəvi  əyalətlər  müəyyən  edilmişdir.  Bu  da  mikroelementlərin 
xarici mühitdə yayılma dərəcəsini (azlığını və artıqlığını) göstərir. 
Bu məsələni ilk dəfə öyrənən akademik L. P. Vinoqradov, sonra-
lar isə V V Kovalski, Y. V. Peyve, Y. M. Berzin, M. A. Riş, R. K. 
Dautov və başqaları olmuşdur. Bu biogeokimyəvi əyalətlərə  görə 
insan  və  heyvanların  mikroelementlərlə  nə  dərəcədə  təmin  olun-
duğu müəyyən edilir və bir sıra əməli tədbirlər həyata keçirilir. Bu 
sahədə Azərbaycanda da xeyli işlər aparılmışdır (Ə. Güləhmədov,  
İ. Eyyubov, F. Hacı-yev, Q. Xəlilov, K. Daşdəmirov və başqaları).  
Azərbaycanın çox rayonlarında (Şəki–Zaqatala, Lənkəran–
Astara, Laçın–Kəlbəcər, Gəncə - Qazax, Muğan zonalarının və s.) 
mikroelementlərin  (yod,  kobalt,  mis,  manqan  və  s.)  çatışmazlığı 
və bununla əlaqədar olan bəzi xəstəliklərdə (endemik ur, enzootik 
ataksiya, alimentar anemiya və s.) aşkar edilmişdir. Lakin bir sıra 
rayonlarda (Daşkəsəndə kobalt, Gədəbəydə mis, Naxçıvanda mo- 


383 
 
libden və s.) isə əksinə mikroelementlərin miqdarı çoxdur.  
İnsan və heyvanlar mikroelementləri yediyi qida və içdiyi 
su ilə qəbul edir. Xarici mühitdə kobalt çatışmadıqda heyvanlarda 
akobaltoz  xəstəliyi  nəzərə  çarpır.  Bu  xəstəlik  zamanı  B
12
  vitami-
ninin  sintezi  pozulur.  Çünki  onun  tərkibində  4,5%  kobalt  vardır. 
Ona görə də akobaltoz B
12
 avitaminoza da səbəb olur. Xəstəliyin 
qarşısını almaq üçün və profilaktik məqsədlə heyvanların yeminə 
kobalt və ya B
12
 vitamini əlavə olunur.  
Yod  orqanizmdə  ən  çox  qalxanabənzər  vəzdə  toplanır  və 
tiroksinin sintezində iştirak edir. O, çatışmayanda endemik ur xəs-
təliyi baş verir. Yodun çatışmamazlığına donuzlar, xüsusən cavan-
ları  daha  həsasadır.  Yodun  çatışmamazlığının  qarşısını  almaq 
üçün  insan  və  heyvanlara  verilən  xörək  duzuna  natrium  yodid  
(100 kq-a 1 q) qatılır.  
Mis  orqanizmdə  ən  çox  qaraciyərdə  və  dalaqda  toplanır. 
Bu  mikroelement  qanyaratmada  və  hemoqlobinin  sintezində  işti-
rak edir. Orqanizmdə mis çatışmadıqda qoyunlarda enzootik atak-
siya (yalama) xəstəliyi baş verir, qanazlığı (anemiya) əmələ gəlir.  
Manqan ən çox qaraciyərdə və böyrəklərdə olur. Ferment-
lərdən  peptidazaları,  fosfatazaları,  arginazanı,  karboksilazanı,  
xolinesterazanı  və  s.-ni  fəallaşdırır.  ATF-lə  fəal  kompleks:  Mn 
ATF
2-
 əmələ gətirir.  
Manqanın  çatışmazlığı  qanyaranma prosesinə, cinsi  yetiş-
məyə, daxili sekresiya vəzilərinin fəaliyyətinə mənfi təsir göstərir. 
Manqanın  çatışmazlığına  quşlar  daha  həssasdır.  Onlarda 
perozis adlanan xəstəlik baş verir. Bu isə ətrafların və qanadların 
sümüklərinin deformasiyası ilə xarakterlənir.  
Molibden xarici mühitdə çox olduqda heyvanlarda xroniki 
molibden toksikozu əmələ gəlir. Boy prosesi dayanır, anemiya baş 
verir, diri çəki azalır. Qoyunlarda yun məhsuldarlığı pozulur.  


384 
 
Orqanizmdə  təbii  radioaktiv  elementlərin  əhəmiyyəti  də 
çoxdur.  Onlardan  (məsələn,  radioaktiv  karbon)  alınan  enerjidən 
mübadilə proseslərində istifadə olunur. Bu məsələləri radiobiolo-
giya  öyrənir.  Hazırda  radiobiologiya  elminin  sürətlə  inkişafı  da 
bununla əlaqədardır.  
Mikroelementlərin  maldarlıqda:  heyvanların  normal  inki-
şafında  və  məhsuldarlığında  əhəmiyyəti  böyükdür.  Ona  görə  də 
heyvanların  yemləndirilməsində  onların  mikroelementlərə  olan 
təlabatı və yemlərdə, yem payında, kifayət qədər olmasına da fikir 
verilməlidir.   
 
 
 
 
  13.4 Maddələr mübadiləsinin orqanizmdə əlaqəsi 
(vəhdəti)
 
 
Maddələr  mübadiləsi  bir-biri  ilə  sıx  əlaqəsi  olan  və  bir-
birini  tamamlayan  ardıcıl  kimyəvi  proseslərdən  ibarət  nizamlı 
düzülüşü olan ansambıldır. Heterotrof orqanizmlərdə qida vasitə-
silə  hazır  şəkildə  qəbul  edilən  üzvi  maddələr  kimyəvi  proseslər 
nəticəsində bir-birinə əlaqəli şəkildə çevrilirlər və bunun hesabına 
onların orqanizmi qurulur.  
Qəbul  edilən  qidanın  tərkibində  orqanizmin  qurulması 
üçün  lazım  olan  maddələr  hazır  şəkildə  mövcud  deyildir.  Yalnız 
bir sıra biokimyəvi çevrilmələr (fermentlərin iştirakı ilə) sayəsində 
heterotrof  orqanizmlərdə  bir  sinifə  mənsub  olan  üzvi  maddələr 
digər  sinifin  nümayəndələrinə  çevrilir.  Bu  da  orqanizmin  həyat 
fəaliyyətinin  qurulmasına  və  inkişafına  zəmin  yaradır.  Məsələn, 
heterotrof orqanizmlərdə qida vasitəsilə qəbul olunan karbohidrat-
ların yağlara çevrilməsi aşağıdakı sxem əsasında baş verir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə