N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   21   22   23   24   25   26   27   28   ...   107

92 
 
lərdir.  
Flavoproteidlər  və  rodopsin  də  xromoproteiddir.  Flavopro-
teidlərin  prostetik  qrupu  B
2
  vitamini,  rodopsininki  isə  A  vitami-
nidir.  
Rodopsində A-vitamini 11-sis-retinal şəklindədir.  
Rodopsin  gözün  torlu  qişasının  fotoreseptor  təbəqəsində 
(membrana) zülalların 80-85%-ni təşkil edir.  
3.13.4.  Metalloproteidlər  və  metalloidproteidlər.  Bu  qrup 
mürəkkəb  zülalların  tərkibində  sadə  zülallardan  başqa  prostetik 
qrup:  dəmir, mis,  sink,  kobalt, kalsium,  flüor və  qeyri elementlər 
də  olur.  Metalloproteidlərdən  qaraciyər  və  dalaqda  olan  ferment-
lərdə  dəmir  (20%)  və  sink  vardır.  Bu  zülal  orqanizmdə  dəmirin 
deposu sayılır.  
Hemosiderin  də  tərkibində  dəmir  saxlayan  zülaldır.  Bunda 
25%  nukleotid  və  karbohidrat  vardır.  Bu  zülal  əsasən  retinuklo-
endateli hüceyrələrində olur.  
3.13.5.  Fosfoproteidlər.  Fosfoproteidlərin  tərkibində  pros-
tetik qrup olaraq fosfat turşusuna təsadüf olunur. Bu da serinfosfat 
və treoninfosfat şəklindədir.  
Fosfoproteidlərə  misal  süddə  olan  kazeini,  yumurta  sarısın-
dakı  ovovitellini,  balıq  kürüsündəki  ixtulini  və  s.-ni  göstərmək 
olar. Bunlar ehtiyat qida zülalları sayılır. Fosfoproteidlər heyvan-
ların bəzi üzvlərində (məsələn: qaraciyərdə) fosfat turşusunun fəal 
forması kimi mübadilə proseslərində fəal iştirak edir. Fermentlər-
dən pepsin, fosforilaza, fosfoqlükomutaza da fosfoproteiddir.  
3.13.6. Lipoproteidlər. Lipoproteidlər sadə zülallarla lipidlə-
rin  (yağ  turşuları,  neytral  yağlar,  fosfatidlər,  sterinlər)  birləşmə-
sindən əmələ gəlir.  
Lipoproteidlərin bəziləri suda həll olan kompleks  birləşmə-
lərdir. Bunlarda lipidlər daxildə, zülallar isə xaricdə yerləşir. Zülal  


93 
 
hissəsi daxildə və lipid hissəsi xaricdə yerləşən lipoproteidlər yal-
nız üzvi həlledicilərdə həll olur.  
 
Lipoproteidlər  çox  labil  (davamsız)  birləşmələrdir.  Bunlar 
hüceyrələrin orqanellalarının 
əmələ gəlməsində istirak edir. 
Lipoproteidlər hüceyrə pərdə- 
sinin tərkib hissəsini təşkil et- 
məklə sızma prosesinin tənzim  
olunmasında mühüm rol oyna- 
yır.  
 
Lipoproteidlərə bütün to- 
xumalarda rast gəlinir. Bunlara 
ən çox sinir toxumasında, qan  
zərdabında, yumurta sarısında, süddə və s.-də rast gəlinir.  
3.13.7. Qlikoproteidlər. Qlikoproteidlərə mukoproteidlər də 
deyilir. Bunlar sadə zülalların karbohidratlarla  (qlükoza, qalakto-
za, maltoza, fruktoza, qlükozamın, qlükuron turşusu, sulfat turşu-
su, sirkə turşusu və s.) və onların törəmələrinin (neyramin və sial 
turşuları) birləşməsindən əmələ gəlir. Karbohidratlar bu zülalların 
10-20%-ni,  aminşəkərlər  isə  4%-ə  qədərini  təşkil  edir.  Məsələn, 
qammoqlobinlərin  tərkibinin  20%-ə  yaxını  karbohidratlardan 
ibarətdir. Bu qrup zülallardan sümük toxumasında,  qığırdaqlarda, 
gözün  buynuz  təbəqəsində,  həzm  şirələrində  olan  musinləri  və 
mukoidləri, qan plazmasındakı  qaptoqlobinləri, fetuini  göstərmək 
mümkündür.  
Zülallar molekullarının formalarına, fəza quruluşlarına (kon- 
formasiyasına) görə 2 qrupa: fibrilyar və qlobulyar zülallara bolu-
nür.  Fibrilyar  zülallar  uzun  sapvari  formalıdır,  suda,  duz  məhlu-
lunda  həll  olmur.  Kallogen,  keratin,  fibronin  və  s.  belə  zülallar-
dandır.  Qlobulyar  zülallar  dairəvi,  kürə  formasındadır.  Suda  həll 


94 
 
olur  –  mioqlobin,  hemoqlobin,  zərdab  albumini,  ribonukleaza  və 
s. belə zülallardandır. Bəzi zülalları (fibrinogen, miozin və s.) ara-  
lıq tipə məxsusdur.  
Zülalların yuxarıda sadalanan təsnifatı təfsilatı ilə tam düz-
gün hesab olunmur. Bir çox zülallar bu və ya digər qrupa aid olan 
xassələri özündə əks etdirir. Bu səbəbdən zülalları əsasən iki əla-
mətlərinə görə ayırırlar. Fəza quruluşuna və funksiyalarına görə.  
I. Fəza quruluşlarına görə fərqlənən zülallar. Bu əlamətlə- 
rə görə qlobulyar zülallar dörd sinifə bölünür;  
 
 
 
1)  α-  zülallar  –  polipeptid  zəncirinin  60%-dən  çoxu  α 
spirallardan təşkil olunanlar. 
2)  β  –zülallar  –  polipeptid  zənciri  β  spirallardan  (2-dən  az 
olmamaq şərtilə) təşkil olunanlar. 
3) (α+β)- zülallar-polipeptid zənciri hər iki quruluşda təşkil 
olunanlar. 
4) 


-zülallar-  polipeptid  zəncirinin  α  sturukturunun  β- 
strukturunun  əhatəsində  olanlar  və  ya  əksinə  β-strukturunun  α-
spiralının əhatəsində olan zülallar. 
Qlobulyar  zülalların  ən  çox  rast  gəlinənləri 


quruluşda 
olanlardır.  Sonrakı  yeri  β  quruluş  tutur,  α  və  α+β  quruluşda  isə 
olan qlobulyar zülallara az rast gəlinir.  


95 
 
II.Funksyalarına görə zülallar aşağıdakı qruplara ayrılır-
lar:  
Zülalların  müəyyən  fəza  quruluşuna  malik  olması,  orqani-
zmdə hər hansı bir funksiya daşıması hüceyrənin əmələ gəlməsin- 
də bioloji xassələrinin formalaşmasında əsas rol oynayır.  
Zülalların  funksyası  aşağıdakı  sxemdə  daha  aydın  göstəril-
mişdir. 
 
1. Quruluş funksyaları.  
Zülallar hüceyrə xarici  quruluş funksyalarını  yerinə  yetirir-
lər:  İpəyin  tərkibində  rast  gəlinir,  tükün  və  dırnağın  quruluşunu 
təmin edir, dəriyə quruluş və quruluq verir, ətraflıarın qurulmasın-
da iştirak edir.  
Zülallar 
Fermentlər 
(ribonukleaza, 
tripsin, DNT, 
RNT, polimeraza 
və s.) 
Müdafiə zülalları 
(immunoqlobulin, 
intafenon və s.) 
Hərəkətverici 
zülallar (aktin, 
miozin və s.) 
Quruluş zülalları 
(kollagen, 
kerofon və s.) 
Ehtiyat zülallar 
(kazein, yumurta 
zülalı və s.) 
Antibiotiklər 
(aktinostitin, 
neokortinostitin 
və s.) 
Toksinlər (difte-
riyaedici və s.) 
Nəqliyyat zülal-
ları (hemoqlobin, 
mioqlobin və s.) 
Tənzimləyici 
zülallar (his-
tonlar, repres-
sorlar və s.) 
Reseptor 
zülalları (radop-
sin, xolin resep-
torları və s.) 
Hormonlar 
(insulin, boy 
hormonu və s.) 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə