N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə5/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   2   3   4   5   6   7   8   9   ...   80

Müasir tarixi mərhələdə siyasi sahədə çevik və düzgün qərarlar
qəbul etmək daha çətindir. Çünki bu zaman çoxlu sayda amilləri
nəzərə almaq lazım gəlir. O cümlədən insanların və ayrı-ayrı qrupların
siyasi məqsədlərinin mövcudluğu amili də nəzərə alınmalıdır. Böhranlı
məqamlarda situasiya daha da mürəkkəbləşir. Azərbaycanın 1993-
cü ildə düşdüyü vəziyyət siyasi, sosial və geosiyasi baxımdan olduqca
mürəkkəb idi. Ona görə də belə bir şəraitdə çevikliklə düzgün kurs
seçmək siyasi dahilik tələb edirdi. Ümummilli lider Azərbaycanın
gələcəyinə görə məsuliyyəti öz üzərinə götürdü və “hədsiz gərgin
zəhmət bahasına 1993-2003-cü illərdə yeni milli inkişaf strategiyasını
formalaşdırmağa müvəffəq oldu” (1.1.5). Təcrübə göstərir ki, belə
fürsət heç də hər cəmiyyətə nəsib olmur.
Beləliklə, Azərbaycanın milli inkişaf strategiyası mədəniyyəttutumlu
suverenlik ideyasına əsaslanırdı. Bu mənada mədəniyyəttutumlu su-
verenliyin Azərbaycan Respublikasının daxili və xarici siyasətinin
özəyi olması fikrini qəbul etmək lazım gəlib. Postsovet məkanı üçün
bu kurs kifayət qədər yeni olmaqla kreativ siyasi təfəkkür tələb edir.
Problemin mahiyyəti də məhz bundadır. Çünki müstəqilliyinə yenicə
qovuşan və hər tərəfdən əsassız ittihamlara məruz qalan gənc bir
dövlətin xarici siyasətinin möhtəşəm binasının bünövrəsinə bədxahların
gözünə ox kimi batan zəngin milli mədəniyyəti qoyub, demokratik
dövlət qurmaq olduqca mürəkkəb bir iş idi. Başqa geosiyasi şərtlərlə
yanaşı, həm də ona görə ki, Azərbaycana qarşı olan əsassız hiddətin
kökündə məhz zəngin, təkrarolunmaz milli mədəniyyət və dövlətçilik
ənənələrimizin varlığını bəzilərinin qəbul etmək istəmədiyi dururdu.
Heydər Əliyev bütün risklərə sinə gərərək dövlətçilik kursunun
əsasına milli mədəniyyət amilini qoydu. Mədəniyyəttutumlu suverenlik
ideyası qlobal kontekstdə Azərbaycan üçün çox əhəmiyyətli idi.
Keçən əsrin ikinci yarısından başlayaraq, cəmiyyətin inkişaf mo-
delinin təməlində hansı ideyanın qoyulması müzakirə obyektinə
çevrildi. Hərbi qüdrət, yoxsa iqtisadi güc, güclü ideologiya, yaxud
mütərəqqi mədəniyyət sistemi və s. kimi variantlar müxtəlif formalarda
müzakirəyə çıxarıldı. O cümlədən geosiyasi nəzəriyyələrdə ciddi
ideya transformasiyaları baş verdi. Onlar haqqında ayrıca paraqrafda
21


ətraflı danışacağıq. İndi isə onu qeyd edək ki, XX əsrin 90-cı
illərindən başlayaraq qabaqcıl düşüncəli insanlar mədəniyyətə istinad
edən inkişafın daha dayanıqlı və davamlı olduğunu ümumi əsaslarla
vurğulayırlar. Məhz bu səbəbdən də XXI əsr “humanitar əsr” adlan-
dırılmağa başlayır. Bu əsrdə silahlar və ya iqtisadi sistemlər deyil,
mədəniyyət sistemləri, ideologiyalar, konsepsiyalar yarışırlar.
XXI əsr informasiya əsri də adlandırılır. Bu əsrdə informasiyanın
Mənası və Təyinatı yeniləşir. Hələ 1998-ci ildə professor Piter
Draker yazırdı: “The next information revolution is well under
way... It is a revolution in CONCEPTS... It asks “What is the MEA-
NING of information and what is its PURPOSE?” (1.1.6, s.47).
Yəni “Növbəti informasiya inqilabı artıq başlamışdır... Bu, KON-
SEPSİYALAR inqilabıdır... Bu inqilab fərqli məsələ qaldırır: “İn-
formasiyanın MƏNASI nədir və onun TƏYİNATI nədən ibarətdir?”
Qeyd etmək lazımdır ki, dünyanın heç də bütün qabaqcıl alimləri
P.Drakerin vurğuladığı dəyişikliyi duya bilmirdilər. “Yeni informasiya
inqilabı” anlayışını məhdud mənada başa düşmək doğru deyil. Bir
sıra tədqiqatçılar ona daha çox sosioloji məzmun verirlər.
XX əsrin 90-cı illərinin sonlarında alimlərin haqqında bəhs
etdikləri inqilabın nəfəsini Heydər Əliyev ən azı 5 il öncə siyasi
mühitdə hiss etməyə başlamışdı. Ona görə də Ulu öndər yeni müstəqil
dövlətin inkişaf modelinin təməlinə İNFORMASİYA-nı (mədəniyyəti)
qoydu. O, siyasi mübarizədə, dövlət quruculuğunda iqtisadiyyat,
hərbi inkişaf, texnoloji tərəqqi və s. kimi bütün başqa amillərlə mü-
qayisədə KONSEPSİYA-nın daha çox əhəmiyyət daşıdığını bilirdi.
Tarixi şəraitin çağırışlarına XX əsrin 90-cı illərində Azərbaycan
bu şəkildə cavab verdi. Problemin XX əsrin əsas geosiyasi nəzəriy-
yələrinin işığında təhlili nəzəri-siyasi aspektlə yanaşı, konkret de-
mokratik dövlət quruculuğu, daxili və xarici siyasətin bir-birinə uy-
ğunluğu kimi mühüm məsələlər baxımından da xüsusi maraq doğurur.
Çünki bu təhlillərə əsaslanaraq Azərbaycanın xarici siyasətinin
prioritet istiqamətlərinə və onların həyata keçirilməsi mərhələlərinə
nəzər salmaq mümkün olacaqdır.
22


1.2. Geosiyasətdə ideya transformasiyaları:
“sərt güc”dən “yumşaq güc”ə keçid
Biz “Geosiyasətə giriş” kitabında geosiyasi nəzəriyyələrin təkamülü
ilə bağlı geniş təhlil vermişik (bax: 1.2.1, s.422-484). Geosiyasi nə-
zəriyyələrin əsas ideyalarına və bütövlükdə məzmununa təkamül as-
pektində diqqət yetirilmişdir. İndi isə qarşımızda daha konkret vəzifə
durur. Geosiyasi nəzəriyyələrin ideya transformasiyalarına müstəqilliyini
keçən əsrin 90-cı illərində əldə etmiş postsovet məkanı ölkələrinin
xarici siyasətinin formalaşması prizmasından nəzər salmağa ehtiyac
duyulur. Əvvəlcə ümumnəzəri səviyyədə bir neçə mühüm məqama
aydınlıq gətirək.
Bu kitabın metodoloji qeydlər hissəsində vurğulamışdıq ki, elmi
yanaşmamız insan fəaliyyətinin bütün sahələri arasında sıx qarşılıqlı
bağlılığın olmasına əsaslanacaqdır. Həmin yanaşma çərçivəsində
cəmiyyətin siyasi, iqtisadi, elmi, mədəni, geosiyasi və başqa sahələri
bütöv, açıq, qeyri-xətti və mürəkkəb sistemin tərkib hissələri kimi
təsəvvür edilir. Geosiyasi nəzəriyyələrin XX əsrdə ideya transfor-
masiyalarına həmin yanaşmanın işığında nəzər yetirdikdə, ənənə
ilə müasirliyin maraqlı əlaqəsini görmüş oluruq. Belə ki, hər bir
geosiyasi nəzəriyyənin əsas ideyasının məzmununa dövrün fəlsə-
fi-elmi idrakının çox ciddi təsiri olur. Fəlsəfi-elmi təfəkkürlə siyasi
şüurun ümumi səviyyədə bir-biri ilə sıx əlaqədə olması çoxdan mə-
lumdur.  Burada söhbət konkret geosiyasi nəzəriyyənin ideya
məzmunu ilə dövrün fəlsəfi dünyagörüşü və elmi paradiqması
arasında paralelliyin mövcudluğundan gedir. Fizikada  Nyuton
mexanikasının, biologiyada darvinizmin əsas elmi paradiqma kimi
qəbul edildiyi dövrlərdə geosiyasi nəzəriyyələrin əsasını coğrafi de-
terminizm (geodeterminizm) təşkil edirdi. F.Ratsel (1.2.2), H.Makinder
(1.2.3), K.Haushofer (1.2.4) və başqaları həmin paradiqmaya daxil
olan geosiyasi nəzəriyyələrin müəllifi idilər. Təbii ki, fizika və
biologiya sahəsində formalaşmış elmi təsəvvürləri birbaşa geosiyasətə
tətbiq etmək çox risklidir. Bu, fəlsəfədə reduksionizm (lat. reductio -
“qayıtma”, “geriyə dönmə”) adlanır. Reduksiya mürəkkəb hadisələrin
sadə hadisələrdə işləyən qanunauyğunluqlarla izah edilməsi deməkdir.
23


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə