Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə57/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   53   54   55   56   57   58   59   60   ...   78

edərək Dərgəzdən xeyli əsir götürdükləri haqqında məlumat da öz əksini
tapmışdır. Belə bir tarixi rəvayət də var ki, Nadir anası və qardaşı İbrahimlə
birlikdə özbəklər tərəfindən əsir aparılırlar, lakin bir qədər sonra Nadir qar-
daşı ilə birlikdə əsirlikdən qurtula bilir. Nadirinin atası İmamqulunun həyat -
dan tez köçməsi barəsində də tarixi ədəbiyyatda bəzi ziddiyyətli mə qamlar
vardır. Belə ki, bəzi ədəbiyyatlarda İmamqulunun hələ Nadirin uşaqlıq il-
lərində həyatdan köçməsi, bəzilərində isə Nadirin 20-22 yaşlarında olarkən
vəfat etməsi göstərilir.
M.K.Mərvinin yazdığına görə, İmamqulu  Əbivərd hakimi Baba Əli
bəyin torpaq sahələrinin idarə edilməsində çalışırmış. Baba Əli bəy  gənc
Nadirin bacarıq və əzmkarlığının şahidi olub, onu da öz yanında işə götü -
rübmüş. Bundan sonra Nadirin həyatı Baba Əli bəy ilə bağlı olur.
Nadir İsfahanı azad etdikdən sonra öz oğlu Rzaqulu üçün Təhmasib
Mirzənin qızı Fatiməsultan bəyimi aldı. Tarixi mənbələrdə 1718-ci ildə
doğulmuş Rzaqulu Mirzənin ilk oğlu Şahrux Mirzənin anadan olmuşdur.
Tarixi ədəbiyyatda Rzaqulu Mirzənin 6 oğlunun olması göstərilir.
Şahrux Mirzə, Fətəli, Əhmədqulu, Humayu, Bisütun, Mahmud xan. Şahrux
Mirzədən başqa yerdə qalan 5 oğlu və özü 1747-ci ildə Əliqulu xanın gön -
dər diyi adamlar tərəfindən qətlə yetirildilər. Rzaqulu Mirzə Məşhəddə
Nadir şahın yanında dəfn edilmişdir. Şahrux Mirzənin isə (1734-1796)
4 oğ lunun olması haqqında tarixdə məlumat vardır. Bunlar isə Nadir Mirzə,
Abbas Mirzə, Nəsrullah Mirzə, İmamqulu Mirzədir. 
İmamqulu Mirzədən sonra İsmayıl Mirzə, Davud Mirzə, İsmayıl
Mirzə, Qulamrza Nadir adında Rzaqulu Mirzənin davamçıları İranda
yaşamışdır. Davud Mirzə Tehranda poçt departamentində işləmiş, 1992-ci
ildə vəfat etmişdir. Ondan isə 3 oğlan, 2 qız övladı qalmışdır.
Nadirin ikinci oğlu Nəsrullah Mirzə 1721-ci ildə ikinci xanımı Köv -
hər şahdan anadan olmuşdur. Nəsrullah Mirzənin ilk adı Murtuzqulu olmuş-
dur. Hindistan müharibəsində göstərdiyi şücaətə görə, Nadir tərəfindən ona
Nəsrullah Mirzə adının verildiyi deyilir. Hindistandakı qələbədən sonra
Nadir şah Hindistan şahı Məhəmmədin qızını oğlu Nəsrullah Mirzə ilə
evləndirir. Tarixi ədəbiyyatda Nəsrullah Mirzənin qətlə yetirilən oğlan-
larının adı çəkilir: Yıldız xan, Mustafa xan, Teymur xan, Söhrab sultan,
Murtuzqulu xan, Oğuzlu xan və Əsədullah xan. Bunlar da 1747-ci ildə
Úàùàíýèð Ùöñåéí ßôøàð
176


Əliqulu şah tərəfindən ataları Nəsrullah Mirzə ilə yanaşı qətlə yetirildilər.
Nadirin üçüncü oğlu İmamqulu təxminən 1725-ci ildə anadan olmuş-
dur. Nadir şah 1745-ci ildə Qarsda osmanlıları ağır məğlubiyyətə düçar et-
dikdən sonra osmanlılar ilə sülh müqaviləsi bağladı. Nadir 3-cü oğlu
İmamqulu Mirzəyə cah-calal ilə toy etdi. (İmamqulu Mirzəni Azər baycan
bəylərbəyi olan bibisi oğlu Əmiraslan xanın qızı ilə evləndirdi.)
İmamqulu Mirzənin 1746-cı ildə Hüseynqulu adlı bir oğlu anadan ol-
muşdu. Həmin qarışıqlıqlar vaxtı Əmiraslan xanın qızının, hansısa səbəb-
dən oğlu Hüseynqulu ilə Təbrizdə olması güman edilirdi. (Bu onların
məlum hadisələrdəki qətlinin qarşısını aldı). Əmiraslan xan Nadirin qətlini
eşidib, Əliqulu xana tərəf müxalifətə keçdi və Azərbaycan bəylərbəyiliyinin
hakimi kimi Əliqulu şaha qarşı müxalifətdə olan qardaşı İbrahim xan ilə
birləşib, ona qarşı mübarizə apardılar. Bu müharibədə Əliqulu şah məğlub
oldu, lakin daha sonra Əmiraslan xan İbrahim xanın niyyətini anladı.
(İbrahim xan da şahlıq iddiasına düşüb, İmamqulunun övladlarının tapılıb,
qətl olunmasını tələb etdi). Əmiraslan xan belə bir halda İbrahim xan ilə
müqaviləni pozub, Təbrizə doğru geri çəkildi və İbrahim xana qarşı müxa -
lifətə keçib, Azərbaycan bəylərbəyiliyinin müstəqilləşməsi uğrunda müba -
rizəyə başladı. Az sonra onların qoşunları Marağada üz-üzə gəldi. Bu
döyüşdə Əmiraslan xanın qoşunları məğlub oldu. İbrahim xanın əmri ilə
yaxın qohumu (atasının bibisi oğlu) Əmiraslan xan və onun qardaşı Sarı
xan Təbrizdə qətlə yetirildilər.
1
Bir tarixi fakt da qeyd etmək istəyirəm. M.Kazimi, Keşiş Bazen və
Lokkart Nadir şahın 15 oğul nəvəsinin olduğunu öz əsərlərində qeyd
edirlər, lakin onların yalnız 13-nün adı və taleyi barəsində məlumat verilib.
İki nəvənin həyatı və taleyi barəsində isə heç bir tarixi mənbədə məlumat
tapmaq mümkün olmamışdır.
Bir qədər geriyə qayıdıb, bu tarixi araşdırmaya bir aydınlıq gətirmək
istəyirəm. Belə ki, Məmməd Kazımi, Keşiş Bazen, L. Lokkart və başqa
tarixçilər Nadir şahın 15 oğul nəvəsinin olduğunu öz əsərlərində qeyd et-
mişlər, lakin onların yalnız 13-nün adı və taleyi barəsində məlumat ve -
rilmişdir. İki nəvənin həyatı və taleyi barəsində isə tarixi mən bələrdə heç
bir məlumat tapmaq mümkün olmamışdır. 
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
177
1
M.H.Qüddusi. Göstərilən əsəri, s. 215.


Bazen yazır ki, Nadir şah Girmandan Məşhədə son səfərini edərkən
Xorasan vilayətinin girişindəki Təbəs məntəqəsində bütün övladlarını hüzu-
runa çağırdı və onlarla görüşdü. Keşişin sözünə görə, onların sayı 13 nəfər
idi. Ona görə Nadir şahın 15 oğlan nəvəsi olması barədə verilən məlumat-
larda məhz həmin 2 nəvəsi (Hüseynqulu və İmanqulu) barəsində bilgi ve -
rilməmişdir. (Bəlkə onların haqqında məlumat verilsəydi, bu uşaqların da
talei acınacaqlı olardı). 
M.M.Kaziminin «Aləm Ara-ye Naderi» əsərində də Əliqulu xanın
göstərişi ilə qətlə yetirilən Nadir şah övladlarının siyahısı verilmişdir.
Həmin siyahıda aşağıdakıların adları vardır: Böyük şahzadə Rzaqulu Mirzə
– 29 yaşında, şahzadə Nəsrulla Mirzə –  23 yaşında, şahzadə İmamqulu
Mirzə – 18 yaşında, Çingiz xan  – 3 yaşında, şahzadə Məhəmmədulla xan
– 7 aylığında. Şahzadə Rzaqulu Mirzənin övladları Fətəli Mirzə – 12 ya -
şın da, Vahidqulu Mirzə – 11 yaşında, Humayun xan – 6 yaşında, Bisütun
xan – 3 yaşında, Mahmud xan – 3 yaşında. Nəsrulla Mirzənin övladları
Ulduz xan – 7 yaşında, Mustafa Sultan – 4 yaşında, Söhrab Sultan – 4 ya -
şında, Timur xan – 4 yaşında, Murtuzqulu xan – 2 yaşında, Uğurlu xan –
2 ya şında, Əsədulla  – 2 aylığında.
1
Hər iki mənbə kimi göstərilən bu siyahıda həmin İmamqulunun övlad-
ları barəsində heç bir məlumat verilməmişdir. Bu fakt onu göstərir ki, ya
onlar təbii ki, bunu məxfiçiliyə (konsprasiya) görə, ya da məlu mat larının
olmamasından irəli gəlmişdir. Yuxa rı da vurğuladığım kimi, ancaq bu həmin
uşaq ların həyatının gələcəkdə də qorunması üçün və ya bilməməzlikdən
Nadir şah dövrü nün salnaməçiləri Kazimi və Bazen tərəfindən bu nəvə lər
qeyd olunmamışdır.
Apardığım araşdırmalar, tədqiqatlar nəticə sin də, məlum olur ki, Nadir
şah Muğan qurultayından sonra (1736) Xorasanda böyük tayfa lar dan biri
olan Zülqədərlər tayfasına (bu tayfa da Əfşar boyundan idi) Qarabağ xanlığı
ərazi sin dən böyük xəzinə torpaqları pay vermişdi. Zül qədərlər nəslinin tari -
xi kökləri haqqında 1988-ci ildə İstanbulda çap olunmuş «İslam ensiklo-
pediyası»nda geniş və hərtərəfli məlumat verilmişdir. Bu türk Əfşar sülaləsi
haqqında XIV əsrdən ərəb, fars və türk mənbələrində də xəbər verilir.
Úàùàíýèð Ùöñåéí ßôøàð
178
1
M.M.Kazım. Aləm Ara-ye Naderi. c., III, 8 1197-1198


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə