Nailə Vəlixanlı



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə12/34
tarix24.12.2017
ölçüsü0,64 Mb.
#17947
1   ...   8   9   10   11   12   13   14   15   ...   34

16 

 

ərazidə, Dəbildə  və s.) apardığı döyüşlər və  nəhayət,  əl-Məmunun ölümünədək Dəbildə qalması haqqında 



məlumat verir (136). 

Mənbələrdəki məlumat bundan sonrakı illərdə də ərəb qoşun dəstələrinin dəfələrlə Naxçıvan ərazisindən 

keçərək, ölkənin müxtəlif yerlərinə bu və ya digər çıxışları yatırmaq məqsədilə etdikləri yürüşlərə həsr olunub. 

Naxçıvanda isə bu zaman, görünür, uzağa qaçmayaraq, Xalidin ordusu getdikdən sonra yenidən şəhərə qayıtmış 

və öz hakirniyyətini yenidən möhkəmlədə bilmiş Yəzid ibn Hisn əmirlik etməkdə davam edirdi. Belə ki, xəlifə 

əl-Mütəsimin (833-842) xürrəmilərin məğlubiyyətindən sonra da bölgədə davam edən qarışıqlığa son qoymaq 

məqsədilə Cənubi Qafqaza təyin etdiyi son vali Həmduyə ibn Əli ibn əl-Fadl 849-cu ildə Naxçıvanda olarkən 

onu məhz Yəzid ibn Hisn qarşılamış və ondan aman istəmişdi (137). 

IX yüzilin ortalarında ərəb üsul-idarəsinə, onun vergi sisteminə qarşı ölkədə günü-gündən artan hərəkatı 

yatırmaq məqsədilə  xəlifə  əl-Mütəvəkkil Qafqaza sərkərdə Böyük Buğanı (Buğa  əl-kəbir) göndərir. 

Münəccimbaşı yuxarıda adı  çəkilən Həmduyə ibn Əlini Böyük Buğanın müavini kimi təqdim edir (138). Bu 

sərkərdənin Azərbaycan və Arranda olduğu vaxt Naxçıvanda ərəb  əmirlərinin iqamətgahı vardı. Yerli müəllif 

eyni zamanda vergi toplamaqla məşğul olan ərəb qoşunu başçısı İbrahimin regionu bürümüş çıxışları dəf etmək 

cəhdlərini də qeyd edir (139). 

[44 - 45] 

Bütün bunlar göstərir ki, Xilafətin Azərbaycandakı hökmranlığı, xüsusilə, Xürrəmilər hərəkatından 

sonrakı dövrdə, bilavasitə bu hərəkatın təsirilə edilən çıxışlar nəticəsində bir qədər zəifləsə də IX yüzilin sonuna 

- Sacilər sülaləsinin nümayəndələri hakimiyyəti ələ keçirənədək, hələ də güclü idi. 

Beləliklə, yerli və ərəb mənbələrinin müqayisəli öyrənilməsi Naxçıvanın ərəb işğalından sonra inzibati 

baxımdan III Ərəb Ərminiyəsinin tərkibində yeni təşkil edilən, ərəblərəqədərki erməni Vaspurakan vilayətinin 

adını qəbul etsə də ərazi baxımından ondan fərqlənən əl-Busfurrucan vilayətinə qatıldığını, strateji əhəmiyyətli 

bu şəhərdə ərəb qarnizonu və vergi məmurunun (amilinin), eləcə də, mənşəcə ərəb olan və ya ərəblərin məvlası 

olan  şəhər hakiminin yerləşdirildiyini, müasir erməni alimlərinin iddialarına rəğmən heç bir mənbədə 

Naxçıvanın bilavasitə  və ya dolayısı ilə Ermənistana aidiyyatını, erməni feodal nəsli Arsrunilərin mülkü 

olduğunu təsdiq edən məlumatın olmadığını göstərir. 

 

Qeydlər və istifadə olunmuş mənbə və ədəbiyyat: 



 

1. Kitabul Futuh bu Abi Muhammad Ahmad ibn A’tham al-Kufı.  

Heydərabad, 1968-1975 [bundan soma: əl-Kufı (Heydərabad nəşri)], с. I, s. 201; 

Annates quos scripsit Abu Dyafar Mohammed ibn Dyarir at-Tabari cum alius  

ed. M. de Goeye. Prima series, Lugduni Batavorum,  

1879-1890 bundan soma: ət-Təbəri), c.I, s. 2615. 

2. Себеоста (История Епископа Себеоса. Пер. Ст. Малхасяна. Ереван, 1939, s.87) 

Atrpatakanın Xorox Ormizd (yəni Fərruxzad Hörmüzd) adlanan hakimi və onun 

həmin adı daşıyan oğlu Rostom (Rüstəm) haqqında məlumat verilir. 

[45 - 46] 

Ət-Təbəri (I, 2660-2661) ərəblərin Azərbaycana hücumu dövründə (643-cü il) 

Azərbaycan mərzbanı kimi İsfəndiyar ibn Fərruxzadın adını çəkir (bax həmçinin:  

İbn əl-Əsir. Əl-Kamil fi-t-tarix. Ərəbcədən tərcümə Z. Bünyadovundur. Bakı, 1996, s. 9). 

Moisey Kalankatuklu. Albaniya tarixi. Müqəddımə, tərcümə, qeyd və şərhlər  

akademik Ziya Bünyadovundur (bundan sonra: Albaniya tarixi). Bakı, "Elm", 1993, s. 117-118. 

4. Sebeos, s. 91-92. 

5. Yenə orada, s. 92. 

6. Albaniya tarixi, s. 119. 

7.Yenə orada, s. 121. 

8. Ət-Təbəri, с. I, s. 2615. 

9. Yenə orada, с. I, s. 2804; həmçinin bax; Azərbaycan tarixi, 7 cilddə, с. II, Bakı, 1998, s. 159. 

10.Bax: Azərbaycan tarixi, с. II, s. 159-162. 

11. Yenə orada, s. 161. 

12.  Ət-Təbəri,  с. I, s. 2804; əl-Bəlazuri. Kitab futuh əl-buldən. Luqduni Batavorum, 1866 

(bundan soma: əl-Bəlazuri), s. 404; bax həmçinin: Azərbaycan tarixi, с. II, s.162. 

13. Yenə orada. Bax həmçinin: Nailə Vəlixanlı. Ərəb Xilafəti və Azərbaycan. В., 1994, s. 129. 

Qeyd edilməlidir ki, Cənubi Qafqazın işğalına aid hicri (h.) 22 və 24-cü illərə dair məlumatında  ət-

Təbəri "Azərbaycan və  Ərminiyəyə" hücumdan danışır.  Əl-Babla (Dərbənd) bağlanılan və  mətndə 

yuxarıda adı çəkilən müqavilədə əhaliyə ediləcək güzəştin (cizyədən azad olunmanın) "Ərminiyə və əl-

Əbvabın həm yerli, həm də  gəlmə (qərib) sakinlərinə, eləcə  də  о  ətrafda yaşayan və onlarla birlikdə 




17 

 

müqaviləni qəbul edənlərə" şamil edildiyi qeyd olunur. Ət-Təbərinin mətnindən göründüyü kimi, burada 



Ərminiyə-sözsüz ki, Cənubi Qafqazı (Ermənistan, Albaniya, Şərqi Gürcüstan və Dağıstanın bir 

hissəsini), "əl-ərmən" isə bilvasitə 

[46 - 47]

 erməniləri nəzərdə tutur. Məhz həmin dövrdə, Dərbənd 

ətrafmda ticarətlə məşğul olan gəlmə ermənilər var idi. Ət-Təbəri yazır "Həmin dağların (yəni Qafqazın, 

N. V. ) yamaclarında olan ölkədə elə hündürlüklər var ki, ermənilər о yerlərdə az qalırlar. Çünki onlar о 

ətraflarda yaşayanlardandır, özləri də  gəlmədirlər (mətndə: qərib). Köçərilərin hücumları bu 

hündürlüklərdəki oturaq əhalini dərbədər saldı, qabci-qafqazlılar (dağlılar) öz torpaqlarını atıb, dağlarda 

gizləndilər. Buralarda yalnız sərhədi qoru-yan əsgərlər, bir də onlara kömək edənlər və ya onlarla ticarət 

edənlər (yəni ermənilər, N. V. ) qaldılar".  

14. Yenə orada. Mətndə belədir: "[Əl-Valid] 24-cü ildə Səlman ibn Rəbiə əl-Bəhilini 12 minlik 

ordunun başında Ərminiyəyə göndərdi.  Ərminiyə ərazisinə hücum edən [Səlman] qırır-çatır, talayırdı. 

Soma bol qənimətlə  əl-Validin yanına gəldi. Beləliklə, qələbə qazanıb, məqsədinə çatan əl-Valid 

[Kufəyə] döndü..." Maraqlıdır ki, ət-Təbəri Cənubi Qafqazın işğalı haqqında məlumat verirkən hətta ilk 

yürüşlər dövrü üçün də bu ərazinin VIII əsrdən başlayaraq (Albaniyanın süqutundan sonra) daşıdığı 

inzibati  Ərminiyə adını  işlədir, Arran-Albaniya adını  çəkmir. Hətta  əl-Babın (Dərbəndin) işğalından 

(643) soma Sasani mərzbanı Şəhribərazla ərəblərin bağladığı müqavilədə xəlifənin Şəhribərazın özünə, 

"Ərminiyə əhalisinə və ermənilərə" (əl-ərmən) aman verməsi haqqında məlumat verilir. Bu müqavilənin 

mətnini təqdim edən Dağıstan alimləri Ərminiyənin ərəblərin dövründə (VIII - IX əsrin I yarısı) Cənubi 

Qafqazı (Ermənistan,  Şərqi Gürcüstan (Kartli), Şirvan, Arran və  Dərbənd)  əhatə edən inzibati-ərazi 

vahidi olduğunu qeyd edirlər (М. Г. Гаджиев,  О. М. Давудов  и  А. Р. Шыхсаидов. "История 

Дагестана с древнейших времен до конца XV в. Институт Истории, Археологии и Эпиграфики 

Дагестанского Научного Центра РАН-Махачкала, ДНЦ РАН, 1996, с.200; bundan sonra: История 

Дагестана). [47 - 48] K. N.  Yüzbaşyan (К. Н. Юзбашян. Армянские государства эпохи Багратидов и 

Византия IX-XI вв..  М., 1988, с. 40) Dərbəndin işğalını  A. N. Ter-Gevondyanda  olduğu kimi 

(А. Н. Тер-Гевондян. Армения и Арабский халифат. Ереван, 1977, с. 43-44) səhv olaraq 654-655-ci 

illər Həbib ibn Məsləmənin yürüşü ilə bağlayır (bax həmçinin: R. Məmmədov. Naxçıvan  şəhərinin 

tarixi oçerki. В., 1977, 94), ət-Təbəridə adı  çəkilən  Ərminiyə termininin ərəb inzibati termini deyil 

bilavasitə Ermənistan olduğunu, burada Dərbəndə və Ermənistana aid iki müqavilənin birləşdirildiyini 

gümanla iddia edir. 

15.  История  халифов  Вардапета  Гевонда  писателя VIII века.  Пер.  с  армянского  К. Патканяна. 

СПб, 1862, с. 3 (bundan sonra: Gevond). 

16. Yenə orada. 

17. Sebeos, s. 100. 

18. Həbib ibn Məsləmənin yürüşləri haqqında bax: əl-Bəlazuri, s. 236-241; əl-Kufı, s. 11 

19. Əl-Bəlazuri, s. 234. 

20. Bax: əl-Yəqubi. Tarix. Leyden, 1883, с. II, s. 157; ət-Təbəri, с. IV, s. 248; İbn əl-Əsir, с. III, 

43. 


21. Əl-Bəlazuri, s. 235. 

22. Sebeos, s. 126. 

23.  Ət-Təbəri,  с. IV, s. 248; Müq. et: A. N. Ter-Gevondyan, s. 28-30; Bax: Зия  Буниятов. 

Азербайджан в VII-IX вв. 3 cildlik "Seçilmiş əsərləri"ndə, с. I, s. 106 (bundan sonra: Z. Bünyadov); 

История Дагестана, s. 201, 202. 

24. Bax: Z. Bünyadov, s. 106; Rauf Məmmədov. Göstərilən əsəri, s. 34; История Дагестана, s. 

201. 

25. История Дагестана, s. 202. 



26. A. N. Ter-Gevondyan, s. 30. 

27.  Əl-Bəlazuri, s. 236; Onu da deməliyik ki, Səlman ibn Rəbiə  Həbibin yalnız I yürüşündə 

iştirak edə bilmişdi. 654-55-ci ildə baş verən II yürüş isə A. N. Ter-Gevondyanın iddiasına baxmayaraq 

Səlmansız keçmişdi. Belə ki, o, 

[48 - 49] 

hələ həmin yürüş başlamamış, 32 (652-653)-ci ildə Bələncərdə 

öldürülmüşdü. Əl-Kufmin (s.ll) məlumatına görə Səlmanın ölüm xəbərini alan xəlifə Osman Həbib ibn 

Məsləməyə Ərminiyəyə hücum etmək əmrini vermişdi. Əl-Kufinin bu məlumatı "Səlman ibn Rəbiənin 

öldürülməsindən sonra Həbib ibn Məsləmənin Azərbaycana və  Ərminiyəyə yürüşü haqqında 

hekayət"ində verilmiş, sonuncunun Xilata və Siraca (Şirak) hücumları açıqlanmışdı. 

28. Yenə orada. 

29. Yenə orada, s. 237. 

30. Yenə orada. 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə