Nailə Vəlixanlı



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə10/34
tarix24.12.2017
ölçüsü0,64 Mb.
#17947
1   ...   6   7   8   9   10   11   12   13   ...   34

14 

 

müşayiət edilən  ərəb-xəzər qarşıdurması başlanır. Belə ki, şimaldan hücum edən xəzərlər dəfələrlə ölkənin 



içərilərinə doğru irəliləmiş, Naxçıvandan yan keçməyən yürüşlər təşkil etmişdilər (112). Həm ərəb, həm də yerli 

mənbələr xəzər ordusunun Dərbənd keçidindən başlayan hücumlarının hətta əl-Cəzirə və Mosuladək yetişməsi, 

bu hücumlar zamanı Arazı keçən xəzərlərin bir çox şəhər və kəndləri (Beyləqan, Atəşi Baquan, Ərdəbil, Təbriz 

və s.) ələ keçirərək dağıtması, ərəblərlə onlar arasında Azərbaycan ərazisində baş verən qanlı döyüşlərdən xəbər 

verirlər (113). 

Azərbaycanın  şimalında - Albaniyada yerli dövlətçilik sistemi ləğv edildikdən sonra Xilafətin 

regiondakı təmsilçisi 

[37 - 38]

 olan vali ölkənin şəriksiz idarəedicisinə çevrilir. Bərdədə iqamətgah qurmuş bu 

vali  ərəblərin cəza tədbirlərindən yaxa qurtara bilmiş yerli əyanların hakimiyyətlərini məhdudlaşdırmaqda 

davam edir, onları ağır vergilərə məruz qoyur, ölkənin ayrı-ayrı yerlərində, о cümlədən, Naxçıvan torpaqlarında 

Ərəbistandan gəlmə tayfa və qəbilələrin yerləşdirilməsi üçün şərait yaratmağa çalışırdı. 

VIII  əsrin ortalarında Xilafətin mərkəzində baş verən hakimiyyət dəyişikliyi - Əməvilər sülaləsi 

nümayəndələrinin Abbasilərdən olan xəlifələrlə  əvəz olunması da ərəblərin Cənubi Qafqazda apardıqları 

siyasəti dəyişmədi. Moisey Kalankatuklunun dili ilə desək, "ölkəmizin  şirəsini sovurub aparan" (114) Abbasi 

valilərinin xəlifənin adından həyata keçirdikləri vergi siyasəti  əhalinin kəskin narazılığına, Xilafət  əleyhinə 

yönəldilən və ancaq xəlifə Harun ər-Rəşidin dövründə (786-809) nisbi yatırılması mümkün olan üsyan və 

çıxışlara gətirib çıxartdı (115). Əl-Bəlazurinin  əsərində  xəlifə Haran ər-Rəşidin adından bölgəni idarə edən 

Xuzeymə ibn Xazim ət-Təmiminin (786-787) Naxçıvanın və  Dəbilin ondan əvvəl ölçülməyən torpaqlaгını 

müəyyənləşdirən tədbirləri həyata keçirməsi haqqında məlumat vardır (116). 

Qeyd etməliyik ki, bu dövrdə Abbasilərin hakimiyyətə gəlmələrindən 30 ildən artıq bir müddət keçsə də 

dövlət vergi sistemi hələ də tənzimlənməmişdi. Xəlifə əl-Mehdinin (775-785) dövründə torpağın sahəsinə görə 

alman vergi (misahə)  məhsula görə alman vergi ilə  (muqasəmə)  əvəz olunsa da tətbiq olunan yeni vergilər 

təbəələrin vəziyyətini olduqca ağırlaşdırmışdı.  Əl-Yəqubi, Harun ər-Rəşidin (786-809) təyin etdiyi valilər 

içərisində ən qüdrətlisi saydığı həmin valinin-Xuzeymənin, ölkədə özünün 

[38 - 39]

 birinci valiliyi dövründə bir 

il iki ay müddətində qalması və qanun-qayda yaratması haqqında məlumat versə də (117) yerli müəllif Gevond 

bu qanun-qaydanın yerli hakim və feodalların sıxışdırılması və hətta qətlə yetirilməsi hesabına əldə edildiyini 

xüsusi vurğulayır (118). Xuzeymənin ikinci valiliyi dövrü 803-806-cı illərə  təsadüf edir. Xilafətə qarşı 

mübarizənin daha da dərinləşdiyi bu illərdə  xəlifə valiləri, yerli qaynağın yazdığı kimi, doğrudan da, hər bir 

çıxışı amansızlıqla yatırırdılar. Gevondun, hələ Xuzeymənin birinci valiliyi dövründə, Vaspurakanda feodal 

mülk sahiblərindən olan Arsruni qardaşlarına qarşı həyata keçirdiyi cəza tədbirləri haqqında olan məlumatı bu 

dövrdə ərəb üsul-idarəsinin öz mülklərində yaşamaqda davam edən və yalnız öz nahiyəsini qoruyan (119) yerli 

feodallara olan münasibətini ifadə edir. Əl-Yəqubi də Xuzeymənin, xüsusilə, ikinci dəfə vali təyin edildiyi 

dövrdə, daha qəddar tədbirlərə  əl atması, "batrikləri və  məliklərin oğlanlarını tutaraq boyunlarını vurdurması, 

onlarla çox pis rəftar etməsi haqqında" xəbər verir. 

Harun ər-Rəşid dövründə Azərbaycan (Atrpatakan), Ermənistan, Gürcüstan və Albaniyada biri digərini 

əvəz edən və  mənbədəki ifadəyə görə "Allah qorxusu bilməyən" (120) xəlifə valilərinin Cənubi Qafqaz 

ərazisində, eləcə  də, Naxçıvanda törətdikləri dəhşətli zorakılıq, ikiqat vergi boyunduruğu haqqında olan 

məlumat başqa mənbələrlə  də (Moisey Kalankatuklu, əl-Yəqubi,  Əbu Yusif və b.) təsdiq edilir (121). Xalqın 

qəzəb kasasının dolduğu bu ağır illərdə  ərəblərin hələ  Əməvilər dövründə başlayan  ərəb qəbilələrinin Cənubi 

Qafqazda yerləşdirmə siyasətində yeni mərhələ açılır: Abbasilərin arxalandıqları cənub ərəb tayfalarının axını 

ilə güclənən bu köçürmə zamanı Arran [39 - 40] və Azərbaycanın bir çox şəhər və kəndlərində xəlıfə Harun ər-

Rəşidin şimal və cənub qəbilələri arasında yaranmış münaqişəni aradan götürmək məqsədilə yürütdüyü siyasət 

nəticəsində  Şeybani və Suləmi nəsillərinə  mənsub  şimal  ərəbləri də  məskən salırlar. Mənbələrin məlumatına 

görə, Xuzeymə ibn Xazimin birinci dəfə vali təyin edildiyi dövrdən sonra Harun ər-Rəşidin adından  şimal 

vilayətlərində vali olan Yusif ibn Rəşid  əs-Suləmi buraya yenidən  şimal  ərəb qəbilələrindən olan nizariləri, 

ondan sonra məşhur Məzyədilər-Şeybanilər nəslindən "Azərbaycan,  Ərminiyə, Arran və Bab əl-Əbvabda ilk 

vali olan" (122) Yəzid ibn Məzyəd əş-Şeybani isə rəbiə qəbiləsinə  mənsub olanları yerləşdirdi. Əl-Yəqubinin 

verdiyi məlumata görə bu valiliyi dövründə (787-788) Yəzid ölkəni elə zabitə ilə idarə edirdi ki, heç kəs 

qımıldana da bilmirdi. O, Azərbaycan və Arrana (Ərminiyəyə) ikinci dəfə vali təyin edildiyi dövrdə (799-801) 

isə artıq "ölkədə qayda yarandı və nizarilər (yəni şimal tayfaları, - N.V.) yəmənlilərlə (cənub tayfaları ilə - N. V.) 

bərabərləşdirildi". Mənbədəki məlumatdan görünür ki, ölkədəki iğtişaşların bir qədər sakitləşməsinə yeni valinin 

yerli "məlik və batriklərin oğlanlarına" ümüdverən məktublar göndərməsi də səbəb olmuşdu (123). 

Lakin həyata keçirilən tədbirlər ərəblərə qarşı yönəldilmiş çıxışların qarşısını ala bilmədi. Mənbələrdəki 

(əl-Yəqubi,  əl-Kufı) məlumatın müqayisəli təhlili bu çıxışların da verginin ağırlığı  nəticəsində baş verdiyinə 

dəlalət edir. Hələ 794-cü ildə ona verilən "əş-şəri" (hərfən: şər, şərəşur adam) ləqəbindən "xaricilər" təriqətinə 

mənsubluğu ("şurat" - xaricilər təriqətinə mənsub olanların erkən ləqəblərindən biridir) (124) anlaşılan məşhur 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə