10
çox keçmədən, (görünür, elə həmin 654-cü ildə) yeni vali ilə əvəz edir (65). Artıq bu dövrdə ərəblərin Cənubi
Qafqazdakı işğal dairələri xeyli genişlənərək, şimal-qərbdə Tiflis və şimal-şərqdə Dərbənd daxil olmaqla Xəzər
sahillərinədək bütün tarixi Azərbaycan və qonşu torpaqlarını əhatə etdiyinə görə Xilafət nümayəndəsinin 640-cı
ildən Dəbildə (Dvində) qərarlaşdırılmış iqamətgahı işğal zonasının içərilərinə - hələ də mövcud olan Albaniya
dövlətinin əsas şəhəri Bərdəyə köçürüldü. Xəlifə Osmanın qərarı ilə Həbibi vali vəzifəsində əvəz edən Huzayfa
ibn əl-Yəmən əl-Əbsi oldu. Əl-Bəlazuri Bərdəyə gələn Huzeyfənin ərəb müəlliflərinin bir qədər sonra "Arranın
anası" adlandırdıqları bu şəhərdən Qaliqalayadək bütün yerlərə, о cümlədən, Naxçıvana öz vergi məmurlarını
(ummal) göndərməsi haqqında məlumat verir (66). Lakin, az sonra, xəlifənin yeni əmri ilə Huzeyfə Mədinə
şəhərinə qaytarılır. Onun yerini müvəqqəti olaraq Huzeyfənin işlərini aparan "əmisinin qohumlarından" (67)
Sıla ben Zufar tutur (68). Əl-Kufınin məlumatına
[24 - 25]
görə, rəsmi vali vəzifəsini daşımayan bu şəxs bir il
müddətində ölkədə ağalıq edir: "... yerli hakimləri elə alçaldıb biabır edir ki, onların tabe olub boyun əyməkdən
başqa çarələri qalmır" (69)... Yerli mənbə ərəb işğalına qarşı mübarizənin səngimədiyi bu qarışıq dövrdə Şərqi
Ermənistan hakimi Teodoros Rştuninin ərəblərlə sazişə girdiyi və bunun müqabilində Xəlifə Osmandan "Qafqaz
dağları və Çora (Çoqa) qapısınadək Ermənistan, İberiya, Aqvaniya və Sünikin" idarəsinin ona verilməsinə nail
olduğunu da qeyd edir (70). Lakin həmin məlumatdan bilavasitə sonra verilən "O isə (yəni T. Rştuni - N.V.),
həmin ölkələri [xəlifənin] təbəəliyinə keçirmək üçün işğal edəcəyinə söz verdi", cümləsi Cənubi Qafqaz
ölkələrinin, sözsüz ki, nəinki Teodoros Rştuniyə tabe olmadığını, eləcə də ərəb hücumlarının başlanmasından on
il keçməsinə baxmayaraq hətta Xilafətin də bu yerlərdə möhkəmlənə bilmədiyini sübut edir (71).
İdarə etdiyi torpaqlarının hüdudları Araz çayının sahillərinədək olan yerləri (72), о cümlədən, görünür,
Naxçıvanı da əhatə edən Albaniya hökmdarı Cavanşirin bu zaman apardığı çevik siyasəti də ərəblərin işğalçı
planlarının tam həyata keçməsinə mane olur. İki "bəladan" (Bizansla Xilafətdən) birini, yəni ərəbləri seçərək,
həyatı bahasına onlara arxalanan Teodoros Rştunidən fərqli olaraq, Cavanşir, bu dövrdə Bizansla yaxınlaşmağa
çalışırdı. Buna bir səbəb Xilafətdə Osmanın hakimiyyətinin son illərində xəlifəyə müxalif qüvvələrin meydana
çıxması nəticəsində yaranan qarışıqlıq olmuşdu.
Görünür, Bizansın özü də bu zaman Xilafətin mərkəzində yaranmış vəziyyətdən və ərəb hücumlarının
səngiməsindən istifadə edərək, Cənubi Qafqazda əlindən çıxmaqda
[25 - 26]
olan üstünlüyü qaytarmağa cəhd
göstərirdi; bu bölgədəki vilayətlərin hakimlərinin ərəblərin təbəəliyini qəbul etmiş Teodoros Rştuni ilə
ittifaqının qarşısını almaq məqsədilə,
Sebeosun bir qədər dolaşıq məlumatına görə, II Konstant öz ordusunu
"İveriya, Ağvan və Sünikə" göndərir. Lakin bu yürüş yalnız həmin yerlərin, əlbəttə ki, Naxçıvan ərazisinin də,
bir daha, bu dəfə Bizans ordusu tərəfindən talan edilməsilə nəticələnir (73).
Ağır seçim qarşısında qalmış Cavanşir, sözsüz ki, ölkəsinin bizanslılar tərəfındən də darmadağın
edilməsinə yol verməmək üçün II Konstantla sazişə gedir. Moisey Kalankatuklunun məlumatına görə, o,
Midiyanın, "K’unqr" (Cənubi Azərbaycanın Kinkivar) kəndində Bizans imperatoru ilə görüşür və onun
təbəəliyini qəbul edir (74).
Ərəb mənbəyi (əl-Bəlazuri) məhz bu zaman, yəni Osmanın xəlifəliyi dövründə, Azərbaycan və
Ərminiyədə Huzeyfədən sonra rəsmi surətdə valilik edən məşhur sərkərdə Muğirə ibn Şubənin, ondan sonra isə
daha iki şəxsin adlarını çəkir. Xəlifə Əlinin hakimiyyəti illərində (656-661) isə onun Cənubi Qafqazdakı valisi
əl-Əşas ibn Qeys olmuşdur (75).
VII əsrin II yarısının ilk illərində Xilafətin mərkəzində müxalif qüvvələrin vətəndaş döyüşü səviyyəsinə
gəlib çatan qarşıdurmaları bir qədər əvvəl basılmaz hesab edilən ərəblərin Cənubi Qafqazdakı mövqelərini, təbii
ki, sarsıtmış, təkcə bizanslıların deyil, şimaldan ara-sıra basqınlar törədən xəzərlərin də bu yerlərə olan
iddialarını artırmışdı.
Artıq 661-ci ildə, Əməvilər sülaləsi hakimiyyətə gəldikdən sonra, bu sülalənin ilk xəlifəsi Müaviyənin
(661-680) yürütdüyü siyasət Xilafət-Bizans münasibətlərini bir qədər də gərginləşdirmiş, bu imperiyalarla
bilavasitə
[26 - 27]
əlaqədə olan Cənubi Qafqaz xalqlarını, о cümlədən azərbaycanlıları, münaqişənin
nəticələrindən asılı vəziyyətdə qoymuşdu. Bütün çətinliklərə baxmayaraq, Qafqazdakı mövqelərini
möhkəmlətmək fıkrindən dönməyən hər iki imperiyanın başının biri-birinə qatışması 662-ci ildə xəzərlərin yeni
hücumlarına rəvac vermişdi. Belə ki, onlar bu zaman Dərbənddə yerləşmiş ərəb qoşun hissəsini məğlub edərək,
ölkənin içərilərinə irəliləmiş, lakin Kür çayını keçərək onların qarşısını kəsən Cavanşirin ordusu tərəfındən
basılmışdılar (76). İki il sonra-664-cü ildə, "qış gecə-gündüz bərabərliyi günündə" yenidən hücuma keçən
xəzərlər bu dəfə Kürü keçərək, Araz sahillərinədək gedib çıxmış, yerli mənbənin məlumatına görə, Ağvanın,
Sünikin və başqa yerlərin nəinki əhalisini əsir almış, hətta qış olduğu üçün arana endirilmiş malqaranı da süriib
aparmışdılar (77). Sözsüz ki, bu soyğunçu basqınlar zamanı Naxçıvan əhalisi də xeyli zərər çəkmişdi.
Xəzər hücumlarının arası yalnız 664-cü ildə, Araz sahillərinədək hər yerə basqınlar etmiş "hunların
hökmdarı" ilə Cavanşir arasında dostluq sazişi bağlanandan, alban hökmdarı onun qızı ilə evlənəndən sonra
kəsildi (78).