Наиля сямядова



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə17/83
tarix14.12.2017
ölçüsü4,8 Kb.
#15619
1   ...   13   14   15   16   17   18   19   20   ...   83

 
dövl
ə» əsəri vasitəsilə özünə coxlu dostlar və həmfikirlər tap-
mışam. Onlardan biri Mirzə Yusif xandır ki, o vaxt İran döv-
l
əti tərəfindən Tiflisdə konsul idi. Sonra Parisdə İran dövləti-
nin s
əlahiyyətli naziri vəzifəsinə  təyin olundu.  Biri də  Fətəli 
şah Qacarın oğlu, cavan ölmüş şahzadə Cəlaləddin Mirzə idi. 
O, m
ənimlə dost olmuşdu, məktublaşardı və məni sonsuz də-
r
əcədə əziz tutardı… Dostlarımdan biri də təbrizli Ağa Ələk-
b
ərdir ki, Babayev famili ilə şöhrət qazanmışdır. Oğlum Bel-
çika Universitetin
ə getdikdən sonra daima mənimlə həmsöhbət 
olub, oğlumdan ayrılıq günlərində mənə təsəlli olmuşdur» [12, 
s.271]. 
Axundov dost v
ə həmfikirlərinin şəxsi keyfiyyətlərini, gö-
z
əl xüsusiyyətlərini sadalayır və bu cəhətlərə malik bir çox ya-
xınlarının olduğunu vurğulayır. Bütün bunlar Axundovun tər-
cümeyi-
halının xatirə örnəkləri ilə zəngin olduğunu təsdiq et-
m
əklə ədibin çevrəsində olan insanları daha yaxından və ətraf-
lı tanımağa imkan yaradır. M.F.Axundov məqalə və məktubla-
rının  əksəriyyətində  həyat və  yaradıcılığının  ayrı-ayrı  mərhə-
l
ələrinə toxunur və ictimai-fəlsəfi fikirlərini yaşadığı ömür yo-
lu il
ə əsaslandırır. «Ərəbcə, farsca və türkcədən ibarət olan is-
lam dill
ərinin yazısı üçün yeni əlifba» məqaləsində, Zaqafqa-
ziya  baş  komandanlığı  diplomatik  dəftərxanasının  müdiri 
Xvos
tova, Qafqaz canişini dəftərxanasının direktoru M.P.Şer-
bin
ə, Əsgərxan bəyə, Hüseyn Nizamüddövləyə və bir cox baş-
qa şəxslərə yazdığı məktublarında bu xüsusiyyətlər açıq-aşkar 
görünür.  Qafqaz  canişini  baş  idarəsi  rəisi A.F.Kruzen-Şternə 
yazdığı məlumat vərəqəsində isə Axundov maddi vəziyyətinin 
ç
ətinliyini, ona çatacaq təminatın  təxminən üçdə  birindən 
m
əhrum olduğunu bildirərək yazır: «… Tiflisin bu bahalığında 
m
ənim  boynumda  16  başdan  ibarət bir ailənin yükü vardır. 
X
əzinədən verilən maaşdan başqa mənim heç bir gəlir mənbə-
yim yoxdur. H
ərçənd mənim bir evim var, lakin o da şəhərin 
əlverişli olmayan hissəsində yerləşdiyi üçün gəliri güc-bəla ilə 
ancaq onun t
əmir xərcini, bir də tikinti komissiyasından aldı-
 
52 


 
ğım borcun illik qismini ödəməyə çatır. Halbuki bütün Zaqaf-
qaziya müs
əlmanları arasında yaxşı keyfiyyətlərlə tanınıb on-
la
rın hörmətini qazandığım üçün mən ölkənin adəti üzrə onla-
rın möhtərəm adamlarını Tiflisə gələrkən duz-çörəyə qonaq et-
m
əkdən boyun qaçıra bilmərəm» [12, s.85]. 
Mirz
ə Fətəli Axundovun Azərbaycan MEA M.Füzuli adına 
Əlyazmalar İnstitutunda fars [291] və rus [278] dillərində qə-
l
əmə alınmış tərcümeyi-halı saxlanılır. Axundov «İstanbul xa-
tir
ələri»ndə [14] İstanbula yeni əlifba məsələsi üçün gedərkən 
orada dövl
ət  adamları  ilə  apardığı  müsahibədən bəhs edərək 
«T
əmsilat»dan və  yeni  əlifbaya  aid  kitabçalarından  kimlərə 
h
ədiyyə etdiyini göstərir. Müəllif xatirələrində İstanbula səfəri 
zamanı orada bir sıra dövlət adamları ilə görüşdüyünü və on-
larla yeni 
əlifba haqqında danışarkən iştirak edənlərdən yunan-
lı Aleksandr adlı bir şəxslə apardığı müsahibəni təsvir etmişdi. 
Axundov h
əmin məclisdə  Aleksandrdan  narazı  qaldığı  üçün 
sabahı  günü  bu  barədə  orada olan ən  yaxın  adamı  və  dostu 
Münif 
əfəndiyə yazdığı məktubunda bildirmişdi. 
H.H
əsənov  yazır  ki,  görkəmli Azərbaycan maarifpərvəri 
Firidun b
əy Köçərli M.F.Axundovun tərcümeyi-halını  tərtib 
ed
ərkən Rəşid bəylə sıx əlaqə saxlamış və onun verdiyi məlu-
mat
ların dəyərini və əhəmiyyətini qeyd  etmişdi. By barədə o 
özünün «Az
ərbaycan  tatarlarının  ədəbiyyatı»  kitabında  və 
M.F.Axundovun 100 illik yubileyi münasib
ətilə  1911-ci ildə 
Tiflisd
ə Azərbaycan dilində nəşr olunan xüsusi broşurada yaz-
mışdı [286, s.152]. 
Memuar janrına tərcümeyi-hal, gündəlik, səyahətnamələrlə 
yanaşı məktubları da daxil etmək olar. Belə ki, gündəlik kimi 
şəxsi məktublar da asanlıqla memuar hekayəsi şəklini ala bilər. 
Şəxsi  yazışmalarda  ikitərəfli  əlaqələr dairəsi bu günlə  əlaqə-
l
əndirilir. Bu, külli miqdarda maraqlarla və  gündəlik həyatda 
ç
ətin anlaşılan mübahisələrin reallaşması ilə zəngindir. Çünki 
m
əktub müəllifi ünvan sahibini, mövzusu hər iki yazışan üçün 
ak
tual  olan  çağdaş  varlığın  olayları  ilə  xəbərdar edir. 
 
53 


 
M.F.Axundovun dövl
ət xadimlərinə, İranın maarifpərvər yazı-
çılarına, din xadimlərinə yazdığı məktubları yaradıcılığının öy-
r
ənilməsi ilə yanaşı dövrün kaloritini, ümumi mənzərəsini can-
landırmaq baxımından əhəmiyyətlidir. Məktubların əsas hissə-
si yeni 
əlifba  haqqındadır.  Məktublarda bəhs olunan ikinci 
mövzu «K
əmalüddövlə məktubları»nın nəşri və  təbliği işləri-
dir. Bel
ə ki, ədib bu əsərini nəşr etdirmək üçün dünyanın müx-
t
əlif  şəhərlərində  yaşayan  dostlarına  və  tanışlarına  müraciət 
ed
ərək onlarla məktublaşmışdır. Məktubların bəzisi «ünvanın-
dan başqa əsla məktuba oxşamır. Bu haqda müəyyən təsəvvür 
əldə  etmək  üçün  yalnız  bu  faktı  qeyd  etmək kifayət edər ki, 
M.F.Axundovun C
əlaləddin Ruminin «Məsnəvi»si  haqqında 
yaz
dığı məşhur əsəri həqiqətdə dostu Şeyxülislam Axund Mol-
la 
Əhməd Hüseynzadəyə göndərdiyi məktubdur... Mirzə Yusif 
xanın  «Yek  kəlmə»  əsəri, Mirzə  Ağanın  pyesləri, «Risaleyi-
irad» v
ə «Kritika» da ədibin öz qələm yoldaşlarına və müasir-
l
ərinə yazdığı məktublardan ibarətdir» [13, s.5]. Bu məktublar 
M.F.Axundovun müasirl
ərinin  tanınmasında,  qələm  yoldaşla-
rının əsərləri haqqında məlumatın əldə edilməsində mühüm rol 
oynayır.  Məktubların  üzünü  səliqə  ilə  köçürüb saxlayan ədib 
dostlarına da bu məktubları xüsusi bir dəftərə yazıb saxlamağı 
m
əsləhət görürdü. Ədəbiyyatşünas İslam Ağayev qeyd edir ki, 
M.F.Axundov publisis
tikasının  əsas qismi məktub  formasın-
dadır. Onun «məktubları rəngarəng publisist ifadə vasitələri ilə 
z
əngindir. Bu məktublarda  yazıçı əsasən təşviqedici müraciət 
üsulundan istifad
ə  edir.  Öz  ideyalarını  müasirlərinə  elmi və 
m
əntiqi mühakimələrlə çatdırır» [9, s.155]. 
M.F.Axundovun Brüsseld
ə  təhsil  alan  oğlu  Rəşidlə  olan 
ya
zışmaları şəxsi həyatındakı bir çox məqamlara aydınlıq gəti-
rir. Yazıçının Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxivin-
d
ə Rəşid bəyin atasına ünvanladığı 53 məktubu və ədibin oğ-
luna 2 m
əktubu vardır. F.e.d. Məmməd Adilov haqlı olaraq ya-
zır  ki,  «Rəşid  bəyin epistolyar irsinin tədqiqi, bir tərəfdən, 
onun atası Mirzə Fətəli ilə şəxsi münasibətlərinin, ikinci tərəf-
 
54 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə