Redaktorlar: Aynur Namiq qızı Atabəyli (Fərəcova)
Firəngiz Əliağa Vahid qızı (İsgəndərova)
Məsləhətçilər: Əmir Pəhləvan
Dilavər Arif
Rəyçilər: Ağanəcəf Qədirov
Osman Musayev
Ağayar Ağayev
Texniki redaktor: Gülnar Namiqqızı
Dizayner: A. Atabəyli.
Korrektor: T. Seyidzadə.
“Seyidəm ərseyi-eşq içrə...”
Bakı, naşir:“STEP”
ltd kino şirkəti, “El-Print” çap firmasında
yığılmışdır. 230 səh. 2014-cü il.
Kitaba dahi şairimiz, milli klassik şeirimizin xıx əsr mogikanı
Hacı Seyid Əzim Seyid Məhəmməd oğlu Mir Cəfərzadə Şirvaninin
(1835-1988) anadan olmasının 180 İlliyi münasibətilə N. Atabəylinin
yazdığı 180 qəzəli, habelə ətraflı “Ön söz” və müəllifin ədəbiyyata
novator baxışlarını əks etdirən müxtəlif şeirləri daxil edilmişdir.
Formatı: 84x108 1/32.
Tiraj: 2000 (Birinci zavod: 200 nüsxə).
Birinci buraxılış: yubiley tirajı.
Müəllif ilə əlaqə üçün:
E-mail: Namiq.Atabeyli@gmail.com
namiq_atabeyli @ yahoo.сom
“Facebook” üzrə: “Namiq Atabeyli” dostluq səhifəsi.
© Namiq Atabəyli (Fərəcov Namiq Rəşid oğlu)
3
Aynur ATABƏYLĠ (Fərəcova).
Art direktor, tənqidçi-Ģairə.
“Aşiq azadə gərəkdir...”
(Ön Söz əvəzi)
―AĢiq azadə gərəkdir ki, dönər zindanə,
Bərgi-güldən ola gər bülbüli-Ģeydayə qəfəs.‖
(Hacı Seyid Əzim Seyid Məhəmməd oğlu
Mir Cəfərzadə ġirvani)
(Hacı Seyid Əzim Seyid Məhəmməd oğlu
Öz müdrük lirikası ilə Milli Məhəbbət Ordusuna baĢçılıq etdiyini
bəyan edən Hacı Seyid Əzim ġirvaninin (10.VII.1835-20.V.1888)
klassik ədəbiyyatımızda özünəməxsus yeri vardır. Məhəbbəti
nifrətə, sədaqəti xəyanətə, dəyanəti qorxaqlığa, mərdliyi
namərdliyə, imanı küfrə, elm və mədəniyyəti cəhalətə qarĢı
qoyan bu dahi Ģairin hər bir çağırıĢı bu gün də mənalı və məğrur
səslənir:
Çağırın Qeys ilə Fərhadı yığılsın başıma,
Seyyidəm, ərseyi-eşq içrə sipah
(-qoĢun)
istəyirəm.
Dünyanı öz nifrətinə boyun əydirmək istəyənlərə, demonik
güclərə mənən kölə olanlara qarĢı Seyidin xalqa, insanlığa xidmət
edən Məhəbbət Ordusunda olub savaĢ aparmaqdan uca nə
qazilik var, nə də Ģəhidlik...
53 yaĢında gənc həyatına son verilmiĢ Hacı Seyid Əzim
ġirvani əbədiyyət qədər uzun bir Ģair ömrü qazanmıĢdır. Seyidin
ən çox xoĢladığı bir məsəl vardı: qədim dövrün ədalətli, ağıllı
hökmdarlarından biri sayılan Süleyman peyğəmbərin təbrikinə
gəlmiĢ qonaqları sırasında bir qarıĢqa da olur. O, peyğəmbəri öz
gücü həcmində kiçik bir qarıĢqa qanadı ilə təbrik edir. PadĢah-
peyğəmbər hədiyyələr içərisində ən yüksək qiyməti də məhz
qarıĢqanın bu xeyirxahlığına və dostpərvərliyinə verir, onun dost
4
payını hədiyyələr içərisində birinci yerə qoyur. Seyidin nəzərincə,
belə bir müdrik qiymət nəinki qarıĢqa, bütün bəĢəriyyət üçün belə
bu gün də əsl Ģərəf və nəciblik rəmzi sayılmalıdır:
Seyyid, dəxi bu tale əlindən nə Ģikayət,
Ey mur, sənin bəzmi-Süleymana yolun var.
Klassikamızın ikinci Füzulisi öz qısa, ‖qarıĢqa qanadı qədər‖
kəmiyyətcə yüngül, lakin böyük məzmunlu və dərin mənalı
―həyatı payı‖ ərzində qədirbilən Azəri xalqımıza çox böyük və
zəngin ədəbi xəzinə, xeyirxahlıq, mənəviyyat və məhəbbətlə dolu
misilsiz bir poetik hədiyyə, klassik pay, mənəvi-əxlaqi bir Epos
yadigar qoyub getdi.
Seyidin 53 yaĢı onu Nəsimilərə, Sabirlərə, Hadilərə, Səhhətlərə,
MüĢfiqlərə, Cəfərlərə, Vurğunlara... yaĢıd elədi. Bunların hər biri
kimi S.Əzim də hələ uĢaqlıqdan atadan yetim böyüdü. Xalqımızın
bu böyük sənətkarlarının hər biri kimi o da öz ömür kitabını
tamamlamadan dünyadan köçdü. Lakin ümumxalq məhəbbəti,
sənətə və sənətkara hörmət, mədəni irsimizə milli ehtiram onların
yarımçıq həyat estafetini nəsillərdən-nəsillərə ötürərək uzatdı,
əbədiyyətə çevirdi.
Seyid Əzim dahilərimizin bu yarımçıq
həyatına bədii yekun vuraraq, sanki öz taleyini də onların
sırasında irəlicədən görərək yazmışdı:
Cigər pərgaləsindən vermədin tabutuma ziynət,
Tamamə yetmədi getdim, cahanda zivərim qaldı.
Bihəmdillah ki, qaldı yadigar əşari-canbəxşim,
Əgərçi, Seyyida, nə mülkü malü, nə zivərim qaldı.
Seyid Əzim Azərbaycan qəzəl asimanının M.Füzulidən
sonra ikinci Günəşidir. Onun qəzəliyyata gətirdiyi milli Əruz
ritmləri Azəri qəlbinin lirik bir simfoniyasıdır. Seyidsiz çağdaĢ
Qərb ilə ġərqi özündə ehtiva edən əsl milli azərbaycanlı siması
təsəvvüredilməzdir. Hələ öz sağlığında onun haqqında məĢhur