Neft-qaz quyularinin tamamlanmasi əlavə material qazima vaxti dağ SÜxurlarinin dağidilmasi



Yüklə 0,54 Mb.
səhifə11/59
tarix31.12.2021
ölçüsü0,54 Mb.
#82189
1   ...   7   8   9   10   11   12   13   14   ...   59
C fakepath LAV MATER AL-tamamlama

7.9.Hidrodinamiki təzyiq
Qazıma məhlulunun əsas funksiyalarından biri də lay maye və qazlarının quyu lüləsinə daxil olmasına imkan verməməkdir. Buna nail olmaq üçün qazıma məhlulunun sıxlığı və digər struktur-mexaniki xassələri qazıma şəraitinə uyğun seçilməlidir.

Mürəkkəb qazıma şəraitində məhlulun bir qədər ağırlaşdırılaraq artırılması nəticəsində qazıma məhlulunun quyu lüləsində udulması baş verir. Baş vermiş udulma nəticəsində quyu lüləsində müxtəlif cür mürəkkəbləşmələr (quyu divarının uçulması, yüksək lay təzyiqli laylardan təzahür, qazıma kəmərinin quyu lüləsində tutulması) baş verir. Mürəkkəbləşmiş sahələrdə qazıma aparan zaman çatlı laylara rast gəlgikdə hidravliki yarılma ehtimaı bir qədər artır.

Dərin quyuları qazan zaman quyu divarından süxurların tökülməsi (çox halda çatlı süxurlarda) baş verdikdə süxur tökülməsinin səbəbləri ətraflı öyrənilmədən tökülmənin qarşısını almaq üçün qazıa məhlulunda ağırlaşdırma aparmaqla qazıma məhlulunun sıxlığı artırılır. Bunun nəticəsində qazımanın texniki-iqtisadi göstəriciləri pisləşməklə bərabər quyuda hidravliki yarılma baş verir.

Dərin quyuların qazılmasında qazıma məhlulunun sıxlığı dar çərçivə daxilində tənzimlənərək reoloji parametrləri qazıma şəraitinə uyğun tənzimlənərək quyuda aparılan texnoloji proseslərdə (quyuda maye dövranın aparılması, azıma kəmərinin qaldırılıb-endirilməsi, fırlanması, bas-boş edilməsi) quyu divarına edilən hidrodinamiki təzyiq nəzərə alınmalıdır. Bir çox hallarda qazılan quyu keçidinin bir metrinə sərf olunan metal sərfini azaltmaq üçün quyuya buraxılan qoruyucu kəmərlə quyu divarı arasındakı məsafə (zazor) çox kiçik götürülür. Belə halda müxtəlif qazıma əməliyyatlarında (qoruyucu kəmərin buraxılması, yuyuma və sementənmə proseslərində) quyu dibinə və divarlarına edilən hidrodinamik təzyiq layın hidravliki yarılma təzyiqindən artıq olur.

Qazımada layın hidravliki yarılma təzyiqinin qiymətini müəyyən etmək üçün layın yarılma qradiyentini tapmaq lazımdır. Laydakı ümumi normal gərginliyi dərinliyə bölməklə yarılm qradiyenti tapılır. Yarılma qradiyenti dağ süxurunun tipindən, anizotropluğundan, məsamə təzyiqindən, süxurun dartılmaya olan möhkəmliyindən asılıdır.

Az tektoniki aktivliyi olan sahədə təxminən qradiyent 22620 Pa/m, tektoniki aktiv sahədə təzyiq qradiyenti 18100 Pa/m götürülür. Beləliklə 3048 m dərinlikdə az tektoniki aktivliyi olan sahədəyarılma təzyiqi 3028 x 22620 = 68,9 MPa olur.

Quyuda hidravliki yarılma gedən zaman quyu ağzında təzyiqin dəyişməsi xüsusiyyətini müəyyən etmək üçün ağzı preventorla bağlanmış, içərisi qazıma məhlulu ilə dolu olan quyuya qazıma kəməinin içərisi ilə 0,02 m3 qazıma məhluu vurmaqla quyu ağzında təzyiqin dəyişməsini müşahidə edərkən şəkil 7.9-da təzyiq qrafiki alınmışdır.
Quyuya vurulan məhlulun həcmi

Şəkil 7.9. Laya məhlul vurduqda təzyıqın vaxtdan asılılığı


Təzyiqin vaxtdan asılılıq qrafikində A nöqtəsinə qədər divar verilən təzyiqə davam gətirmişdir. Quyu lüləsi OA hissədə elastik deformasiyaya uğramışdır. A nöqtəsində layda udulma başlayaraq quyu ağzındakı təzyiq aza intensivliklə artaraq B nöqtəsində hidravliki yarılma baş verir və quyu ağzındakı təzyiq sürətlə azalaraq qazıma məhlulu CD sahəsində quyunun açıq lüləsində çatı genişləndirərək quyu ağzı təzyiq sabit qalır. Qrafiki DE sahəsi qazıma nasosunun saxlanılmasını göstərir.

Hulbert və Yillis layın yarlma qradiyentini tapmaq üçün aşağıdakı düsturu vermişlər:



(7, 46)

Burada, + ,



– yuxarıdakı süxurların təzyiqindən süxur skletində yaranan gəginlik;

lay təzyiqi;

H – süxurun yatma dərinliyidir.




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə