Neft-qaz quyularinin tamamlanmasi əlavə material qazima vaxti dağ SÜxurlarinin dağidilmasi


Qoruyucu kəmərləri quyuya buraxılmasında



Yüklə 0,54 Mb.
səhifə10/59
tarix31.12.2021
ölçüsü0,54 Mb.
#82189
1   ...   6   7   8   9   10   11   12   13   ...   59
C fakepath LAV MATER AL-tamamlama

Qoruyucu kəmərləri quyuya buraxılmasında

hidrodinamiki təzyiqin dəyişməsi
Mürəkkəb geoloji şəraitdə qazılan quyuların quyu lüləsinə təsir edən təzyiqin artması hidravliki yarılmalar, qazıma əhlulunun udulması, qazıma kəmərinin məsaməli süxurlarda tutulması ilə nəticələnir. Quyuda aparılan texnioloji proseslər zamanı lüləyə təsir edən təzyiqin qiymətinin azalması ilə quyuda təzahür və yanma ilə müşahidə olunan açıq fontana səbəb olur. Qazılan quyu ilə açılan lay vahid hidrodinamiki sistem olduğundan mürəkkəbləşmələrin baş verməməsi üçün lülənin bütün nöqtələrində bərabərlik olmalıdır. Quyu lüləsində qazıma və yaxud qoruyucu kəərlərin hərəkətindən yaranan hidrodinamiki təzyiqlər quyu-lay sistemindəki bərabərliyi pozur.

Qazıma kəməini quyuya buraxan zaman kəmərin buraxılma dərinliyinin artması səbəbindən, daha doğrusu, kəmərin qazıma məhlulu ilə kontakat sahəsinin artması səbəbindən quyuda yaranana hidrodinamiki təzyiqin qiyməti artır. Hidrodinamiki təzyiqin artması kəmərin quyuya buraxılma sürətinin artmasından, qazıma məhlulunun statiki sürüşmə gərginliyinin qiymətinin artmasından və qazıma borusu ilə quyu divarı arasındakı məsafənin azalmasından asılı olaraq artır. Məlum olduğu kimi, quyuda kəmər aşağı buraxıldıqda onun üzərindəki qazıma məhlulunun təbəqəsi kəmərin buraxılma sürəti aşağı hərəkət etdiyi halda quyu lüləsi üzərindəki təbəqə hərəkətsiz qalaarq sürəti sıfır olur.


Şəkil 7.7. Kəmər buraxılanda qazıma məhlulunun hərəkət sxemi:

1-borunun buraxılma sürəti, 2- qazıma məhlulunun sıdfır sürəti
Təcrübə göstərir ki, 2440 m dərinlikdəki quyuya 27 m uzunluqda qazıma şamın 15 saniyə müddətində buraxdıqda təzyiq 37 kq/sm2, məhlul dövranı olduqda isə 66 kq/sm2 və 40 saniyə müddətində buraxdıqda isə 3 kq/sm2 qalxır.

Kəmər quyuya endirildikdə məhlulun içərisində olan mikro qaz qabaqrcıqları sıxılaraq öz həcmlərini azaldırlar ki, nəticədə onların sıxılma təzyiqi artır. Qaz qabaqrcıqlarının sıxılma dərəcəsi quyuya buraxılna borunun və ya qazıma şamının quyuya buraxılma müddətində getdikcə artır. Bu artırm növbəti borunun bağlanması üçün kəmərin aşağı hərəkətinin dayandırılması vaxtına kimi davam edir.

Az zaman fasiləsindən sonra quyuda hidrodinamiki təzyiqdən sıxılmış və həcmi quyuya buraxılna borunun həcminə bərabər olan qazıma məhlulundakı izafi təzyiqin qiyməti həlqəvi fəzada məhlulun qalxmasına sərf olunan hidravliki təzyiq itkisinin çox olduğundan qazıma məhlulu həlqəvi fəzadan çıxaraq kəmər arxasında dövran yaradır.

Qazıma və ya qoruyucu boruları quyudan qaldıran zaman isə qazıma məhlulun bir hissəsi boruya yapışaraq boru ilə yuxarı qalxır, qalan hissəsi isə boşalmış quyu lüləsini doldurmaq üçün aşağı hərəkət edir. Nəticədə bütün quyu lüləsində hidrostatik təztiq azalır. Azalan izafi təziyq quyu dibində müəyyən qiymətə bərabər olduğu halda quyu dibindən quyu ağzına qalxdıqca quyu divarına təsir edən izafi təzyiqin qiyməti azalır. Dərinliyin yarısında yaranan azalan izafi təzyiq quyu dibindəki təzyiqin yarısına bərabər olur. Bəzən qazıma kəmərini quyudn qaldıran zaman quyuda hidrostatik təzyiqin azalması nəticəsində yaranan izafi təzyiqdən quyuda təzahür baş verir.

Quyuda buraxılan kəmərin uzunluğu artdıqda, quyu lüləsindəki həlqəvi fəzanın - quyu divarı ilə qazıma borusunun xarici diametri arasında olan məsafənin azalması və kəmərin quyudan qaldırılma sürətinin artırılması ilə əmələ gələn izafi təzyiqin qiyməti artır.

Dərinliyi 4750 m, diametri 222 mm olan quyuya ebdirilən şamın uzunluğu 27,4 m, endirmə vaxtı 10 saniyə, qazıma borularının diametri 114 mm olduqda, quyudan qazıma kəmərini qaldıran zaman quyu dinibində hidrostatik təzyiqin azalmasından əmələ gələn izafi təzyiqin qiyməti 63 kq/sm2 olmuşdur.


Şəkil 7.8. Kəməri qaldırdıqda qazıma məhlulunun hərəkət sxemi
Aparılmış qiyazi hesablama mğnəticəsində qazıma alətini quyudan qaldıran zaman quyu dibində yaranan təzyiq azalması – izafi təzyiq itkisi aşağıdakı düsturla hesablanır:

Burada, , – quyudan qaldırılan kəmərin və quyu lüləsinin radiusu;

L – kəmərin uzunluğu;

– kəməin quyudan qldırılma sürəti;

– quyudan qazıma məhlulunun dinamiki özlülük əmsalıdır.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə