nöqteyi-nəzər vardır: nüvə – dəmir-nikel və ya silikat (yəni
mantiyanın tərkibi ilə eynidir) maddədən ibarətdir.
Eksperimental işlərin nəticəsində belə hesab
edilir ki, xarici
nüvə yüngül elementləri olan dəmirin ərintisindən və ya
birləşməsindən ibarətdir. O.Q.Soroxtinə görə xarici nüvədə
dəmirə əlavə olunan əsas element oksigendir və dəmirin bir
valentli birləşməsilə oksid
(Fe
2
O) əmələ gətirir.
Başqa
sözlə desək, yüksək təzyiq şəraitində dəmirli
silikatların parçalanması nəticəsində oksigen ayrılmaqla
dəmirin bir valentli birləşməsi əmələ gəlir:
Fe
2
SiO
4
→
Fe
2
O+SiO
2
+O
Təzyiqin sonrakı artması nəticəsində təmiz dəmir
əmələgəlməklə oksidin parçalanması baş verir:
Fe
2
O
→
2Fe+O
O.Q.Soroxtinə görə bu çevrilmə xarici nüvədəki təzyiqə
uyğun olan təzyiqdə baş verir və bu əsasla belə fərz etmək olar
ki, xarici nüvə dəmirin bir valentli fazasından, daxili nüvə isə
metallik dəmirdən və ya nikelli dəmir ərintisindən ibarətdir.
Son vaxtlar nüvənin və ümumiyyətlə tam Yerin kimyəvi
tərkibi haqqında digər nöqteyi-nəzərlər yayılmışdır.
Onlardan
ən maraqlıları N.P.Semyenenkonun
oksigen-hidrogen və
V.N.Larinin
Yerin ilkin hidrid tərkbi modelləridir.
Oksigen-hidrogen modelinə görə Yerin mərkəzində metal-
ların hidrid və karbidindən ibarət kosmik təbiətli daxili nüvə
yerləşir. Xarici nüvədə nüvəni seyrəkləndirməyə gətirən hidro-
gen və karbon ayrılmaqla qismən parçalanma baş verir. Alınan
məhsullar aşağı mantiyaya daxil olur və onların metallaşmasına
– dəmir və maqneziumun silikatlarının, suyun və karbon
qazının birləşməsinin əmələ gəlməsinə səbəb olur.
Belə hesab
olunur ki, burada həmçinin metallik dəmir, sulfidlər, almaz, su
və uçucu komponentlər –
H
2
, CO
2
, CH
4
iştirak edir. Dəmir və
maqneziumun silikatlarından ibarət olan üst mantiyada qaynar
H
2
O, CO
2
, H
2
, CH
4
-ün hesabına ərimə və yer qabığına
yaxınlaşan flüid axınlarının əmələ gəlməsi baş verir.
N.P.Semyenenkonun modelinə görə Yerin inkişafında aparıcı
rolu hidrogen oynayır və o mineralların əmələ gəlməsində
iştirak edir, elementlərin miqrasiyasına səbəb olur, mantiyada
və yer qabığındakı geokimyəvi proseslərin termodinamikasına
və istiqamətinə təsir edir.
Qeyd edilən fikirlə müəyyən dərəcədə V.N.Larinin
Yerin
ilkin hidrid tərkibi adlanan konsepsiyası səsləşir. Bu halda da
bizim planetin inkişafının xüsusiyyətləri, demək olar ki, yerin
nüvəsindən ayrılan hidrogenin ayrılması ilə izah edilir. V.N.La-
rinə görə Yer cismində oksigenin konsentrasiyası onun
kütləsinin birinci faizini aşmamalıdır və yer maddəsinin ilkin
tərkibi əsasən hidridlərdən (metallar, silisium və hidrogen)
ibarət olmalıdır. Hidrogenin deqazasiyası son halda yerin
təkinin müasir kimyəvi quruluşuna gətirib çıxarmışdır. Yerin
daxili nüvəsi metalların hidridlərindən ibarətdir.
Xarici nüvə
hidrogeni həll olunan metallardan əmələ gəlmişdir. Həllolma
V.N.Larinə görə proton şəklində hidrogenin metalların
şəbəkəsinə və onların atomunun təbəqələrinə daxil olmasının
hesabına baş verir. Nəticədə kifayət qədər yüksək temperaturda
və hidrogenlə doyma şəraitində atomların mütəhərrikliyi elə
artır ki, sistemin aqreqat halı bərk cismə deyil, özlülü mayeyə
cavab verəcəkdir. Nəticədə aşağı,
orta mantiya silisium,
maqnezium və dəmirin əsasında müxtəlif ərintilərdən, üst
mantiya və yer qabığı isə silikatlardan, oksiddən ibarət
olacaqdır.
Qeyd etmək lazımdır ki, hal-hazırda yeni üsulların və dəqiq
tədqiqat alətlərinin meydana çıxması başqa elmlər kimi Yer
haqqında elmlərin də çox böyük sürətlə inkişafına səbəb
olmuşdur. «Seysmotomoqrafiya», yəni Yerin «işığa salınması»
göstərdi ki, son hesabda yer qabığının strukturunun və
relyefinin dəyişməsinə gətirib çıxaran
aktiv proseslər daha
dərində – aşağı mantiyada və hətta nüvə ilə sərhəddə doğulur.
Son vaxtlar müəyyən edilmişdir ki, nüvənin özü də bu
proseslərdə iştirak edir.
17
18
Yuxarıda qeyd edildiyi kimi keçən əsrin ortalarında Avstra-
liya alimi K.Bullen tərəfindən təklif edilmiş Yerin təbəqəli
quruluşa malik olması geofiziki üsullarla təsdiq olundu
(Bullen-Ceffris modeli). Bu modeldə ayrı-ayrı qatlar və nüvə
latın hərflərilə qeyd olunmuşdur:
Cədvəl 2.2
Yerin qatlarının əsas
xüsusiyyətləri
20
Qatlar
Dərinlik
intervalı, km
Sıxlıq
intervalı,
q/sm
3
Yerin
həcmindən
düşən pay,
%
Kütlə,
10
25
q
Kütlə,
%
Qabıq
A
0-33
2,7-3,0
1,55
5
0,8
B
33-400
3,32-3,65
16,67
62
10,4
C
400-1000
3,65-4,68
21,31
98
16,4
Ma
n-
tiy
a
D
1000-2900
4,68-5,69
44,28
245
41,0
E
2900-5000
9,40-11,5
15,16
F
5000-5100
11,5-12,0
0,28
188
31,5
Nüvə
G
5100-6371
12,0-12,3
0,76
Daha sonralar isə müəyyən olundu ki, mantiyanın ən aşa-
ğılarında xüsusi xüsusiyyətlərə malik qat vardır: Nüvənin
sərhədinə doğru seysmik dalğaların sürətinin monoton artma-
sının pozulma nişanələri müəyyən olundu. Keçən əsrin 80-ci
illərində seysmotomoqrafiya belə bir qatın olmasını təsdiqlədi
və onu
D'' və ya D-dubl-prim adlandırdı (ona görə ki, yuxarıda
yatan aşağı mantiya
D', yəni D-prim adlandırılır) (V.Y.Xain,
2002).
D'' qatının kəşfi bir sıra məsələlərə aydınlıq gətirdi.
Müəyyən olundu ki, məhz burada «sleb» adlanan (ingiliscə
slab
–
sındırmaq deməkdir) okean litosferinin batan plastinaları
«basdırılır». Onunla qonşuluqda isə mantiyanın yüngül litofil
elementlərilə zənginləşən və güclü qızan, iri qalxan şırnaqlar –
mantiya plümləri (ingiliscə
plume – lələk deməkdir) (şəkil 2.3)
yerləşir.
Qabıq
– A, üst mantiya –
B, aşağı mantiyaya keçid qatı
– C,
aşağı mantiya
– D (660-670 və 2900 km arasında)
, xarici nüvə
–
E, daxili nüvə
– F (şəkil 2.2, cədvəl 2.2)
.
19