NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə29/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   25   26   27   28   29   30   31   32   ...   57

 
Bakыnыn Qurtuluшu 
 
 
101 
rus əsgərləri tərəfindən alına biləcəyini söylədi. Mehmanxana sahibinə 
sabah  səhər  yeməyinə  pul  verdik  və  təzədən  yatdıq.  Sabah  səhər  ye-
mək yeyərkən qapı döyüldü və içəri 7-8 nəfər rus əsgəri girdi və zabit 
axtardıqlarını  söylədilər.  Hüsaməddin  bəyin  əynindəki  dəri  pencəyin 
çiynində tapança yeri axtardılar. Daha sonra axtardıqlarını tapa bilmə-
yib çıxıb getdilər. Biz Kazımı Tiflisə qayıtmaq üçün stansiyaya qoyub 
Batum  Xeyriyyə  Cəmiyyətinin  sədri  doktor  Mahmud  bəyin  yanına 
getdik. Məqsədimizi anlatdıqdan sonra bizi təhlükəsiz bir yolla Türki-
yəyə  keçirmələrini  xahiş  etdik.  Sonra  birlikdə  doktorun  evinə  gəldik. 
Evdə Tiflisdə nəşr olunan “Molla Nəsrəddin” jurnalının mühərrirlərin-
dən  Axıskalı  Ömər  Faiq  bəylə  görüşüb  tanış  olduq.  Doktor  onun  da 
Türkiyəyə getmək istədiyini bizə əvvəl söyləmişdi. Biz doktorun evin-
də çay içib söhbət edərkən, qapının zəngi çalındı və içəri bir şəxs gir-
di. Doktorun hörmətlə  qarşılayıb bizə də təqdim etdiyi bu  şəxs əslən 
Qiresinli  olub,  Batumda  tütün  ticarəti  edirmiş.  Adı  Bünyadoğlu  idi. 
Doktor bizi Xeyriyyə Cəmiyyətinin üzvləri kimi təqdim etdi. Bünyad-
oğlu doktora: “Mahmud bəy, Sizdən xahişə gəldim. Bəlkə Siz də eşit-
miziniz.  Trabzon  tərəfindəki  Rum  kəndlərinə  hücum  edirlər.  Rumlar 
da  mallarını,  kəndlərini  buraxıb  Trabzona  doğru  qaçırlar.  Biz  bu  və-
ziyyəti Tiflisdə olan rus hərbi komendantına da bildirdik.  
Trabzona bir nümayəndə heyəti göndərərək təhqiqat aparıb nəticə-
ni də onlara bildirəcəyik. Göndərəcəyimiz bu heyətə Xeyriyyə Cəmiy-
yətinin üzvlərindən iki nəfərin də daxil edilməsini təmin etmənizi xa-
hiş edəcəyəm” – dedi. Bundan sonra doktor Mahmud bəy bizim üzü-
müzə baxdı və biz də “bəli, Mahmud bəy, əgər əmr etsəniz, gedərik” – 
dedi.  Bünyadoğlu  Tiflisdə  Xeyriyyə  Cəmiyyətindən  aldığımız  vəsi-
qələrin  nömrələrini  və  adlarımızı  dəftərinə  qeyd  edərək,  ertəsi  gün 
Trabzona gedəcək gəmi ilə hərəkət edəcəyimizi söylədi. 
Gəmimiz Trabzon limanına yanaşıb dayandı. Limanda bizi qarşıla-
yan  rumlarla  birlikdə  Mitropolitxanaya  getdik.  Rumlarla  dolu  olan 
Mitropolitxanada bizi bir salona gətirdilər. İçəridə rumların adlı-sanlı 
şəxslərindən 30-40 nəfər var idi. Mitropolit bizim rus dilində bilmədi-
yimiz üzündən türkcə danışacağını söylədikdən sonra sözü vəkil oldu-
ğunu  anladığımız  bir  ruma  verdi.  Vəkil  çıxışında  bu  sözləri  söylədi: 
“Möhtərəm qonaqlarımız, siz Trabzona gec gəldiniz və rum xalqının 
pərişan halını görmədiniz. Vəziyyəti sizə anlatdım. Sabah xalqının laz 
çeteçilərindən nə çəkdiklərini öz gözlərinizlə görəcəksiniz. Gördükdən 


 
Nяsiman Yaqublu 
 
 
102 
və müəyyən qənaətə gəldikdən sonra birlikdə bir raport hazırlayıb və 
imzalayıb Qafqaz Seyminə bildirək” – dedi. Vəkildən söz alıb danışan 
şəxs “Əfəndilər, bu torpaqlar Osmanlı dövlətinə aiddir. Ruslar bu 
torpaqları  işğal  etmişdilər  və  indi  də  çəkilib  getdiklərinə  görə 
Türklərin bu yerləri geri almağa haqları vardır. Ancaq rum kənd-
lərinə  girənlər  Osmanlı  hərbi  qüvvələri  deyil,  çeteçilərdir.  Törədilən 
bütün vəhşilikləri çeteçilər edirlər. Türklər heç bir zaman kəndlərə gi-
rib  deyilən  vəhşilikləri  etməzlər,  buna  inanırıq”  –  dedi.  Bu  şəxsdən 
sonra  mən  söz  alaraq,  Rusiyada  baş  verən  inqilabdan  bəhs  etdim  və 
sözlərimə  davamla  “Rusiyada  bu  gün  anarxiya  hökm  sürməkdədir. 
Hərbi və  mülki idarələr dağılmışdır.  Rusiyanın heç bir tərəfi  mərkəzi 
hökumətə tabe olmur, sosialist cərəyanlar bir-biri ilə çarpışmaqdadır. 
Rusiyada yaşayan qeyri-rus millətlər də mərkəzdən ayrılıb müstə-
qil dövlət qurmaq ərəfəsindədirlər. Məncə tədqiqatımızı başa vur-
duqdan sonra Osmanlı dövləti və ordusu ilə də görüşməliyik. On-
lara  bir  heyət  göndərərək  vəziyyəti  onlara  da  anlatmalıyıq”  –  dedim. 
Sözlərim oradakıların heç birinin xoşuna gəlməmişdi. Hələ Ellen ko-
mitəsinin rəisi Nikola əfəndi çox hiddətli bir şəkildə çıxış etdi və mə-
nə: “Əfəndi, Osmanlı dövləti və ordusu ilə əlaqə saxlamağa səlahiyyə-
timiz  yoxdur.  Biz  ancaq  Tiflis  “Krayevoysiyez”in  istədiyi  raportu 
verməliyik.  Hələlik  siz  sabaha  qədər  istirahət  edin.  Sabah  sizə  rum 
kənd  və  kəndlilərinin  halını  göstərəcəyik”  –  dedi.  Nikola  əfəndinin 
çıxışından sonra iclas bitdi. Biz içəridə 4 nəfər qaldıq: Motropolit, Hü-
saməddin  bəy  və  mən.  Mitropolit  ruma  tərəf  dönərək  bizim 
istirahətimizin  təmini  ilə  məşğul  olmasını  və  ertəsi  gün  səhər  tezdən 
də  bizimlə  birgə  olmasını  tapşırdı.  Rumun  bayıra  çıxmasından  sonra 
Mitropolit  bizə:  “Əfəndilər,  mən  Almaniyada  təhsil  aldım.  Həm  al-
manların, həm də türklərin dostuyam. Eyni zamanda türk orduları ko-
mandanı  Vəhip  Paşa  ilə  də  xoş  münasibətdəyəm.  Dünən  ondan  bir 
məktub  aldım.  Rusların  qoyub  getdikləri  ərzaq  və  sairlərin  mühafizə 
edilməsini xahiş edir. Ancaq siyasi vəziyyət bambaşqadır. Erməni mü-
cahidi Tqranyan buraya 400 nəfər dəstəsi ilə gələrək bizim rum gənc-
ləri  ilə  anlaşaraq  Trabzon  ətrafındakı  bütün  Türk  kəndlərini  dağıdıb, 
bütün  xalqını  da  məhv  etmək  istəyirlər.  Onlar  bununla  da  mərkəzi 
Trabzon olan rumların Pontus hökuməti qurmalarını təmin edəcəklər. 
Bu  səbəbləri  də  sizin  Osmanlı  hökuməti  ilə  əlaqə  yaratma  və  nüma-
yəndə heyəti göndərmə təklifiniz xoş qarşılandı”. Mitropolit daha son-


 
Bakыnыn Qurtuluшu 
 
 
103 
ra Vəhip Paşanın göndərmiş olduğu məktubu bizə göndərdi. Məktubu 
oxuyan Hüsaməddin bəy Vəhip Paşanı tanıdığını, hələ hərbi məktəbdə 
müdir olduğu zaman ona yavərlik etdiyini söylədi. Bundan sonra biz 
mitropolitə “Sabah vəzifəmizi yerinə yetirəcəyik, ancaq sonra geri qa-
yıtmayacağıq. Əslində Türkiyəyə getmək istəyirik” – dedi və bizə kö-
mək etməyi xahiş etdik. Ayrıca olaraq İstanbulda Osmanlı hökumətinə 
onun Türkləri himayə etdiyini və bizə yardım göstərdiyini söyləyəcə-
yimizi də bildirdik. Daha sonra mitropolitlə vidalaşaraq ayrıldıq. Gecə 
saat 10-da qaranlıq və tənha Trabzon küçələrində addımlayırıq. 
Trabzonda  bizdən  əvvəl  Batumdan  gəlmiş  mühərrir  Ömər  Faiq 
bəylə görüşdük. Daha sonra nahiyyə müdiri vasitəsi ilə bir motorlu qa-
yıq istədik. Qiresun valisi motorlu qayığın sabah səhər Tireboluda ola-
cağını bildirdi. O gecəni Tireboluda keçirdik. Ertəsi gün səhər tezdən 
qalxaraq hazırlaşdıq. Ömər Faiq, mən və Hüsaməddin bəy Tirebolu li-
manına endik və  motorlu qayığı gözləməyə  başladıq. Hər üçümüz də 
sevinc içində gah söhbət edir, gah da dərin düşüncələrə qərq olurduq. 
Bir ara mən yuxulu kimi öz-özümlə danışmağa başladım: Əgər  Tür-
kiyənin  yardımını  almağa  müvəffəq  olsaq,  istiqlalımızı  elan  edər 
və müstəqil olarıq. Beləliklə, dünyada ikinci bir Türkiyə yaranmış 
olar”. Mən hələ sözlərimi bitirməmiş Ömər Faiq bomba kimi partladı: 
“Sən  nə  söyləyirsən?  Sarıqamışda  on  minlərlə  şəhid  verən  Türkiyə 
Qafqazı işğal etməyincə sizə necə istiqlal verəcək, hə”. O, belə bağırır, 
həm  də  məni  hədələyirdi:  “Sən  Osmanlı  dövlətinin  rəhbərləri  ilə 
görüşəcək və fikrini anladacaqsan ha. Sən zindanlarda çürüyəcəksən”. 
Bu sözlərdən sonra Ömər Faiq çıxıb getdi. Bu hadisədən üzülən Hüsa-
məddin bəy mənə: “Mən hökumətin İstiqlal haqqındakı fikrini bilirəm. 
Ancaq sən Azərbaycan ziyalılarının fikrini söyləyirsən. Bu fikir və is-
tək  yalnız  sənə  aid  deyil  ki.  Mən  də  hökumətə  raport  verəcəyəm  və 
Azərbaycanda görüşdüyüm bütün ziyalıların hamısının eyni fikirdə ol-
duqlarını raportumda göstərəcəyəm” – dedi. Bir neçə saat sonra Ömər 
Faiq qəsəbədən qayıtdı və yanımıza gəldi. Ancaq danışmırdıq. Bu za-
man uzaqdan motorun səsini eşitdik. Bir az sonra motorlu qayıq gələ-
rək  körpüyə  yanaşdı  və  bizi  götürdü.  Motorlu  qayıqda  Ömər  Faiqlə 
üzbəüz  oturduq.  Qiresuna  çatarkən  hökumət  nümayəndələri,  xalq  və 
məktəb  tələbələri  bizi  qarşıladılar.  Qiresunun  Bələdiyyə  rəisi  də  bizə 
bir ziyafət verdi. Ertəsi gün hazırladıqları atlarla yola çıxdıq və at be-
lində keçən bir neçə günlük yolçuluqdan sonra da Qafqaz cəbhəsi gə-


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə