Bakыnыn Qurtuluшu
191
CƏFƏR CABBARLI
(1899-1934)
n yeni dövr Azərbaycan dramaturgiyasının banisidir. Müa-
sir ədəbi-bədii dilin formalaşmasında əhəmiyyətli təsir gös-
tərmişdir. 1899-cu ildə Bakının Xızı kəndində kömürçü Qa-
far kişinin ailəsində doğulmuşdur. İlk təhsilini molla yanında alan Cə-
fər sonra Bakıda rus-tatar məktəbinə daxil olub. O, politexnik məktə-
bində və Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsində təhsil
almışdır. 16 yaşında yazdığı “Bahar” adlı ilk şeri “Məktəb” jurnalında
çap olunmuşdur.
Milli hökumət qurulandan sonra C. Cabbarlı parlamentdə stenoq-
raf işləmiş, dramaturji fəaliyyətini gücləndirmişdir. Milli hökumət sü-
qut etdikdən sonra “Gənc müsavatçılar hərəkatı”nın katibi seçilmişdir.
1923-cü ildə təşkilatın bir sıra üzvləri ilə yanaşı C. Cabbarlı da həbs
edilir, müəyyən şərtlə azadlığa buraxılır. 1920-1926-cı illər C. Cab-
barlının ağır mənəvi böhran keçirdiyi dövr idi. O, bu çətin illərdə tər-
cüməçi işləyir, universitetin tarix-filologiya fakultəsində oxuyurdu.
“Sevdiyim”, “Azərbaycan bayrağına”, “Ana” və s. şerlərinin, “As-
lan və Fərhad”, “Mənsur və Sitarə”, “Firuzə” hekayələrinin; “Vəfalı
Səriyyə”, “Solğun çiçəklər”, “Nəsrəddin şah”, Trablis müharibəsi”,
“Ədirnənin fəthi”, “Aydın”, “Od gəlini”, “Sevil”, “Almaz”, “Yaşar”
və s. kimi pyeslərinin müəllifidir.
Cəfər Cabbarlı 1934-cü il yanvarın 31-də vəfat edib.
MİRZƏ BALA MƏMMƏDZADƏ
(1898-1959)
zərbaycan milli istiqlal hərəkatının görkəmli xadim-
lərindən biri də Mirzə Bala Məmmədzadədir. Publi-
sist, yazıçı, tarixçi kimi tanınan M. B. Məmmədzadə
1898-ci ildə Bakının Zirə kəndində balıqçı ailəsində
anadan olmuşdur.
Ə
A
Nяsiman Yaqublu
192
Mirzə Bala Bakıdakı 7-ci “rus-tatar” məktəbini (1908-1914), Alek-
seyev adına 3-cü Ali ibtidai məktəbi bitirdikdən sonra təhsilini Bakı
Texniki Sənaye məktəbində davam etdirmişdir.
Texnikumda oxuduğu zaman qeyri-leqal “Məhəmmədiyyə” Komi-
təsinə daxil olmuşdur. Stalinin yaxın adamı olan Lavrenti Beriya ilə
yoldaşlıq etmişdir. Azərbaycanın məşhur ədib və dramaturqu C. Cab-
barlı da M. Balanın məktəb yoldaşlarından biri idi.
Ədib yaradıcılığa təhsil illərində başlamış, 1912-ci ildə onun “Kas-
pi” mətbəəsində “Nəfi-elm və yaxud elmin sonu” adlı kitab çap olun-
muşdur. 1915-ci ildə M. Ə, Rəsulzadənin nəşr etdirdiyi “Açıq söz” qə-
zetinə ara-sıra məqalələr yazan Mirzə Bala, sonradan həmin qəzetin
işində fəal iştirak edənlərdən biri olmuşdur. Eyni zamanda “Bəsirət”
jurnalında baş redaktor işləmişdir. Fevral inqilabından (1917) sonra,
açıq siyasi fəaliyyətə qoşulmuş, “Müsavat” partiyası sıralarına daxil
olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra M. B.
Məmmədzadə “Müsavat” partiyası nəzdində yaradılmış “Gənclər cə-
miyyəti”nin orqanı olan “Gənclər yurdu” (1918-ci il iyul-noyabr) jur-
nalının redaktoru (Firudin Tofiq Hacızadə ilə birgə) və “Azərbaycan”
qəzetinin müxbiri olmuşdur. 1919-cu ilin sentyabrında M. Balanın
mövzusu mart qırğınından bəhs edən “Bakı uğrunda mübarizə” əsəri
Azərbaycan Dövlət Teatrında A. Şərifzadənin rejissorluğu ilə tamaşa-
ya qoyulmuşdur.
1918-1920-ci illərdə o, Azərbaycan Parlamentində stenoqrafçı
işləmişdir. Azərbaycan Cümhuriyyətinin süqutundan sonra M. B.
Məmmədzadə Bakıda “Müsavat”ın gizli təşkilatının rəhbəri olmuş,
1923-cü ilə qədər onun orqanı olan“İstiqlal” qəzetini nəşr etmişdir.
1923-cü ildə M. Bala məsləkdaşları ilə birlikdə həbs edilir. Sonralar
təsadüf nəticəsində həbsdən azad olunur.
1924-cü ilin mayında M. B. Məmmədzadə İranın Ənzəli şəhərinə
gələrək oradakı mühacirlərin fəaliyyətinə başçılıq edir. 1927-ci ildə
İstanbula köçmüş, elə həmin il İstanbulda onun “Azərbaycan misaqi
millisi: 28 Mayıs İstiqlal Bəyannaməsinin təhlili”, “Ermənilər və İran”
kitabları çap olunmuşdur. M. Ə. Rəsulzadənin redaktorluğu ilə çıxan
“Yeni Qafqaziya”, “Azəri Türk” (1928-1931) və “Odlu Yurd” (1929-
1931) jurnallarında çalışan ədib həmçinin İstanbul Universitetinin hü-
quq fakultəsində təhsil almışdır.
Bakыnыn Qurtuluшu
193
Sovet hökumətinin tələbi ilə Azərbaycan mühacirlərinin rəhbərliyi
Türkiyədən çıxdıqda (1931-ci il) M. B. Məmmədzadə də Varşavaya
və az sonra Almaniyaya köçməli oldu.
İkinci Dünya müharibəsinin başlanması və Polşanın Almaniya
tərəfindən işğalı ilə əlaqədar yenidən İstanbula köçən M. B. Məmməd-
zadənin “Milliyyət” və “Cümhuriyyət” qəzetlərində, “Türk ensiklope-
diyası”nda, “İslam ensiklopediyası”nda və digər nəşrlərdə Azərbaycan
tarixinə dair çoxlu məqaləsi dərc edilmişdir.
1949-cu ildə M. B. Məmmədzadənin yaxından iştirakı ilə Ankara-
da “Azərbaycan Kültür Dərnəyi”nin əsası qoyulmuş, 1951-ci ildə
“Azərbaycan tarixində türk Albaniya” adlı əsəri həmin dərnək tərəfin-
dən çap olunmuşdur. O, 1954-cü ildən Münhendəki SSRİ-ni Öyrənmə
İnstitutu”nda çalışmış, burada iki il elmi şuranın sədri, iki il isə sədr
müavini vəzifəsini icra etmişdi. M. B. Məmmədzadə 1959-cu il mart
ayının 8-də İstanbulda vəfat etmişdir. Qəbri Qaracaəhməd məzarlığın-
dadır.
ƏHMƏD CƏFƏROĞLU (1899-1975)
hməd İsmayıl oğlu Cəfərzadə 1899-cu il aprelin 17-də
Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncədə, tacir
ailəsində anadan olmuşdur. Üç yaşında ikən atasını itirən
Əhməd anası Gövhər xanımın və qohumlarının himayəsində böyü-
müşdü. 1905-ci ildə ermənilər Gəncədə milli toqquşma törətdikləri
zaman Gövhər xanım üç uşağı ilə Səmərqəndə - qohumu Hacı Mirta-
ğının yanına gedir və 1909-cu ilə qədər orada yaşayır. Ailəsi 1910-cu
ildə Gəncəyə qayıtdıqdan sonra o, təhsilini Gəncə gimnaziyasında da-
vam etdirmiş, 1916-cı ildə gimnaziyanı başa vuraraq Kiyev Ali Tica-
rət İnstitutunun İqtisad fakultəsinə daxil olmuşdu.
1918-ci il mayın 28-də Tiflisdə Azərbaycanın İstiqlal Bəyannamə-
sinin elan edilməsindən sonra Gəncəyə köçən hökuməti qarşılayanlar-
dan biri də gənc Əhməd idi. O, Nuru Paşanın komandanlığı altında
Milli Komitənin dəvəti ilə Azərbaycana köməyə gəlmiş Qafqaz – İs-
lam Ordusuna könüllü yazılmışdı. 1918-ci il sentyabrın 15-də Bakının
daşnak və bolşevik tör-töküntülərindən azad edilməsində Əhməd də
iştirak etmişdir. Bakı Dövlət Universitetində isə o, təhsilini davam et-
Ə
Nяsiman Yaqublu
194
dirmişdir. 1920-ci il aprelin 27-də Azərbaycanın XI Qızıl Ordu tərə-
findən işğalından sonra o, Azərbaycanı tərk etdi. Ə. Cəfəroğlu dil və
din baxımından azərbaycanlılara hər cəhətdən yaxın olan Türkiyəni
seçdi. Az sonra Kiyevdə və Bakıda yarımçıq buraxmağa məcbur ol-
duğu ali təhsilini İstanbul Universitetinin ədəbiyyat fakultəsində da-
vam etdirdi.
1925-ci ilin sonunda o, Almaniya Xarici İşlər Nazirliyinin təqaü-
dünü qazanaraq aspirantura təhsilini davam etdirmək üçün dünya
türkologiyasının mərkəzlərindən biri kimi tanınan Almaniyaya yolla-
nır. Burada Berlin, sonra isə Breslau Universitetində mükəmməl tür-
koloji təhsil almışdır. Bu universitetdə oxuyarkən o, Avropa və dünya
miqyasında tanınan şərqşünaslıq-türkoloq professorlarından Von Kop,
Vasmer, Vasmermann, Gize, Karl Brokkelman, Şader və başqalarının
tələbəsi olmuşdur.
1929-cu ildə Azərbaycanlı gənc Breslau Universitetində məşhur
türkoloq Fəgizinin rəhbərliyi altında “Gəncə dialektində 75 Azərbay-
can bayatı türküsü. Bir dil araşdırması ilə” adlı dissertasiya müdafiə
etmiş və filologiya doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
Onun bu tədqiqat əsəri 1919-30-cu ildə Berlində “Şərq dilinə dair se-
minarın materialları”nda alman dilində ayrıca kitabça şəklində çapdan
çıxmışdır.
1929-cu ildə Avropadan Türkiyəyə qayıtmış və bir vaxt tələbəsi
olduğu türkologiya şöbəsinin türk dili tarixi kursuna dosent təyin edil-
mişdir. 1938-ci ildə professorluq vəzifəsinə yüksəlmişdir. O, Şərq dil-
lərindən başqa rus, alman, fransız və italyan dillərini də bilirdi. O, 30-
cu illərdə 10-dan çox kitab və kitabça yazıb, türk və alman dillərində
nəşr etdirmişdir. 1932-ci ildən başlayaraq Ə. Cəfəroğlunun redaktorlu-
ğu altında “Azərbaycan yurd bilgisi” dərgisi nəşr olunmağa başladı.
O, bir sıra milli və millətlərarası cəmiyyətlərin üzvü olub. Türk Di-
li Qurumunun, Polşa Müştərəklər Cəmiyyətinin, Millətlərarası Ümumi
Dialektoloji Mərkəzin, Ural-Altay cəmiyyətinin və Millətlərarası Də-
niz Kültürü İnstitunun üzvü, Polşa Elmlər Akademiyasının (1938),
Ukrayna Elmlər Akademiyasının, Fin-Uqor Cəmiyyətinin müxbir
üzvü seçilmişdir. Bunlardan başqa o, 1944-cü ildə Millətlərarası Ono-
mastika Cəmiyyətinin, 1956-cı ildə Atlantik-Ağ dəniz Linqvistik Cə-
miyyətinin Türkiyə təmsilçisi olmuşdur. 1953-cü ildə Ukrayna Uni-
Bakыnыn Qurtuluшu
195
versitetinin Fəxri doktoru seçilmişdir. 1955-ci ildə İspaniya hökuməti
Ə.Cəfəroğlunu “De Alfonso XEL Sabio” nişanı ilə təltif etmişdir.
Əhməd Cəfəroğlu 1975-ci il yanvarın 6-da vəfat etmiş, İstanbulun
Zincirlik qəbirstanlığında dəfn edilmişdir.
FEYZİ AKÜZÜM
(1922-1991)
eyzi Aküzüm 1922-ci ildə Qarsda doğulmuşdur. İlk
və orta təhsilini Qarsda başa vurduqdan sonra An-
kara Universitetinin Ziraət fakultəsinə daxil olmuş-
dur. Təhsilini bitirdikdən sonra Türkiyə Kənd Tə-
sərrüfatı Nazirliyində çalışmışdır. O, burada yüksək vəzifələrdə işlə-
mişdir.
1949-cu ildən isə Azərbaycan Kültür Dərnəyinin işlərində böyük
fəallıq göstərmişdir. M. Ə. Rəsulzadə ilə yaxın təmasda olmuşdur.
Sonralar Azərbaycan Milli Mərkəzinin üzvü və Azərbaycan Kültür
Dərnəyinin Başqanı olan Feyzi Aküzüm “Azərbaycan” dərgisində
çoxlu sayda dəyərli yazılar çap etdirmişdir.
Feyzi Aküzüm 1991-ci ildə 26 dekabrda Ankarada vəfat etmişdir.
MƏHƏMMƏD KƏNGƏRLİ
(1914-2006)
zərbaycan milli istiqlal mübarizəsinin və mühacirət
mətbuatının önəmli simalarından biri olan Məhəm-
məd Kəngərli 1914-cü ildə yanvarın 10-da Şuşada
anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1933-cü ildə
Universitetin tibb fakultəsinin rus bölməsinə daxil olmuş, daha sonra
isə Leninqrad Hərbi Akademiyasına qəbul edilmiş və 1939-cu ildə
oranı bitirmişdir.
O, 1928-ci ildən, 14 yaşından etibarən Müsavat Partiyasının “Gənc
Azər” Təşkilatının üzvü olmuşdur.
F
A
Nяsiman Yaqublu
196
1942-ci ildə İkinci Dünya müharibəsində almanlara əsir düşmüş və
burada Azərbaycan Milli Mərkəzinin Başqanı M. Ə. Rəsulzadə ilə
yaxından tanış olmuşdur.
İkinci Dünya müharibəsindən sonra Almaniyada çətin şəraitdə
yaşayan Məhəmməd Kəngərli 1952-ci ildə Türkiyəyə gəlmiş, Ankara-
da Azərbaycan Milli Mərkəzində və Azərbaycan Kültür Dərnəyində
çalışmışdır.
1952-1979-cu illərdə Türkiyənin Sağlıq və Sosial Yardım Bakanlı-
ğının müxtəlif xəstəxanalarında baş həkim, sağlıq müdiri, Qızılay Baş
müdir yardımçısı, Türkiyənin Bonndakı səfirliyində müşavir vəzifələ-
rində çalışmışdır.
1963-cü ildə Kıprıs hadisələrində Lefiotəyə getmiş, orada Qızılay
xəstəxanasını qurmuşdur. Sonradan Türkiyədə Anıtlar Dərnəyi Genel
Başqanı olaraq fəaliyyət göstərmişdir.
Məhəmməd Kəngərli Ankarada nəşr edilən “Azərbaycan” jurnalın-
da Azərbaycanın müstəqilliyi mübarizəsi ilə bağlı çoxlu sayda məqa-
lələrin müəllifidir.
Məhəmməd Kəngərli 2006-cı ildə Ankarada vəfat etmişdir.
ƏHMƏD CAVAD
(1892-1937)
zərbaycanın tanınmış şairi Əhməd Cavad (Cavad
Axundzadə) 1892-ci ilin may ayının 5-də Şəmkir
rayonunun Seyfəli kəndində anadan olub. İlk təhsi-
lini molla yanında alıb. 1906-1912-ci illərdə Gəncə
Müsəlman Ruhani Seminariyasında təhsil alıb. Əhməd Cavad 16 ya-
şından müəllimlik edib. 1918-1920-ci illərdə “Qoşma”, “Dalğa” şerlər
kitabını çap etdirib. 1920-ci ilin 27 Aprel işğalından sonra təqib edi-
lib. 1923-cü ildə ilk dəfə həbs olunub. 30-cu illərdə yenidən həbs edi-
lərək həmin ilin oktyabr ayının 13-də güllələnib.
A
Bakыnыn Qurtuluшu
197
MƏHƏMMƏD ƏLİ RƏSULOĞLU
(1882-1982)
zərbaycan istiqlalı uğrunda böyük mücadilə
aparmış Məhəmməd Əli Rəsuloğlu 1882-ci ildə
aprel ayının 7-də Bakıda nadan olub. Məhəmməd
Əmin Rəsuloğlu görkəmli dövlət xadimi Məhəm-
məd Əmin Rəsulzadənin əmisi oğludur. Məhəmməd Əli Rəsuloğlu
Azərbaycanın ilk milli-siyasi partiyası olan Müsavatın üç qurucu rəh-
bərlərindən biridir. Məhəmməd Əli Rəsuloğlunun Azərbaycanda baş-
layan mücadiləsi (sonradan – mühacirətdə) Türkiyədə, İranda, Alma-
niyada, Polşada, Rumıniyada və bir çox ölkələrdə davam etmişdir.
Məhəmməd Əmin Rəsuloğlu 1982-ci ildə fevral ayının 3-də vəfat et-
miş və İstanbulda dəfn edilmişdir.
ÇİNGİZ GÖYGÖL
zərbaycan Mühacirət Mətbuatının tanınmış xadi-
midir. 1955-ci ildən Ankarada nəşr edilən “Müca-
hit” jurnalının Baş redaktoru olub. Yüksək ali təh-
silə malik olan Çingiz bəyin əsli Gəncədəndir.
Azərbaycan mühacirət mətbuatında Azərbaycanın müstəqilliyi və
azadlığı ilə, mədəniyyət tarixi ilə bağlı çoxlu sayda məqalələr müəlli-
fidir.
Türkiyənin Ankara şəhərində yaşamış və orada vəfat etmişdir.
A
A
Nяsiman Yaqublu
198
ÜMMÜGÜLSÜM (1899-1944)
anınmış şairə Ümmügülsüm 1899-cu ildə Bakının
Novxanı kəndində anadan olub. O, tanınmış dövlət
xadimi Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı və
yazıçı Seyid Hüseynin həyat yoldaşı olub. İlk şerini 1908-ci ildə ya-
zıb. Dövrün aparıcı mətbuat orqanları olan “İqbal”da, “Açıq söz”də,
“İstiqlal”da, “Azərbaycan”da, “Dirilik” və “Məktəb”də şerləri çap edi-
lib. Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra 30-cu illərdə Üm-
mügülsüm xanım sürgün edilir. Ağır sürgün həyatı yaşayan Ümmü-
gülsüm xanım 1944-cü ildə vəfat edib.
ABDULLA ƏFƏNDİZADƏ
(Əbdü Əfəndizadə)
(1873-1928)
anınmış siyasi xadim Abdulla bəy Əfəndizadə 1873-
cü ildə anadan olub. 1899-cu ildə Tiflisdə Alek-
sandrovski Müəllimlər İnstitutunu bitirib. Şəkidə, son-
radan isə Bakıda pedaqoji fəaliyyətlə məşğul olub.
1918-ci ildə Şəkidən Azərbaycan Parlamentinə deputat seçilib. “Əh-
rar” partiyasının yaradıcılarındandır. 1918-ci ildə Şəkidə “Mədəniy-
yət” mətbəəsində “Hər ürəkdə səbt olubdur: ya ölüm, ya Türkiyə!” ki-
tabçası çap edilib. Kitabçada Birinci Dünya müharibəsi, Türkiyənin
və İslam dünyasının bu müharibəyə qədərkivə müharibə dövrü du-ru-
munu diqqətlə izləmiş, Azərbaycanın və bütünlüklə Qafqaz türklərinin
taleyi ilə bağlı problemlərə münasibətini bildirmişdi. Abdulla Əfən-
dizadə 1928-ci ildə vəfat edib.
T
T
Bakыnыn Qurtuluшu
199
NAĞI ŞEYXZAMANLI
(1883-1967)
anınmış dövlət xadimi olan Nağı Şeyxzamanlı
1883-cü ildə Gəncədə anadan olub. “Difai” və
“Türk Ədəmi-Mərkəziyyət” partiyalarının fəalla-
rından olub. Azərbaycan Xalq Cümhuriyyəti döv-
ründə Təhlükəsizlik orqanında “Əksinqilab ilə mübarizə” təşkilatına
başçılıq edib. 1920-ci ilin 27 Aprel işğalından sonra Türkiyəyə gedib.
Türkiyədə o, bir çox maraqlı kitab və məqalələr yazıb və nəşr etdirib.
Nağı Şeyxzamanlı 1967-ci ildə vəfat edib.
HÜSEYN BAYKARA
(1904-1984)
anınmış ziyalı Hüseyn Baykara 1904-cü ildə Şuşada
anadan olub. Bakı Dövlət Universitetində təhsil alıb.
Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparıb,
tələbələr qarşısında çıxışlar edib. Təqiblərə məruz qaldığından 1927-ci
ildə əvvəlcə İrana, oradan da Türkiyəyə gedir. İstanbul Universitetinin
hüquq fakultəsində oxuyur. İstanbulda prokuror vəzifəsində çalışır.
Eyni zamanda mətbuatda maraqlı məqalələrlə çıxış edir. Hüseyn
Baykara 1984-cü ildə vəfat edib.
SALMAN MÜMTAZ
(1884-1937)
rdoğan Salman Məmmədəmin oğlu – şair, ədəbiyyatşünas,
mətnşünas. 1884-cü il mayın 20-də Nuxa (indiki Şəki) şə-
hərində anadan olub. Kiçik yaşlarından ailəlikcə Orta Asiyanın Aşqa-
bad şəhərinə köçdüklərindən uşaqlıq dövrü burada keçib. Klassik Şərq
ədəbiyyatını toplayıb nəşr edir. Klassik Azərbaycan ədəbiyyatının top-
lanıb nəşr edilməsi və tədqiqində onun xidmətləri təqdirəlayiqdir.
Azərbaycan dövri mətbuatında satirik şerləri, mənzum felyetonları
çap edilib. 1937-ci ildə həbs edilərək həbsxanada vəfat edib.
T
T
Ə
Nяsiman Yaqublu
200
ABDULLA ŞAİQ
(1881-1959)
-ci ildə fevralın 24-də Gürcüstanın Tiflis (Tbilisi)
şəhərində anadan olub. 1889-cu ildə altı sinifli
məktəbə daxil olub. Sonra İrana köçüb. 1900-cü ildə yenidən Tiflisə
qayıdır. Sonra Bakıya köçüb buradakı məktəblərdə müəllimlik edir.
Çoxlu sayda dərs kitablarının, pyeslərin, hekayələrin və əsərlərin
müəllifidir.
1959-cu ildə iyulun 24-də Bakıda vəfat edib.
1881
Bakыnыn Qurtuluшu
201
«Elm və Təhsil» nəşriyyatının direktoru:
professor Nadir MƏMMƏDLİ
Kompüter dizayneri: Tural Əhmədov
Texniki redaktor: Rövşanə Nizamiqızı
Yığıcı: Nəzakət Muradova
Korrektor: İradə Quliyeva
Montajçı: Rasim Hacıyev
Operator çapçı: Elşad Hacıyev
Yığılmağa verilmiş 25.06.2010.
Çapa imzalanmış 05.08.2010.
Şərti çap vərəqi 12,5. Sifariş № 472.
Kağız formatı 70x100 1/16. Tiraj 3000.
Kitab «Elm və Təhsil» nəşriyyat-poliqrafiya
müəssisəsində səhifələnib çap olunmuşdur.
E-mail: elm_ve_tehsil@box.az
Tel: 497-16-32; 050-311-41-89
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.
Nяsiman Yaqublu
202
Dostları ilə paylaş: |