NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə52/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   49   50   51   52   53   54   55   56   57

 
Nяsiman Yaqublu 
 
 
174 
 
Məhəmməd Əli Rəsuloğlu 
 
 
XATİRƏLƏR 
 
 
alkan  müharibəsi  başlayan-
da Qafqaz müsəlmanlarının 
arasında böyük bir həyəcan 
var  idi.  Balkan  müharibəsi  münasibəti  ilə 
bir  bəyannamə  hazırlandı.  Bu  bəyannamə 
Oruc  Oğullarının  mətbəəsində  sahiblərin-
dən  xəbərsiz,  arkadaşımız  Seyid  Hüseynin 
yardımı və partiyamıza mənsub olan mürət-
tiblərin  əl  birliyi  ilə  bir  gecədə  çap  edildi. 
Bu bəyannamənin Qafqaz müsəlmanlarının 
mərkəzi  sayılan  Bakıda  dağıdılmasını  istə-
mirdik.  Abbas  bəy,  bu  bəyannamələri  ala-
raq Tiflisə getdi. Orada bunları poçta qtula-
rına ataraq bir gün sonra da geri döndü. Bu 
bəyannamə  Qafqaz  müsəlmanları  arasında  böyük  bir  həyəcan  yarat-
dığı kimi, Çar polisini də böyük bir təlaşa salmışdı. Bəyannamədə hər 
cür yardımda olması fikri irəli sürülür və yardım edilməsi istənilirdi. 
O zamanlar necə isə  Bakıda  Türkiyə Konsulluğunun açılma-
sına icazə verilmişdi. “Hilaliahmər”ə yardım etmək üçün konsul-
luq binası önündə məhşəri bir toplantı halında toplanırdı. Bu hə-
yəcandan ürkən Çar hökuməti Konsulluğu bağladı. 
Bəyannamə  arkadaşımız  Yusif  Ziya  tərəfindən  İstanbula  aparıldı. 
Sabilülirşad  məcmuəsi  bu  bəyannaməni  eynilə  nəşr  edərək  Qafqaz 
müsəlmanlarının  Türkiyəyə  qarşı  göstərdikləri  münasibətdən  ötrü 
məmnuniyyətini bəyan edən sətirlər yazdı.  
Bu bəyannamə dolayısı ilə bir gecə mənim evimdə də axtarış  edil-
di. Axtarış edən komissar müavini: “İstanbulda olan qardaşın (Rəsul-
zadə Məhəmməd Əmin bəyi ittiham edirdi) tərəfindən sənə bir bəyan-
namə  göndərildiyini  və  sənin  də  onu  bütün  Qafqaza  yaydığını  bil-
dirdilər. Sizdə də bu bəyannamə çıxmadı” – dedi və getdi.  



 
Bakыnыn Qurtuluшu 
 
 
175 
1918-ci ildə Türk ordusu  Bakını çevirdi. Türk ordusu qərargahına 
xəritə, plan və silah yetişdirmək üçün Müsavat Partiyası bütün qüvvə-
silə  çalışırdı.  Hər  gün  dəniz    və  quru  yolu  ilə  Türk  ordusu  qərargahı 
nəzdində  olan  arkadaşımız  Abbas  bəy  vasitəsilə  şəhərdəki  əsgərlərin 
hərəkəti haqqında Türk ordusu qərargahına müntəzəm məlumatlar ve-
rilirdi.  Bolşeviklər  bu  məlumatın  sürətlə  verilməsinə  heyrət  edirdilər. 
Türk ordusunun Bakını xilası Azərbaycanlıları böyük bir qətliam təh-
lükəsindən qurtardı. Bu ordu yetişməsəydi, Azərbaycanın bir tərəfində 
çox geniş ölçüdə qətliamlar olacaqdı. Türk ordusu, Azərbaycana yer-
ləşdikdən sonra Azərbaycanlılardan mürəkkəb bir hökumət qurulsa da, 
yaxşı bir fəaliyyət göstərmək imkanı tapılmadı. Nəhayət Türk ordusu, 
Türkiyə hökumətinin  müttəfiqlərilə  etdiyi bir razılaşmaya görə Bakı-
dan çəkilməli oldu. Məhəmməd Əmin bəy Türk ordusu komandanları 
nəzdində, bizi buraxıb getməmələri üçün çox rica və israr etdi və za-
bitlərin rütbələrinin bir dərəcə  yüksəldiyini və  əsgərlərə  yüksək  maaş 
verəcəyini  söylədisə  də,  zabitlərin  aralarında  çıxan  ixtilaf  nəticəsində 
çəkilib getmə qərarı möhkəmləndi. Türk əsgərləri Gəncəyə daxil ol-
duqdan  sonra  Türk  ordusu  komandanları  ilə  yaxşı  münasibətdə 
olan  arkadaşımız  Vəli  bəy  arxalarınca    Gəncəyə  göndərildi.  Qal-
maları üçün bir dəfə də xahiş edildi (58, s. 10-11).  
 
Milli Azərbaycan “Müsavat” Xalq Partiyası bülleteni, 
 Berlin,1962,  sayı 4. 
                              
 
 
 


 
Nяsiman Yaqublu 
 
 
176 
 
M Ü Q A V İ L Ə 
 
OSMANLI DÖVLƏTİ İLƏ AZƏRBAYCAN  
CÜMHURİYYƏTİ ARASINDA 
İMZALANAN MÜAHƏDƏ 
 
Bismilləh-ir-rəhman-ir-rəhim 
 
Səltənət-i Seniyye-i Osmaniyyə ilə Azərbaycan Hükumət-i  
Cümhuriyyəsi Beynində Mün'aqid Muhadənət Mu'ahədənaməsi 
 
Bir  tərəfdən  Hükumət-i  Osmaniyyə,  digər  tərəfdən  axirən  elan-i 
istiqlal  edən  Azərbaycan  Hükumət-i  Cümhuriyyəsi,  siyasi,  hüquqi, 
iqtisadi  və  fikri  sahələrdə  məmləkətləri  arasında  münasibət-i  dostanə 
və  həmcivari  təsisi  xüsusunda  ittifaq  etdiklərindən  muraxxasları 
olmaq üzərə: 
 
Səltənət-i Seniyye-i Osmaniyyə; 
Ədliyyə  Naziri  və  Şura-ı  Dövlət  Rəisi  Dövlətli  Xəlil  Bəy-əfəndi 
həzrətləriylə;  Qafqaz  cəbhəsi  Osmanlı  orduları  komandanı  Ferik 
Dövlətli Vehib Paşa Həzrətləri
 
və Azərbaycan Hükumət-i Cümhuriyyəsi: 
Xariciyyə Naziri Mmməd Həsən Bəy Hacınski həzrətləriylə; 
Məclis-i  Milli  Rəisi  Rəsulzadə  Məmməd  Əmin  Bəy-əfəndi 
həzrətlərini  təyin  etmişlər  və  müşarün-ileyhim  ale'l-usul  tənzim 
olunan  rüsxətnamələrini  tədqiq  və  teati  etdikdən  sonra  mevadd-i 
atiyəyi qərarlaşdırmışlar...” 
 
Dördüncü Maddə 
Hükumət-i Osmaniyyə ikinci və üçüncü maddələr mucibincə sahib 
olduğu  gaqqdan  müttəfiqi  bulunan  hökumətlər  ordularını  da  istifadə 
etdirə bilir. 
 


 
Bakыnыn Qurtuluшu 
 
 
177 
Beşinci Maddə 
Hükumət-i  Osmaniyyə  Azərbaycan  Hükumət-i  Cümhuriyyəsi 
daxilində  bulunan  yollardan  nəqliyyat-ı  əskəriyyə  üçün  istifadə  edə 
biləcəkdir. 
 
Altıncı Maddə 
İşbu mu'ahədə-namətəsdiq və təsdiq-namələri bir ay və ya müddət-
i kəsirə-i  mümkünə zərfində Dərsə'adət'də teati olunacaqdır. Təsdiqən 
li'l-makal  muraxxaslar  işbu  mu'ahədə-naməni  imza  və  möhürləriylə 
taxtim etmişdirlər. 
 
İşbu mu'ahədə-namə iki nüsxə olaraq Batumda tənzim olunmuşdur. 
 
                                                                               4 Haziran 1334 
Məmməd Həsən Hacınski 
                                             Xəlil 
Məmməd Əmin Rəsulzadə 
                           Mehmed Vehib 
 
(Bu müqavilə ixtisarla çap edilir) 
 
 
 
 
 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə