NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə49/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   45   46   47   48   49   50   51   52   ...   57

 
Bakыnыn Qurtuluшu 
 
 
165 
Cəbbəxana: tüfəng üçün – 100 sandık; top gülləsi – 472; şarapnel 
– 528. Qüvvələr bununla bitmir. Düşmənin Göyçayı alması münasibə-
tilə  Qafqaz  İslam  Ordusu  Komandanlığı  tərəfindən  “vəziyyətin  vahi-
məli” olmasına dair: verilən teleqraflarına əsasən 9-cu Osmanlı Ordu-
sundan 65 zabit, 2.475 nəfər, 701 heyvan, 2.092 tüfəng, 16 ağır mar-
kalı tüfəng və 4 qüdrətli dağ topundan ibarət 38-ci alay və bir qüdrətli 
dağ batereyası 11 iyulda Qazaxda olmaq üçün 6 iyulda Gümrüdən hə-
rəkət etmişdi. 
Bundan  başqa  Şamaxının  zəbtindən  sonra  Bakıya  yaxınlaşan 
ordu  5  avqustda  Bakı  şəhərinə  etdiyi  müvəffəqiyyətsiz  hücuma 
əsasən 15-ci firqənin Azərbaycana göndərilməsi üçün müraciət et-
mişdi.  İranın təhrikilə ingilislərin  yardımını nəzərə alaraq  Bakıya ilk 
öncə Qarakilsədən 1200 muharibdən ibarət 107-ci alay, sonra da 9-cu 
ordunun 15-ci firqə qərargahı ilə 56-cı və 106-cı piyada alayları ilə bir 
qüdrətli, bir on buçukluk Skoda dağ obüs (on tam onda beş millimetr-
lik  dağ)  və  bir  də  on  buçukluk  sahə  obüs  (on  tam  onda  beş  milli-
metrlik istehkam) batareyaları gəlmişdir. Bunlardan başqa Culfa – Or-
dubad  yolu  ilə  Qarabağa  da  yardım  göndərilmişdir.  Bu  şəkildə  artan 
Türkiyə  yardım  qüvvələrilə  bərabər  Azərbaycan  qüvvələri  də  artmış, 
təşkil edilən kıtaatları (ordu hissələrindən) başqa Qazax, Gəncə, Zaqa-
tala,  Şəki,  Cavanşir,  Ağdam,  Ağdaş,  Göyçay,  Salyan,  Quba  və  Bakı 
ətraflarında süvari, milis təşkilatı, könüllü müsəlləh qruplar və s. yara-
dılmışdır. 
Maruf (məlum) “Vəhşi Firqə” deyilən və istiqlal dövründə birinci 
süvari  alayında  olan  müntəzəm  qüvvələrdən  başqa  Zaqatala  süvarisi, 
Qazax, Gəncə, Göyçay  və Bakı könüllülərindən başqa Salyan ilə Ca-
vadda Ramazanovun təşkil edib düşmənin  Kür hövzəsini və  Muğanı 
ələ keçirməsinə  mane olan və bu şəkildə ordunun sağ cinahını təmin 
edən  qüvvələrlə,  Quba  tərəflərində  kaymakam  (qəza  rəisi)  Şükrü  Bə-
yin  təşkil  edib  Qubanı  azad  etdiyi  və  Bakı-Dərbənd  dəmiryolundan 
istifadə  etməməsinə  müvafiq  olduğu  qüvvələrin  həyata  keçirdikləri 
tədbirlər  Qafqaz  İslam  Ordusu  komandanlığında  təqdirə  layiq  görül-
müşdür. 
Üçüncü Ordu komandanı Vəhib Paşaya yazdığı raportda Qaf-
qaz  İslam  Ordusu  komandanı  Nuru  Paşa,  Erkanıhərb  (Baş  Qə-
rargah)  rəisi  kaymakam  (qəza  rəisi)  Nazim  bəyin  Kürdəmir  cəb-
həsinə göndərildiyini bildirirdi.  Mağalof qüvvələri çəkildikdən son-


 
Nяsiman Yaqublu 
 
 
166 
ra,  irəliləməkdə  olan  bolşevik-erməni  qüvvələrinə  qarşı    bu  cəbhəni  
süvari alayımızla könüllülər müdafiə edirdilər. Eyni zamanda Şamaxı-
nı geri almağa müvəffəq olan Gəncə könüllüləri oranı müdafiə etmə-
miş çəkilmiş, bu şəkildə düşmən Ağsuya, oradan da Göyçay istiqamə-
tində Qaraməryəmə gəlmişdi. 
Daha 5-ci Qafqaz Firqəsi gəlməmişdi. Qüvvə gəldikdən sonra gah 
Kürdəmir cəbhəsi Müsüslüyə, gah da Göyçaya yardım göndərilmişdi. 
Eyni  zamanda  Salyan-Cavad  məntəqəsindəki  Azərbaycanlı  minbaşı-
lardan Ramazanovun müfrəzəsi də takviyə edilmişdir (taburu ilə möh-
kəmləndirilib). Müsüslüyə göndərilən bu qüvvə Kür çayı ilə düşmənin 
irəliləməsinə    mane  olduğu  kimi  Kürdəmir  –Bakı  dəmiryoluna  etdiyi 
basqınlarla düşmən qüvvələrini müvəffəqiyyətsizliyə uğratmaqla məş-
ğul olmuşdur. 
Göyçayda Qafqaz alayı komandanı Osman Bəy qərargahı ilə bəra-
bər  dayanıb.  Qaraməryəm  cəbhəsində  türkiyəli  Muammər  Əfəndinin 
komandasındakı Azərbaycan xalqından toplanmış milis bölüyü vuruş-
maqdadır. 
Qafqaz  İslam  Ordusu  Komandanı  Azərbaycan  cəbhələrindəki  və-
ziyyət haqqında 3-cü ordu komandanı Vəhib Paşaya belə yazırdı: 
“Bakı bolşevikləri kısmı küllisile (hamısı, bütünlüklə) dəmir yolu 
istiqamətindən  irəliləyərək  Müsüslü  stansiyası  civarındakı  bataqlıq 
məntəqəsinə  gəlmişdir.  500  nəfər  qüvvəsi  təxmin  olunan  bir  qüvvəni 
də Şamaxı üzərindən kəndləri dağıdaraq və islamları məhv edərək Qa-
raməryəmə  irəliləmişdir.  Piyada  10-cu  Qafqaz  alayı  indi  də  bu  düş-
mənlə təmasdadır...” 
Qafqaz İslam Ordusu komandanı cəbbəxana və yeni  yardım qüv-
vələri göndərilməsini xahiş etməkdədir. 5-ci Qafqaz Firqəsinin başın-
da  kaymakam  (qəza  rəisi)  Mürsəl  Bəy  (hal-hazırda  Mürsəl  Paşa),  er-
kanıhərbiyə rəyasətində də əsərin müəllifi Kd. Yüzbaşı (sonralar kay-
makam, qəza rəisi) Rüştü Bəy idi. 
Yardım  qüvvəsi  ilk  öncə  Gəncədəki  ermənilərin  silahlarını 
aldıqdan  sonra  15  iyunda  Qaraməryəm  cəbhəsində  müvəffəqiy-
yətli  bir  basqın  etmişdi.  Bundan  cürət  alan  Göyçaydakı  qüvvə  17 
iyunda özbaşına yenidən hücuma keçmiş,  əfsus şiddətli bir istidən və 
susuzluq nəticəsində məğlubiyyətə uğramışdır. 10-cu Qafqaz alayının 
verdiyi zaiyat (itki) belə olmuşdur: 28-ci tabur: 4 nəfər şəhid, 15 nəfər 
yaralı, Mülazim (leytenant) Lütfi Əfəndilə 52 nəfər itkin, 29-cu tabur: 


 
Bakыnыn Qurtuluшu 
 
 
167 
Birinci    mülazim  (leytenant)  İsmayıl  Haqqı  və  mülazim  (leytenant) 
Zəki Əfəndilər şəhid, mülazim Nəzmi Əfəndilə zabit vəkili Zəki Əfən-
dilər ağır yaralı, 11 şəhid, 26 yaralı, 3 nəfər itkin. 
30-cu tabur: mülazim (leytenant) Kazım və İbrahim  Əfəndilər şə-
hid,  Birinci  mülazim  (leytenant)  Bəsri  Əfəndi  yaralı,  13  nəfər  şəhid, 
78 nəfər yaralı, 15 nəfər itkin. 
Dağ topçu takımından: 19 nəfər itkin, 6 heyvan ölmüş, iki top, on 
tüfəng və 41 atım cəbbəxana düşmən əlinə keçmişdir. 
Bu məğlubiyyətə görə cəbhəni tədqiq etmək istəyən Qafqaz İslam 
Ordusu komandanı  yanında azərbaycanlı generallardan  Əli Ağa Şıx-
linski, 5-ci Qafqaz Firqəsi erkanıhərbi (Baş Qərargahı) və başqa zabi-
tlər  olduğu  halda  Göyçaya    gəlmiş  və  döndükdən  sonra  5-ci  Qafqaz 
Firqə  qərargahı  Göyçaya  təyin  edilmişdir:  “Müsüslü  cəbhəsində  olan 
ordu erkanıhərb (Baş Qərargah) rəisi Nazim Bəy də geri alınmış və bu 
cəbhədəki kıtaatla (ordu hissələri) Azərbaycanı kaymakam (qəza rəisi) 
Həbib Bəy Səlimov komandirlik etməyə başlamışdı.” 
“Azərbaycan kolordusu (hərbi birləşmələri) namilə meydanda olan 
kıtaat (ordu hissələri) 500-600 nəfərdən ibarətdi. Əfsus bu təşkil edilə-
cək  kolorduya  (hərbi  birləşmələrə)  aid  bir  qisim  maliyyə  və  təchizat 
vardı. Əslində bu maliyyə və təchizatdan istifadə edə bilməsi üçün 5-
ci Qafqaz Firqəsi də 25 iyundan etibarən Azərbaycan kolordusu (hərbi 
birləşmələri)  əmrinə  verildi.  Kolordu  (hərbi  birləşmələri)  komandanı 
Əli Paşa Şıxlinski ilə cərəyan edəcəyinə və o vasitə ilə firqənin hərə-
kəti  hərbinə  verilən  raportların  Orduya  tətbiq  olunacağına  dair  ordu-
dan əmr alındı.” 
Anadolu  qəhrəmanlarının  unudulmaz  fədakarlıqlarından  ilham 
alan Azəri Türkü ikinci 15 Sentyabrın da doğulmasına dərin inam bəs-
ləməkdədir. Çünki o, Anadolu qəhrəmanlarının mübarək qanları baha-
sına  bizə  bəxş  etmiş  olduqları  15  Sentyabr  zəfərini  heç  bir  zaman 
unutmamış və unutmayacaqdır. 
Anadolu Türklərinin Azərbaycanın istiqlalı və istiqbalı uğrun-
da apardıqları çətin və qanlı müharibələr və mücadilələr həqiqə-
tən  də  nəsildən  nəsilə  keçərək  unudulmaz  bir  dastan  halına  çat-
mışdır (48, s. 10-16). 
 
“Qurtuluş, sentyabr 1935, 
YIL 2, sayı 11.
 
 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə