NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə51/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   47   48   49   50   51   52   53   54   ...   57

 
Bakыnыn Qurtuluшu 
 
 
171 
Məhəmməd  Oğlunun çox əsaslı və faktlara əsaslanan tədqiqindən 
öyrənirik ki, Rusiya tərəfindən zəbti XIX əsrin ilk yarısına qədər siya-
sətən bitmişsə də, iqtisadən Rusiya XIX əsrin sonuna qədər Azərbay-
can  iqtisadiyyatına  hakim  olmamışdır.  Rusiyanın  işğalından  sonra 
1872-ci  ilə  qədər  Azərbaycan  xanlıqları  dövründəki  üsul  və  metodla 
işləməkdə davam etmiş, Rusiya buraya heç bir yenilik  əlavə etməmiş 
və ixracatını yenə əvvəlki kimi İrana və şərq məmləkətlərinə etməkdə 
davam etmişdir. 
Bu da azdır. Rusiya hakimiyyəti əsnasında Bakı petrol sənayesi sü-
qut  etməyə  başlamış  və  müstəqil  xanlıqlar  dövrünə  nisbətən  istehsal 
və  qazanc  fövqəladə  azalmışdır.  Yalnız  1872-ci  ildən  sonra  xüsusi 
mülkiyyətə  və  xarici  sərmayəsinə  söykənərək  Bakı  sənayesi  texnika 
və sərmayə sahəsində ildırım sürətilə yüksəlməyə başlamış, 1867-ci il-
də 999 000 pud olan istehsal 1877-ci ildə 20 000 000 pud  olmuşdur. 
Xüsusi mülkiyyətin tanınması və qərb sərmayəsilə texnikanın məmlə-
kətə gəlməsilə yüksələn neft sənayesi Bakı məsələsini yeni bir səhifə-
yə  salırdı. Bir tərəfdən  Bakı beynəlmiləl bir əhəmiyyət alır, o biri tə-
rəfdən yerli Azərbaycan burjuaziyası yetişirdi. Artan sənaye sayəsində 
Bakı sürətlə böyüyür, az zamanda kiçik bir qəsəbə halından amerika-
sayağı bir  şəhər halına  gəlir, on minlik  əhali  yüz minə, iki  yüz  minə, 
hətta  üç  yüz  minə  çəxərdə.  Hər  tərəfdən  axışan  erməni  və  sairə  kimi 
qüvvələrə qarşı Türklərdə milli hiss qıcıqlanır və Türklər bir tərəfdən 
milli  sərvətlərini  itirməmək,  digər  tərəfdən  əhalinin  əksəriyyətini  tə-
min  etməyə  çalışır  və  heyrətedici  bir  müvəffəqiyyətlə  hər  iki  sahədə 
qələbə çalırlar. Bakı hər cəhətdən bir Türk şəhəri olaraq qalır və eyni 
zamanda  Azərbaycanın  mədəniyyət,  sənaye,  ticarət  və  siyasi  mərkəzi 
halına gəlir. 
Rusiya XIX əsrin əvvəlində Azərbaycana girdiyi zaman qarşısında 
özündən çox  irəlidə olan bir məmləkət tapmışdı. Azərbaycan ona təs-
lim olmurdu. Mütəhərrik bir şəkildə olsa da, məmləkət ona 30 il mü-
qavimət göstərmişdi. Rusiya məmləkətin bütün hakim ictimai zümrə-
lərini  mütiləşdirərək  özünə  bir  qapı  qulu  zümrəsi  yaratmışdı.  Ticarət 
və sənaye burjuaziyasını ortadan qaldırmışdı. 
Bakıda başlayan yeni dövr yeni ictimai qüvvələr gətirir və Av-
ropa əqidəsilə yetişən bu qüvvələr millətin idarə mövqeyinə keçir-
dilər. 


 
Nяsiman Yaqublu 
 
 
172 
Yeni ideyalar, yeni fikirlər və yeni məfkurələr doğurdu və bu fikir-
lər  Bakıdan  məmləkətin  hər  tərəfinə  yayılaraq  yeni  milli  bir  hərəkat 
yaradırdı. Milli Azərbaycan İstiqlalı Hərəkatı!.. 
Bu hərəkat qarşısında rusların ağından tutub qızılına qədər hamısı 
vahid bir cəbhə aldılar və bizə bolşeviklər xarabazar bir məmləkət ve-
rəcəklərini söylədilər. Halbuki, Bakı tarixi, abidələri, xatirələri, coğra-
fi vəziyyəti, əhalisinin əksəriyyəti və milliyyəti etibarilə, iqtisadiyyatı 
etibarilə  bir  Türk  və  Azərbaycan  şəhəri  idi.  Azərbaycanda    və  Azər-
baycanlılara məxsus neft ocaqlarında rusların iştirakı azərbaycanlılara 
nisbətən  heç  dərəcəsində  olmuşdur,  İstiqlalını  elan  etmiş  olan  Azər-
baycan,  bu  tarixi,  milli  siyasət,  iqtisadi,  insani  haqlarına  dayanaraq 
Bakıya qızıl ruslardan qurtulmaq üçün savaşa girişmiş, Türkiyədən al-
dığı qardaş yardımı ilə Bakı məsələsini Azərbaycanın xeyrinə həll et-
məyə müvəffəq olmuşdu. Bu zəfər günü haqqın boşla verilməyib silah 
gücü ilə, qan axıtmaqla alınması və yenə əldə silah olaraq bütün fəda-
karlıqla qorunmasını sübut edən bir gündür. 
Bu  gün  Bakı  yenə  bütün  Azərbaycanla,  bütün  Qafqazla  birlikdə 
rus işğalı altındadır. İldə 20 000 000 ton neft və məhsullarından doy-
mayan və sovet təyyarəçiliyinin, traktor, tank, fabrik və sairənin Bakı 
neftinə getdikcə daha çox ehtiyac hiss etdiyini söyləyən Moskva, eyni 
zamanda iki illik istiqlal dövründən bəhs edərkən “Müsavatçılar dünya 
inqilabını iki il şərqdən uzaqlaşdırdılar” – deməyi də unutmurlar. 
Bu, Bakı məsələsinin yalnız Azərbaycan məsələsi olmadığını is-
bat edir. Bolşevizmlə kapitalist dünyası arasında çarpışmanın ən mü-
hüm  səhnəsi  müstəmləkə  yollarının  keçdiyi  Yaxın  Şərqdə  cərəyan 
edəcəyini  kimsə  gözləmir.  Və  bu  çarpışmada  Azərbaycanın  qanını 
içən  sovet  təyyarələri  üçün  Qafqaz  ən  əmin  bir  üssulhareke  (hərəkət 
bazasıdırsa)  isə,  Türkiyə  ilə  İran  kimi  qonşu  qardaş  dövlətlər  də  əla-
hiddə bir körpü rolunu oynayacaqlar. 
Hindistana və Ağ dənizə doğru irəliləyən dünənki Rusiya üçün bu 
belə olduğu kimi, bugünkü bolşevik Rusiya üçün də belədir. 
İranı rəsmən müstəmləkə halına gətirən dünənki Rusiya bu üssulh-
arekedən  (hərəkət  bazasından)  hərəkət  etmədimi?  “Ya  otonomi,  ya 
anatomi”  –  deyə  Türkiyəni  xəritədən  silməyə  qalxan  dünənki  Rusiya 
kimi, Türkiyəni Kürdüstan, Ermənistan, Ləzgistan, Qərbi Anadolu və 
Trakiya şəklində təsəvvür etdiyini yeri gəlmişkən rəsmən söyləyən  bu 
günkü Rusiya da Qafqaza söykənməyirmi? 


 
Bakыnыn Qurtuluшu 
 
 
173 
Binaenaleyh  (ona  görə  də)  Bakı,  onunla  birlikdə  Azərbaycan 
və bütün Qafqaz məsələsi şərq məsələsi deməkdir. Və 18 il bundan 
əvvəl  Bakının  qurtuluşu  uğrunda  axıdılmış  olan  qan,  yalnız 
Azərbaycan istiqlalı üçün deyil, bütün Qafqaz, bütün Türklük və 
bütün  müsəlmanlıq  dünyası  üçün  axıdılmışdır.  Bu,  dünən  belə 
olduğu  kimi,  sabah  da  belə  olacaqdır  və  bu  gün  Azərbaycan 
istiqlalı üçün axıdılan qan da eyni məqsədlə axıdılır (46, s. 9-12).  
 
 
“Qurtuluş”, sentyabr 1936, №23. 
 
 
 
 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə