Nяsiman Yaqublu
126
Feyzi Aküzüm
QARDAŞ YARDIMI
(15 Sentyabr 1918 Zəfəri münasibətilə)
lkələrin tarixlərində unu-
dulması mümkün olmayan
bir çox şərəfli olaylar yer
almaqdadır. Bu olaylar ara-
dan illər, əsrlər keçdiyi hal-
da, daha yeni və daha canlı olaraq beyin-
lərdə və könüllərdə yer almaqdadır. Bunla-
ra, bilxassə (xüsusilə) Türk tarixində çox
rast gəlinir. 15 Sentyabr 1918 tarixi də
bunlardan biridir. Azərbaycanın qurtuluş
savaşında, onun yardımına çatan
Qardaş
Türk Ordusunun, 15 Sentyabr 1918-ci il
tarixində Bakını düşmən istilasından qurtararaq Azərbaycanın
tam bağımsızlığa qovuşmasını saxlayan bu hərəkəti, uzun illər
unudulmayacaq dərin və kutsal (müqəddəs) bir qəhrəmanlıq ör-
nəyidir.
Bilindiyi kimi, Rusiyada müvəqqəti Kerenski hökuməti vaxtında
demokratik və genel oylama (ümumi səsvermə) ilə seçilmiş olan Ge-
nel Rusiya Qurucular Məclisinin fevral 1918-ci ildə bolşeviklər tərə-
findən – bolşeviklərin azlıqda qalması məcburiyyətində - zorla dağı-
dılması üzərinə, Azərbaycan, Gürcüstan və Ermənistandan mütəşək-
kil, Güney Qafqaz Məclisi (Cənubi Qafqaz Seymi) toplanaraq, bolşe-
vik hakimiyyətini tanımama qərarını aldı və bunu bütün dünyaya elan
etdi. Bu hərəkətə əsəbiləşən bolşeviklər, Azərbaycanın başkəndi Bakı-
nı zorla ələ keçirməyə çalışdı. Bakı qanlı olaylara qərq oldu. Müdafiə-
siz qalan 17 000 Türk və müsəlman əhali qılıncdan keçirildi. 31 Marta
düşən bu acı olay Azərbaycan tarixində
“Mart faciəsi” olaraq nifrətlə
yer aldı.
Bu faciəli hadisə qarşısında bütün Azərbaycan qan ağladı Azər-
baycanın və başkəndi Bakının düşmən zülmündən qurtarılması, müt-
Ö
Bakыnыn Qurtuluшu
127
ləq intiqamının alınması əsnasında bütün Azərbaycanı bürüyən geniş
bir mücadilə bayrağı açıldı.
Güney Qafqaz Məclisindəki Türk və Müsəlman millət vəkilləri,
Bakının bolşevik istilasından qurtarılmasını istəyərək, bir an öncə hə-
rəkətə keçilməsini təklif etdilər.
Maalesef (təəssüf ki) bu təklif məclisdəki gürcü və erməni qruplar
tərəfindən qəbul olunmadı. Onlar özlərini Türkiyə Dövlətinin mü-
daxiləsi qarşısında görürdülər. Əsasən, Türk hökuməti ilə bolşevik
Rusiya hökuməti arasında imzalanan Brest-Litovsk müqaviləsi ilə
Qars, Ərdəhan və Batumun Türkiyəyə verilməsi gürcü və erməniləri
bir xeyli üzmüşdü. Bu səbəblə gürcülər Güney Qafqaz Məclisindən
ayrılaraq bağımsızlıqlarını elan etdilər. Bunun əvəzində Məclisdəki
azərbaycanlı millət vəkilləri qrupu da dərhal başqanlığa Məhəmməd
Əmin Rəsulzadəni gətirməklə 28 May 1918-ci ildə Milli Azərbaycan
Şurasını
elan edib, Azərbaycan Türk Cumhuriyyətini qurdular.
Təşəkkül edən Azərbaycan Milli Şurası ilk iş olaraq 4 iyun
1918-ci ildə Türkiyə ilə bir müqaviləni imzalayaraq Azərbaycanın
sülh və asayişini qorumaq üçün Türkiyədən əsgəri yardım istədi. İstək
həmin an qəbul olundu. Nuru Paşa (mərhum general Nuru Killigil)
komandasındakı 5-ci Qafqaz Tüməni Gəncə istiqamətində hərəkətə
keçdi. Gəncədə bir müddət qalaraq asayişi təmin edən Nuru Paşa 14
iyun 1918-ci ildə Türkiyə və Azərbaycan könüllü silahlı birliklərindən
ibarət Qafqaz Ordusu Baş Komandanlığına təyin edildi. Bu ordu 3
avqustda Qubanı düşməndən aldı və 31 avqustda Bakı qapıları
qarşısında dayandı. Qısa bir hazırlıq dönəmindən sonra 15 sentyabr
1918-ci ildə Bakıya girən Albay Mürsəl bəy (mərhum general Mürsəl
Bakı) Komitəsindəki Türk Ordusu çətin və qanlı mücadilələrdən sonra
Bakını düşməndən qurtardı. Beləcə, Azərbaycan tam müstəqil bir
Türk Cumhuriyyəti halına gəldi.
Azərbaycan xalqı tam müstəqilliyə qovuşmasının həyəcanını
günlərcə, aylarca, hətta illərcə dərin bir eşqlə yaşadı.
Bu gün 20 iyulda başlayan Kıbrıs Barış Hərəkatını böyük bir
müvəffəqiyyətlə başa çatdıran qəhrəman Türk Ordusunu böyük bir
xilaskar olaraq qucaqlayan Kıbrıs Türkləri kimi, Azərbaycanlılar da o
zaman bundan qat-qat böyük bir sevinc və iştiyakla (şadlıqla)
qəhrəman Türk Ordusunu bağrına basdı. Qardaş yardımına gəlmənin
sonsuz həyəcanı ilə qurbanlar kəsildi. Şərqi və türkülər bəstələndi.