Nяsiman Yaqublu
128
Zəfər alayları düzənləndi. Qurban Bayramına təsadüf edən bu
müqəddəs qurtuluş günü, bağrı hürriyyət və istiqlal atəşi ilə yanan
qadınlı, kişili, gənc, qoca bütün Azəriləri, iki bayramı bir arada qeyd
etmənin sevinci içində sonsuz xoşbəxtliyə qovuşdurdu. Günlərcə
həyəcan dalğası halında davam edən bu böyük bayramda qızlar,
gəlinlər, gənclər və qocalar ən yeni və ən gözəl ürək sözlərini deyərək,
milli oyunlar oynadılar, əyləncələr təşkil etdilər.
Salon gəlir aralı,
İçi dolu yaralı.
İçində bir gözəl var,
Azərbaycan maralı – deyə başlayan və bu gün daha dillərdən düş-
məyən “Salon” (Tren) türküsü, iki qardaşın bir-birinə qovuşmasının
ilk müjdəçisi oldu.
Doğulan uşaqlar Ənvər, Nuru, Mürsəl adlarını
aldılar.
Türk Ordusu şərəfinə Bakıda verilən tədbirdə milliyyətçi şair və
müəllim Hüseyn Cavidin lojadan
tələbələrinə oxutduğu
Türk
elindən əsən yellər,
Sənə şirin salam söylər.
Olsun
bütün Qafqaz ellər,
Qurban türkün Bayrağına – deyə davam edən “Bayraq Marşı”
salonun coşqun və sürəkli alqışlarla canlanmasına, masaların göz yaş-
ları ilə sulanmasına vəsilə (səbəb) oldu.
Milli şair Əhməd Cavadın 15 Sentyabr günü yazdığı:
Atıldı dağlardan zəfər topları,
Yürüdü
irəli əsgər, Bismillah!
O xan sarayında çiçəkli bir qız,
Bəkləyir bizləri zəfər, Bismillah!.. şeri qısa zamanda bütün Azər-
baycanda dildən-dilə dolaşmağa başladı.
Şəhid olan Məhmətciklərin əziz xatirələrini anmaq üçün bir
“Türk Şəhitliyi” meydana gətirildi.
Bakыnыn Qurtuluшu
129
Bakının “Çənbərə Kəndi” məzarlığında yatan Məhmətciklərin
xatirələrini əbədiləşdirmək üçün ölümlərinin ildönümü olan 15
Sentyabr 1919-cu ildə sonsuz bir şükran (minnətdarlıq) ifadəsi
olaraq Qardaş Məzarlığı üzərində bir abidə tikildi. Bu abidənin
təməlqoyma tədbirində çıxış edən Məhəmməd Əmin Rəsulzadə
hissiyyatını sərbəst bir şəkildə dilə gətirərək belə dedi:
“Ey hürr Azərbaycanın hürr Vətəndaşları!
Əziz Millətdaşlar!
Milliyyət və qardaşlıq hissi ilə uzaq yollardan keçərək bizi
qurtarmağa gələn və öz ölümləri ilə yeni bir Türk Dövlətini
yaşadan bu böyük insanları yad edərkən sizi bir az düşündürmək
istərəm:
Milli muxtariyyət və istiqlal Rusiya ixtilalının şüarlarından idi.
Hər millət öz müqəddəratını təyinə yetkilidir (müqəddəratını təyin
etməyə haqqı var) deyilmişdi. Fəqət ictimai məfkurələr heç bir zaman
o məfkurənin müstənet əleyhi (əleyhinə əsaslanmayan) olmayan qüv-
vələr sayəsində inkişaf etməmişdir. Rus əmelesi (fəhləsi) millətlərin
haqqı istiqlalını elan edər: bu mümkündür və vakidir (baş verəndir).
Fəqət bir Türk istiqlalının təhəkkukunu (meydana çıxmasını) rus
əmelesindən (fəhləsindən) gözləmək əbəsdir. Sinfi məfkurələrin tə-
həkkuku (meydana çıxması), siniflərin öz qüvvə və səylərinə bağlı ol-
duğu kimi, milli məfkurələrin təhəkkuku (meydana çıxması da milli
qüvvələrin səy və hümmətinə bağlıdır.
Bunun üçündür ki, millətlərə haqqı istiqlal elan edən rus kommu-
nizmi, iş Azərbaycan İstiqlalına çatınca,
Türk düşməni qüvvələrilə bir-
ləşdi. Başımıza qanlı Mart hadisəsini gətirdi. “Bizə muxtariyyət” ver-
mək deyil, “xarabazar” vermək istədi. Bu qızıl və qanlı yalana qarşı
Milli İstiqlalımızın haqqı müdafiə olaraq bizə Xızır kimi gələn qüvvə,
bitabbi Rus əmelesi (fəhləsi) deyil, Türk Ordusu idi. Milli bir qüvvə
idi.
Əvət, Azərbaycan Milli Hürriyyət və İstiqlalını, yeni Türk
Dövləti-
nin vücudunu, bu gün böyük məzarları başında, huşu və huzu ilə (can-
başla) üzərində diz çökdüyümüz bu böyük insanlara, qardaşını düşü-
nən bu böyük Türklərə medyundur (minnətdardır)”.
Türk Şəhidliyi uzun illər gəlinlərin, qızların ziyarətgahına çevrildi.
Dini bayramlarda və Milli günlərdə edilən ziyarətlərlə məzarlıq bir çi-
çək bağçası halına gətirilirdi. Bundan narahat olan rusların və kommu-