Nяsiman Yaqublu
134
Axıtmalı rus qanını,
Dəlməlidir hər yanını.
Kafir, səndən istəyirəm,
Anamın dadlı canını.
Düşmənləri öldürməli,
İslamları güldürməli.
Zalım, vəhşi Moskovları,
Əskih ininə sürməli.
Cəng yerinə gedəcəyik,
Düşməni qəhr edəcəyik.
Tanrı üçün, zəfər üçün,
Sevinərək öləcəyik.
Sultan Murad hücum deyir,
Oc al deyə bağırıyor.
Qafqazyada əsir olan,
Türklər bizi çağırıyor.
Öldürdülər babamızı,
Boğdurdular anamızı.
Kafir ruslar, ağlatdınız,
Məzardakı babamızı.
Qazbəylərdə, Batumda gəz,
Kimsə səni məhv edəməz.
Biz Moskovu görür isən əgər,
O zalımın beynini əz.
Batum qanla boyanacaq,
Sahumda atəş yanacaq.
Türk ordusu bir hücumda,
Tiflislərə dayanacaq.
Bakыnыn Qurtuluшu
135
Türk ordusu yenilməsin,
Türklük bitdi deyilməsin.
Ey Allahım, xain Moskov,
Bu dünyada sevinməsin.
Gözəl Qafqaz şansla dolsun,
Moskovların rəngi solsun.
Cəngdə şəhid olalım ki,
Məkanımız Cənnətə olsun.
Araz çayı çağlamasın,
Ürəkləri dağlamasın.
Şəhidlərin anaları,
Övladını ağlamasın.
Qəlbimizdə iman dolu,
Qafqazyadır cənnət yolu.
Heybətinlə hücum elə,
Ey qəhrəman İslam oğlu.
Moskovlara Batum neçin,
Hey ağlayır için-için.
Türk milləti əmin etdi,
Qafqazyanı almaq üçün.
Türk ordusu, Türk ordusu,
Məhv elə sən xain rusu.
Sənin üçün həm duaçı,
Türk qadını, Türk yavrusu.
Ya yurd üçün öləcəyik,
Ya zəfərlə dönəcəyik.
Türk yurdumun günlərini,
Bundan sonra görəcəyik.
Nяsiman Yaqublu
136
Aslan dolu daşım, dağım.
Atəş saçar solum, sağım.
Qafqazyanı almaq üçün,
Kainatı yıxacağam.
Tufan kimi qonacağız,
Dünyaya şan saçacağız.
Biz Türklərin bayrağını,
Qafqazyada asacağız.
Həmşirəmiz kəsilsinmi,
Atalarımız əzilsinmi.
Bundan sonra Qafqazyada
Vəhşi Moskov gəzinsinmi.
Tanrım, artır qüvvətini,
Şərəfləndir dövlətini.
Məhəmmədin hörmətiyçün,
Yüksəlt böyük millətini.
Qorxma sakin, Türk oğlusan,
Haydı, hücum, mərd oğlusan.
Qafqazyada atəşlər saç,
Çünki yıldırım oğlusan.
Baxın, görün, mən əsgərəm,
Cəngdən qaçmam, çünki ərəm.
Əgər şəhid olur isəm,
Cənnət olur mənim yerim (8, 9-14)
“Azərbaycan” Türk Kültür Dərgisi.
1973, yıl 22, sayı 206
Bakыnыn Qurtuluшu
137
Taki Aran
AZƏRBAYCAN TARİXİNƏ
QISA BİR BAXIŞ
nadolu və Azərbaycan əsgərlərinin amansızcasına
çarpışaraq qazandıqları 15 Sentyabr 1918-ci il zə-
fərinin, Azərbaycan İstiqlal savaşlarında müstəsna
bir yeri və Müstəqil Azərbaycan Cumhuriyyətinin
torpaq bütövlüyünün saxlanmasında dəyərli bir rolu vardır. 15
Sentyabrın anlam və önəmini daha yaxşı görə bilmək üçün Azərbay-
canın yaxın tarixinə qısa bir göz yetirmək faydalı olacaq.
Coğrafiya baxımından böyük Türk aləminin bir parçası olan və bu
aləmin mərkəzində mövqe qazanan Azərbaycan Anadolunun şərqi ilə,
Xəzər dənizinin qərbi arasındakı torpaqların sahibidir.
Bu ölkədə yaşayanların 92 faizini Azəri Türkləri təşkil edir. Şərqi
Anadolu dağlarından çıxıb Xəzər dənizinə tökülən Araz çayı bu tor-
paqların ortasından keçir. Araz çayının cənubunda qalan Azərbaycan,
Cənubi Azərbaycan, şimalında qalan torpaqlar isə Şimali Azərbaycan
və ya Qafqaz Azərbaycanı adını alır.
Tarixi, Miladdan əvvəl VII yüz ildən bəri məlum olan Azərbaycan
ölkəsi o gündən bu yana şərq-qərb, şimal-cənub istiqamətində çeşidli
uğurlara müvəffəq olmuşsa da, bu istilaların çoxu keçici mahiyyət
kəsb etmiş və bu ölkənin əsas heyətinin dəyişməsinə təsir etmişdir.
Miladdan əvvəl VII əsrdə Azərbaycanda Saka Türklərinin
mövcudluğu təsdiq edilmişdir. Daha sonra şərqdən qərbə doğru
hərəkət edən Türk köç və axınları ilə bu torpaqlar tamamilə
Türkləşmiş və İslamın yayılmasından sonra burada Səlcuqlular,
Moğollar, Azərbaycan atabəyləri, Səfəvilər və Osmanlılar tərəfindən
hər cür formalarda hökmranlıqlar edilmişdir. Bunları özündə yaşadan
Şirvanlar dövrü Azərbaycan tarixində, çəkişmə və davamlılıq
baxımından Zirvə nöqtə sayılmalıdır. XIX əsrin əvvəlinə qədər Şimali
və Cənubi Azərbaycanın bu şəkildə az-çox coğrafi və ictimai bir birlik
təşkil etdiyi görünür. Rus istilası dövründə isə bu torpaqlarda
Qarabağ, Gəncə, Bakı, Şirvan, İrəvan, Quba və Talış xanlıqlarının
hökm sürdükləri tarixi bir faktdır. XIX əsrin əvvəlindən rusların
A
Nяsiman Yaqublu
138
cənuba doğru başlayan istila təşəbbüsləri nəticəsində 1828-ci ildə
Araz çayının şimalında qalan torpaqlar işğal edilmiş və Azərbaycan
torpaqları ikiyə bölünərək Araz çayının şimalında qalan hissə Rus
imperiyası idarəçiliyinə, cənubunda qalan hissə isə İran imperiyası
idarəçiliyinə tabe edilmişdir.
100 ilə yaxın bir zamanda davam edən Rus işğalı əsasında
Azərbaycan türkləri hər cür haqq və azadlıqlardan məhrum
edilmiş, milli, ictimai, siyasi və iqtisadi inkişafına mane olunmuş,
bütün sərvət qaynaqları əlindən alınmışdır.
Azərbaycanda türk xalqının yox edilməsi üçün Ruslar tərəfindən
təşkil edilərək nifrət və lənətlə yad edilən soyqırım həyata keçirmək
üçün erməni kütlələrini silahlandıraraq, orada heç bir səbəb və bəhanə
mövcud olmadığı halda Azərbaycan Türkləri ilə qarşıdurma yaratsalar
da heç bir nəticə verməmiş və Türk xalqı əsgəri təlim və tərbiyəyə
tamamilə biganə olduqları və əllərində silah əvəzinə qılınc və
dəyənəkdən başqa bir şey olmadığı halda, qəhrəmancasına özlərini
mühafizə edə bilmişdilər.
Rus imperiyasının hər cür təzyiq tədbirlərinə uyğun Azərbaycan
türkləri arasında daha XIX əsrin ortalarından etibarən Milli şüurun
oyanmağa başladığını görürük. Mirzə Fətəli Axundovun yaratdığı yeni
əlifba mədəni birliyi təsis məqsədilə bütün Türk ölkələrinə qəbul
etdirmək üçün sərf etdiyi qeyrət, Həsən bəy Zərdabinin “Əkinçi” adı
ilə ilk dəfə olaraq Türkcə qəzet nəşr etdirməsi, Türk qadınlarının
intibaha dəvət olunaraq çadranı atmalarına şərait yaradılmasını və türk
qadın və qızlarının təhsilə cəlb olunması kimi hərəkətlər 1850-ci ildən
etibarən Azərbaycan Türkləri arasında milli və mədəni davranışların
yayılmağa başladığını göstərən hərəkətlərdir.
1905-ci il Rus-Yapon müharibəsində rusların məğlubiyyəti
Azərbaycan Türkləri üçün geniş imkanlar yaratmış və onları
daha əsaslı bir şəkildə mücadiləyə sövq etmişdir. 1905-ci ildə
Azərbaycanın zəngin və xeyriyyəçi şəxsiyyətlərindən olan Hacı
Zeynalabdinin maddi yardımı ilə Əlimərdan bəy Topçubaşovun nəşr
etdiyi “Həyat” qəzetində Əli bəy Hüseynzadənin və Əhməd
Ağaoğlunun Türkçülük mövzuları ətrafında yaratdıqları nəşriyyat
məhsulları bütün Türk qüvvələri arasında dərin bir əlaqə yaratmışdır.
İstanbul ləhcəsinin bütün Türklər arasında qarşılıqlı danışıq dili olaraq
qəbulu fikrini ortaya atan Əli bəy Hüseynzadə 1907-ci ildə “Füyuzat”
Dostları ilə paylaş: |