Nяsiman Yaqublu
122
(çiyinlərində) daşıyan tək Milli-Siyasi müəssisə olaraq xalqın etimadı-
nı qazanmış olurdu.
Bütün ciddiyyəti ilə davanı ələ alan “Müsavat” Partiyası, Azəri
Türkləri və dünya ümumi fikri qarşısında çox böyük və zamanın şərə-
finə görə həlli güc tələb edən məsuliyyətli vəzifələrlə qarşı-qarşya gəl-
mişdi. Çətin bir mücadiləyə atılmaqla, millətin hüzurunda öndərlik
ləyaqət və mətanətinin siyasi tarix səhifələrində mühüm yer alacaq,
ağır bir dönəmini keçirəcəkdi ki, bu da yüz ildən çox Rus tahakkum
(zülmü) və işğalı altında inildəyən bir milləti, demokratik əsaslara daya-
nan Milli-Müstəqil bir hakimiyyətə qovuşdurmaqdan ibarət olacaqdı.
Nəhayət, bu milli və ülvi vəzifə müvəffəqiyyətlə yerinə yetiril-
miş və 28 May 1918-ci ildə Milli Şura tərəfindən millət idarəsinin
bir məhsulu olaraq Milli Azərbaycan İstiqlalı elan edilmiş və Fə-
təli Xanın başqanlığında birinci kabinə Gəncədə qurulmuşdur.
Fəqət, bununla iş bitməmiş, bu dəfə də gənc Cumhuriyyət, rus bol-
şevikləri və erməni daşnaklarının yıxıcı fəaliyyətləri ilə qarşılaşdığı
kimi, digər tərəfdən də Orta Avropa Dövlətləri sırasında yer alan Al-
maniyanın Rusiya ilə gizli görüşlər keçirərək, Bakının ruslara verilmə-
si müvəffəqiyyətini bəyan etməsi ilə son dərəcə çətin durumlar yaran-
mışdır.
Səmimi olaraq bunu etiraf edək ki, o zamankı şərtlər altında
bu maneələri Azərbaycanın təkbaşına dəf etməsi imkansızdı. Bi-
naen-aleyhi (buna görə), duruma hakim ola bilmək üçün ikinci bir
dövlətin yardımına ehtiyac yaranırdı. Təbiidir ki, bu dövlət ancaq
Azəri Türklərinin üzbəüz qardaşı olan Türkiyə olacaqdı və bu ölüm-
dirim savaşında yardım əlini bizə uzatmaq da yenə şübhəsiz ki, onun
təbii haqqı və Milli vəzifəsi idi.
Durumun vahiməli olduğunu və ciddiliyini göz önünə gətirən Milli
Hökumət, istiqlal elanını müttəfiq Osmanlı Dövləti ilə sıx münasibət
qurulması və Azərbaycana əsgəri yardım təmini mövzularında həmin
görüşmələrə girişilməsini qərarlaşdıraraq Türkiyəyə bir heyət
göndərilməsi vacibliyini hiss etmişdir. Bu məqsədlə Azərbaycan
Cumhuriyyəti adına Milli Şura rəisi mərhum Məhəmməd Əmin
Rəsulzadə ilə Xarici İşlər naziri Məhəmməd Həsən Hacınski, Tür-
kiyə naminə də Dövlət Şurası rəisi və Ədliyyə naziri Xəlil bəylə 3-
cü Ordu Komandanıı Vəhib Paşa səlahiyyətli sayılmışdılar. İki
qardaş dövlət nümayəndələri arasında keçirilən görüşlər çox səmimi
Bakыnыn Qurtuluшu
123
bir şərait içərisində cərəyan etmiş və mühüm sonluqlara gətirib çıxar-
mışdır. 4 iyun 1918-ci ildə iki dövlət arasında bir yardım andlaşması
akt və imza edilmişdir. Hər iki tərəf üçün ən doğru və faydalı hal ola-
raq çıxış yolu bu idi.
Bu andlaşmanın 4-cü maddəsinə görə, Azərbaycan Cumhuriyyəti-
nin sülh və asayişinin yenidən iadesini (qaytarma, ödəmə) təmin məq-
sədi ilə Osmanlı Dövlətindən istənilən əsgəri yardım Türk heyəti tərə-
findən qəbul edilmişdir. 3-cü Ordu tərəfindən 2 iyun 1918-ci ildə
Azərbaycan hökumətinin o zamankı paytaxtı Gəncədə olan Nuru Pa-
şaya göndərilən məktubda, Azərbaycan Hökuməti İslam Müstəqilliyi-
nin tələbi üzrə İslamları bolşevik təcavüzündən qurtarmaq üçün qüv-
vətli bir əsgəri birliyin Qazax şəhəri üzərindən Gəncəyə göndəriləcəyi
bildirilir. 7 iyun 1918-ci ildə isə 5-ci Qafqaz firqəsinin yenə Qazax tə-
rəfdən Gəncəyə hərəkət etməsi üçün Vəhip Paşa tərəfindən əmr veril-
diyi bildirilirdi.
Düşmənlər tərəfindən tez-tez edilən basqınlar, gün keçdikcə
Azərbaycandakı durumun son dərəcə təhlükəli bir şəkil aldığını
göstərirdi. Durumun ciddiliyini görən Qafqaz İslam Ordusu Koman-
danlığı göndərilən qüvvələrin kifayət etmədiyini və bu kutalarla (hərbi
hissələrlə) yabançı müstevilərin (işğalçıların) Azərbaycandan atılması-
nın xeyli çətin olacağını bildirərək, yeni əsgəri birliklərin sevkini (cəlb
edilməsini) mərkəzdən israrla tələb edirdi.
Qafqaz İslam Ordusunun öz zamanında etdiyi bu tələb üzrə 9-cu
Osmanlı Ordusundan 2475 ər, 65 subay (zabit), 2092 tüfəng, 16 maki-
nalı tüfəng, 4 böyük dağ topu və 701 heyvandan ibarət 38 inək, alay
və bir də batereyası Gümrüdən yardıma göndərilmişdi.
Göndərilən bu qüvvələri takviyə qayəsilə (yardım məqsədilə) nə-
hayət 56 və 106-cı piyada alayları da qərargahları ilə birlikdə Bakıya
getmək məqsədilə Qarakilsədən hərəkət etmişdilər.
Görünür ki, Azərbaycan hökuməti ilə Osmanlı Dövləti arasında 4
iyun tarixli andlaşmaya görə, Osmanlı hökuməti, gənc Azərbaycan
Cumhuriyyətinin əldə etdiyi Milli İstiqlalının yaşada bilməsi üçün
əlindən gələn qeyrəti sərf etmiş, ən təcrübəli subaylarını (zabitlərini)
və ən qüvvəli kutalarını (hərbi hissələrini) oraya göndərməkdə heç bir
zaman tərəddüd etməmişdir.
Beləcə, hadisələr bu tarada (tərzdə) cərəyan edərkən, 27 avqust
1918-ci ildə Azərbaycanın əleyhinə Almaniya ilə Sovet Rusiyası ara-
Nяsiman Yaqublu
124
sında Brest-Litovsk müqaviləsi eki Berlində imzalanırdı. Bu ek and-
laşmaya görə, Almaniya, Türk Ordusunun Azərbaycana girməsinə
mane olacaq, Rusiya da buna qarşılıqlı Bakı neftinin ¼-ni Almaniyaya
verəcəkdi. Almaniya etdiyi xətanın fərqində belə deyildi, çünki 25
eylulda (sentyabrda) Bakıda bolşevik Şaumyan hökumətini devirərək
idarəçiliyi ələ alan menşevik “Sentrokaspi” hökuməti İranda olan in-
gilis işğal ordusunu yardıma çağırmış və 4 avqust 1918-ci ildə bu ordu
Bakıya girmişdi. Bakı vilayətini Kür çayına qədər Rusiyanın işğal et-
məsinə qərar verən Almaniya, İkinci Teşrinin (noyabrın) 11-də müttə-
fiqlərlə imzaladığı bir mütareke mucibince (sənəd əsnasında) məğlu-
biyyətini qəbul edərək xülyalarına nail olmamışdı.
İyulun 15-nə qədər Azərbaycanın hökumət mərkəzi Bakıdan
sonra məmləkəıtin ən böyük şəhəri və tarixində yüzlərlə milli qəh-
rəman yetişdirmiş olan hürriyyət qalası Gəncədə idi. Gənc Cumhu-
riyyətin birinci və ikinci kabinəsi də bu tarixi şəhərdə qurulur, milli
müqəddəratın təyinini sağlayan mühüm toplantılar burada keçirilir və
mühüm qərarlar burada verilirdi. O meyanda (o zamanda) Orta Avro-
pa dövlətlərinin İstanbulda toplanacaq olan Konfransına Azərbaycan
Cumhuriyyətini təmsil edən bir heyət göndərilməsinə qərar verilir,
Milli Şura rəisi və “Müsavat” partiyası lideri mərhum Məhəmməd
Əmin Rəsulzadənin rəyasətindəki bu heyət İstanbula gedir.
Rəsulzadə Məhəmməd Əmin bəy İstanbuldakı Alman Böyük Elçi-
liyinə, Müttəfiqlərə və bitərəf dövlətlər təmsilçilərinə birərə nota tevdi
etməklə (nota verməklə) Bakı ilə ilgili Alman – Rus ek andlaşmasını
şiddətli etiraz etmişdir (12 sentyabr 1918).
Fəqət, hadisələr nə Rusiyanın sinsi əməllərini tahakkuk (zülm)
etdirmə yolundakı siyasətinə, nə Almaniyanın xülyalarına və nə də in-
gilislərin ümidlərinə yardım edə biləcək bir tarada (tərzdə) cərəyan et-
mişdir.
Alman-Rus andlaşmasından sonra, 39 il bundan əvvəl, 15 sentyabr
1918-ci ildə dünya sülhü üçün strateji və geopolitik əhəmiyyəti haiz
olan Bakı şəhərinə mərhum general Mürsəl Bakının komutasındakı
(komandirliyindəki) Türk-Azərbaycan müttəfiq orduları girmişdir.
Düşmən orduları bu qəhrəman Məhmətciklərin cəsarət, mətanət və sa-
vaş qüdrətləri qarşısında davam gətirməyərək, yedikləri darbelerin
(zərbələrin) acısı ilə pərişan bir halda Bakını tərk etməyə məcbur ol-
muşdular. Beləcə, Türk irqi, öz torpaqlarına göz dikənlərə, dünya
Dostları ilə paylaş: |