Bakыnыn Qurtuluшu
119
ru yolla Ermənistana, sonra Dilican üzərindən Qazax şəhərini ələ keçi-
rərək, Ağstafa vağzalına gəlib çatdılar və oradan da qatarla Gəncəyə
gəldilər. Onları Gəncə xalqı çox təntənəli qarşıladı. Qarşılanma məra-
simi aşağıdakı kimi olmuşdur: Gəncə xalqı şəhər meydanına toplaş-
mışdı. Dövlət idarələri və məktəbləri həmin gün işləmirdi. Ona görə
də müəllimlər dəstə halında öz yerlərini tutmuşdular. Müharibə illərin-
də Türkiyənin ruslar tərəfindən işğal edilmiş Şərq vilayətlərindən
Xeyriyyə Cəmiyyəti tərəfindən toplanaraq Azərbaycanın bir çox şə-
hərlərindəki uşaq evlərində saxlanan sahibsiz uşaqlardan dörd
yaşından yuxarı olanlar da meydanda dəstə halında düzülmüşdülər.
Meydanın ətrafını əhatə etmiş əhali sevincdən gözləri yaşarmış halda
əsgərlərə baxırdılar. Uşaq evlərindən gəlmiş uşaqlar əsgərlərə
yanaşaraq onlara sarılırlar və haralı olduqlarını bildirirlər. Əsgərlər
uşaqlarına hər birisi ilə mehribanlıqla görüşür və əzizləyirlər. Bu
zaman maraqlı bir hadisə olur. Əsgərlərlə görüşən uşaqlardan biri
atasını tanıyır və ata-oğul sevincdən bir-birinə sarılaraq ağlayırdılar.
Ətrafdakı minlərlə adam bu yaranmış vəziyyətə dözə bilməyib
ağlayırdılar.
Onlar dərddən-qəmdən yox, sevincdən ağlayırdılar.
Gəncə şəhərinin ermənilərlə məskun olan məhəllələri Cəmil Cavad
bəyin alayı tərəfindən mühasirə edilərək itaətə məcbur olunurlar.
Aylarla mühasirədə qalaraq ərzaqdan korluq çəkən ermənilər könüllü
şəkildə mühasirədən çıxaraq Türk ordusunun gəldiyinə inanırlar.
Bir
erməni heyəti də Nuru Paşaya təşəkkür etməyə gəlir. Artıq şəhər-
də asayiş təmin olunur. Türk və erməni xalqı arasındakı düşmənçilik
aradan qalxır. Nuru Paşanın komandanlığı altında Osmanlı Türkləri ilə
Azəri türkləri yan-yana Azərbaycan Cumhuriyyətinin mərkəzi olan
Bakını xilas etməyə qoşulurlar. Bu zaman Bakını rus, erməni və in-
gilis qüvvələri müdafiə etməkdə idilər. Onlar iki Türk qardaşın birləş-
miş məhmətciklərinə qarşı dayana bilərdilərmi?
1918-ci il Sentyabrın
15-də hücum nəticəsində erməniləri və ingilisləri Xəzər dənizinə
tökdülər. Azərbaycan hökuməti müvəqqəti mərkəzi olan Gəncədən
Bakıya köçdü. Azərbaycan xalqı və hökuməti əl-ələ verərək, səylə hər
sahədə durmadan çalışırdı. Nuru Paşanın təşəbbüsü ilə ilk iş olaraq bir
hərbi məktəb açılır və Azərbaycan ordusuna zabitlər hazırlamağa baş-
layırlar. Nuru Paşaya xahiş etməklə Batumdakı Vəhip Paşanın sərən-
camında olan Hüsaməddin bəyin də Gəncəyə göndərilməsini təmin
edə bildim. Bakı düşməndən tamamilə təmizlənə bilmişdi. Ancaq rus
Bakыnыn Qurtuluшu
121
Məhəmməd Kəngərli
QARDAŞ YARDIMI
(Qəhrəman Türk Ordusunun Azərbaycana
girişinin 39-cu ildönümü münasibətilə)
irinci Dünya mühari-
bəsinin patlak verməsi
ilə, o zamana qədər sö-
mürgeci
dövlətlərin
basqı və işğalında qalan bir çox
millətlərin müqəddəratında önəmli rolu
haiz bəzi siyasi və kültürəl təşəkküllər
özünü göstərir, zaman keçdikcə bu nüvə
halında olan təşəkküllər milli müəssisə
halını alır və bunlardan da tam təşkilatlı
siyasi partiyalar doğmağa başlayırdı.
O cümlədən, digər millətlərdə olduğu
kimi, Azəri Türkləri də müxtəlif dövrlərdə qarşılaşdıqları qüvvələri
bitərəf edərək, milli mücadilənin qayəsinə çatmaq üçün, sağlam
təməllərə istinad edən proqramlı siyasi bir partiyaya zərurət
yarandığını dərk etmiş və 1911-ci ildə “Müsavat” Xalq Partiyasını
qurmaqla savaşa daha şumullü bir şəkildə girişmişdilər.
Millətin sinəsində doğmuş olan bu partiya məmləkətin hər tərəfin-
də hummalı (enerjili) fəaliyyətə keçərək, yeni təşkilatlar qurmaqla
milli qurtuluş məfkurəsini yayır və münəvvər kütləni bu hürriyyət
məhvərinin ətrafında birləşdirməyə son qeyrətini sərf edirdi.
Mədəni millətlər səviyyəsinə yüksəlmiş və öz-özünü idarə edəcək
qədər siyasi dolğunluğa çatmış olan Azəri Türkləri, siyasi, iqtisadi və
ictimai həyatlarında milli ideallarına tərcüman olan “Müsavat” Xalq
Partiyasının ətrafında toplaşır, maddi və mənəvi baxımdan ona takviye
(yardım) edir və çalışmalarını böyük bir əlaqə ilə izləməkdə dəstəklə-
yirdilər. Çox keçmədən həmin bütün münəvvər Azəri gəncliyinin rəğ-
bətini qazanan bu partiya, məmləkət mədəniyyətini öz omuzlarında
B