NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə32/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   28   29   30   31   32   33   34   35   ...   57

 
Nяsiman Yaqublu 
 
 
110 
üzlə qarşıladı və “Bəli, Nağı bəy, istədiyiniz oldu” – dedi. Mən də Pa-
şam, çox sevindim və sabah bütün Qafqaz Türkləri də sevinəcəklər” – 
dedim. Ənvər Paşa məndən Azərbaycanda İsa Aşurbəyov  adlı bir nə-
fəri  tanıyıb-tanımadığını  soruşdu.  Mən  də:  “Çox  yaxşı  tanıyıram, 
paşam.  Zəngin  bir  ailəyə  mənsub,  vətənpərvər  bir  şəxsdir”  –  dedim. 
Ənvər  Paşa  ayrıca  Aşurbəyovun  Türkiyədən  Rüşəni  bəy  adında  bir 
dostu  olduğunu  və  bunların  mücadilə  üçün  pul  istədiklərini  söylədi. 
Rüşəni  bəyi  tanımırdım.  Ancaq  işin  içinə  pul  məsələsi  girincə  iş 
dəyişmişdi.  Ənvər  Paşaya:  “Paşam,  indi  iş  dəyişdi.  İsa  bəy  Bakılıdır. 
Bütün Qafqaz təşkilatlarının məsarifləri Bakıdan təmin edilməkdədir. 
Azərbaycanda,  hələ  Azərbaycanın  mərkəzində  pul  məsələsi  düşünülə 
bilməz. İsa bəy bunu məndən yaxşı bilir. Göndərməyin, mən məsuliy-
yəti öz üzərimə götürürəm. Bu işdə nə isə bir anlaşılmazlıq var” – de-
dim. Ənvər Paşa mənim sözlərimi qəbul etdi və pul göndərilmədi. Bu 
zaman içəri bir paşa girdi. Ənvər Paşa “bax, istədiyin Nuru bu” – de-
yərək bizi tanış etdi. Nuru Paşa ilə birlikdə İslam ordusunun qərarga-
hına gəldik. 
Günlər keçir. Nuru Paşanın qərargah rəisi miralay (albay – C. Q., 
M. Ə.) Nazim bəylə birlikdə (İstiqlal  savaşı zamanı Sakaryada  şəhid 
olmuşdur)  gərgin  bir  şəkildə  çalışır  və  kadrları  tamamlayırdıq.  Mən 
vəziyyətdən  çox  razı  idim.  Nuru  Paşa  həm  özü  işləyir,  həm  də  bizi 
işlədirdi. Bu arada bir görüşümüz zamanı Ənvər Paşanı çox məmnun 
gördüm və bundan cəsarət alaraq: “Paşam, Sizdən Hüsaməddin bəyin 
rütbəsinin bir dərəcə artırılmasını xahiş etmişdim” – dedim. Ənvər Pa-
şa: “Nağı bəy, əsir düşən bir zabitin necə əsir düşdüyü tədqiq edilmə-
lidir. Baxarıq günahı necədir? – dedi. Mən dərhal: “Paşam, bizim ora-
da  gördüyümüz  iş  nəzərə  alınmırmı?  Ruslarla  mücadiləmizdə  Hüsa-
məddin  bəyin  böyük  rolu  vardır”  –  dedim.  İki  gün  sonra  Ənvər  Paşa 
məni  hüzuruna  çağırdı.  Gülər  üzlə:  “Nağı  bəy,  Hüsaməddin  bəyin 
raportunu aldım və çox məmnun qaldım. İstifadə edəcəyik. Özünün də 
rütbəsini bir dərəcə yüksəltdim” – dedi. Sevindim və ona təşəkkür et-
dim. Hüsaməddin bəy raportunda general Əli Şıxlinskidən bəhs edirdi. 
Ənvər  Paşaya:  “Paşam,  Dünya  müharibəsində  biz  Azərbaycandan 
dörd  general  rus  ordusunda  ordu  komandanı    olmuşdular.  Yalnız  bir 
gürcü generalı korpus komandanı ola bilmişdir. Azərilərdən ordu ko-
mandanı  Səməd  bəy  Mehmandarlı  rus-yapon  müharibəsində  korpus 
komandanı  olaraq  rus  ordusunun  ən  yüksək  nişanını  almışdı.  İkinci 


 
Bakыnыn Qurtuluшu 
 
 
111 
general Əliağa Şıxlinskidir. O, rus ordusunun artilleriya üzrə müfəttişi 
idi.  Üçüncü  general  Xan  Naxçıvanskidir.  Dördüncüsü  isə  Xan  İrə-
vanskidir. Bu generallar bizim ruslarla mücadiləmizdə heç bir rol oy-
namadılar” – dedim. Qeyd komissiyasının işi  davam edir, ancaq  mən 
bu arada heç bir fikir bildirmirdim. Əslində qeyd olunanlardan heç ki-
mi  tanımırdım.  Ancaq  bir  gün  əslən  Qafqazlı  olan  Tahir  adında  bir 
müəllimin imam olaraq orduya daxil olmaq məqsədi ilə müraciət etdi-
yini gördüm. Etiraz etdim və dedim ki, “Qafqaza gedən ordu deyil ki, 
imamı  olsun.  Orada  müəllim  əfəndilərə  iş  yoxdur.  Çünki  oradakı 
müəllimlərə Dünya müharibəsində iştirak etmək qadağan olunmuşdur. 
Bir cümə axşamı Ənvər Paşa mənə: “Nağı bəy, sabah Sultan tərəfin-
dən qəbul ediləcəksən. Saraydan avtomobil gəlib Sizi götürəcəkdir” – 
dedi. Cümə günü deyilən vaxtda avtomobil gəlib məni Yıldız sarayına 
apardı.  Sultan  Rəşad  namazda  idi.  Biz  bir  başqa  otaqda  söhbət  edib 
gözləyirdik.  Sultanın  namazdan  çıxdığını  bizə  xəbər  verdilər.  Bayıra 
çıxdıq.  Bəhriyyə  orkestri  marş  çalır,  vəkillərlə  mən  də  sıraya  düzül-
müşdük. Sultan, yanında da Ənvər Paşa  salam  almış vəziyyətdə bizə 
doğru gəlirdilər. Vəkillərin hamısı fəsli olduğu halda təkcə mən gümü-
şü papaqla gözə çarpırdım. Düz yanımıza yaxınlaşdıqları zaman Sul-
tan Ənvər Paşaya məni göstərərək: “Bu kimdir?” – deyə soruşur. Ən-
vər Paşa: “Qafqaz vəkili Nağı bəydir” – cavabını verir. Sultan mənim 
türkcə  bilib-bilmədiyimi  soruşur  və  sonra  yanımızdakı  pilləkənlərlə 
yuxarı çıxaraq otağına girir. Biz də onun arxasınca pilləkənləri çıxaraq 
qarşıdakı otağa giririk. Bir az sonra Ənvər Paşa gələrək mənə: “Nağı 
bəy, Sultanın hüzuruna qəbul olunursunuz.” – dedi. Sultanın otağına 
bərabər girdik. Mən ədəblə salam verdim. Sultan məni gözləri ilə 
süzdü və “Demək Türkcə bilirsən” – dedi. Mən də: - “Bəli, Sulta-
nım,  mən  Türkəm”  –  dedim.  Sultan  mənə:  “Mən  səni  çərkəz  zənn 
etdim” – dedi. Mən dərhal: “Qafqazda 5 milyon türk vardır. Bunların 
içərisində  çərkəzlər  200 000-ə  qədərdir”  –  dedim.  Sultan  Rəşad  bu 
sözlərimdən  məmnun  olmadı  və  “demək  zalım  çar  onları  məhv  edib 
tükətmiş” – dedi. Sonra o, mənə anasının çərkəz olduğunu və çərkəz-
ləri  çox  sevdiyini  söylədi.  Mən:  “Sultan  həzrətləri,  Rusiyada  35  mil-
yon Türk-İslam vardır. Əsrlərlə zalım rus çarlarının zülmü altında in-
ləməkdə  idilər.  Allahın  köməyi  ilə  çarı  devirərək  zəncirləri  qopardıq. 
Məni vəkil edərək: “get, müsəlmanların hörmətli xəlifəsinə salamımızı 
çatdır” – dedilər. “Hamımız Sizə dua etməkdəyik” – dedim. Bu sözlə-


 
Nяsiman Yaqublu 
 
 
112 
rimdən çox məmnun olan Sultan Ənvər Paşaya tərəf döndü və: “Nağı 
bəyə üçüncü dərəcəli məcidiyyə verin” – dedi. O zaman əncir aldığım 
haqların məcburiyələri yadıma düşdü. Ənvər Paşa: “Sultan həzrətləri, 
Nağı bəy və yoldaşları ruslarla çətin müharibələr apararaq onları Qaf-
qazdan qovmuşlar. Müharibə medalının devrilməsini əmr edin” – de-
di.  Biz  bayıra  çıxdıqda  Ənvər  Paşa  əlimi  sıxdı  və  “əmrlərə  verilən 
üçüncü məcidiyyə nişanı ilə təltif edildiniz, təbrik edirəm” – dedi. Bu 
zaman  anladım  ki,  alacağım  məcidiyyə  deyil,  məcidiyyə  nişanıymış. 
“İttihad  və  Tərəqqi”  Partiyasının  mərkəzindən  doktor  Baba  Şakirlə 
doktor Nazim bəylə  mehmanxanaya  gələrək vizit vərəqələrini  mənim 
üçün qoyub getmişdilər. Mən də onlarla görüşmək üçün partiya mər-
kəzinə getdim. Orada onlarla xeyli söhbət etdik. Mənə müxtəlif suallar 
verdilər.  Bu  sualların  hamısına  doğru-düzgün,  ətraflı  cavab  verdim. 
Baba  Şakir  bəy,  Xocalarla  inqilabınızda  necə  dil  tapa  bildiniz?  Sizi 
başa  düşdülərmi?”  –  deyə  soruşdu.  Ona  belə  cavab  verdim:  “Xeyr, 
Xocalar toplaşaraq bir İslam partiyası qurdular. Şərait istədilər. İlk za-
manlar əhəmiyyət vermədik. Bizim partiyamız, yəni Türk ədəmi Mər-
kəziyyət  Partiyası  bütün  milli  mənafelərimizə  cavab  verən  prinsipləri 
proqramında əks etdirdiyindən qüvvətli idi. Bütün ziyalılar, tacirlər və 
bütün  hörmətli  şəxslər  partiyanın  ətrafında  sıx  birləşdilər.  Ancaq  biz 
sonradan bu xocaların əleyhimizə təbliğat apardıqlarının şahidi olduq. 
Onlar  xalqa  deyirdilər  ki,  partiya  lideri  olan  Nəsib  bəy  bir  kitab  nəşr 
edərək, ətrafında gəncləri toplamış və Qurani-Kərimin əleyhinə təbli-
ğat aparırı. Bunun qarşısını almaq  məqsədilə biz böyük bir xalq top-
lantısı təşkil edib, onları xalq qarşısında təkzib edilməz dəlillərlə məğ-
lub  etdik.  Biz  bu  xalq  toplantısında  xalqın  təzyiqi  ilə  belə  bir  qərar 
çıxardıq. Xocalar, mollalar camelərdə oturaraq nikah kəsəcək, cənazə 
mərasimini  idarə  edəcək,  xalqın  anlamaq  istədiklərini  izah  edəcək  və 
qətiyyən  dünyəvi  işlərə  qarışmayacaqlar.  Dini  işlərimizlə  onlar,  milli 
işlərimizlə yalnız biz məşğul olacağıq. Bu qərardan sonra da onlar heç 
vaxt bizim milli işlərimizə mane olmadılar. Məsələ bununla da öz həl-
lini tapmış oldu”. 
Bir  neçə  gün  sonra  Nuru  Paşanın  hərbi  mütəxəssislərindən 
ibarət  kadrların  təşkilini  tamamladığı  və  hərəkətə  hazır  olduğu 
xəbərini aldıq. “Nuru Paşanı Heydərpaşadan yola salırıq. Ənvər Paşa 
və yavərləri, digər paşalar və hökumət üzvlərindən bir neçə nəfər göz-
ləmə salonundayıq. Qatar artıq yola düşməyə hazır və yola salanların 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə