ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   8   9   10   11   12   13   14   15   ...   58

39 
 
rəyi  formalaşdıran,  istiqamətləndirən,  milli  münasibətlər  zə-
minində  ideoloji  substratların  təşəkkül  tapmasını  təmin  edən 
və mənəvi-ideoloji müstəvidə dinamikliyi şərtləndirən təsisat 
kimi  səciyyələndirilir.  Məhz  buna  görə  də,  politoloji  leksi-
konda  kütləvi  informasiya  vasitələri  hakimiyyətin  dördüncü 
qolu adlandırılır. Bu baxımdan, kommunikasiya vasitəsi kimi 
media  təsisatından  səmərəli  surətdə  istifadə  edilməsi  strateji 
önəm kəsb edən fundamental vəzifə qismində dəyərləndirilir. 
Amma müasir dövrdə dialektik, bir o qədər də ahəngdar 
və ziddiyətli proseslərin fonunda media təsisatından yararlan-
maqla informasiya resurslarından dinamik maraqlara müvafiq 
surətdə istifadə edilir. Xüsusilə də, strateji səciyyəli dəyişkən 
və diversifikasiya olunmuş siyasi maraqların fonunda kütləvi 
informasiya vasitələrindən bir neçə istiqamətdə istifadə edilir. 
Bir  sıra  media  təsisatları  ilk  növbədə  milli  və  dövlətçilik 
maraqlarını nəzərə alaraq, məlumatlandırma, maarifləndirmə, 
səfərbəretmə, inteqrasiya, nəzarət və sosiallaşma kimi funksi-
yaları yerinə yetirərək, cəmiyyəti obyektiv informasiya ilə tə-
min  edir  və  sağlam  ictimai  rəy  formalaşdırılması  işinə  mü-
hüm töhfələr bəxş edir. Ancaq sosiumun bütövlüyü və ahəng-
dar  inkişafı  prinsipinə  məhəl  qoymayaraq,  məhdud  dairələri 
əhatə  edən  korporativ  maraqlar  əsasında  fəaliyyət  göstərən 
media təsisatları öz funksiyalarından siyasi manipulyasiya va-
sitəsi kimi istifadə edir və ictimai rəyi konkret qrup mənafeyi 
əsasında formalaşdırmağa çalışırlar. 
Ümumiyyətlə,  siyasi  manipulyasiya  media  institutları-
nın  ən  çox  istinad  və  istifadə  etdiyi  metoddur.  Elmi  ədəbiy-
yatda siyasi manipulyasiya şüurun gizli surətdə idarə edilməsi 
metodu kimi təsvir edilir. Bunun fonunda siyasi manipulyasi-
yanın  iki  başlıca  forması  (modeli)  fərqləndirilir.  Bunlardan 
birincisi, sensitiv modeldir. Manipulyasiyanın sensitiv modeli 


40 
 
dedikdə,  obyekt  kimi  seçilən  qruplara  qarşı  müxtəlif  stimul 
mexanizmlərindən  istifadə  edilməsi  və  müvafiq  reaksiyanın 
alınması nəzərdə tutulur. Nəticə etibarilə, müvafiq reaksiyala-
rın alınması ilə sosial obyektlərin şüuru idarə olunur və yön-
ləndirmə mexanizminin işləkliyi təmin edilir. Manipulyasiya-
nın rasional modelində daha çox aldadıcı informasiya resurs-
larından istifadə edilir. Ya tamamilə qara piar səciyyəli yalan 
məlumatlardan  istifadə  edilir,  ya  da  doğru  informasiyaların 
təhrif olunması ilə şüur manipulyasiya edilir. Rasional  mani-
pulyasiya metodunun struktur komponentlərinə bunlar aiddir: 
–  informasiyaların  konkret  maraqlara  müvafiq  surətdə 
təhrif edilməsi;  
–  informasiyanın  qərəzli  və  yönləndirici  detallarla 
doldurulması; 
–  rasional  nəticəyə  gəlməyə  imkan  verən  informasiya 
elementlərinin  sıradan  çıxarılması  və  məlumata  faktları  pər-
dələyən komponentlərin daxil edilməsi və s.  
Beləliklə, də ümumiləşmiş formada aşağıdakı fikri ifadə 
edə bilərik, media təsisatı ondan istifadə üsulu və səviyyəsinə 
görə faydalıdır. Əminliklə ifadə etmək olar ki, kütləvi infor-
masiya  vasitələrindən  səmərəli  surətdə  istifadə  etməklə  cə-
miyyətdə    həmrəylik,  bütövlük  yaratmaq,  sağlam  ictimai  rəy 
formalaşdırmaq və milli zəmində rasional münasibətlər siste-
minin  əsasını  qoymaq,  onun  davamlılığını  təmin  etmək  olar. 
Bunun üçün sadəcə informasiya resurslarından milli maraqla-
ra müvafiq surətdə istifadə etmək lazımdır. Çünki media təsi-
satı  olduqca  əhəmiyyətli  funksiyalar  yerinə  yetirən  mexa-
nizmdir. Bunu əsaslandırmaq üçün sadəcə bu institutunun ye-
rinə yetirdiyi funksiyalara nəzər yetirmək lazımdır. 
1. Kütləvi informasiya vasitələrinin ilk funksiyası məlu-
matlandırmadır. Media təsisatlarının fəaliyyətinin təməl prin-


41 
 
sipini mövcud faktlar, informasiya resursları əsasında cəmiy-
yətin məlumatlandırılması təşkil edir. Bu zaman milli maraq-
lara müvafiq surətdə cəmiyyətdə funksionallıq və dinamikliyi 
təmin etmək, ictimai rəyi sağlam əsaslarla formalaşdırmaq və 
istiqamətləndirmək  üçün  obyektiv  informasiyanın  sosial  ob-
yektlərə çatdırılması strateji önəm kəsb edir. 
2.  KİV-in  növbəti  funksiyası  maarifləndirmədir  (bəzi 
ədəbiyyatlarda  bunu  təhsil  funksiyası  da  adlandırırlar).  Ma-
arifləndirmənin  bazisini  məlumatlandırma  təşkil  edir  və  bu 
funksiya intellektual potensialın formalaşdırılması və zəngin-
ləşdirilməsi məramına xidmət edir. Maarifləndirmə funksiya-
sı tam, dəqiq və relevant informasiyanın zamana və situasiya-
ya  müvafiq  surətdə  çatdırılması  sayəsində  ictimai  faydalı 
olur. 
3. Medianın inteqrasiya funksiyası dedikdə, informasiya 
resurslarından istifadə etməklə sosial qrupların həmrəyliyinin 
və  ahəngdarlığının  təmin  edilməsi,  sosiumda  inteqrasiya 
meyillərinin  gücləndirilməsi,  sosial  divergensiya  tendensiya-
larının  neytrallaşdırılması  və  s.  nəzərdə  tutulur.  İnteqrasiya 
relevant  və  obyektiv  informasiya  resurslarından  istifadə  et-
məklə təmin edilir və dinamik səciyyə daşıyır. 
4.  Səfərbəretmə  funksiyası  informasiya  resurslarından 
və  kommunikasiya  texnologiyalarından  istifadə  etməklə  so-
sial aktorların müəyyən məsələ ətrafında cəmləşməsini təmin 
etməklə  yanaşı,  milli  həmrəylik  və  bütövlüyün  yaranmasını 
şərtləndirir. Milli maraqlara müvafiq surətdə fəaliyyət göstə-
rən  kütləvi  informasiya  vasitələrinin  bu  funksiyası  milli  mü-
nasibətlər  zəminində  birləşdirici,  təşkiledici  başlanğıc  səciy-
yəsi daşıyır. Məhz buna görə də, kütləvi informasiya vasitələ-
rinin bu funksiyası strateji önəm kəsb edən  amil kimi dəyər-
ləndirilir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə