ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   5   6   7   8   9   10   11   12   ...   58

28 
 
II FƏSİL 
 
Qlobal informasiya cəmiyyəti və yeni 
tipli mədəniyyət növü-infokultura 
 
2.1. Ġnformasiya cəmiyyəti yeni sosium növü kimi 
 
Müasir dövrdə beynəlxalq leksikonda ən çox istifadə və 
istinad edilən anlayışlardan biri də informasiya cəmiyyəti ka-
teqoriyasıdır. Bir çox nəzəri-konseptual mənbələrdə informa-
siya cəmiyyəti spesifik sosium növü kimi səciyyələndirilir və 
bir  sıra  modern  xarakteristik  xüsusiyyət  və  keyfiyyətlərin 
məcmusu  kimi  təsvir  edilir.  Klassik  mənada  informasiya  cə-
miyyəti dedikdə elə bir sosium növü nəzərdə tutulur ki, bura-
da  əhalinin  böyük  hissəsi  müasir  informasiya  texnologiyala-
rından istifadə etməklə informasiyanın, ən əsası isə, onun ali 
forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi 
ilə məşğul olur. Digər mənada, informasiya cəmiyyəti gündə-
lik elmi və ya işgüzar ünsiyyət də daxil olmaqla bir çox sahə 
və  istiqamətlərdə  modern  informasiya  texnologiyalarına  isti-
nad  etməklə  informasiya  dövriyyəsinin  təşkil  olunduğu  sosi-
um növü kimi səciyyələndirilir.  
Bəzi  nəzəri-konseptual  mənbələrdə  və  araşdırmalarda 
əks olunur ki, informasiya cəmiyyəti postsənaye sosiumunun 
konsepsiyasıdır.  Eyni  zamanda,  bu  sosium  növü  istehsalatın 
əsas məhsulunu informasiya və bilik təşkil edən sivilizasiya-
nın inkişafının yeni tarixi fazasıdır. Məhz bu baxımdan qeyd 
olunmalıdır ki, informasiya cəmiyyətinə xas  olan  münasibət-
lər  informasiyalaşdırma  prosesinin  uğurla  başa  çatdırılması 
nəticəsində təşəkkül tapır və davamlılıq əldə etmiş olur. 


29 
 
Qeyd  etmək  lazımdır  ki,  informasiya  cəmiyyəti  bir  çox 
fundamental xüsusiyyətləri ilə digər sosium növlərindən fərq-
lənir. Belə ki,  bu növ sosiumda cəmiyyətin  həyatında infor-
masiya və biliyin rolunun artması, daxili  məhsulların axının-
da  informasiya  kommunikasiyalarının,  məhsullarının  və  xid-
mətlərinin payının artması təməl statik xüsusiyyətlər kimi sə-
ciyyələndirilir, eyni zamanda, insanların effektiv (bir o qədər 
də rasional) qarşılıqlı informasiya əlaqələrini, dünya informa-
siya  resurslarına  müraciətlərini  təmin  edən  və  onların  infor-
masiya  məhsullarına  və  xidmətlərinə  olan  tələbatlarını  təmin 
edən qlobal informasiya fəzasının yaradılması müşahidə olu-
nur. 
Bütün bunlarla yanaşı, bir sıra araşdırmalarda və nəzəri 
mənbələrdə informasiya cəmiyyətinin üstünlüklərinə aşağıda-
kılar aid edilir:  
–  infososiumda  informasiya  böhranı  aradan  qalxır,  in-
formasiya  axını  və  informasiya  “aclığı”  arasındakı  ziddiyyət 
həll olunur;  
–  informasiyanın  başqa  resurslardan  üstünlüyü  təmin 
edilmiş olur;  
– bütün bəşəri sivilizasiya üçün qlobal informasiya mü-
hiti yaranır;  
–  informasiya  və  kommunikasiya  texnologiyalarından 
istifadə kütləvi hal alır, sosial və iqtisadi fəaliyyətin yeni for-
maları yaranır;  
– informasiya əmtəəyə çevrilir, informasiya və bilik ba-
zarı yaradılır və inkişaf edir;  
–  inkişafın  əsas  forması  kimi  informasiya  iqtisadiyyatı 
formalaşır;  
–  İKT  vasitəsilə  hər  bir  insanın,  bütün  sivilizasiyaların 
informasiya resurslarına sərbəst çıxışı təmin edilir;  


30 
 
–  təhsil  sisteminin  təkmilləşməsi,  beynəlxalq,  milli  və 
regional  səviyyədə  informasiya  mübadiləsi  sistemlərinin  im-
kanlarının genişlənməsinə mühüm şərait yaranır. 
Amma bütün bunlarla yanaşı, informasiya cəmiyyətində 
bir  sıra  potensial  təhlükə  və  təhdid  mənbələri,  meyilləri  də 
mövcud olur. Belə ki, “xam maddə” səciyyəsi daşıyan infor-
masiyadan media institutları-kütləvi informasiya vasitələri ən 
müxtəlif  məqsədlər  naminə  fərqli  formalarda  istifadə  edirlər 
və bu amil ictimai rəyin formalaşması və istiqamətləndirilmə-
sinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bu sırada qeyd olun-
malıdır  ki,  modern  informasiya  cəmiyyətlərində  media  insti-
tutlarının  informasiyadan  siyasi  manipulyasiya  məqsədilə  is-
tifadə  etmələri,  demək  olar  ki,  qanunauyğun  hala  çevrilib. 
Məhz  buna  görə  də,  potensial  olaraq  informasiya  cəmiyyəti-
nin  ən  aşkar  təhdid  faktoru  qismində  informasiyadan  siyasi 
manipulyasiya məqsədilə istifadə olunması çıxış edir. 
Bütün  bunların  fonunda  meydana  çıxan  sual  budur  ki, 
informasiya cəmiyyəti  hansı substratlar üzərində təşəkkül ta-
pır  və  infososiumun  formalaşması  təbii  prosesdir,  yoxsa 
konkret  qüvvələr  bunu  strateji  detallar,  maraqlar  və  məqsəd-
lər əsasında formalaşdırır? 
Beləliklə, bu suallara cavab vermək üçün bir-birilə siste-
matik surətdə bağlı olan bir sıra kompleks  məsələlərə toxun-
maq  məqsədəmüvafiqdir.  İlk  növbədə,  qeyd  edilməlidir  ki, 
XXI  əsr  modern  informasiya  cəmiyyətinin  fonunda  müasir 
beynəlxalq  münasibətlər  sistemində  milli  dövlətlərin  yeri  və 
rolunu  müəyyənləşdirən  mühüm  amillərdən  birini  də  infor-
masiya  axınına  nəzarət  etmək  imkanları  təşkil  edir.  1969-
1975-ci  illərdə  ABŞ  prezidentinin  Milli  Təhlükəsizlik  məsə-
lələri üzrə köməkçisi işləmiş,  1973-1977-ci illərdə isə ABŞ-
ın  Dövlət  katibi  olmuş  Henri  Kissincer  bildirir  ki,  müasir 


31 
 
dövrdə  informasiya  axınına  nəzarət  edən  güclər  dünyaya 
nəzarət  etmək  imkanlarına  sahib  olurlar  ki,  bu  da  yeni  növ 
hegemoniyanın-informasiya dominantlığının meydana çıxma-
sını  şərtləndirir.  Belə  ki,  hazırki  dövrdə  infokratlar  başlıca 
resurs  və  silah  qismində  informasiyadan  istifadə  edirlər. 
Başqa  sözlə,  netokratların  hakimiyyət  resursunu  informasiya 
təşkil  edir  və  bu,  qlobal  hegemoniya  sistemində  “yumşaq 
güc”  mexanizmi  səciyyəsi  daşıyır.  Eyni  zamanda,  bu,  yeni 
növ idarəetmə sisteminin və “informasiya elitası”nın meyda-
na çıxmasını şərtləndirir. Sözügedən “informasiya elitası” isə 
dünyanı  vahid  mərkəzdən  idarə  etmək  naminə  qlobal  infor-
masiya  şəbəkəsinin  sərhədlərini  genişləndirmək  üçün  mütə-
madi fəaliyyət mexanizmi formalaşdırır. 
Nəticə  etibarilə,  infososium  da  ən  yeni  imperializmin 
fəaliyyət  mexanizminin fonunda xüsusi  əhəmiyyət kəsb edir. 
İnfososium  kontekstində,  ilk  növbədə,  informasiya  axınına 
nəzarət edilir, dünya siyasəti və beynəlxalq münasibətlər sis-
temində əsas tendensiya və meyillərinin formalaşdırılmasının, 
həmçinin,  istiqamətləndirilməsinin  informativ  əsasları  yara-
dılmış  olur,  eyni  zamanda,  milli  dövlətlərə  yönəlik  yeni  və 
daha effektiv təsir mexanizmləri formalaşdırılır. Bütün bunlar 
isə  infoimperializmin  transmilli  səciyyəli  məqsədlərinin  tə-
min  olunması  istiqamətində  əhəmiyyətli  strateji  resurs  qis-
mində çıxış edir. 
 
2.2. Ġnfoidentiklik milli-etnik identikliyi neytrallaĢdı-
ran  faktor  kimi.  Milli-etnik  sosial  piramidadan  homogen 
infokulturoloji sosial piramidaya doğru 
 
Bəşəriyyət  tarixində  qəbilə  və  tayfalar,  daha  sonra  isə 
xalqlar  və  millətlər  müxtəlif  dini,  etnik,  mədəni  və  s.  kimi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə