Nicat Kazımov hekayələri



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə17/95
tarix01.07.2018
ölçüsü1,41 Mb.
#52513
1   ...   13   14   15   16   17   18   19   20   ...   95

Bətnində qalan uşaq parçasını isə hissə-hissə çəkib çıxardılar. Bu vaxt mənim yenidən başım 
qarışdı. Axı mən bir aydan çox idi ki, Türkanla cinsi münasibətim olmamışdı. Hələ cəmi bir neçə 
gün öncə onu qəsdən zorlamışdım. Bəs onda uşaq kimdən idi? 
Yoxsa o mənə həqiqətən sarı oğlanla xəyanət etmişdi? Bunu özündən soruşanda isə mənə belə 
deyirdi: “Səndən başqa heç kimlə münasibətim olmayıb. Bir bir ay öncə birlikdə yatmışdıq. Uşaq 
da həmin gecəyə aid olmalı idi.” 
Türkan yalan danışırdı. Bir ay mən kündəçi işlədiyim vaxtlar və hətta ondan əvvəl də Türkanla 
heç bir münasibətim olmamışdı. Bir tərəfdən də fikirləşirəm ki, əgər uşağın ölümü mənim 
yuxumda idisə, demək ki, Türkanın xəyanəti də yuxumda olmalı idi. 
Heç bir şəkildə içimdəki tərəddütə son verə bilmirdim. Deyəsən, bu dəfə doğurdan da dəli 
olacaqdım. Uşaq məndən idi, yoxsa sarı oğlandan? Türkan həqiqətən başqası ilə yatmışdı, yoxsa 
mənim gördüklərimin hamısı xəyal idi?! 
Dəli olacağam indicə…. 
Nicat Kazımov 
Gəncə Xatirələri… 
!
!
!
!
!
!
!
!
!
!
 
 
 
 
 
 
Ölü ilə şam yeməyi 
!
!
!
Hər kəsin öz dünyası var. Mənim dünyam isə 3 otaqlı evimdir. Bu ev mənim hər şeyimdir. Özümü 
ancaq burada təhlükəsiz hiss edirəm. Həyatım boyu təhülkədən uzaq qaçmışam. Mənim ən yaxın 
dostum qorxularımdır.Həkimlərin dediyinə görə məndə ağır fobiya mövcuddur. Buna görə 
vaxtımın çoxusunu evdə keçirirəm. Yağış yağarkən belə evdən eşiyə çıxmıram, ürəyimdə elə bir 
hiss yaranır ki, əgər ildırım çaxsa, qorxuram ki, o ildırım məni vurar. 
Evdə  nə  edirəm?!  Televizora  baxır,  kitab  oxuyur,  yemək  yeyir,  yatıram.  Daha  sonra  yenə, 
televizora baxır, kitab oxuyur, yemək yeyir, yatıram. Daha sonra yenə də televizora baxır, kitab 
oxuyur,  yemək  yeyir,  yatıram….Qısacası  hər  gün  eyni  hadisələri  təkrar  yaşayıb,  monoton 


həyatımı  davam  edirəm.  Amma  yenə  də  xoşbəxtəm.  Axı  təhlükəsiz  evimdəyəm.  Yeganə 
problemim zamanladır. Hər gün güzgüdə özümə baxanda yavaş-yavaş qocaldığımı görürəm. 
2  gün  öncə  40  yaşıma  qədəm  qoydum.  Öz  tortumun  şamlarını  tək  başına  mətbəxdə  üfürüb 
“gözəl” bir gün qeyd elədim. Yalnızlığım 10 yaşını tamamlamışdı, mənsə, 40. 
Artıq, 10 il idi ki, Mehrindən ayrı yaşayırdım. O mənim həyat yoldaşım idi. Bir – birimizi çox 
sevməyimizə  baxmayaraq,  qorxularım  bizi  ayırdı.  Mehrin  də  hər  gənc  ailə  kimi  çıxıb  şəhərdə 
gəzmək  istəyirdi.  Lakin  hansısa  problem  yaşanmasın  deyə,  şəhərə  çıxıb  gəzməyə  razı  ola 
bilmirdim.  Camaat  elə  olub  ki,  artıq  fərqi  yoxdur,  hər  kəsə  sataşır,  xüsusilə  də  yanında  xanım 
olan  birinə  atmacalar  atırlar.  Bunun  bir  neçə  dəfə  şahidi  olmuşdum.  Axı  durduq  yerdə  niyə 
problemə doğru getməliyəm ki?! 
Nəhayət, Mehrin bu səbəblərə görə məndən ayrıldı və qorxularımla məni yalnız başıma qoydu. 
Mehrin ailə qurub, hətta uşağı da var. Düzdür, bu məni incidir, amma nə olsun? Toy şəkillərimizə 
baxıb,  arada  göz  yaşı  tökürəm.  Necə  xoşbəxt  idik,  gərək,  heç  deyilsə  həftədə  bir  dəfə  binanın 
həyətinə düşərdik, ya da lap səhər tezdən gedərdik dəniz kənarına. 
 
 
 
 
 
 
 
*** 
Hər 15 gündən bir ərzaq alış-verişi üçün evdən çıxıram. Çox uzağa yox, supermarket evimizin 
yaxınlığındadır. 
Yenə hər dəfə ki, kimi evdən çıxıb bazarlıq elədim. Havaya çıxmağı fürsət bilib dərindən nəfəs 
alsam da, aldığım mazutlu havanı öskürə-öskürə sinəmdən bayıra atdım və yenidən bütün günü 
evdə qaldığım üçün özümə haqq qazandırdım. Evim 9 mərtəbəli binanın 9-cu mərtəbəsində idi. 
Binaya  daxil  olub,  əlimdəki  çantaları  yerə  qoydum  və  liftin  düyməsinə  basıb  gözləməyə 
başladım. Lift 7-ci mərtəbədə idi. Aşağı enirdi və mən də Poganinin əsərini fit çalırdım.Bu vaxt 
binaya ortayaşlı bir qadın daxil oldu. Başımı ayaq səslərinə çevirər-çevirməz gözlərim paltarın 
dekoltesinə sataşdı. Woow! Belə sinəni ancaq filmlərdə görmüşdüm. Qadın gəlib yanımda durdu. 
O da liftin enməyini gözləyirdi. Gözündəki gün eynəyini çıxarıb, saçı dağılmaması üçün başına 
taxdı.33-34 yaşı olardı, ancaq çox baxımlı və cazibədar qadın idi. Üzərindən gələn xoş ətir məni 
qadınla  tanış  olmağa  vadar  edirdi. Ancaq,  çox  utanırdım.  Barmaqları  sensor  telefonu  incə-incə 
sığallayırdı. Qadına bir azda baxsa idim, məni səhv başa düşəcəkdi. 
Nəhayət, lift gəlib çatdı – qapılar aralandı. İlk qadının keçməsi üçün ona yol verdim, daha sonra 
içəri  daxil  oldum.  Qapılar  qapandı.  Nəzakət  naminə  xanımın  qalxacağı  düyməni  mən  basmaq 
istədim və bunun üçün üzümü qadına tutub dedim: 
  • 
Xanım, neçiyə çıxırsınız?! 
          
  • 
Əxlaqsız!  Tərbiyəsiz!  Əclaf!  Sizin  əlinizdəm  liftə  də  minə  bilmirik.  –  Qadın  əlindəki 
          
çantanı mənə vurmağa başladı. Səsi liftin kabinəsini sirkələndirirdi – bəlkə də qorxumdan 
əsirdim. Başa düşə bilmirdim ki, niyə belə elədi. 
  • 
Üzzz….Üzr  istəyirəm.  Niyə  belə  edirsiniz?  Sadəcə,  neçənci  mərtəbəyə  qalxdığınızı 
          
soruşdum. 


  • 
…  Bağışlayın,  “neçəyə  çıxırsınız”  deyəndə  səhv  anladım.  –  qadın  tənginəfəs  olmuşdu. 
          
Əlini sinəsinə tutub dərindən nəfəs ala-ala dedi: “8-ə” 
İlk  8-i,  daha  sonra  9-u  basdım.Qadın  dərindən  nəfəs  ala-ala  çantasında  tələsə-tələsə  nəyisə 
axtarırdı. Daha sonra tədirgin halda mənə dedi: 
  • 
Mənim astmam var. Dərmanım isə yanımda deyil. Nəfəsim kəsilir. Dayandırın lifti! Çölə 
          
çıxmaq istəyirəm! 
  • 
Üzr  istəyirəm,  ancaq  dayandıra  bilmirəm.  Köhnə  liftlərdə  olmur  elə  bir  şey.  Necə 
          
köməklik  edə  bilərəm?!  –  qorxudan  ödüm  partlayacaqdı.  Qadın  nəfəs  ala  bilmirdi. 
Tənginəfəs  halda  nəfəs  aldıqca,  gözümü  onun  qalxıb  enən  iri  dekoltesindən  çəkə 
bilmirdim. Həmin an, özümü dünyanın ən pis insanı kimi hiss elədim. 
Lift  cəmi  4  mərtəbə  qalxmışdı.Qadın  əlini  sinəsinə  sıxaraq  dizlərini  yerə  qoydu.  Daha  sonra 
gözlərini  yumub  başını  yerə  qoydu.  Deyəsən,  qadının  ürəyi  getmişdi.  Nə  etməli  idim?  Donub 
qalmışdım. Köynəyimin boğaz düyməsini açıb, dizimi yerə qoydum, və qadının özünə gəlməsi 
üçün  üzünə  bərk  bir  şillə  çəkdim.  Qadın  heç  bir  reaksiya  vermədi.  Belə  bir  vaxtda  nə  etmək 
lazım olduğunu bilmirdim. Bəlkə başqa bir şillə daha? Fikirləşmədən daha sərt vurdum. Zərbə 
bərk  oldu  və  iri  dodaqları  partlayıb,  qanını  üzərimə  bulaşdırdı.  Qandan  nəinki  qorxur,  həm  də 
çox iyrənirdim. Qadın gözünü qırpdı və düşündüm ki, şillənin xeyri olub və onun oyanması üçün 
son şilləni də vurmaq qərarına gəldim. Əlimi havaya qaldırdım və var gücüm ilə üzünə endirdim. 
Qadının burnundan da qan açıldı və bütün paltarımı qana bulaşdırdı. 
Lift artıq 8-ci mərtəbəyə çatmışdı. Ancaq, qadının cəsədi dizlərimin üzərində qalmışdı. 
Bu  qadını  mənmi  öldürdüm?  İnana  bilmirdim.  Yox  –  yox  mən  etmədim.  Onun  astmı  var  idi. 
Sadəcə,  özünə  gəlsin  deyə  şillə  viurdum.  Şillə  ilə  kim  ölüb  ki?  Bəs  bunu  polisə  necə  izah 
edəcəm? Qıraqdan baxan düşünər ki, xüsusi amansızlıqla insan öldürmüşəm. Mənə ən az 9 il iş 
kəsərlər. 9-cu mərtəbədə idim və qərar verməli idim: “Polisə deyim, yoxsa …” 
Mən, “…”- i seçdim.Polisə desəydim, daha pis vəziyyətə keçəcəkdim. 
“…”- nə idi?! 
Qadının cəsədini və ərzaqları liftdən çıxarıb çox sakit tərzdə evimə sürüklədim. Qapını bağlayıb, 
gözlükdən  baxdım.  Bütün  binanın  həyatı  ilə  maraqlanan,  bir  evin  söhbətini  başqa  evdə  edən, 
burnunu soxmadığı deşik qalmayan qapıqonşum Arifə arvadın hadisələrin şahidi olmaması üçün 
ürəyimdə  naməlum  bir  obyektə  yalvarırdım.  Naməlum  obyektə  şükür  olsun  ki, Arifə  arvaddan 
səs-səmir yox idi. 
Əlimi-əlimin  içinə  qoyub  otağın  bu  başından-digər  başına  gedirdim.  Nə  etməli  idim?  Necə 
etməli idim? Uzun illərdir, məndən başqa evimə heç kim girməmişdi. İndi isə otağımda yad və 
ehtiraslı  bir  cism  var  idi.  Amma  o  yaşamırdı.  Qadının  çantasına  baxdım  makyaj  şeylərindən 
başqa  heç  nə  yox  idi.  Dar  şalvarının  arxa  cibindən  telefonunu  çıxarıb,  nömrələrə  və  mesajlara 
baxdım.  Mesajlardan  başa  düşdüm  ki,  bu  qadın  bir  neçə  kişini  eyni  vaxtda  idarə  edirmiş. 
Telefonu  söndürdüm.  Nə  edəcəyimi  hələ  də  bilmirdim.  Bəlkə  cəsədi  elə  liftə  buraxmalı  idim? 
Yox, yenə də polis məni saxlaya bilərdi. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə