Ümumtürk,
yaxud
orta
əsrlər türk ədəbi dili (türki) XI—XII əsrlər mənbələrində "Xaqaniyyə
türkcəsi", "Kaşqar dili", "Kaşqar türkcəsi" və s. adlandırılmış, "Türki" adını isə sonralar (XVI əsrdə)
Nəvainin sələfi olan cığatay şairləri işlətmişlər.
XI—XII
əsrlərdə təşəkkül tapan türkinin yenə də həmin əsrlərdə gedən
etnososial proseslərin
nəticəsi olaraq müxtəlif türk etnokulturoloji regionlarının diferensiasiyası ilə əlaqədar olaraq regional
təzahür formaları meydana çıxır ki, bunlar aşağıdakılardır:
1.
Şərq (yaxud Türküstan) türkisi;
2.
Şimal-Qərb (qıpçaq) türkisi;
3.
Cənub-Qərb (oğuz) türkisi.
Şərq (Türküstan) türkisi Şimal-Qərb (qıpçaq) və Cənub-Qərb (oğuz) türkiləri ilə müqayisədə daha
zəngin, daha geniş funksional imkanlara malik olmuş və sonunculardan fərqli olaraq, eyni zamanda
müxtəlif türk tayfa dillərinin — Şərqdən karluq, Şimaldan və Şimal-Şərqdən qıpçaq, Cənubdan və Cənub-
Qərbdən oğuz təsirini həmişə öz üzərində hiss etmişdir. Lakin zaman-zaman uyğurların — karluqların
Türküstanda sosial-siyasi, etnik-mədəni üstünlük qazanması ilə qıpçaqlar daha çox Şimal-Qərbə, oğuzlar
daha çox Cənub-Qərbə sıxışdırıldılar (XI—XII əsrlərdə. Əslində sonralar da), karluq (Cığatay) ünsürünün
mövqeyi yüksəldi.
Şərq (yaxud Türküstan) türkisi türkinin təşəkkül dövrünə düşən yazılı abidələrin: M. Kaşqarinin
"Divan"ı, Y. Balasaqunlunun "Kutadqu-biliq"i, Ə. Yüqnəkinin "Atibət-ül-həqaiq"i və Ə. Yasəvinin
"Divani-hikmət"inin dil təcrübəsinin bilavasitə davamıdır. Türküstanın mürəkkəb
etnokulturoloji təbiəti,
müxtəlif türk (və bir sıra qeyri-türk) etnoslarının həmin regionda birlikdə yaşamaları yalnız təşəkkül
dövründə deyil, təkamül dövründə də burada (Türküstanda) müxtəlif dil tipologiyalarının təzahürü üçün
tarixi-coğrafi şərait yaratmışdır. Bununla belə, yuxarıda qeyd edildiyi kimi, aparıcı mövqe keyfiyyətcə
karluq-uyğur (onun davamı olan cığatay) qoluna mənsubdur.
Türküstan
yazılı abidələrini türkinin bu və ya digər təzahür formasına aid olması baxımından
aşağıdakı şəkildə təsnif etmək mümkündür:
a)
oğuz abidələri — "Oğuznamə" (uyğur oğuznaməsi), "Məhəbbətnamə" (XIII əsr), Rəbquzinin
"Qisasül-ənbiya"sı (XIV əsr), Zəməhşarinin "Müqəddimat ül-ədəb"i (XIV əsr), bir sıra tərcümə lüğətləri
və s.
b)
qıpçaq abidələri — Mahmud ibn Əlinin "Nəhcül-fəradis"i (XIV əsr), bir sıra tərcümə lüğətləri
və s.
v)
karluq-uyğur abidələri — türkologiyada Ə. Nəvainin sələfləri sayılan şairlərin əsərləri (XIV
əsr), Ə. Nəvainin əsərləri (XV əsr), Ə. Nəvainin bilavasitə davamçılarının əsərləri (XVI
əsr), bir sıra dini
əsərlər, Türküstan dövlətlərinin türkcə rəsmi sənədləri və s.
Şimal-Qərb (qıpçaq) türkisi Şərq (Türküstan), xüsusilə Cənub-Qərb (oğuz) türkisindən daha geniş
bir ərazidə yayılmış
dır. Buraya əsasən aşağıdakı ərazilər daxildir: Qərbi Asiya, Şərqi Avropa, Qərbi
Avropa, Şimal-Şərqi Afrika (Misir) və s. Şimal-Qərb (qıpçaq) türkisində yazılmış abidələr içərisində lü-
ğətlər xüsusi yer tutur. "Kitabi-məcmueyi-tərcümani-türki və əcəmi və moğoli və farsi (XIII əsr)", "Codex
Cumanicus" (XIV
əsr), Əbu Həyyan əl-Əndəlusinin "Kitabi əl-idrak
li-lisan əl-ətrak" (XIV əsr), "Kitab
ət-töhfət üz-zəkiyyə fi 1-lüğət-it türkiyyə" (XIV əsr),Cəmaləddin ət-Türkinin "Kitabi-bulqat əl-müş
taq fi
lüğət it-türk və l-kıfçaq" (XV əsr) və s.
Şimal-Qərb (qıpçaq) türkisi eyni zamanda Seyfi Sarayinin "Gülüstan bit-Türki" (XIV əsr),
Qütbün "Xosrov və Şirin" (XIV əsr), S. Fəqihin "İrşadül-mülk və s-səlatin" (XIV əsr), fitvaların
toplandığı "Kitab fil-fiqh bi-lisanit-türk" (XIV əsr), M. Abdullahın "Şərhül-mənar" (XV əsr) və s.
əsərlərində təm
sil olunur ki, bunların hamısı ya bilavasitə, ya da bilvasitə tərcümə kitablarıdır. ...Əsas
əlamətləri:
1)
Şimal-Qərb (qıpçaq) türkisi, artıq qeyd olunduğu kimi, əsasən, praktik məqsədlərə xidmət edən
tərcümə lüğətlərinin, dini-əxlaqi məzmunlu tərcümə kitablarının, rəsmi, yaxud işgüzar sənədlərin dilidir
və türkinin həmin regional təzahür formasında orijinal bədii, elmi əsərlər, demək olar ki, yazılmamışdır;
2)
Şərq (Türküstan) və Cənub-Qərb (oğuz) türkisindən fərqli olaraq, Şimal-Qərb (qıpçaq) türkisi
yalnız müsəlman dünyası ilə deyil, xristian (Qərb) dünyası ilə əlaqədə olmuş, əgər belə demək
mümkünsə, dini-mədəni ehkamlara münasibətdə daha çox sərbəst bir cəmiyyətin dili keyfiyyətini
qazanmışdır;
3)
karluq-uyğurlara və "İslamın qılıncı", yaxud "qılınc müsəlmanı" adını almış oğuzlara
nisbətən
qıpçaqlar daha sərbəst, daha "liberal" düşüncə (və həyat) tərzinə malik olduqlarına görə Şimal-Qərb
(qıpçaq) türkisinin ədəbilik səviyyəsi türkinin digər təzahür formaları ilə müqayisədə aşağı olmuş, xalq
dilində gedən prosesləri (eləcə də Qərbi Avropa dilləri ilə ardıcıl və ya təsadüfi kontaktları) özündə dərhal
əks etdirmişdir;
4)
qıpçaq yazılı abidələri çox müxtəlif areallarda yarandığına, qıpçaq türklərinin düşüncə
sərbəstliyinə görədir ki, türkinin həmin təzahür forması Cənub-Qərb (oğuz), xüsusilə Şərq (Türküstan)
türkisinin fəal təsirinə məruz qalmışdır və bu təsirlər bəzən o həddə çatır ki, qıpçaqlar tərəfindən
yaradılması heç bir mübahisə törətməyən bu və ya digər abidənin məhz qıpçaq türkisində olduğu
mübahisə törədir;
5)
Şimal-Qərb (qıpçaq) türkisində yazılmış abidələrin orfoqrafiyasında izaha gələn və ya
gəlməyən bir sərbəstlik (türkcənin fonetikası mövqeyindən ərəb əlifbasının ənənəvi yazı normalarına
müdaxilə və ya "təcavüz") müşahidə edilir. Bu da yazı sərbəstliyinin nəticəsidir ki, bir sıra
hallarda bu və
ya digər abidənin hansı xətt növündə yazıldığını müəyyənləşdirmək olmur və s.
Cənub-Qərb (oğuz) türkisi şərti olaraq "Kitabi-Dədə Qorqud"la (XI əsr) — "Kitabi-Dədəm
Qorqud əla lisani-taifeyi-oğuzan"la başlayır... Lakin oğuzlar (xüsusilə Azərbaycana, oradan Kiçik
Asiyaya yayılan səlcuqlar) Türküstandakı sələfləri kimi ərəb, fars dillərinə üstünlük verdiklərinə görə bu
dillər XI—XIII əsrlərdə Azərbaycanda, Kiçik Asiyada böyük sosial-mədəni nüfuza malik olur; elmi
əsərlər əsasən ərəbcə, bədii əsərlər əsasən farsca yazılır. Xətib Təbrizi, Əbül üla Gəncəvi, Qətran Təbrizi,
Bəhmənyar əl Azərbaycani, Əfzələddin Xaqani, Mücirəddin Beyləqani,
Məhsəti Gəncəvi, Nizami Gəncə-
vi, Cəlaləddin Rumi kimi böyük mütəfəkkirlər, sənətkarlar "türk oğlu türk" olsalar da əsərlərini məhz
ərəb və ya fars dilində qələmə almışlar. Bununla belə, onların dilindən, təfəkküründən türklük
süzüldüyünü, demək olar ki, mütəxəssislərin hamısı bu və ya digər şəkildə etiraf edir.
Cənub-Qərb (oğuz) türkisi XIII—XVI əsrlərdə aşağıdakı yazılı abidələrlə təmsil olunur:
İ .Həsənoğlunun qəzəlləri (XIII əsr), "Dastani-Əhməd Hərami" (XIII-XIV əsrlər), Əlinin
″Qisseyi-Yusif"i (XIII-XIV əsrlər), M. Zəririn "Yusif və Züleyxa"sı (XIV əsr), Qazi Bürhanəddinin,
İ .Nəsiminin divanları (XIV əsr), Həqirinin "Leyli və Məcnun"u (XV əsr), M. C. Həqiqinin, Kişvərinin
divanları (XV əsr), Həbibinin, Ş. İ. Xətainin, M. Füzulinin, M. Əmaninin əsərləri (XVI əsr) və s.
Buraya
C. ibn Mühənna, H. Naxçıvani, Hüsam və başqalarının bir sıra məşhur tərcümə lüğətlərini də əlavə etmək
lazım gəlir.
Cənub-Qərb (oğuz) türkisi mükəmməl ədəbi dil təzahürü kimi bir sıra özünəməxsus əlamətlərə
malik olmuşdur:
1)
müsəlman dünyasında, xüsusilə XII—XIII əsrlərdən etibarən oğuz türklərinin siyasi-mənəvi
nüfuzlarının yüksəlməsi, eləcə də onların tutduqları əlverişli geopolitik mövqe (həmin mövqe həm Şərq,
həm də Qərb dünyası ilə ardıcıl əlaqələrə şərait yaradırdı) Cənub-Qərb (oğuz) türkisinin təkamülü üçün
hər cür imkanlar açır;
2) Kiçik Asiyaya, oradan da Qərbi Avropaya yürüş edən oğuzlar İslam bayrağını, müsəlman
ideologiyasını o dərəcədə yüksəklərə qaldırdılar ki, məhz onların gücünə türk dili üç böyük İslam dilindən
birinə çevrildi;
3)
oğuz
türklərinin saraylarda ərəb, fars, türk dilləri bir sıra hallarda müvazi olaraq işlənməyə
başladı, böyük sənətkarlar (məsələn, M .Füzuli) üç dildə əsərlər yaratdılar.
4) türk dilini aparıcı İslam dilinə çevirmək iddiasının nəticəsi idi ki, türkcə ərəb, fars dillərindən
alınmalar hesabına türki süni şəkildə "zənginləşdirildi" və "üçayaqlı" bir dilə çevrildi;
5)
Cənub-Qərb (oğuz) türkisi uzun zaman Şimal-Qərb (qıpçaq) türkisi ilə qarşılıqlı əlaqədə
olmuşdur (həmin əlaqənin fəallığı birinci növbədə oğuzlarla qıpçaqların əsrlər boyu yanaşı yaşamaları,
xüsusilə Misirdə sıx mədəni kontaktlara girmələrinin nəticəsi idi — xüsusilə XV əsrdən etibarən Şərq
(Türküstan) türkisinin Şimal-Qərb (qıpçaq) və Cənub-Qərb (oğuz) türkilərinə linqvokulturoloji təsiri
sonuncular arasındakı uyğunluqları bir qədər də artırmış oldu.
Ümumtürk
ədəbi dilinin (türkinin) regional təzahür formaları arasındakı linqvistik norma fərqləri
o qədər də böyük deyil: a) ən böyük fərq əslində fonetik normada olmalı idi, lakin ərəb əlifbasının, yazı
qaydalarının həmin təzahür formalarının hər üçü üçün əsasən ümumi olması bu fərqləri gizlədir; b)
leksik
norma ilə bağlı daha çox diqqəti o cəlb edir ki, Şərq (Türküstan) türkisində ərəb, fars mənşəli alınma
sözlər Cənub-Qərb (oğuz) türkisindəkindən az, Şimal-Qərb (qıpçaq) türkisindəkindən çoxdur; c) bir sıra
ümumi qrammatik kateqoriyalarda (xüsusilə hal, xəbərlik və mənsubiyyət), felə məxsus bəzi xüsusi
qrammatik kateqoriyalarda cüzi norma fərqləri müşahidə edilir.
Ümumtürk
ədəbi dili (türki) XVI əsrdən sonra tədricən özünün tənəzzül dövrünü keçirir və
XVII—XVIII əsrlərdə müxtəlif türk etnokulturoloji regionlarında meydana çıxmış yazılı abidələr həmin
tənəzzül dövrünün əlamətlərini əks etdirir:
a)
əsasən türkidə yazılmış bir sıra abidələrin dilində bu və ya digər regionun o zamana qədər
qeyri-ədəbi sayılan fonetik, leksik və qrammatik xüsusiyyətləri get-gedə daha çox görünməyə başlayır;
b)
müxtəlif türk etnokulturoloji regionlarında yerli əhəmiyyətli (miqyaslı) folklorun yazıya
köçürülməsi prosesi diqqəti cəlb edir — "xalq kitabları" yaranır;
c)
türkiyə (yaxud "klassik üsluba") qarşı duran, get-gedə linqvistik-mədəni mövqeyi yüksələn
"folklor üslubu" tədricən yazı sahəsində də türkinin fəaliyyətini faktik olaraq məhdudlaşdırır və s.
Türkinin tənəzzülü,
fikrimizcə, aşağıdakı sosial-kulturoloji səbəblərdən irəli gəlir: