Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   55   56   57   58   59   60   61   62   ...   69

 XVIII 
əsrdə Azərbaycan türkcəsində ilk çap kitabları meydana çıxır — 1722-ci ildə ərəb hürufatı 
ilə Rusiyada I Pyotrun adamlarından knyaz Dmitri Kantemir mətbəə təşkil edir və "üzən türk mətbəəsi"  
I Pyotrun yürüşündə iştirak etməli olur: həmin mətbəədə ilk dəfə I Pyotrun manifesti çap olunur.
 
 1780-ci 
ildə isə Peterburqda II Yekaterinanın qanunlar toplusu olan iri həcmli "Qanuni-cədid" 
kitabı çap edilmişdir [bax: Qc].
 
 XVIII 
əsr mənbələrindən müəyyən hissəsi XIX əsrdə müxtəlif yerlərdə kitab şəklində çap olunur 
— bu mənbələr o şairlərin əsərləridir ki, sonrakı dövrdə milli ədəbi prosesin əsasında dayanırlar.
 
 XX 
əsrin əvvəllərindən etibarən XVIII əsr mənbələri sürətlə toplanır, hər kəsdən əvvəl F. Köçərli, 
əsrimizin 20-ci və 30-cu illərində S. Mümtaz, H. Əlizadə, bu illərin sonlarından başlayaraq H. Araslı 
həmin mənbələri nəşr etdirirlər. 
 


 
 
AZƏRBAYCANDA MİLLİ DÖVLƏTCİLİK 
TƏFƏKKÜRÜNÜN FORMALAŞMASI 
 
 
Hər bir xalqın  ən böyük əsəri onun müstəqil dövlətidir — bu və ya digər dərəcədə müstəqil 
dövləti (və milli dövlətçilik təfəkkürü!) olmayan xalq özünü — yaradıcılıq potensialını tam gücü ilə, 
bilavasitə ifadə etmək imkanlarından məhrumdur.
 
 Azərbaycanda dövlətçiliyin biri digəri ilə genetik baxımdan  əlaqəsi olmayan aşağıdakı tarixi 
tipləri barədə bəhs etmək mümkündür:
 
 
I. Genotipi qeyri-müəyyən dövlətçilik (e.ə. V minillikdən e.ə. III minilliyə qədər).
 
 
II. Qafqaz dövlətçiliyi (e.ə. III minillikdən e.ə. II minilliyin sonu, I minillyin əvvəllərinə qədər).
 
 III. 
İran dövlətçiliyi (e.ə. II minilliyin sonu, I minilliyin əvvəllərindən I minilliyin ortalarına 
qədər).
 
 IV. 
Azərbaycan türk dövlətçiliyi (I minilliyin ortalarından sonra).
 
 Azərbaycan milli dövlətçilik təfəkkürünün əsas mənbəyi qədim türk dövlətçilik mədəniyyətidir. 
Və onu da qeyd etmək lazımdır ki, qədim türk dövlətinin özü də daha qədim dövrlərin dövlətçilik 
ənənələrinin varisidir (məsələn, Altay imperiyasının)... Qədim türk dövləti dedikdə, birinci növbədə, yed-
di-səkkiz yüz illik bir dövrü əhatə edən hun-türk dövləti (imperiyası) nəzərdə tutulur. Avrasiyanın 
şərqindən qərbinə doğru uzanan həmin dövlət-imperiya, görünür, qədim dövrün sonlarında Azərbaycanın 
şimalını da ehtiva etmişdi.  Əgər belə olmasaydı, hun-qıpçaqlar III—V əsrlərdə Qafqazda bu qədər 
möhkəm etnosiyasi mövqeyə malik ola bilməz,  ərəb-müsəlman hücumları dövründə onlara qarşı uzun 
müddət ciddi müqavimət göstərməyi bacarmazdılar. Hər halda, III—VII əsrlərdə Azərbaycanın, əsasən, 
şimalında kifayət qədər güclü hun-qıpçaq dövləti olmuşdur ki, Azərbaycan tarixçiləri bu barədə  nə isə 
inadla susduqları halda, erməni, gürcü tarixi üzrə mütəxəssislər ara-sıra (təbii ki, istəmədən!) ona işarə 
edirlər.
 
 Gümanları, ehtimalları bir tərəfə buraxıb türk dövlətçilik mədəniyyətinin Azərbaycanla sıx bağlı 
daha bir tarixi təkamül mərhələsi üzərində dayanaq: bu, qədim türk dövlətinin bilavasitə davamı olan 
türk-müsəlman dövlətidir ki, oğuz-səlcuqlarda birinci növbədə  təzahür edir. Onlar Azərbaycanda geniş 
yayılaraq nəinki Azərbaycan xalqının etnik əsaslarını təşkil edir, eyni zamanda bu və ya digər dərəcədə 
müstəqil türk-müsəlman dövlətləri qururlar ki, onların içərisində  ən məşhuru XII—XIII əsrlərə aid 
Atabəylər dövlətidir.
 
 
Oğuz-səlcuqların Azərbaycanda (və  həmhüdud regionlarda) yayılaraq ölkənin idarəsini öz 
əllərinə almaları "Dədə Qorqud" eposunun əsas mövzusudur. Lakin təəssüflə qeyd etmək lazımdır ki, 
Azərbaycan tarixçiləri həmin eposu bu baxımdan araşdırmaq  əvəzinə, yenə  də "qədim qatlara enməyə 
çalışmış, real epizodlarda belə türklərin mifoloji görüşlərini axtarmışlar. "Kitabi-Dədə Qorqud" sübut edir 
ki, oğuz-səlcuqların orta əsrlər üçün həqiqətən ideal dövlət quruculuğu təcrübəsi olmuşdur... Dövlətin 
başında xanlar xanı dayanır — o nüfuzlu, müdrik bir şəxsdir. İdarəçilik işinə onun bəylərbəyisi olan xan 
rəhbərlik edir. Vaxtaşırı olaraq xanlar xanının yanında Oğuz bəylərinin yığıncağı çağırılır ki, əyalətlərdə 
baş verən hadisələr, ümumi vəziyyət məhz həmin yığıncaqlarda müzakirə edilir. Oğuz cəmiyyətində 
köçəriliyin  əlamətlərinə  də rast gəlinir, lakin mükəmməl (və elastik!) idarəçilik iyerarxiyası dövlətin 
dağılmasına qətiyyən imkan vermir... Həmin dövlət idarəçiliyi, mədəniyyəti, artıq qeyd etdiyimiz kimi, 
müsəlman türklərinə qədim (tanrıçı) türklərdən keçmişdi. Bununla belə, müsəlman türkləri orta əsrlərin 
bir sıra dövlət idarəçiliyi təcrübələrini də tədricən mənimsəmişdilər.
 
 Beləliklə, eramızdan  əvvəlki minilliklərin mənşəyi mübahisəli dövlətlərini nəzərə almasaq, II 
minilliyin ortalarına qədər Azərbaycanda biri digərinin bilavasitə varisi olan aşağıdakı dövlətçilik 
mədəniyyətləri mövcud olmuşdur:
 
 1. 
Qədim (ümum) türk (hun-qıpçaq) dövlətçilik mədəniyyəti.
 
 2. 
Türk-müsəlman (oğuz-səlcuq) dövlətçilik mədəniyyəti.  
 ... 
Azərbaycanda milli dövlətçilik təfəkkürünün müəyyənləşməsində I Şah  İsmayılın yaratdığı 
Səfəvilər dövləti xüsusi mərhələ  təşkil edir. Səfəvilərin araşdırıcısı O. 
Əfəndiyev göstərir ki, 
Azərbaycanda biri digərini əvəz edən Qaraqoyunlu, Ağqoyunlu və Qızılbaş — Səfəvi dövlətlərini məhz 
azərbaycanlılar qurub yaratmışdılar, bu dövlətlər arasında bilavasitə tarixi varislik əlaqəsi mövcud idi.
 
 
Səfəvilərin İran dövləti deyil, məhz Azərbaycan dövləti olmasını sübut edən bir sıra dəlillər vardır 
ki, bunların içərisində dövlətin (xüsusilə onun banisi I Şah İsmayılın) dil, mədəniyyət siyasəti daha çox 
maraq doğurur. Belə ki, Qaraqoyunlular, Ağqoyunlular kimi Səfəvilərin sarayında, ordusunda geniş 
yayılmış ünsiyyət vasitəsi məhz Azərbaycan türkcəsi idi. Və türk-oğuz mədəniyyətindən Azərbaycan 
mədəniyyətinə keçid də Səfəvilər dövründən başlanır — bu elə bir mürəkkəb etnokulturoloji prosesdir ki, 
qeyri-milli ictimai-siyasi, ideoloji şəraitdə gedə bilməzdi. Artıq qeyd edildiyi kimi, Səfəvilər dövründə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə