Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   61   62   63   64   65   66   67   68   69

və milli teatrın yaranması üçün zəmin yaratdılar". Və Prezident tamamilə doğru olaraq qeyd edir ki, "yeni 
dövrün ədəbiyyatının formalaşmasında Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Mirzə 
Ələkbər Sabirin, Süleyman Sani Axundovun, Üzeyir bəy Hacıbəyovun, Nəriman Nərimanovun, 
Haşım bəy Vəzirovun, Cəlil Məmmədquluzadənin, Abbas Səhhətin, Məhəmməd Hadinin, Abdulla 
Şaiqin,  Əli bəy Hüseynzadənin,  Əhməd Ağaoğlunun,  Əhməd Cavadın, Hüseyn Cavidin və 
başqalarının əvəzsiz xidmətləri var idi". 
 Azərbaycan dili, ədəbiyyatı və mədəniyyəti bu gün müxtəlif insanlar (o cümlədən, mütəxəssislər!) 
tərəfindən müxtəlif
 
cür qiymətləndirilən "sovet dövrü"ndə adı yuxarıda çəkilən böyük şəxsiyyətlərin — 
Azərbaycanın görkəmli maarifçi ziyalılarının (bütövlükdə Azərbaycan xalqının!) yaratdığı  zəngin 
mədəniyyətə daxil oldu... Sovet dövrünü Azərbaycan xalqının tarixindən sıxışdırıb çıxarmağa çalışanlar 
səhv edirlər, xalqımız bu dövrü bütün mürəkkəbliyi, uğurları, qüsurları ilə birlikdə yaşamışdır. Biz, heç də 
bəzilərinin düşündüyü kimi, milli müstəqillik dövrünə birbaşa XX əsrin  əvvəllərindən — Azərbaycan 
Demokratik Cümhuriyyəti dövründən gəlməmişik. Sovet dövrü Azərbaycana minlərlə orta, onlarla ali 
məktəb, teatrlar, muzeylər, sərgi salonları vermişdir. Sovet dövründə Azərbaycan dili, ədəbiyyatı, 
mədəniyyəti böyük sürətlə inkişaf etmişdir. Bununla belə, yüksəlişdə olan milli hisslər, ideyalar 
boğulmuş, repressiya illərində Azərbaycanın 50 mindən artıq övladı güllələnmiş, 100 mindən çox insan 
Qazaxıstana, Sibirə sürgün edilmişdir. Hüseyn Cavid, Mikayıl Müşfiq, Salman Mümtaz kimi böyük 
ədəbiyyat, mədəniyyət xadimləri məhz həmin illərdə sovet kommunist ideologiyasının qəzəbinə tuş 
gəlmişlər.
 
 Ümumiyyətlə, "Müraciət" Azərbaycan tarixinin sovet dövrünə obyektiv metodlarla yanaşmağın 
gözəl təcrübəsini verir — biz əminik ki, həmin təcrübə müxtəlif sahələr (o cümlədən,  ədəbiyyat və 
mədəniyyət sahələri) üzrə mütəxəssislərin gələcək araşdırmaları üçün möhkəm metodoloji (ideoloji!) əsas 
olacaqdır...
 
 Azərbaycan xalqına, onun milli mədəniyyətinə qarşı müxtəlif xarakterli qəsdləri unutmamaqla 
yanaşı, etiraf etməliyik ki, Azərbaycanda milli şüurun inkişafında sovet dövrü xüsusi mərhələdir — Cəfər 
Cabbarlı, Səməd Vurğun, Mehdi Hüseyn, Süleyman Püstəm, Osman Sarıvəlli, Rəsul Rza, Məmməd Ra-
him, Mirzə  İbrahimov, Süleyman Rəhimov,  Əli Vəliyev, Mir Cəlal və  Əliağa Vahid kimi böyük 
Azərbaycan söz ustalarının, mütəfəkkirlərinin yazıb-yaratdıqları  həmin mərhələni xalqımızın tarixindən 
necə  çıxarmaq, bu böyük şəxsiyyətləri necə inkar etmək olar?.. Onlar uzun illər "sovet yazıçısı" adını 
fəxrlə daşısalar da, azərbaycançılıq dünyagörüşünün formalaşmasında, demək olar ki, həlledici rol 
oynamış, müasir Azərbaycan dilinin, ədəbiyyatının  əsaslarını yaratmışlar... Və onu da etiraf etmək 
lazımdır ki, Azərbaycanda sovet dövrünün son on illəri Heydər  Əliyev epoxasının başlanması ilə milli 
şüurun inkişafı baxımından daha məhsuldar olmuşdur. 60-cı
 
illərin sonu, 70-ci illərin  əvvəllərindən 
etibarən Azərbaycan mədəniyyəti görünməmiş bir sürətlə irəliləmiş,  ədəbiyyat, incəsənət milli 
özünüdərkin ən çevik komponentlərindən birinə çevrilmişdir. Heydər Əliyev həmin illərdə sübut etdi ki, 
sovet dövrünün ideoloji məhdudiyyətlərinə baxmayaraq uzaqgörən rəhbəri olan xalq öz dilini, 
ədəbiyyatını, mədəniyyətini inkişaf etdirib yüksəltməyə qadirdir.
 
 
Və Azərbaycan xalqı "Müraciət"də haqqında bəhs olunan üçüncü dövrə məhz 60-cı, 70-ci, 80-ci 
illərdə formalaşmış, kifayət qədər yüksək (və milli!) dünyagörüşü ilə gəldi.
 
 80-ci 
illərin sonu, 90-cı illərin  əvvəlləri Azərbaycan tarixinin hərc-mərclik dövrüdür — elə bir 
dövrdür ki, onun mədəni definisiyası, yaxud atribusiyası, demək olar ki, yoxdur. Həmin illərdə  ən çox 
əziyyət çəkən, mənəvi sarsıntılar keçirənlər məhz ədəbiyyat, incəsənət və elm xadimləri olmuşlar desək, 
elə bilirəm ki, səhv etmərik. AXC liderlərinin neobolşevizmi, hərc-mərclikdən istifadə edib hakimiyyətə 
gələn (yaxud gətirilən) səriştəsiz, mənsəbpərəst "rəhbərlər"in volyuntarizmi onillər, yüzillər boyu 
yaradılmış  mədəniyyəti bir anda gözdən salmaqla onlarla, yüzlərlə yaradıcı insanı — yazıçını, rəssamı, 
musiqiçini məəttəl qoydu, taleyin ümidinə buraxdı...
 
 Heydər  Əliyevin yenidən Azərbaycan rəhbərliyinə  gəlməsi ilə müstəqil Azərbaycanın 
mədəniyyəti qarşısında geniş inkişaf üfüqləri açıldı. Böyük mütəfəkkir görürdü ki, "müstəqilliyi elan 
etmək, onun qorunması və möhkəmləndirilməsi istiqamətində dövlət tədbirləri həyata keçirmək nə qədər 
vacib olsa da, əsl müstəqilliyi qazanmaq üçün bu, hələ azdır. Gərək hər bir insan və xüsusən gənc nəsil 
müstəqilliyin nə  qədər müqəddəs olduğunu bütün varlığı ilə  dərk etsin, onu qorumaq və 
möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun. Bunun üçün isə o, ilk növbədə yüksək 
mənəviyyata malik olmalıdır, xalqımızın milli-mənəvi dəyərləri onun şəxsiyyətinin mahiyyətini təşkil 
etməlidir. O, azərbaycanlılığın, mənsub olduğu Azərbaycan xalqının mədəniyyətinin,  ədəbiyyatının, in-
cəsənətinin, elminin nə olduğunu dərindən bilməlidir. Bu, çox mühüm məsələdir. Bizim bu gün təhsilimiz 
də, incəsənətimiz də  məhz Azərbaycanın dövlət müstəqilliyinə xidmət edərək,  əsl vətəndaş  tərbiyə 
olunması prosesinə cəlb edilibdir".
 
 Azərbaycanın dövlət müstəqilliyi qazandığı illərdə, "Müraciət"də deyildiyi kimi, biz əslində 
milli-mədəni irsimizi, tariximizi, milli sənətimizi bir daha təhlil edərək, onu ideoloji buxovlardan və 


qadağalardan xilas edirik. Bununla yanaşı, biz Azərbaycan mədəniyyətinin dünya sənət xəzinəsinə verdiyi 
töhfələrlə başqa xalqların nümayəndələrini tanış edirik."
 
 Dahi 
Azərbaycan  şairi M. Füzulinin 500, Azərbaycan eposu "Dədə Qorqud"un 1300 illik 
yubileyləri yalnız Azərbaycanda deyil, mədəni dünyanın, demək olar ki, hər yerində bu və ya
 
digər 
dərəcədə qeyd edildi. Və bütün dünya müstəqil Azərbaycanın böyük mədəniyyəti, zəngin mənəviyyatı, 
yaradıcılıq imkanları ilə daha geniş miqyasda tanış oldu. Xüsusilə "Dədə Qorqud" eposunun həm 
Azərbaycanda, həm də dünyada təbliği, öyrənilməsi sahəsində böyük işlər görüldü. Mütəxəssislərə 
məlumdur ki, "Dədə Qorqud" eposunun tarixi Azərbaycan etnik-mədəni sisteminin ümumtürk etnik-
mədəni sistemindən fərqlənərək ayrılması (diferensiasiyası) tarixdir. Ona görə  də  "Dədə Qorqud"un 
yubileyi bu və ya digər şəkildə Azərbaycan xalqının yubileyidir... Və Azərbaycan Prezidentinin təkli-
fi ilə  həmin yubileyin ümumdünya, xüsusilə türk dünyası miqyasında qeyd olunması böyük siyasi-
ideoloji əhəmiyyətə malik idi.
 
 Azərbaycan Prezidentinin iki il, iki əsr, iki era arasında Azərbaycan xalqına müraciətində çox 
doğru olaraq qeyd edilir ki, "Dədə Qorqud" qəhrəmanlıq eposudur, özü də bir cəngavər, bir igid haqqında 
yox, bütöv bir xalqın qəhrəmanlığından danışan eposdur. "Ölkəmizin yaşadığı bugünkü mərhələdə xalqı-
mızın qarşısında duran ən ümdə problemlərin həlli, o cümlədən, respublikanın suverenliyinin və 
müstəqilliyinin möhkəmləndirilməsi,  ərazi bütövlüyünün qorunması baxımından müasir Azərbaycan 
Respublikası vətəndaşlarının bu qəhrəmanlıq ideologiyasından faydalanmasının nə dərəcədə vacib olduğu 
gün kimi aydındır."
 
 
Məhz Heydər  Əliyevin bilavasitə  rəhbərliyi, təşkilatçılığı sayəsində  cəmisi bir neçə il ərzində 
"Dədə Qorqud" eposunun Azərbaycan cəmiyyətində kütləvi təbliği sahəsində görülən işlər bir neçə on, 
hətta yüz ildə görülən işlərə bərabər oldu. Yalnız belə bir faktı xatırlatmaq kifayətdir ki, türk dünyasında 
ilk dəfə məhz Azərbaycanda "Dədə Qorqud Ensiklopediyası" yaradıldı. Və bununla da Azərbaycan oğuz 
türkləri içərisində eposun əsas sahibi olduğunu bir daha dünyaya sübut etdi.
 
 Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji 
problemləri ilə bilavasitə məşğul olmuşdur. Və tarix üçün o qədər də böyük olmayan təxminən on illik bir 
müddətdə böyük dövlət xadimi, həqiqətən, tarixi olan aşağıdakı işləri görmüşdür:
 
 — 
Azərbaycan dili dövlət dili olaraq Azərbaycan SSR-in müvafiq qanunlarında (xüsusilə  Əsas 
Qanunda — Konstitusiyada) öz əksini tapmış, Moskvanın etirazlarına baxmayaraq, respublikada rus dili 
ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilmişdir;
 
 — 
Azərbaycandilli məktəbin, maarifin inkişafına xüsusi qayğı göstərilmiş, bir sıra digər sovet 
respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilmişdir;
 
 — 
Azərbaycan dilində  mətbuatın, elmin tərəqqisi üçün dövlət rəhbərliyi  əlindən gələni etmiş, 
Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazmış, Azərbaycan 
Yazıçılar  İttifaqının aparıcı  mətbuat orqanları — "Azərbaycan", "Ulduz" jurnalları, "Ədəbiyyat və 
incəsənət" qəzeti Azərbaycan dilində çıxmışdır;
 
 — 
Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş bir ardıcıllıqla araşdırılmış, çoxcildlik 
"Müasir Azərbaycan dili" kitabları yaradılmış, həmin çoxcildliklərdən biri — ali məktəblər üçün "Müasir 
Azərbaycan dili" dərsliyi Azərbaycan Dövlət mükafatına layiq görülmüş, ana dilini araşdıran alimlərin 
əməyi yüksək qiymətləndirilməklə, əslində, ana dilinin nüfuzu bir daha təsdiq edilmişdir:
 
 — 
Həm rəsmi, həm də qeyri-rəsmi yığıncaqlarda, məclislərdə Azərbaycan dilində danışmaqdan 
çəkinməyən respublika rəhbəri praktik olaraq ana dilinin ictimai-siyasi mövqeyinin yüksəlməsində 
bilavasitə təsir göstərmiş, başqalarına nümunə vermişdir və s.
 
 80-ci 
illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatının gedişində ana 
dilinin ictimai-siyasi nüfuzunun güclənməsi Heydər  Əliyevin vaxtilə yürütdüyü siyasətin bilavasitə 
nəticəsi idi. Lakin həmin illərdə başqa sahələrdə olduğu kimi, dil quruculuğu, dil siyasəti, geniş mənada 
dil mədəniyyəti sahələrində  də  hədsiz volyuntarizmə, hərc-mərcliyə yol verilirdi — xüsusilə Xalq 
Cəbhəsinin hakimiyyətdə olduğu zaman etnik-kulturoloji məsələlərlə bağlı buraxılan səhvlər milli dilin 
(dövlət dilinin) nüfuzuna mənfi təsir göstərdi:
 
 — 
yaxın dövrün tarixi varisliyi gözlənilmədən ana dilinə (dövlət dilinə!) münasibətdə  kəskin 
sıçrayışlarla səciyyələnən, hər cür əsasdan məhrum "tədbirlər" görülməsinə başlandı ki, həmin "tədbirlər" 
nəticə etibarilə idarəolunmaz bir situasiyaya çevrilib ana dilini (onun ictimai-siyasi nüfuzunu, 
normalarını, funksional üslublarını...) bütövlükdə təhlükə altında qoydu;
 
 — 
Azərbaycanda yaşayan azsaylı xalqlara, etnoslara mədəni muxtariyyət vermək kimi 
volyuntarist bir hərəkətin rəsmi müdafiə olunması on illər boyu qazanılmış tarixi uğurların itirilməsi, 
həmin uğurlara (və dövlət dilinin nüfuzuna) barmaqarası münasibətin nəticəsi idi;
 
 — 
geniş, hərtərəfli müzakirələr aparılmadan (nə ictimaiyyətin, nə  də mütəxəssislərin rəyini 
öyrənmədən) ana dilinin "türk dili" adlandırılması, eləcə  də kiril əlifbasından latın  əlifbasına keçidin 
hazırlıqsız başlanması sonralar bir sıra problemlər törətdi;
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə