Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   61   62   63   64   65   66   67   68   69

 
normal təhsil görməmiş, mədəniyyətdən uzaq bir sıra "dövlət xadimləri"nin, "siyasi 
xadimləri"n müxtəlif çıxışları, məntiqsiz mülahizələri Azərbaycan  ədəbi dilinin tarixən müəyyənləşmiş 
normalarına, funksional üslublarına (ümumən ana dilinin əxlaqına!) sayğısız, məsuliyyətsiz münasibət 
yaratmağa başladı və s.
 
 Xalqın təkidi, tarixin hökmü ilə Azərbaycanda yenidən hakimiyyətə qayıtmış Heydər Əliyev qısa 
bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail 
oldu. Və bu illərdə onun xüsusi diqqət yetirdiyi məsələlərdən biri də dil məsələsi idi... Məsələnin cid-
diliyini nəzərə alan dövlət rəhbəri mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirdi və  həmin 
müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu.
 
 
Həmin müzakirələr göstərdi ki, yalnız milli ictimai təfəkkür deyil, bilavasitə mütəxəssislər də ana 
dilinin qeydsiz-şərtsiz "türk dili" adlandırılmasının əleyhinədir. Hər şeydən əvvəl, ona görə ki:
 
 
a) iki müstəqil türk mənşəli dilin hər ikisinin eyni bir adla adlandırılması özünü doğrultmur və 
təcrübədə onları istər-istəməz ayrı-ayrı adlarla (Azərbaycan türkcəsi — Türkiyə türkcəsi) adlandırmaq 
lazım gəlir;
 
 b) 
Azərbaycan  ərazisində yaşayan qeyri-türk mənşəli müxtəlif xalqlar, etnoslar (talışlar, tatlar, 
kürdlər, ləzgilər və s.) "Azərbaycan dili"nin "türk dili" adlandırılmasından hər hansı halda narahat olurlar, 
bir sıra qüvvələr isə bundan istifadə edərək, "xırda millətçilik" hisslərini qızışdırırlar;
 
 c) 
"Azərbaycan dili" adı artıq neçə on illərdir ki, uğurla işlənir, kifayət qədər böyük işlənmə 
təcrübəsinə malikdir.
 
 
Və bütün bunlar nəzərə alınaraq (eyni zamanda referendumun nəticələrinə əsaslanaraq) müstəqil 
Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin adı "Azərbaycan dili" kimi qeyd edildi.
 
 Müşahidələr göstərir ki, Azərbaycan dövlətinin rəhbəri bu gün Azərbaycan dilinin yüksəlişi üçün 
aşağıdakı çox mühüm işləri görür:
 
 Birincisi, 
Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili olaraq aparıcı mövqeyi 
tamamilə  təmin edilmiş, rəsmi məclislərin yalnız ana dilində aparılması  zərurətə çevrilmişdir (yeri 
gəlmişkən deyək ki, Azərbaycan Prezidentinin özü şəxsən dəfələrlə müxtəlif vəzifəli şəxsləri ana dilində 
danışa bilmədikləri üçün tənqid etmiş, qınamışdır).
 
 
İkincisi, Azərbaycanda təhsilin, elmin, ədəbiyyatın, ümumən mədəniyyətin inkişafı üçün dövlət 
maksimum  şərait yaratmış (və  həmin  şəraiti günbəgün yaxşılaşdırmaqdadır) — bu isə  həm milli 
təfəkkürün, həm də onun ifadəsi olan milli ədəbi dilin daha da tərəqqi edib yüksəlməsinə təkan verir.
 
 Üçüncüsü, 
Azərbaycan Prezidenti Azərbaycanın yeni tarixində ilk dəfə olaraq Azərbaycan dilinin 
dünyanın ən mötəbər rəsmi məclislərində, beynəlxalq diplomatik danışıqlarda səslənməsinə nail olmuşdur 
(və  məhz onun xidmətidir ki, bu gün Azərbaycan Respublikasının beynəlxalq nüfuzunu məhz Azər-
baycan dili, yəni Azərbaycanın bilavasitə dövlət dili qoruyur) və s.
 
 Azərbaycan Prezidentinin dünya miqyaslı bir ictimai-siyasi xadim, dövlət xadimi kimi fəaliyyəti 
ona türk dünyasında böyük hörmət qazandırmışdır. Və həmin hörmətin təsiri altında türk xalqları arasında 
Azərbaycan xalqının, türk dilləri içərisində Azərbaycan türkcəsinin (Azərbaycan dilinin) nüfuzu sürətlə 
yüksəlir.
 
 Heydər Əliyev Azərbaycan dilini (ana dilini), Azərbaycan xalqının dilini (mənsub olduğu xalqın 
dilini), Azərbaycan dövlətinin dilini (rəhbərlik etdiyi dövlətin dilini) ürəkdən sevib, onun yüksəlişinə 
çalışmaqla kifayətlənmir, mütəxəssislərin dönə-dönə qeyd etdikləri kimi, Azərbaycan dilində gözəl danı-
şır, ona yeni ifadə xüsusiyyətləri, üslub çalarları qazandırır... Və yuxarıda deyildiyi kimi, H. Əliyevin dili 
geniş miqyaslı araşdırmalar üçün ayrıca bir mövzuya çevrilmişdir. Mütəxəssislər göstərirlər ki, Allah 
Heydər  Əliyevə nümunəvi bir natiq üçün tələb olunan hər  şeyi səxavətlə vermişdir: boy-buxun, qədd-
qamət, təsirli səs, möhkəm məntiq, məclisi, auditoriyanı ələ almaq qabiliyyəti və s.
 
 Heydər Əliyev natiqliyi Azərbaycan xalqının milli sərvəti, Azərbaycan dilinin böyük uğurudur — 
böyük şəxsiyyətin nitqlərində onlarca, yüzlərcə nümunələr götürmək mümkündür ki, ana dilinin müasir 
dövrdə hansı inkişaf səviyyəsinə gəlib çıxdığını, hansı mükəmməl, təsirli ifadə imkanlarına yiyələndiyini 
parlaq bir şəkildə əks etdirsin.
 
 Azərbaycan Prezidentinin "Müraciət"ində qeyd edilir ki, "hər bir xalqın özünəməxsusluğunu 
müəyyən edən başlıca ünsürlərdən biri onun dilidir. XX əsrdə xalqımızın bu sahədə əldə etdiyi uğurları 
yüksək təqdirə layiqdir. Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azər-
baycan dili son bir əsrlik dövr ərzində böyük inkişaf yolu keçərək lüğət tərkibini zənginləşdirmiş, 
qrammatik quruluşunu cilalamış  və dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur." Heç şübhəsiz, 
Azərbaycan mədəniyyəti inkişaf etdikcə, Azərbaycan dövləti təkmilləşib möhkəmləndikcə Azərbaycan 
dili daha da zənginləşəcək, daha müasir, daha qlobal, daha analitik düşüncənin dilinə çevriləcəkdir. Çünki 
Azərbaycan dili, Azərbaycan Prezidentinin dəfələrlə dediyi kimi, istedadlı, böyük potensiala malik bir 
xalqın dilidir.
 


 Azərbaycan Prezidenti Heydər  Əliyevin — yeni ilin, yeni əsrin və yeni minilliyin astanasında 
"Azərbaycan xalqına müraciət"i Azərbaycan dilinin, ədəbiyyatının və  mədəniyyətinin perspektivlərini 
müəyyənləşdirmək, böyük tarixi təcrübəyə dayanaraq inkişaf yollarını müəyyən etmək baxımından ol-
duqca qiymətli bir sənəddir. Bizim fikrimizcə, həmin sənədin əsas ideyası ondan ibarətdir ki, "biz nadir 
bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi 
keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də 
gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır". 
 
 
*   *  

 
 Azərbaycan dili (türkcəsi) XVII—XVIII əsrlərdən Azərbaycanda ictimai ünsiyyətin ən müxtəlif 
sahələrində ardıcıl olaraq daha geniş yer tutmağa, ərəb, fars dillərini sıxışdırmağa başlayır. Xalqın əsas 
ünsiyyət vasitəsində XIX əsrin ortalarından sonra səhnə əsərlərinin yazılması, qəzet nəşri, kitab çapı və s. 
onun normalarının stabilləşməsinə, funksional üslublarının diferensiasiyasına — inkişafına  əhəmiyyətli 
təsir göstərir. XIX əsrin sonu, XX əsrin  əvvəllərində Azərbaycan dili, əsasən, aşağıdakı formalarda 
təzahür edir:
 
 I.Ərəb, fars elementləri ilə "zənginləşdirilmiş" dil təzahürü;
 
 II.Osmanlı (İstanbul) şivəsi (Türkiyə türkcəsi) ilə "zənginləşmiş" dil təzahürü;
 
 
III.Milli (demokratik) dil təzahürü.
 
 Müşahidələr göstərir ki, Azərbaycan dilinin bu cür eklektik mürəkkəbliyi XX əsrin 30-cu illərinə 
qədər davam etmişdir. Və  məhz 30-cu illərdə müasir Azərbaycan  ədəbi dilinin normaları  qərarlaşdığı 
kimi, funksional üslub mənzərəsi də müəyyənləşir. Qeyd etmək lazımdır ki, müasir Azərbaycan  ədəbi 
dilinin (əslində, ümumiyyətlə, Azərbaycan  ədəbi dilinin!) normalarının, xüsusilə fonetik normasının 
stabilləşməsində latın, bunun ardınca isə kiril əlifbasının qəbulu mühüm rol oynamışdır.
 
 XX 
əsrin ortalarına doğru artıq Azərbaycan  ədəbi dilinin bədii üslubu ilə yanaşı, kifayət qədər 
mükəmməl elmi, publisistik və rəsmi-işgüzar üslubları formalaşır. Azərbaycanda milli dildə orta, eləcə də 
ali məktəblərin açılması, mətbuatın nəşri, dövlət idarələrində Azərbaycan dilinin az və ya çox dərəcədə iş-
lənməsi, ziyalı kontingentinin genişlənməsi və s. bu cür funksional üslub diferensiasiyası üçün şərt olur. 
Dogrudur, sovet dövləti möhkəmləndikcə ümumən "sovet xalqlar"ının hamısının dili rus dilinin dağıdıcı 
təzyiqinə məruz qalmağa, "yerlər"də rusdilli "ziyalılar" yetişdirilməyə başlayır. Lakin xalqın içərisindən 
çıxmış milli ziyalılar həmin ruslaşdırma diplomatiyasına qarşı ciddi mübarizə aparırlar. Azərbaycanda bu 
cür ziyalılar çox olmuşdur ki, onlardan ən məşhuru Bəxtiyar Vahabzadə idi. Böyük şair, mütəfəkkir, 
ictimai-siyasi xadim B. Vahabzadə ana dilinin təbii-tarixi hüquqlarının məhdudlaşdırılmasına qarşı on 
illər boyu cəsarətlə mübarizə aparmışdır. O, "doğma dilində danışmağı ar bilən fasonlu ədəbazlar"ın 
artdığı illərdə ana dilinə müraciətən yazırdı: 
 
Bizim uca dağların sonsuz əzəmətindən,
 
Yatağına sığmayan çayların hiddətindən,
 
Bu torpaqdan, bu yerdən,
 
Elin bağrından qopan yanıqlı nəğmələrdən,
 
Güllərin rənglərindən, çiçəklərin iyindən,
 
Mil düzünün, Muğanın sonsuz genişliyindən,
 
Ağsaçlı babaların əqlindən, kamalından,
 
Düşmən üstünə cuman o Qıratın nalından
 
Qopan səsdən yarandın.
 
Sən xalqının aldığı ilk nəfəsdən yarandın... 
 
 XX 
əsrin 50-ci, 60-cı illərindən fərqli olaraq 70-ci illərində ana dilinə qayğı, onun hüquqlarının 
müdafiə edilməsi özünü daha ardıcıl, daha məqsədyönlü  şəkildə göstərir — Azərbaycan KP MK-nın 
birinci katibi seçilən Heydər Əliyevin gördüyü tədbirlər nəticəsində Azərbaycan dili həqiqətən dövlət dili 
səviyyəsinə qaldırılır. Görkəmli dövlət xadimi Moskvaya dəvət edildikdən sonra isə Azərbaycan dilinin 
üzərinə yenidən "səlib yürüşü" başladı. Hər şeydən əvvəl, dövlət idarələrində elə bir "şərait" yaradıldı ki, 
xalq rus dilini bilməyin vacibliyini, bunsuz normal fəaliyyət göstərməyin mümkünsüzlüyünü anlasın, ana 
dilinə yalnız məişət dili kimi baxsın. Odur ki, rus dilini əməlli-başlı bilməyən valideynlər belə yenicə dil 
açmış körpələrini rus bağçasına, rus dayələrinə, rus məktəblərinə verməyə başladılar. Və belə bir təsəvvür 
geniş yayıldı ki, Azərbaycan məktəblərində təhsil səviyyəsi aşağı, rus məktəblərində isə yüksəkdir. Orta 
təhsilini rus dilində alan bəzi azərbaycanlı  gənclər Azərbaycanda xüsusi "elita" yaratmaq iddiasına 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə