Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   59   60   61   62   63   64   65   66   ...   69

tarixi qeyri-mütəşəkkilliyinin nəticəsidir ki, onların Azərbaycan cəmiyyətinin, xalqının ümumi idealları 
ətrafında birləşməsində müəyyən problemlər də olmuşdur. Həmin problemlərin bir çoxu etnik yaddaşın 
romantikası ilə ümummilli maraqların reallığı arasındakı ziddiyyətlərdən irəli gəlib.
 
 Azərbaycanın etnik-etnoqrafik mənzərəsinin müxtəlifliyində ölkənin təbii-coğrafi zənginliyi də 
müəyyən rol oynamışdır. İber-qafqazlılar, əsasən, dağlıq, iranlılar dəniz sahili, türklər isə çöl ərazilərdə 
yaşamışlar. Və  şübhəsiz, onların etnik dünyagörüşünün formalaşmasında həmin həyat tərzinin  əhə-
miyyətli təsiri olmuşdur.
 
 Güman 
etmək olar ki, Azərbaycanda yaşayan qeyri-türk mənşəli əhalinin sayı tarixən deyil, məhz 
son dövrlərdə azalmağa başlamışdır. Bu isə Azərbaycan cəmiyyətinin təbii özünütəşkili, yaxud 
təmərküzləşməsi prosesinin, xüsusilə XIX əsrin sonu, XX əsrin əvvəllərindən başlayaraq güclənməsi ilə 
bağlıdır. Bu gün Azərbaycanda yaşayan, özünü tat, talış, kürd, ləzgi, avar, udi, saxur, ingiloy və s. hesab 
edən əhalinin sayı Azərbaycan türklərinin, ümumən Azərbaycan xalqının sayından müqayisə edilməyəcək 
qədər azdır. Və Azərbaycan dünya proseslərinə get-gedə daha fəal  şəkildə qoşulduqca, Azərbaycanın 
azsaylı xalqları ümummilli maraqlar ətrafında daha sıx birləşirlər. Çünki həmin proseslərdə "etnik 
yaddaş", yaxud "əski maraqlar"la iştirak etmək sadəcə olaraq mümkün deyil.
 
 Azərbaycan xalqının etnik, sosial-siyasi mütəşəkkillik səviyyəsinə  təsir göstərən üçüncü əlamət 
Azərbaycanda milli dövlətçilik təfəkkürünün, milli maraqların, idealların nə  dərəcədə yüksək olub-
olmaması ilə əlaqədardır... Xüsusi olaraq sübut etməyə ehtiyac yoxdur ki, Azərbaycanın həm şimalında, 
həm də  cənubunda qədim dövrlərdə müxtəlif dövlətlər yaranmışdır. Lakin həmin dövlətlər Azərbaycan 
xalqının sosial-siyasi, ideoloji yaddaşında qalmamışdır. Biz burada, əsasən, iber-qafqazlıların, iranlıların 
yaratdıqları dövlətləri nəzərdə tuturuq. Və şübhə etmirik ki, qədim dövrə münasibətlə bu cür yaddaşsızlıq 
həmin etnosların dövlət quruculuğu təcrübəsini çoxdan unutmaları ilə  əlaqədardır. Azərbaycan xalqının 
tarixi yaddaşında mühafizə olunmuş dövlətlər məhz türklərin (müsəlman türklərin!) qurduğu dövlətlərdir 
ki, onlar da daha çox orta əsrlər üçün səciyyəvi olan ümummüsəlman ideyalarını ifadə etmişlər. 
Azərbaycan türklərinin, ümumən formalaşmaqda olan Azərbaycan xalqının milli maraqlarını əks etdirən 
ilk dövlət I Şah İsmayılın yaratdığı Səfəvilər dövləti idi. Lakin çox çəkmədi ki, səfəvilər "qədim dünyada 
qalmış" bir etnosun — farsların romantik xülyalarının, dəbdəbəli (və müasirlikdən, hər cür perspektivdən 
uzaq!) həyat tərzinin  əsirinə çevrilib, tarix səhnəsini tərk edirlər. Səfəvilərdən sonra milli dövlətçilik 
təfəkkürünün təşəkkülü tarixində Azərbaycan xanlıqları xüsusi bir dövrü təşkil edir. Doğrudur, 
Azərbaycanın həm şimalını, həm də cənubunu əhatə edən mərkəzləşmiş dövlətin süqutundan sonra kiçik 
Azərbaycan dövlətlərinin — xanlıqların milli dövlətçilik təfəkkürünün təkamülündə böyük rol oy-
nayacağını söyləmək çətindir. Bununla belə, etiraf etmək lazımdır ki, xanlıqlar dövründə Azərbaycanın 
ictimai-siyasi cəhətdən fəal regionlarının timsalında milli dövlət idarəçiliyi artıq yerli, məhəlli miqyas 
aldı, dövlət mənsub olduğu xalqa nə
 
qədər mümkündürsə o qədər yaxınlaşdı... Və xanlıqlar dövründə 
Azərbaycanın müxtəlif mənşəli etnosları regional dövlət idarəçiliyində bilavasitə  iştirak etməklə sosial-
siyasi passivlikdən xilas oldular.
 
 
Cənubunun  İran,  şimalının isə Rusiya tərkibində olduğu dövrdə Azərbaycanda milli dövlətçilik 
təfəkkürü, Azərbaycan xalqının bütövlüyü idealı sönmədi, lakin ölkənin şimalı ilə cənubu arasında sosial-
siyasi, mədəni  əlaqələrin zəifləməsinin  əsası qoyuldu. Bu o zaman baş verdi ki, ümummilli idealların 
formalaşmasına təkan verən dünya miqyaslı proseslər intensivləşməkdə idi. Və Azərbaycan Şərqlə Qərbin 
tarixi ziddiyyətlərini özündə bütün kəskinliyi ilə ehtiva edən bir ölkəyə çevrilirdi. Onun milli dövləti yox 
idi, lakin güclü milli dövlətçilik ideyaları var idi... Azərbaycan Demokratik Cümhuriyyəti, onun ardınca 
isə kifayət qədər uzunömürlü Azərbaycan Sovet Sosialist Respublikası  həmin idealların gerçəkləşməsi 
sahəsində ya bilavasitə, ya da dolayısı ilə əhəmiyyətli təşəbbüslərdir. Milli dövlətin qurulması ərəfəsində 
bu cür təşəbbüslər tamamilə təbiidir.
 
 Azərbaycan xalqının etnik, sosial-siyasi maraqlarını bu gün (əslində, yarandığı gündən bəri), 
birinci növbədə, Azərbaycan Respublikası  təmsil edir — hər  şeydən  əvvəl, ona görə ki, Azərbaycan 
Respublikası Azərbaycan xalqının milli (müstəqil) dövlət axtarışlarının məhsuludur. Yalnız həmin 
respublikanın vətəndaşları deyil, həmhüdud ölkələrdə tarixən məskunlaşmış (xalq kimi məhz həmin 
ölkələrin  ərazisində formalaşmış!) azərbaycanlılar — əsasən Azərbaycan türkləri də ona öz milli 
dövlətçilik ideallarının ifadəçisi (və müdafiəçisi!) kimi baxırlar. Müxtəlif səbəblər üzündən dünyanın ən 
müxtəlif ölkələrinə səpələnmiş Şimaldan və Cənubdan olan azərbaycanlılar üçün də Azərbaycan dövləti 
və onun rəmzləri müqəddəsdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu, Prezidenti Heydər  Əliyev 
dünya azərbaycanlılarının  şəriksiz lideridir... Şübhəsiz, bütün bunlar Azərbaycan xalqının etnik, sosial-
siyasi mütəşəkkillik səviyyəsinin yüksəlişi sahəsində görüləcək böyük işlərin başlanğıcıdır.
 
 Azərbaycan dövləti, H. Əliyevin dəfələrlə qeyd etdiyi kimi, respublikanın  ərazisində tarixən 
məskunlaşmış bütün etnoslara, bir neçə minillik dövrdə formalaşmış bütün Azərbaycan cəmiyyətinə — 
Azərbaycan xalqına məxsusdur. Və eyni zamanda dünyanın harasında yaşamasından asılı olmayaraq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə