Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   61   62   63   64   65   66   67   68   69

özünü azərbaycanlı hesab edən, mənsub olduğu etnosun yalnız təbii yaddaşını deyil, həm də sosial-siyasi 
məsuliyyətini, milli dövlətçilik təfəkkürünü daşıyan hər bir azərbaycanlıya məxsusdur.
 
 Müşahidələr göstərir ki, müasir dünyada etnik diferensiasiya ilə etnik inteqrasiya sıx qarşılıqlı 
əlaqədədir. Odur ki, hər bir azərbaycanlının öz etnik, milli mənsubiyyətini bütün keyfiyyətilə qorumasının 
onun (həmin azərbaycanlının) "dünya vətəndaşı" missiyasına mane olmur, əksinə, kömək edir. Heç 
olmasa ona görə ki, bu və ya digər dərəcədə milli, yaxud tarixən formalaşmış milli idealları, maraqları 
ifadə etməyən bir dövlətin vətəndaşı "dünya vətəndaşı" ola bilməz...
 
 
Və müşahidələr göstərir ki, Azərbaycan dövləti Azərbaycan xalqının etnik, sosial-siyasi 
mütəşəkkilliyi üçün əlindən gələni əsirgəməməklə, həm ölkə, həm region, həm də dünya miqyaslı kifayət 
qədər möhtəşəm işlər görməkdədir. Biz, hər  şeydən  əvvəl, "Dədə Qorqud" eposunun geniş miqyaslı 
yubileyinin keçirilməsini, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi sahəsində tarixi əhəmiyyətli 
tədbirlər planının işlənib hazırlanmasını (və ardıcıl olaraq yerinə yetirilməsini), ümumiyyətlə, Azərbaycan 
dilinin həm daxili, həm xarici (beynəlxalq) ünsiyyətdə nüfuzunun indiyə  qədər görünməmiş bir sə-
viyyədə yüksəldilməsini, dünyanın müxtəlif ölkələrinə yayılmış azərbaycanlıların Bakı ilə  əlaqələrinin 
intensivləşdirilməsini, dünya azərbaycanlılarının I qurultayının məhz Bakıda keçirilməsini və s. nəzərdə 
tuturuq ki, həmin tədbirlər Azərbaycan xalqının daxili mütəşəkkilliyini təmin etməklə yanaşı, onun 
beynəlxalq mövqeyini gücləndirir, dünyanın mükəmməl millətlərindən biri kimi normal fəaliyyətinə 
siyasi-ideoloji kömək göstərir... Odur ki, dünya azərbaycanlılarının  əsas sosial-siyasi (və milli-mənəvi) 
vəzifələrindən biri yeganə müstəqil Azərbaycan dövlətini hər hansı halda müdafiə edib qorumaqdan, onun 
(və Azərbaycan dövlətinin qurucusunun) ətrafında sıx birləşməkdən ibarətdir. 
 
 
*   *  

 
 Azərbaycan Demokratik Cümhuriyyəti Azərbaycanın nəinki tarixi coğrafiyasına, hətta onun 
beşdən birinə (Azərbaycanın  şimalına) nəzarət etmək, müxtəlif etnosları bir cəmiyyət halında 
birləşdirmək, bütöv bir sosium formalaşdırmaq gücünə malik deyildi. O, daha çox milli dövlətçilik 
təfəkkürünün metaforik təzahürü idi. Azərbaycan SSR də, əslində, həmin metaforanın davamı sayıla bilər. 
Lakin məsələ burasındadır ki, XX əsrin ortalarında ölkədə milli dövlətçilik təfəkkürünün çiçəklənməsi 
üçün yenidən tarixi şərait yetişməyə başladı. Lakin simvolik funksiya daşıyan dövlət rəhbərləri 
respublikada həmin prosesin lazımi intensivlikdə getməsinə, milli dövlətçilik təfəkkürü olan kadrların 
formalaşdırılmasına diqqət yetirmədilər. Heydər Əliyevin respublikada rəhbərliyə gəlməsi ilə Azərbaycan 
nəinki sovet dövlətinin — mərkəzin verdiyi imkanlar daxilində, hətta müəyyən maneələri dəf edərək 
müstəqil düşüncəyə meydan açdı. 70—80-ci illərdə Azərbaycanda gedən milli oyanış, siyasi-ideoloji 
dirçəliş prosesinin nəticələri özünü 80-ci illərin sonu, 90-cı illərin  əvvəllərindəki xalq hərəkatında 
göstərdi. H. Əliyev xalqın enerjisinin, milli müstəqillik hissinin təzahürünə çalışır, onu dünyanın inkişaf 
etmiş xalqlarının səviyyəsinə çatdırmaq istəyirdi. Və bütün bunları böyük bir cəsarətlə, gördüyü işin 
düzgünlüyünə tarixi bir inamla edirdi. Əgər müqayisə aparsaq, etiraf etməli olarıq ki, Azərbaycanın 
dövlət rəhbərləri içərisində H. Əliyev qədər böyük idarəçilik təcrübəsinə (və istedadına!) malik ikinci bir 
şəxs olmamışdır. Onun imzasına 60-cı illərin sonu, 70-ci illərin əvvəllərindən Azərbaycanın hər yerində, 
iqtisadi, ictimai-siyasi, mənəvi-ideoloji həyatın, demək olar ki, bütün sahələrində rast gəlmək 
mümkündür. 70—80-ci illərin Azərbaycanı  ən müxtəlif baxımlardan "Heydər  Əliyevin Azərbaycanı" 
adlandırmaq üçün hər cür əsas vardır.
 
 Sovet 
dövləti dağıldıqdan sonra Azərbaycanda  ən çox xatırlanan, müstəqil respublikanın 
dövlətçiliyini formalaşdırmağa dəvət edilən, istedadına istinad olunan şəxs H. Əliyev idi.
 
 Xalq 
hərəkatının, müxtəlif xarakterli münaqişələrin təşkili ilə hakimiyyətə  gələn qüvvələrin 
dövlət idarəçiliyi sahəsində  təcrübəsizliyi ortaya çıxanda isə Azərbaycanın məhz "H. Əliyevin 
Azərbaycanı" olduğu bütün aydınlığı ilə  təzahür etdi. Bir sıra siyasi tarix mütəxəssisləri, publisistlər 
1993-cü ilin iyun "qiyam"ını H. Əliyevin hakimiyyətə  gəlməsində xüsusi hadisə kimi təqdim edirlər. 
Lakin bununla razılaşmaq çətindir. H. Əliyevin hakimiyyətə gəlişi 90-cı illərin ilk aylarından artıq reallıq 
idi. Bir-birinin ardınca baş verən hadisələrin inersiyası, get-gedə güclənən xaos "ölkənin sahibi"ni tələb 
edirdi. Hüdudsuz "demokratiya"nın, müxtəlif mərkəzlərdən idarə olunan hərc-mərcliyin, hakimiyyət 
uğrunda mübarizənin mahiyyəti, iç üzü ortaya çıxdıqca və nəhayət, H. Əliyevin yaratdıqları xalqın gözləri 
qarşısında dağıldıqca böyük dövlət qurucusuna, ictimai harmoniya ustasına meyil də güclənirdi. O, Azər-
baycan xalqına yalnız bilavasitə idarəedici, dövlət qurucusu kimi yox, Tarix kimi də lazım idi. 80-ci 
illərin sonu, 90-cı illərin əvvəllərində xalqın fəhmi ənənəvi olaraq istinad edəcəyi, üzərində yüksələcəyi 
Tarixi də axtarıldı. Həmin Tarixin xronologiyası Azərbaycan Xalq Cümhuriyyətindən başlasa da,
 
cümhuriyyətin "praktika"dan deyil, "nəzəriyyə"dən ibarət olması ona əsaslanmağa imkan vermirdi.
 


 Azərbaycan SSR tarixinin H. Əliyev dövrünün milli yüksəliş  təcrübəsi isə kifayət qədər 
zəngindir.
 
 1993-cü 
ilin 
ortalarında Azərbaycan cəmiyyəti artıq demokratiyanı hərc-mərclikdən xilas etmək 
uğrunda mübarizə aparmaq üçün özündə qüdrət tapdı. Bu isə birinci növbədə onda təzahür etdi ki, xalq 
uzun illər  ərzində yetirmiş olduğu tarixi liderə inamını sonsuz bir enerji ilə ifadə etdi. Və  həmin inam 
xırda "xalq qəhrəmanları"nın, heç bir Tarixə söykənməyən siyasət fəallarının "obraz"ını ictimai 
təfəkkürdən bütünlüklə silib atdı. Ona görə ki, bu "qəhrəman"ları, bir daha təkrar edirik ki, Tarix yox, 
təsadüflər, mövcud ictimai-siyasi problem ortaya çıxarmışdı. Tarix onları inkar edirdi.
 
 ...Azərbaycanı H. Əliyev xilas etdi. Onu bir dövlət kimi məhv olmaqdan Heydər Əliyev qurtardı 
dedikdə, bizim nəzərimizdə, nə qədər qüdrətli olursa-olsun, təsadüfi bir xilaskar obrazı canlanmamalıdır; 
Azərbaycanın qurtuluşu H. Əliyevin  şəxsində  təzahür edən böyük bir milli, ictimai-siyasi enerjinin 
fəaliyyəti nəticəsində mümkün ola bilərdi. Və belə  də oldu... H. Əliyevin Azərbaycanın xilası üçün 
gördüyü işlərin miqyasını müəyyənləşdirmək yox, ancaq təsəvvür etmək mümkündür. Bu, epik bir 
miqyasdır — bu fəaliyyət xalqın yalnız bu gününü müəyyən etmir, onun gələcəyinə  əhəmiyyətli təsir 
göstərir ki, bu mənada Azərbaycanın qurtuluşu bu günlə  məhdudlaşmayan, gələcəyə getdikcə tarixi 
məzmunu daha yaxşı dəyərləndiriləcək bir hadisədir.
 
 Azərbaycanın qurtuluşunun yekunu, yaxud nəticəsi qurtuluşun Azərbaycanıdır. O Azərbaycan ki, 
müxtəlif nəsillərdən olan azərbaycanlılar onu arzulamış, onun qurulması  uğrunda mübarizə aparmışlar. 
Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 15 iyun tarixli iclasındakı  çıxışında H. Əliyev 
həmin mübarizənin tarixi mahiyyətini ifadə edərək demişdir: "Azərbaycan Respublikasının dövlət 
müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında müasir 
tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və 
heç kəsin  şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız 
Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə  həsr edəcəyəm". Bu sözlərin 
deyilməsindən o qədər də böyük zaman keçmir, lakin dahi mütəfəkkir, dövlət qurucusu həqiqətən 
müstəqil Azərbaycan dövlətinin əsaslarını yaratmış, onun demokratik inkişaf yolunu istiqamətləndirmiş-
 
dir. H. Əliyevin zəkası öz nuru ilə yalnız bu gün deyil, sabah da müstəqil Respublikanın gələcəyini 
işıqlandıracaq, ona müasir dünyanın üzvi tərkib hissəsi olmaq üçün hər cür stimul verəcəkdir. Çünki 
H. Əliyev müdrikliyi yalnız bir insanın fərdi qabiliyyətinin nəticəsi deyil, bütövlükdə  mənsub oldu-
ğumuz xalqın Tarixi iradəsinin ifadəsidir. Həmin iradə idi ki, milli dəyərlərin böyük daşıyıcısına 1993-cü 
il 15 iyun tarixli (və tarixi!) iclasda aşağıdakıları dedirtmişdi: "... Azərbaycan Respublikası, bundan sonra 
onun başına nə  gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil 
olmayacaq, heç bir başqa dövlətin  əsarəti altına düşməyəcəkdir". Bununla belə, H. Əliyev bildirdi ki, 
Azərbaycanın müstəqilliyini sadəcə elan etmək nə  qədər sevindirici hal olsa da, xalqın milli "izzəti-
nəfs"ini nə  qədər oxşasa da, həlledici bir şey deyil. Müstəqillik uğrunda illər boyu, tədricən, həm 
tələsmədən, həm də gecikmədən mübarizə aparmaq, millətin daxilindəki "kimdənsə asılı olmaq" hissini, 
inersiyasını öldürmək lazımdır. Çünki xalq bəzən müstəqillik uğrunda "mübarizə" prosesində  məhz 
müstəqilliyini itirir. Odur ki, qurtuluşun Azərbaycanı taleyin ixtiyarına buraxılmış bir dövlət təsəvvürü 
deyil. Dünyanın böyük dövlət qurucusunun, dahi mütəfəkkirin düşünüb müəyyənləşdirdiyi "ritm" üzrə 
hərəkət edən, get-gedə möhkəmlənən elə bir sosial-siyasi reallıqdır ki, bizim hər birimizin azərbaycanlı 
kimi vətəndaş xoşbəxtliyi ondan asılıdır. Və ona görə də biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən, 
əsrlərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, öz milli 
ənənələrini nümayiş etdirə bilsin.
 
 H. 
Əliyev yaxşı bilirdi ki, "Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların 
Vətəni olub, bundan sonra da Vətəni olmalıdır. Azərbaycan Respublikasının  ərazisində olan hər bir 
vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq eyni hüquqa malik 
olmalıdır".
 
 
Bir illik hakimiyyəti dövründə milləti yüz yerə bölənlər düşünmürdülər ki, müxtəlif etnosların, 
etnik maraqların önündə "reverans" edən dövlət uzun zaman yaşamaz. Və sonrakı proseslər də göstərdi 
ki, etnik münasibətlər sahəsində 1991—1992-ci illərdə, 1993-cü ilin birinci yarısında buraxılmış səhvlər 
özünü büruzə verir. Azərbaycan dövlətinin qurucusu bir neçə il məhz keçmiş səhvlərin düzəldilməsi ilə 
məşğul oldu. Qurtuluşun Azərbaycanı yalnız 1995-ci ildən sonra normal inkişaf yoluna düşməyə başladı 
ki, bunun da ilk rəsmi ifadəsi Azərbaycan Respublikasının Konstitusiyası oldu. Azərbaycan Prezidentinin 
bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya məhv olmaqdan xilas edilmiş, qurtulmuş Azərbaycanın 
"pasportu idi.
 
 Artıq on ildən çoxdur ki, müstəqil Azərbaycan Respublikası yaşayır, dünyanın üzvi tərkib hissəsi 
olmaq uğrunda mübarizə aparır. Bu mübarizənin qalibiyyətini təmin edən  əsas qüvvə isə heç şübhəsiz, 
H. Əliyevin  şəxsiyyətində  təzahür edən milli iradə, möhtəşəm xalq ruhudur ki, Azərbaycanı  hər cür 
iqtisadi, sosial-siyasi problemlərdən çıxararaq gələcəyə — əbədi müstəqilliyə aparır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə