Nuklein turşularinin kimyəvi quruluşU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   82

 
~ 165 ~ 
cüt (6) xromosom varsa, əsas kompleksdə hər cütdən biri olur: 1, 11, 111 
yəni cəmi 3 xromosom olur. Triploiddə (3n) xromosom sayı belə şəkil alır: 
1, 1, 1; 11, 11, 11; 111, 111, 111. Əsas xromosom kompleksini (genom) 
hərflərlə ifadə  etsək, ABC kimi  yaza  bilərik. O halda diploid  – AABBCC
triploid AAA, BBB, CCC və i. a. kimi şəkil almış olur. 
Poliploidiya 3 yol ilə baş verə bilər: 1. Mitoz prosesində, yəni mitotik 
yol  ilə;  2.  Meyoz  prosesində,  yəni  meyotik  yol  ilə;  3.  Ziqotun  ilk 
bölünərək inkişaf etməsi prosesində, yəni ziqotik yol ilə. 
1.
 
Əgər  ana  hüceyrədə  diploid  kompleksi  2n=6  isə, 
xromosomların  ikiləşməsi  sayəsində  ana  hüceyrənin  nüvəsində  12 
xromosom  meydana  gəlir.  Ana  hüceyrə  bölünüb,  iki  qız  hüceyrə  əmələ 
gətirdikdə,  hər  qız  hüceyrəyə  6  xromosom  düşür,  yəni  ikiləşmiş 
xromosomun  hərəsindən  biri  qız  hüceyrəsinə  keçmiş  olur.  Bəzən  ana 
hüceyrədə  12  xromosom  olduğu  zaman  hər  hansı  bir  səbəbdən  iki  qız 
hüceyrə arasında arakəsmə əmələ gəlincə 12 xromosom iki hissəyə ayrıla 
bilməyərək  bir  qız  hüceyrədə  qalmış  olur.  Nəticədə,  alınmış  qız 
hüceyrədən  birində  6  əvəzinə  12  xromosom  düşür,  digər  qız  hüceyrə 
xromosomsuz  olur.  Sonra  mitoz  normal  getdikdə  artan  hər  hüceyrədə  6 
deyil 12 xromosom olur. Bu qayda üzrə 4p, 3x4=12 xromosomlu tetraploid 
orqanizm meydana gəlmiş olur.  
2.
 
Meyoz prosesində normal halda birinci dərəcəli spermatit və ya 
ovositdən  ikinci  dərəcəlilər  əmələ  gələndə  xromosom  sayı  reduksiyaya 
uğrayır,  yəni  iki  dəfə  azalır.  Qametlərə  haploid  saylı  xromosom  düşür. 
Əgər  reduksiyadan  əvvəl  hüceyrədə  6  xromosom  varsa,  qametdə  3 
xromosom olmalıdır. Bəzən hüceyrədə xromosomların reduksiyası getmir 
və  diploid  saylı  xromosoma  malik  qametlər  əmələ  gəlir.  Bu  hadisə  həm 
spermatogenezdə,  həm  də  ovogenezdə  baş  verərsə,  onda  normal  hallarda 
olduğu kimi mayalanmadan sonra 3+3=6 deyil, 6+6=12 xromosomlu, yəni 
tetraploid orqanizmlər alınmış olur. 
3.
 
Normal  mayalanma  (3+3=6)  sayəsində  diploid  xromosomlu 
ziqot  əmələ  gəlir.  Bu  6  xromosoma  malik  ziqot  əvvəlcə  blastomerə 
(hüceyrəyə)  sonra  4,  8  və  i.  a.  hüceyrə  bölünür.  Bu  qayda  üzrə  inkişaf 
prosesində orqanizmin bütün hüceyrələri diploid sayda – 3 cüt xromosoma 
malik  olur.  Lakin  bəzən  ilk  ziqot  mitoz  yolu  ilə  iki blastomerə  bölünərək 
hüceyrələrdən  birində  12  xromosomun  hamısı  qalır,  o  biri  hüceyrə  isə 
xromsomsuz  olur.  Bu  qayda  ilə  12  xromosoma  malik  hüceyrə  normal 
hallarda  olduğu  kimi  6  xromosomlu  deyil,  12  (4p)  xromosoma  malik 
tetraploid orqanizmlər meydana gəlmiş olur. 
Poliploid sıralar. Poliploidlik müşahidə olunan cinslərdə xromosom 


 
~ 166 ~ 
kompleksinin  dəfələrlə  artması  nəticəsində  poliploid  sıralar  meydana 
gəlmişdir.  Məs.,  buğda  (Triticum)  cinsində  əsas  xromosom  kompleksi  7-
dir.  Bu  cinsin  poliploid  sırasını  nəzərdən  keçirək.  Cinsin  növlərini  üç 
qrupa  ayırırlar.  Birinci  qrupa  təkdənli  buğda  (T.  Monococcum)  14 
xromosoma;  ikinci    qrupda  –  bərk  buğda  (T.  Durum),  şaxəli  buğda  (T. 
turgidum),  polşa  buğdası  (T.  polonicum)  və  sair  28  xromosoma,  üçüncü 
qrupda  –  kompakt  buğda  (T.  kompactum),  yumşaq  buğda  (T.  aistivum), 
spelta (T. spelta) və başqaları – 42 xromosoma malik olur. Deməli, buğda 
cinsində 14, 28, 42 poliploid sıra əmələ gəlmişdir. 
Gülçiçəklilər  (Rosa).  Cinsində  poliploid  sıra  14,  21,  28,  42,  56, 
badımcan  (solanium)  cinsində  12,  24,  36,  48,  60,  72,  96,  108,  144  kimi 
poliploid sıralar müşahidə olunmuşdur. Daha bir misal: çiyələk (fragaria
cinsində  əsas  xromosom  sayı  –x=7-dir.  Meşə  çiyələyinin  (F.vesca
hüceyrələrinin  nüvəsində  14  xromosom,  şərq  çiyələyində  (F.olientalis)  - 
28, adi çiyələkdə (F.elatior) – 42, iri meyvəli çiyələkdə (F.girandiflora) – 
56 xromosom olur. 
Poliploidiya 
aşağıdakı 
qruplara 
bölünür. 
Avtopoliploidiya, 
allopoliploidiya və heteropoliploidiya (aneuploidiya).  
Avtopoliploidiya.  Eyni  növə  mənsub  orqanizmlərin  çoxalması 
prosesində  xromosom  kompleksinin  dəfələrlə  artmasına  Avtopoliploidiya 
deyilir.  Əgər  növün  əsas  xromosom  kompleksini  X  hesab  etsək,  somatik 
hüceyrələrdə XX, yəni diploid, XXX olsa triploid, XXXX olsa tetraploid və 
i.  a.  alınmış  olar.  Xromosom  kompleksinin  bu  cür  artması  nəticəsində 
orqanizmin  morfoloji  əlamətləri  və  fizioloji  xüsusiyyətləri  də  dəyişilir. 
Təbii şəraitdə də bitkilərdə və heyvanlarda avtopoliploidlər meydana gələ 
bilər. Bu qayda üzrə avtopoliploid növlər meydana gəlir.  
Avtopoliploidlərin  nüvələri  xromosomların  artması  sayəsində 
böyüyür  və  buna  görə  hüceyrələr  də  böyümüş  olur.  Poliploidlərin 
orqanlarında  hüceyrələrin  miqdarı  azalmasa  da  onların  çiçəkləri, 
meyvələri,  yarpaqlarının  ölçüləri,  hətta  bitkinin  boyu  da  artır.  Lakin 
bitkinin boyu xromosomların  miqdarı  müəyyən dərəcəyə  çatdıqdan sonra 
əksinə kiçilməyə başlayır. 
Tut  ipəkqurdunu  bəsləməkdə  triploid  və  tetraploid  bitkilərin 
yarpaqları praktiki əhəmiyyət kəsb edir. 
Avtopoliploidlərdə  qametogenez  prosesi  diploid  orqanizmlərdə 
olduğu  kimi  normal  getmir.  Çünki  poliploidlərdə  hər  genomun  homoloji 
xromosomları  bir  cüt  deyil,  iki  cüt,  üç  cüt  və  s.-ə  qədər  artmış  olur. 
poliploidlərin meyoz prosesində homoloji xromosomların konyuqasiyaları 
müxtəlif  ehtimalda  baş  verir.  Diploid  orqanizmlərdə  homoloji 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə