Nuklein turşularinin kimyəvi quruluşU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   82

 
~ 155 ~ 
Nöqtəvi  mutasiyalar  dominant  qeyri-tam  dominant  və  resessiv  ola 
bilər. Ən çox resessiv mutasiyalara rast gəlinir. Neytral mutasiyal şəraitdən 
asılı olaraq xeyirli və ziyanlı ola bilər.  Bəzən təbii şəraitdə ziyanlı hesab 
olunan  mutasiyalar  ev  şəraitində  saxlanılan  heyvanlar  üçün  təsərrüfatca 
xeyirli  ola  bilər.  Belə  mutasiyalara  malik  heyvanlar  üçün  müvafiq  şərait 
yaratmaqla  həmin  mutasiyaların  orqanizm  üçün  zərərli  təsirini  aradan 
çıxarırlar.  
Letal mutasiyalara bütün bitki və heyvanlarda rast gəlinir.  
Bəzən bir gendə baş verən mutasiya orqanizmin yalnız bir əlamətinə 
deyil,  başqa  əlamətlərinə  də  toxunur.  Yuxarıdakı  fəsillərdə  genlərin 
pleyotrop təsirindən danışarkən bu haqda qeyd etmişdik. Məs., drozofildə 
mutasiya  nəticəsində  rudiment  qanadların  meydana  çıxmasına  səbəb  olan 
vg  (vegestigial)  gen  eyni  zamanda  milçəyin  həyatiliyinə,  döllüyünə  və  
qılçıqların inkişafına da təsir göstərir. 
Düzünə və geri dönən mutasiyalar. Genlərin mutasiyasında əsasən 
iki  istiqamət  müşahidə  olunur.  Təbii  normal  halda  olan  gen  (vəhşi  tip) 
mutasiyaya uğrayaraq resessiv hala keçərsə, buna düzünə mutasiya deyilir. 
Əksinə, resessiv gen yenidən dominant halına qayıdarsa, buna geri dönən 
mutasiya  deyilir.  Bunları  belə  ifadə  etmək  olar,  düzünə  mutasiya:  A→a
geri dönən mutasiya: a→A.  
Vəhşi  tipdən  yeni  vəziyyətə  keçən  gen  mutasiyaları  düzünə  mutant 
vəziyyətdən  –  vəhşi  tipə  isə  -  əksinə  mutasiyalar  adlandırırlar.  Əksinə 
mutantlanmış proses isə - gen reversiyası adlanır. Düzünə mutasiyalar çox 
vaxt  resessiv,  əksinə  mutasiyalar  –  dominant  xarakter  daşıyır.  Başlanğıc 
gen  yeni  vəziyyətdə  və  ya  əksinə  aralıq  pillələrinin  iştirakı  olmadan 
mutantlaşır.  Müxtəlif  genlər  üçün  düzünə  mutasiyaların  yaranma  tezliyi 
müxtəlif  olur.  Orta  hesabla  1000000  və  ya  1  mln.  gendən  1-5-ə  qədər 
mutasiyaya  uğrayır,  yəni  mutasiya  –  çox  təsadüfi  hadisədir.  Lakin  bitki, 
heyvan  və  insan  popilyasiyasında  müxtəlif  mutant  genlərinə  rast  gəlmə 
tezliyinin  cəmlənmiş  qeydiyyatı  zamanı  bu  rəqəm  kəskin  artmışdır.  Belə 
ki,  xüsusi  hesablamalar  göstərir  ki,  insanın  hər  bir  qameti  həyat 
fəaliyyətini  aşağı  salan  5-6  resessiv  mutant  gen  daşıyır.  Eyni  mutasiyalar 
müxtəlif vaxtlarda üzə çıxa bilər. Bu da onu sübut edir ki, genlər eyni bir 
istiqamətdə dəfələrlə mutasiyaya uğraya bilər. 
Bəzi  hallarda  vəhşi  tipə  qayıdış  geni  əksinə  mutasiyası  kimi  yox, 
digər  genin  mutasiyasına  oxşayır.  Digər  resessiv  genlərin  qarşılıqlı  təsiri 
nəticəsində vəhşi fenotipə səbəb olan genlər, supressor, belə tip qarşılıqlı 
təsiri isə - supressiya adlanır.  
Allellər  çoxluğu.  Biz  yuxarıdakı  mövzularda  allel  çoxluğu  ilə  tanış 


 
~ 156 ~ 
olmuşduq.  Allel  dedikdə  homoloji  xromosomların  uyğun  lokuslarında 
qarşı-qarşıya yerləşmiş dominant və resessiv genlər başa düşülür. Məs., A-
a;  B-b;      C-c  və  s.  və  i.  a.  Burada  hər  genin  bir  alleli  olduğu  göstərilir. 
Allelərin genetikası öyrənildikdə məlum olmuşdur ki, bəzən bir dominant 
və ya resessiv allel müxtəlif dərəcədə mutasiyaya tutula bilər. A, A
1
, A
2,
 A
3,
 
A
4
 və i. a. Həmçinin a alleli də bir neçə dərəcədə dəyişilərək; a, a
1
, a
2,
 a
3,
 
a
4, 
a
5 
və i. a. kimi hallara düşə bilər. Bu qayda üzrə hər genin bir deyil, bir 
neçə,  hətta  daha  çox  alleli  ola  bilər.  Buna  allellər  çoxluğu  deyilir.  Bu 
allelləri  sıra  ilə  yazdıqda  allellər  seriyası  alınır.  Bu  seriyalara  görə 
genotipcə müxtəlif orqanizmlər meydana çıxa bilər. aa
1
a
2
a
3
, a
4
a
5
 və i. a.  
Allellər  seriyasının  üzvləri  bir-birinin  üzərində  dominant  olur.  a> 
a
1
>  a
2
>  a
3
  və  s.  Allellər  çoxluğu  drozofil  milçəyində  çox  yaxşı 
öyrənilmişdir.  Drozofilin  X-xromosomunun  sol  ucunda  gözlərinin  vəhşi 
rəngini  –  qırmızılığı  təmin  edən  dominant  gen  w
+ 
düzünə  mutasiya 
nəticəsində  resessiv  genə  çevrilir  və  bunun  təsirindən  gözlərin  rəngi  ağ 
olur. Qırmızıgöz alleli w
+
 ilə ağ göz alleli w arasında  (w
+
→w) 11-ə qədər 
müxtəlif allellər seriyası meydana gəlmişdir.  
Drozofilin gözlərinin rəngi qırmızı, fil sümüyü, ərik, eozin, qan və i. 
a.  rənglərdə  olan  allelləri  öyrənilmişdir.  Dominanat  gen  resessivə  doğru 
gedən  və  allellər  seriyasının  bütün  seriyaları  üzrə  dominant  olur:  Ww, 
Ww
a
, Ww
ch
 və i. a. 
Maraqlıdır ki, drozofildə W geninin allellərinin hamısı eyni orqanın 
genotipik  əlamətində,  yəni  gözün  rəngində  müşahidə  olunur.  Eyni  gen 
müxtəlif  səviyyədə  mutasiyaya  tutulması  sayəsində  allellər  çoxluğu 
meydana çıxır. Lakin bir əlamətin müxtəlif səviyyədə təzahür etməsi hələ 
allellər seriyasından olub-olmaması üçün bir göstərici hesab edilə bilməz. 
Bu  hallarda  yaxşı  kriteriya  allellər  seriyasının  üzvləri  arasında 
heteroziqotların  çarpazlaşmasından  alınan  F
2
-də  parçalanma  qanunu 
əsasında  fenotipin  müəyyən  olunmuş  nisbətlərdə  (3:1)  meydana  çıxması 
ola bilər.  
Allellər  çoxluğuna  həmçinin  adadovşanlarının  tük  örtüyünün 
müxtəlif  rəngdə  olmalarını  göstərmək  olar.  Bu  dovşanlar  arasında 
tamamilə rəngsiz – ağ-albinos formalar meydana çıxmışdır. Bundan başqa 
qulaqları,  quyruğu,  ayaqları  və  burnu  qara  bədəninin  başqa  hissələri  ağ 
olan  himalay  dovşanı  da  məlumdur.  Bədənini  örtən  tüklərin  hamısı 
bütövlükdə bir rəngdə olan adadovşanı da vardır.  
Əgər  bədəni  eyni  rəngdə  olan  adadovşanını  CC  genləri  ilə  işarə 
etsək,  albinosu  (C
a
C
a
)  və  himalay  dovşanlarını  (C
h
C
h
)  həmin  genlərin 
allelləri  kimi  işarə  etməliyik.  Lakin  bunların  allellər  seriyası  üzvlərindən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə