Nuklein turşularinin kimyəvi quruluşU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   82

 
~ 147 ~ 
xarici və daxili amillərin təsiri şəraitində baş verir. Belə məlum olmuşdur 
ki,  hər  bir  orqanizmin  müxtəlif  əlamət  və  xassələrinin  özünəməxsus 
reaksiya  normaları  vardır.  Lakin  onları  tam  ağ  dovşanlardan  – 
albinoslardan  fərqləndirən  bəzi  əlamətləri  vardır.  Himalay  dovşanlarında 
irsi  xassə  olaraq  quyruq,  ayaqlar,  burun  qara  tüklə  örtülü  olur.  Himalay 
adadovşanını  albinos  (yəni  piqmentlərdən  məhrum  olan)  tam  ağ 
dovşanlarla  çarpazlaşdırdıqda  birinci  nəsildə  Himalay  dovşanının 
əlamətləri  dominant  olur.  Himalay  adadovşanının  belindən  bir  sahənin 
tüklərini çəkib, temperaturu aşağı olan bir mühitdə saxlasaq və ya o yerə 
buz  bağlasaq  bir  müddətdən  sonra  həmin  yerdən  qara  tüklər  çıxacaqdır. 
Deməli,  aşağı  temperaturun  təsirinə  bu  cür  reaksiya  göstərmiş  olur. 
Belində təcrübə yolu ilə qara tük əmələ gəlmiş himalay dovşanından bala 
aldıqda  həmin  əlamətin  irsən  keçmədiyini  görəcəyik.  Deməli,  himalay 
dovşanının tük örtüyü ancaq genotip daxilində dəyişkənliyə uğrayır, ondan 
kənara çıxmır. Bu cür reaksiya norması daxilində baş verən dəyişkənliklər 
orqanizmin təkamül prosesində qazandığı bir xassədirr. 
İnsanların  qanında  eritrositlərin  miqdarı  yaşadıqları  yerin  dəniz 
səthindən  hündürlüyü  ilə  əlaqədar  olaraq  artır.  Məlum  olduğu  üzrə 
eritrositlər  bədənə  oksigen  daşıyır.  Dəniz  səviyyəsindən  yuxarı  qaltdıqca 
havada oksigen seyrəlir. Orqanizm bu dəyişilməyə eritrositlərini artırmaqla 
müəyyən norma daxilində reaksiya göstərir. İnsan dağlıq şəraitdən aşağıda 
yerləşən  rayonlara  köçdükdə  proses  əksinə  gedir.  Deməli,  orqanizmlərin 
reaksiya  normaları  daxilində  xarici  mühit  amillərinin  dəyişkənliklərinə 
qarşı 
reaksiya 
göstərmələri 
təkamül 
prosesində 
qazandıqları 
uyğunlaşmadır. 
Modifikasiya  orqanizmlərin  genotipi  dairəsində  baş  verən  fenotipik 
dəyişkənlikdir.  Bu  dəyişkənliklər  genotipə  toxunmur,  buna  görə  də  irsən 
nəslə  keçmir.  Lakin  xarici  mühitin  amillərinə  qarşı  bu  cür  dəyişilmələr 
genotiplə idarə olunur.  
İlk  dəfə  İohansen  1911-ci  ildə  genetikaya  fenotip  və  genotip 
anlayışını daxil etmişdir. Fenotipik və genotipik dəyişkənliyi başa düşmək 
üçün İohansenin “təmiz xətlər” nəzəriyyəsi ilə tanış olaq. 
Təmiz  xətlər  nəzəriyyəsi.  Orqanizm  və  mühit  problemi  İohansenə 
qədər  dəqiqləşdirilməmişdir.  İohansenin  paxla  bitkisi  populyasiyası 
üzərində  apardığı  tədqiqatı  genotiplə  fenotipin  qarşılıqlı  əlaqə  və 
münasibətlərini  aydınlaşdırmağa  imkan  verdi.  Onun  öz  tədqiqatından 
çıxardığı nəticələr digər tərəfdən də praktika və seleksiya işlərində böyük 
əhəmiyyət kəsb etdi. 
Paxla  bitkisi  populyasiyasından  6  il  ərzində  yaradılan  iki  xətt  üzrə 


 
~ 148 ~ 
aparılmış təcrübələrin nəticələri aşağıdakı cədvəldə göstərilir. 
 
 
 
 
 
 
 
 
 
 
        Cədvəl 9 
Təmiz xətlə üzrə aparılan seçmənin nəticələri toxumların çəkisi  
qramın yüzdə biri-sq ilə göstərilir. 
Seçmə 
aparılan 
illər 
Toxumları iri olan xətt 
Toxumları xırda olan xətt 
Xırda toxumlar 
İri toxumlar 
Xırda toxumlar 
İri toxumlar 
Ana 
xəttin 
toxumları 
əsil 
əsil 
Ana  xəttin 
toxumları 
Ana  xəttin 
toxumları 
nəsil  nəsil 
Ana  xəttin 
toxumları 
1902 
60 
3,2 
4,9 
70 
30 
5,8 
4,8 
40 
1905 
55 
75,2 
70,9 
80 
25 
40,2 
41,0 
42 
1904 
50 
54,6 
55,9 
87 
31 
31,4 
32,6 
43 
1905 
43 
63,6 
63,6 
73 
27 
38,3 
39,2 
39 
1906 
46 
4,4 
3,0 
84 
30 
7,9 
9,9 
46 
1907 
45 
9,1 
7,7 
81 
24 
7,4 
7,0 
47 
1902-1907 
51,7 
6,7 
6,2 
79,2 
27,8 
6,8 
7,4 
42,8 
 
Cədvəldə  iki  müxtəlif  xətt  üzrə  aparılan  seçmənin  nəticələri 
göstərilir. Bunlardan orta çəkisi 0,66 qr olan iri toxumlu xətt, o biri isə orta 
çəkisi  0,37  qr  olan  xırda  toxumlu  xətdir.  İohansen  6  il  ərzində  hər  iki 
xətdən həm iri həm də xırda toxumları götürüb ayrılıqda əkmişdir. Hər iki 
xətdən  alınan  nəsillərin  orta  çəkiləri  dəyişilməmişdir.  6  il  aparılan  seçmə 
nəticəsində  iri  toxumlu  xəttin  iri  toxumlarının  orta  çəkisi  66,7  sq,  xırda 
toxumların  isə  66,2  sq  olmuşdur.  Xırda  toxumlu  xəttin  də  iri  və  xırda 
xətlərində  beşillik  seçmə  eyni  effekt  vermişdir,  yəni  ardıcıllıqla  36,8  və 
37,4 sq olmuşdur. Lakin populyasiyada seçmə nəticə verir, çünki ona daxil 
olan fərdlər genetik cəhətdən eyni olmur. Buna görə də populyasiyada baş 
verən  homoziqot  biotiplər  üzrə  seçmə  apardıqda  müəyyən  vaxtdan  sonra 
saf xətlər alınır, yəni seçmə öz həddinə çatmış olur. 
 
Kəmiyyət əlamətlərinin dəyişməsinin qanunauyğunluqları 
   Fenotip  dəyişkənliyinin  hər  hansı  bir  forması  irsən  keçməsə  də, 
orqanizmin  əlamətləri  və  xüsusiyyətlərinin  müəyyən  mühüt  şəratində 
formalaşması genlərin ciddi nəzarətində olur. Belə dəyişkənliklər əlamətin 
reaksiya  norması  hüdudlarından  kənara  çıxmır.  Hər  hansı  bir  növ  üçün 
əlamətin  reaksiya  norması  filogenezdə,  yəni  növün  əmələ  gəlməsi 
prosesində  formalaşmışdır  və  yaşayış  şəraitinə  tam  uyğun  gəldiyi  üçün 
uyğunlaşdırıcı  xassələrə  malikdir.  Orqanizm  özünün  ontogenezində  ətraf 
mühüt  amillərinin  kompleks  təsirinə  məruz  qalır  və  bu,  onun 
dəyişilməsində  öz  əksini  tapır.  Modifikasiya  dəyişkənliyi  təbiətdə  çox 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə