~ 152 ~
rastgəlmə tezliklərini (f) yazırlar. Sonra bütün nöqtələri xətlərlə birləşdirib
variasiya əyrisini, yəni variasiya sırasının qrafiki təsvirini alırlar.
Qrafikin tağvari olması göstərir ki, variantların rastgəlmə tezliyi
variasiya sırasında müxtəlifdir, sıranın ortasındakı variasiyalara çox
kənardakı variasiyalara isə az təsadüf edilir.
Mutasiya
Mutasiya qəflətən və sıçrayışla baş verən, irsən keçən dəyişkənliyə
deyilir. Bu cür dəyişkənlik orqanizmin fərdi həyatının bütün
mərhələlərində: qametlərdə, ziqotda, yetkinlik və qocalıq dövrlərində də
baş verə bilir. Mutasiya orqanizmin istər somatik, istərsə də cinsiyyət
hüceyrələrində əmələ gəlir. Mutasiya terminini ilk dəfə biologiyaya daxil
edən Quqo-de Friz olmuşdursa, lakin bu haqda olan anlayışa ondan da
əvvəlki alimlərin əsərlərində rast gəlirik. Hələ Ç. Darvin “Heyvanların və
bitkilərin əhlilləşdirilməsində dəyişilməsi” adlı əsərində bu cür
gözlənilmədən, qəflətən baş verən irsi və xırda dəyişilmələr haqqında
yazırdı. Darvin bədəni uzun, ayaqları qısa “ankon” qoyunları, tükləri incə
və uzun “moşan” qoyunları haqqında məlumat verir və bu cür
dəyişilmələri “sport” və ya tək-tək baş verən dəyişkənlik adlandırırdı.
Quqo-de Friz 1880-ci ildən başlayaraq təcrübə apardığı Enotera
Lamarkiana (Oenothera Lamarckiana) adlanan bitkilərin içərisində
mutasiya baş vermiş formalar müşahidə etdi. Bəzi bitkilər öz əlamətləri ilə
enotera növündən elə kəskin fərqlənmişdilər ki, hətta de-Friz onları yeni
növ də adlandırmışdı.
Quqo-de Friz mutasiya nəzəriyyəsini aşağıdakı qaydada vermişdir:
1.
Mutasiya qəflətən baş verir.
2.
Təzə formalar sabit olur.
3.
Mutasiya keyfiyyət dəyişkənliyidir.
4.
Mutasiya xeyirli və zərərli ola bilər.
5.
Mutasiyanın üzə çıxması öyrənilən orqanizmlərin seçilən
fərdlərinin sayından asılıdır.
6.
Bu və ya digər mutasiya təkrar üzı çıxa bilər.
Mutasiyanın təsnifatı. Mutasiyalar mikroorqanizmlərdən başlayaraq
insanlara qədər bütün canlılarda baş verən hadisədir. Mutasiyalar
orqanizmlərin bütün daxili və xarici orqanlarında, morfoloji əlamətlərində,
fizioloji funksiyalarında baş verir. Mutasiyalar bir sıra xüsusiyyətlərə görə
təsnif olunur:
~ 153 ~
I. Genotipin dəyişilmə xüsusiyyətinə görə mutasiyaların təsnifatı
Xromosomların sayı və strukturunda və ya bir sıra əsas hüceyrə
orqanoidlərində baş verən dəyişikliklər mutasiyalara səbəb olur. Genotipə
görə mutasiyaların təsnifatı:
Gen və ya nöqtəvi mutasiyalar: xromosomlarda sitoloji
görünməyən dəyişikliklərdir.
Xromosom mutasiyaları: xromosomdaxili və xromosomlararası
dəyişilmələr.
Genom mutasiyaları: xromosom sayının dəyişilməsi.
Sitoplazmatik mutasiyalar: plazmogenlərin dəyişilməsi.
II. Fenotipin dəyişilməsinin xarakterinə görə:
1.
Letal; 4. Fizioloji;
2.
Morfoloji; 5. Davranış;
3.
Biokimyəvi; 6. Yalnız elektroforezdə üzə çıxan
mutasiyalar.
III. Heteroziqotta üzə çıxmasına görə:
1.
Dominant;
2.
Resessiv.
IV. İnduksiya üsuluna görə:
1.
Spontan;
2.
İnduksion;
V. Mutasiyalar həmçinin düzünə və əksinə olur.
VI. İrsi imkanlara görə:
1.
Generativ
(cinsi
hüceyrələrin
inkişafının
istənilən
mərhələsində üzə çıxa bilər)
2.
Somatik (somatik hüceyrələrdə üzə çıxır).
Bizim üçün daha əhəmiyyətli genotipə təsir edən muyasiyalardır.
Onları daha geniş nəzərdən keçirək.
Nöqtəvi (gen) mutasiyaları
Valideynlərdən nəsillərə irsi informasiyalar genlər vasitəsilə ötürülür.
Orqanizmlərin bütün morfoloji əlamətləri fizioloji xassələri, maddələr
mübadiləsi tipi genlər vasitəsilə nəslə keçir. Genlərin qurluşunda bir
mutasiya baş verdikdə onların idarə etdikləri əlamət və xassələr də
dəyişilir.
Genə ümumi şəkildə baxılsa, irsiyyətin vahidi yəni ən kiçik irsiyyət
maddəsi hesab olunduğundan onların ayrı-ayrı sahələrində baş verən
mutasiyalar nöqtəvi mutasiya adlanır.
~ 154 ~
Nöqtəvi mutasiyalar - əsasən resessiv istiqamətdə gedir, yəni
dominant genlər mutasiyaya uğrayaraq resessiv hala keçir. Bəzi hallarda
dominant mutasiyalar da meydana çıxır. Ümumiyyətlə mutasiyaya
uğramazdan əvvəl genlərin vəziyyətini, başlanğıc vəziyyətini “vəhşi tip”
termini ilə ifadə edirlər. “Vəhşi tip” adlanan başlanğıc geni genetik
ədəbiyytada müsbət (+) ilə, həmin genin mutasiya vəziyyətini isə qəbul
olunmuş hərfin kiçiyi ilə işarə edirlər. Başlanğıc genlə onun mutasiyaya
uğramış halı allellik təşkil edir və homoloji xromosomların uyğun
sahələrində - lokuslarında yerləşmiş olur. Məs., Drosophila melanoqaster
milçəyinin təbiətdə yaşayan fərdlərinin gözləri qıırmızıdır. Gözün bu rəngi
vəhşi tip (və ya normal) hesab olunur. Bu genin mutasiyaya uğraması
nəticəsində ağgözlülük meydana gəlmişdir. Bu gen latın əlifbası əsasında
w ilə işarə olunur. Bu hərifi də ingiliscə white ağ sözündən götürmüşlər.
Ağgözlülük geni w ilə işarə edildikdə qırmızıgözlülük də (normal) w
+
işarəsi ilə qeyd olunur.
Nöqtəvi və ya gen mutasiyası DNT molekulu quruluşunun müəyyən
genə uyğun gələn hissəsində nukleotid səviyyəsində baş verən
dəyişkənlikdir.
Nöqtəvi mutasiyada DNT molekulunun müəyyən sahələrində ayrı-
ayrı nukleotidlərin düşməsi, əlavə olunması və ya əvəz olunması ilə baş
verir. Bu zaman m-RNT-si sintez olunarkən irsi informasiyaların kod
tərkibi dəyişilir. Bu da öz növbəsində hüceyrədə sintez olunan zülalın
qurluşundan, amin turşularının tərkibinin və ya ardıcıllılığının
dəyişilməsinə səbəb olur.
Mutasiya nəticəsində zülal molekulunun tərkibinin dəyişməsi neytral
xarakterli zülalların əmələ gəlməsinə (məs., müxtəlif növ heyvanlarda
insulin), zülal molekulunun funksiyasının zəif dəyişilməsinə (insanda
müxtəlif tipli hemoqlobin molekulunda olduğu kimi) və zülalın
funksiyasının itməsinə səbəb olur. Əgər zülal ferment funksiyasını yerinə
yetirirsə, onun dəyişilməsi orqanizmin bütün funksiyasını pozur, həmin
orqanizm ya məhv olur və ya həyatilik qabiliyyəti çox aşağı düşür.
Mutasiya nəticəsində DNT-də baş verən dəyişkənlik zülalın neytral
hissəsinə təsir edirsə, o gözlə görünmür. Mutasiya zülalın funksiyasında
zəif dəyişkənliyə səbəb olursa, o, orqanizmin mirfoloji əlamətlərində və
fizioloji xüsusiyytələrində çox da böyük olmayan dəyişkənliklər əmələ
gətirir.
Axırıncı letal mutasilar zamanı canlı ya məhv olur və ya böyük
nöqsanlarla dünyaya gəlir. Belə mutasiyalar heteroziqot halda yaşayırlarsa
da homoziqot halda tam letal olur.
Dostları ilə paylaş: |