Nuklein turşularinin kimyəvi quruluşU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   82

 
~ 143 ~ 
mübadilə bacı xromatidlər arasında baş verir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 49. Somatik krossinqoverin nəticəsi kimi drozofildə bədənin mozaik sahələri: 
1 – milçəyin qarıncıq hissəsində sarı ləkə və normal qılçıqlar və boz  
ləkə olmayan tüklənmiş qılçıqlar; 
2  –  somatik  krossinqoverin  sxemi:  əmələ  gəlmiş  hüceyrələrin 
genotipləri öz aralarında və başlanğıc formadan fərqlənir. 
 
Krossinqoverə  təsir  edən  faktorlar 
 
Xromosomlar  hüceyrənin  bütün  sistemlərinin  ayrilmaz  hissəsidir. 
Xromosomların  reduplikasiyası  və  bölünmənin  tsikli  bütün  hüceyrənin 
fəaliyyətinin  nəticəsidir.  Xromosomların  çarpazlaşması,  onların  daxili 
struktur və gen tərkibi ilə, yeni genotipi ilə bağlıdır. Hər hansı iki bir-biri 
ilə  ilişikli  genlərin  arasında  krossinqoverin  tezliyi,  məhz  eyni  şəraitdə, 
daimi səviyyədə qala bilər. 
Nəzərə almaq lazımdır ki, krossinqoverin tezliyinə bir sıra daxili və 
xarici faktorların təsiri də mövcuddur, buna görə krossinqover xəritələrini 


 
~ 144 ~ 
qurmaq üçün mütləq nəzərə almaq lazım gəlir. 
Öyrənilmiş əksər orqanizmlərdə krossinqoverin tezliyi hər iki cinsdə 
eyni  olur,  lakin  heteroqamet  cinsiyyətə  malik  olan  bəzi  heyvanlarda  az 
olur,  məsələn,  erkək  cinsə  malik  olan  siçanlarda  krossinqoverin  tezliyi 
dişilərə  nisbətən  az,  xoruzlarda  çoxdur.  Drozofildə  və  barama  qurdunda 
krossinqover yalnız homoqamet cinsiyyətə malik olan fərdlərdə müşahidə 
olunur,  heteroqamet  cinslərdə,  yəni  erkək  drozofildə  və  dişi  barama 
qurdunda  meyotik  krossinqover  həm  cinsi  xromosomlarda,  həm  də 
autosomlarda  olmur,  başqa  sözlə  desək,  hər  bir  xromosomda  lokalizə 
olunan  genlərin  tam  ilişikliyi  müşahidə  olunur.  Yuxarıda  qeyd  olunduğu 
kimi, erkək drozofillərdə meyoz zamanı xiazmlar meydana gəlmir. Lakin 
mitotik krossinqover drozofil milçəyinin hər iki cinsində müşahidə olunur. 
 
 
 
 
 
 
 
Şəkil 50. Xromosom çarpazlaşmasının mexanizminin müxtəlif hipotezlərini  
nümayiş etdirən sxemlər: 
1 – növbəti kombinasiya ilə əlaqədar qırılmaların əmələ gəlməsi; 
2  –  növbəti  qırılma  və  mübadilə  ilə  əlaqədar  xiazmların  əmələ 
gəlməsi; 3 – nüsxələrin seçilməsində səhv. 
 
Bir  sıra  orqanizmlərdə,  bəzi  genlərin  iştirakı  nəticəsində, 
xromosomlarda  krossinqoverin  tezliyi  azalır  və  hətta  tamamilə  dəf  edilir, 
bununla yanaşı bəzi genlərin olması əksinə, krossinqoverin tezliyini artırır. 
Drozofil  milçəyinin  dişlərində  yaşdan  asılı  olaraq  krossinqoverin 
dezliyi dəyişilir –  cavan fərdlərdə yüksək, sonra az, daha sonra bir qədər 
artma müşahidə edilir. 
Krossinqoverin  tezliyinin  kəskin  surətdə  azalmasına  müxtəlif 
xromosom dəyişmələri təsir edir, çünki onlar sinapsisin normal getməsini 
ziqonema mərhələsində pozur. 
Drozofil milçəyinin inkişafı üçün optimal olan temperaturda (25
0
C) 
krossinqoverin minimal tezliyi olur, lakin həm yüksək (30-32
0
C), həm də 
aşağı (9-12
0
C) temperatur krossinqoverin tezliyini artırır. 
Drozofildə temperatur eyni dərəcədə mitotik krossinqoverə də təsir 
göstərir.  Aclıq  drozofil  milçəyinin  süfrələrində  krossinqoverin  tezliyini 


 
~ 145 ~ 
artırır, suyun çatışmaması isə əksinə azaldır. Meyoz zamanı rentgen şüaları 
ilə  təsir  etdikdə  drozofildə  krossinqoverin  tezliyi  artır,  hətta  erkək 
fərdlərdə  də  az  da  olsa  krossinqover  qeyd  olunur,  halbuki  normada 
erkəklərdə meyotik krossinqover olmamalıdır. 
Kimyəvi  maddələrin  təsirinin  öyrənilməsi  göstərmişdir  ki,  onların 
bir  çoxu  krossinqoverin  tezliyini  artırır.  Məsələn,  etilendiamintetrasirkə 
turşusu  (EDTA)  xromosomların  kalsium  və  maqneziumun  ionlarını 
çıxararaq  xromosomların  strukturunun  bütövlüyünü  pozur  və  xromatid 
qırılmalarının tezliyini artıraraq genlərin rekombinasiyasına gətirib çıxarır. 
Tədqiqatlar  nəticəsində  müəyyən  olunmuşdur  ki,  xromosomda 
sentromerə  yaxın  olan  sahələr,  sentromerdən  uzaq  olan  sahələrə  nisbətən 
xarici  təsirlərə  daha  həssasdır.  Bu  hadisəni  sentromerə  yaxın  olan 
heteroxromatin sahələrinin daha yüksək reaktivliyi ilə bağlayırlar. 
Krossinqover  hadisəsinə  xarici  faktorların  təsirinin  konkret 
mexanizmi hələ müəyyən olunmayıb. 
 


 
~ 146 ~ 
VI. DƏYİŞKƏNLİK, ONUN ƏHƏMİYYƏTİ VƏ FORMALARI 
 
Canlılar  aləmi  xarici  və  daxili  mühitin  müxtəlif  amillərinin  təsiri 
altında  daima  dəyişkənliyə  uğrayır.  Dayişkənliklərdən  bir  qismi  nəslə 
keçir,  bir  qismi  isə  nəslə  keçmir.  Nəslə  keçməyən  dəyişkənlik  modifika- 
siya, nəslə keçən dəyişkənlik isə mutasiya adlanır.  
Müxtəlif  genotipli  orqanizmləri  çarpazlaşması  və  hibridləşməsi 
sayəsində də dəyişkənlik baş verir. Bu yuxarıdakı monohibrid, dihibrid və 
s.  kimi  bəhslərdə  bu  cür  kombinasiya  dəyişkənlikləri  ilə  tanış  olduq.  Bu 
cür  dəyişkənlik  kombinativ  dəyişkənlik  adlanır.  Dəyişkənlik  təkamüldə 
canlı  həyatın  müxtəlifliyini  təmin  edən  faktordur.  Dəyişkənliyi  ümumi 
şəkildə aşağıdakı kimi təsnif etmək olar: 
 
Dəyişkənlik 
 
 
Fenotipik və ya  
 
 
genotipik və ya 
    qeyri-irsi dəyişkənlik         
 
irsi dəyişkənlik 
 
 
modifikasiya dəyişkənliyi 
 
kombinativ 
 
mutasiya 
 
 
 
 
 
dəyişkənlik 
 
dəyişkənliyi
 
 
 
Modifikasiya 
 
Canlı  orqanizmlərin  inkişafı  müəyyən  şəraitdə  gedir.  Hər  bir 
orqanizm  xarici  mühit  amillərinin  təsirinə  cavab  vermək  xassəsinə 
malikdir.  Orqanizmlərin  xarici  mühitin  təsirlərindən  müəyyən  norma 
daxilində dəyişilməsi onların genotipləri ilə əlaqədardır. Daha doğrusu, biz 
modifikasiyanı orqanizmlərin genotipindən asılı olmayan dəyişkənlik kimi 
təsəvvür  etməməliyik.  Modifikasiya  tipli  dəyişilmələr  irsən  keçmirsə  də, 
lakin 
modifikasiyalaşma 
qabiliyyəti 
irsi 
xarakter 
daşıyır. 
Modifikasiyalaşma  qabiliyyəti  növün  təkamül  prosesində  qazanılmış  bir 
uyğunlaşmadır.  Hər  bir  canlı  xarici  mühit  amillərinə  müəyyən  amplituda 
daxilində  reaksiya  göstərir.  Modifikasiya  tipli  dəyişkənliyi  genetik 
baxımdan  düzgün  başa  düşmək  üçün  reaksiya  norması  anlayışı  ilə  tanış 
olmaq lazımdır.  
Reaksiya  norması.  Yuxarıda  qeyd  etdik  ki,  orqanizmlərin  fərdi 
inkişafının hər bir mərhələsi genotiplə idarə edilir. Genlərin fəaliyyəti isə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə