Nuklein turşularinin kimyəvi quruluşU


Krossinqoverin  mexanizmi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   82

 
~ 140 ~ 
Krossinqoverin  mexanizmi 
 
Meyotik  krossinqover.  Yuxarıda  qeyd  olunmuşdur  ki,    meyozun 
profaza mərhələsində xromosomlarda, krossinqoverin mexanizmi homoloji 
xromosomların  hərəkət  tərzindən  asılıdır.  Krossinqover  hadisəsi  dörd 
xromatid  mərhələsində  baş  verir  və  xiazmların  əmələ  gəlməsinə  səbəb 
olur. 
Məlumdur  ki,  rekombinasiyanın  faizini  meyozların  sayının  çox 
olmasının  əsasında  təyin  edirlər.  Homoloji  xromosomların  eyni  sahələri 
arasında  mübadilə  getməsi  tədqiq  olunan  genlərin  arasındakı  məsafədən 
asılıdır.  Genlər  bir-birindən  nə  qədər  uzaq  yerləşirsə,  bir  o  qədər  də 
mübadilə üçün imkan artır. Lakin krossinqoverin faizi 50-dən artıq olmur. 
Fərz edək ki, birqat krossinqover baş verib, yeni bivalentdə cəmi 4 xiazm 
əmələ  gəlib  və  dörd  xromatidlərdən  yalnız  iki  qeyri-bacı  xromatidlər 
arasında  mübadilə  gedib.  Deməli,  hər  bir  bivalentdə  50%  xromatid,  yəni 
gələcək xromosomlar, rekombinant 50% isə qeyri-rekombinant olacaqlar. 
 İki  meyotik  bölünmənin  nəticəsində,  iki  qamet  valideyn  tipinə 
malik,  ikisi  isə  rekombinant  olacaqlar  (şəkil  44).  Buna  görə  də,  meyoza 
məruz qalmış bütün hüceyrələrdə (yəni 100%) xromosomların hansısa bir 
sahəsində birqat krossinqover baş verərsə, belə halda da yalnız qametlərin 
50%-i  krossinqoverli  xromosomlar  daşıyacaq.  Ancaq  krossinqover 
hesabda olan hər bir cüt xromosomun eyni sahəsində bütün hüceyrələrdə 
baş  vermir  və  belə  hüceyrələrin  sayı,  genlərarası  məsafə  nə  qədər  az 
olarsa,  bir  o  qədər  azalır.  Buna  görə  tədqiqat  edilən  genlərə  görə 
krossinqoverli xromosomların sayı həmişə az olur. 
Əgər  bir  bivalentdə,  bir  yox  iki  və  artıq  mübadilələr  baş  verirsə, 
onda  xiazmların  sayı  bir  neçə  olacaq.  Bir  halda  ki,  bivalentlərdə  dörd 
xromatid  olur,  şübhəsiz  ki,  sahələrarası  mübadilələrin  ehtimallığı  artır  və 
mübadilədə iki, üç və yaxud dörd xromatid iştirak edə bilər. 
48-ci  şəkildə  belə  mübadilələrin  sxemi  öz  əksini  tapmışdır.  Şəklin 
birinci  hissəsində  yalnız  iki  xromatid  arasında  rekombinasiya  baş  verir, 
qalan ikisində isə heç bir mübadilə getmir, ikinci və üçüncü hissələrdə üç 
xromatidlər  rekombinasiyaya  uğrayır,  hərəsində  bir  xromatid  mübadilədə 
iştirak etmir, şəklin dördüncü hissəsində bütün dörd xromatidlər arasında 
rekombinasiya baş vermiş olur. 
Xromosomların uzunluğu və xiazmlar arasında müəyyən asılılıq var. 
Çox qısa xromosomların bivalentlərində cəmi bir xiazm olur, xromosomlar 
uzandıqca xiazmların sayı 10-a qədər artır. 
 


 
~ 141 ~ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 47. Birqat krossinqoverdən sonra qametlərin əmələ gəlməsi sxemi: 
1 – valideyn qametlərdə yerləşməsi
2 – rekombinant qametlər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 48. İkiqat xiazmların sxemi və xromatidlərarası ikiqat mübadilə: 
1 – qeyri-bacı xromatidlərarası resiprok ikiqat mübadilə (iki tel mübadilə olunub); 
4 – bütün xromatidlərarası komplementar mübadilə (dövr tel mübadilə 
olunub); 2, 3 – üç xromatidlərarası diaqonal mübadilə (üç tel mübadilə olunub). 
 
Krossinqover  hadisəsini  izah  etdikdə,  biz  bir  qayda  olaraq,  yalnız 


 
~ 142 ~ 
qeyri-bacı  xromatidlər  arasında  gedən  krossinqoverdən  söhbət  etmişdik, 
bacı xromatidlərarası gedən mübadilələr rekombinasiyaya gətirib çıxarmır, 
çünki  onlar  genetik  nöqteyi-nəzərdən  eyni  olurlar.  Buna  görə,  belə 
mübadilənin  kombinativ  dəyişkənlikdə  bioloji  mexanizm  kimi  heç  bir 
əhəmiyyəti olmur. 
Somatik  krossinqover.  Qeyd  etdiyimiz  kimi,  qametlərin  əmələ 
gəlməsində  I  meyozun  profaza  mərhələsində  krossinqover  hadisəsi  baş 
verir.  Lakin  bununla  yanaşı,  canlı  orqanizmlər  somatik  hüceyrələrdə  də 
mitoz  zamanı  krossinqover  hadisəsi  baş  verə  bilər.  Bunu  mitotik 
krossinqover  adlandırmışlar. 
Məlumdur ki, mitozun profaza mərhələsində homoloji xromosomlar 
arasında konyuqasiya getmir və onlar bir-birindən asılı olmayaraq qütblərə 
çəkilirlər.  Lakin  bəzi  hallarda  homoloji  xromosomlar  arasında  sinapsis 
hadisəsi müşahidə olunur və xiazmalara bənzər fiqurlar əmələ gəlir, amma 
bununla yanaşı xromosomların sayının reduksiyası müşahidə olunmur. 
Somatik  krossinqover  əlamətlərin  əmələ  gəlməsində  mozaikliyə 
gətirib  çıxara  bilər.  Bu  hadisənin  mexanizmini  aşağıdakı  misalla  izah 
etmək olar. İlişikli resessiv y (bədənin rəngi sarı) və sn (ütülmüş tükcüklər) 
genlərinə  malik  olan  dişi  drozofil  fərdlərinin  bədəni  boz  və  normal 
tükcüklərə  malikdir.  Əgər  samotik  hüceyrələrdə  resessiv  y  və  sn  genləri 
daşıyan  xromosomda  krossinqover  baş  verirsə,  fərdlərin  bədənində 
resessiv əlamətlərə malik olan xallar əmələ gələcək (şəkil 53). 
Şəkildən görünür ki, əgər qeyri-bacı xromatidlər arasında mübadilə 
baş  verirsə,  mitotik  krossinqoveri  müəyyən  etmək  olar.  Bir  mitozun 
nəticəsi  kimi  əmələ  gələn  iki  hüceyrə  çoxalma  nəticəsində  iki  növ 
təxminən bərabər ölçüdə ləkə şəklində toxuma verəcək və bu toxumaların 
hüceyrələrində  resessiv  əlamətlərə  malik  olan  əlamət  meydana  gələcək, 
çünki  y  və  sn  genləri  krossinqoverin  nəticəsində  homoziqot  vəziyyətinə 
düşmüş olurlar: 
sn
y
sn
y
ysn
ysn





Boz bədəni və normal tükcükləri olan drozofil milçəyinin bədənində 
sarı rəngli və normal tükcükləri olan bir ləkə, digər ləkənin isə boz rəngi 
və ütülmüş tükcükləri olacaq. 
Bir  halda  ki,  ləkələrin  əmələ  gəlməsi  dörd  xromatid  mərhələsində 
baş  verən  mübadilənin  nəticəsidir,  bu  bir  daha  artıq  onu  sübut  edir  ki, 
krossinqover xromosomların yox, xromatidlərin arasında gedir. Buna görə 
krossinqoverin  mexanizmi  və  genetik  təsirləri  haqda  danışdıqda  asan 
olmaq  üçün  xromosomlararası  mübadilədən  söhbət  gedir,  əslində  isə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə