Nuklein turşularinin kimyəvi quruluşU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   82

 
~ 183 ~ 
yaxud  neytral  ola  bilər.  Mutant  genin  populyasiyada  nə  dərəcədə  faydalı 
və yaxud zərərli olmasını seçmə  müəyyən edir. Bu nəticəni təbiətdə təbii 
seçmə, seleksiya işində süni seçmə müəyyən edir. Dəyişmiş geni daşıyan 
fərdlər  populyasiyada  həm  arta,  həm  də  azala  bilər.  Müxtəlif  mutant 
genlərin  kompleks  halda  təsiri  də  orqanizmlərin  uyğunlaşma  dərəcəsinə 
təsir edir. 
N.P.Dubinin (1934-1937) göstərmişdir ki, mutasiya prosesi və orqa- 
nizmlərin mutasiya qabiliyyəti populyasiya üçün adaptiv əhəmiyyət  kəsb 
edir.  Müxtəlif  genlərin  mutasiya  tezliyi  müxtəlifdir.  Bəzi  genlərin  tezliyi 
10
2
-yə çatır, yəni hər 100 qametdən birində mutasiya baş verir. 
Genetik  təzyiq.  Gizli  resessiv  genlərin  populyasiyada  yayılması 
genetik  təzyiqə  gətirir.  Belə  hal  bir  tərəfdən  mühitə  uyğunlaşmaq  üçün 
genetik  dəyişkənliyin  gizli  mənbəyi  kimi  istifadə  olunur,  digər  tərəfdən 
mənfi  allellərin  meydana  gəlməsi  fərdlərin  həyat  qabiliyyətinə  və 
döllülüyünə  təsir  edərək  adların  mühitə  uyğunlaşmasını  aşağı  salır  və 
populyasiyaların sayını azaldır. 
Genetik təzyiq üç cür olur: mutasion, tarazlaşdırılmış və keçid. 
Mutasion təzyiq dominant allelin (A) resessiv allelə (a) dəyişilməsi 
nəticəsində əmələ  gəlir,  yəni A→a.  Bu prosess nə qədər çox baş  verirsə, 
bir o qədər populyasiya a alleli ilə zənginləşir. 
Seçmə, mühitə uyğunlaşa bilməyən homoziqot genotipləri aa çıxdaş 
edərək,  populyasiyanın  resessiv  allellərlə  zənginləşməsinin  qarşısını  alır. 
Ümumi  genetik  təzyiq  ayrı-ayrı  lokuslarınn  genetik  təzyiqinin  cəmi 
əsasında yaranır. 
Tarazlaşdırılmış  genetik  təzyiq  əsasən  heteroziqot  genotiplərin 
saxlanılması  (AB>AA  vəBB)  və  bir  də  yüksək  dominantlıqla  (Aa>AA) 
şərtləşir. Beləliklə, tarazlaşdırılmış genetik təzyiq AB və Aa genotiplərində 
heteroziqot  fərdlər  mühit  şəraitinə  yüksək  uyğunlaşma  nümayiş  edərək 
fərdlərin həyat qabiliyyətini artırırlar. 
Keçid  genetik  təzyiq  –  müəyyən  şəraitdə  adaptiv  allel  öz 
uyğunlaşma xüsusiyyətlərini zəiflətmiş olur, lakin yeni allelin uyğunlaşma 
xüsusiyyəti  hələ  adaptiv  səviyyəyə  çatmamış  olur.  Bu  zaman  genetik 
təzyiq başlanğıc allelin hesabına yaradılır. 
Süni  seçmədə  genetiik  təzyiq  müsbət  rol  oynaya  bilər,  çünki  o, 
genetik  dəyişkənliyin  mənbəyi  kimi  mühitin  yeni  faktorlarına  daha  da 
yaxşı uyğunlaşdığına görə genotiplərin toplanmasına imkan verir. 
Genlərin  dreyfi.  Təsadüfi  faktorların  təsiri  nəticəsində  genlərin 
sıxlığının dəyişilməsi hadisəsi genetik dreyf adlanır. Bu xüsusi bir proses 
olaraq fərdlərin sayı məhdud olan təcrid olunmuş populyasiyada müşahidə 


 
~ 184 ~ 
olunur.  Populyasiyanın  ölçüsü  nə  qədər  böyük  olarsa,  resessiv 
homoziqotların  üzə  çıxması  ehtimalı  da  bir  o  qədər  az  olur.  Həmçinin 
populyasiyanın  ölçüsü  kiçildikcə  heteroziqotların  görüşmə  ehtimalı  və 
homoziqot  resessiv  formaların  artması  çoxalır.  Kiçik  populyasiyalarda 
təsadüfi  olaraq  seçmə  ziyanlı  genləri  daha  tez  çıxdaş  edərək,  faydalı 
genləri toplayır. Həmçinin kiçik populyasiyalarda təsadüfi olaraq ayrı-ayrı 
genotiplərin  artması  ehtimalı  inbridinqin  nəticəsində  çoxalır.  Buna  görə 
kiçik  populyasiyalarda  seçmə  işləri  apararaq  genlərin  dreyfi  mənfi  təsir 
göstərə bilər. Bu hadisəni seleksiya işində nəzərə almaq lazımdır. 
 
Populyasiyanın genetik strukturuna seçmənin təsiri 
 
Populyasiyanın  genetik  strukturunun  dəyişilməsi,  təbii  və  süni 
seçmənin  təsiri  nəticəsində  baş  verir,  bu  zaman  allellərin  və  genotiplərin 
tezliyi  dəyişilir  və  gen  tarazlığı  pozulur.  Seçmənin  təsiri  ontogenezin 
müxtəlif mərhələlərində qeyd edirlər.  
Təbii  seçmə  xarici  mühitin  müxtəlif  faktorlarının  ayrı-ayrı  fərdlərə 
və bütövlükdə populyasiyalara əsas təsiri ondan ibarətdir ki, orqanizmlərin 
müxtəlif  həyat  şəraitinə  uyğunlaşmasını  təmin  edir.  Təbii  seçmənin 
növlərin  təkamülündə  və  uyğunlaşmaların  formalaşmasında  rolunu 
Ç.Darvin öz tədqiqatlarında göstərmişdir. 
Populyasiyanı 
təşkil 
edən 
orqanizmlər 
bir-birindən 
irsi 
xüsusiyyətlərinə  görə  fərqlənirlər,  buna  görə  də  onların  xarici  mühitin 
şəraitinə reaksiyası müxtəlifdir. 
Təbii seçmə bəzi genotipləri saxlayaraq və digərlərini çıxdaş edərək 
populyasiyada orqanizmlərin müxtəlifliyinə gətirib çıxarır. Təbii seçmənin 
populyasiyaya 
təsir 
intensivliyinin 
ölçü 
vahidi 
orqanizmlərin 
uyğunlaşmasıdır.  Belə  hal  seçmənin  adaptiv  və  selektiv  təsiri  adlanır. 
Uyğunlaşmanın  göstəricisi  müəyyən  genotiplərin  çoxalma  intensivliyi  və 
sağ  qalıb  yaşama  qabiliyyəti  ilə  bağlıdır.  Müəyyən  genotiplərin 
uyğunlaşması  nə  qədər  yüksəkdirsə,  bir  o  qədər  həmin  genotipin 
populyasiyada yayılma tezliyi yüksək olacaq.  
Uyğunlaşmanın  komponentlərinə  yaşamanın,  döllülüyün,  inkişafın 
sürəti,  cütləşmənin  effektivliyi,  döllülük  yaşının  davamlılığı  kimi 
göstəricilər aiddir. 
Təbii seçmə, təbii populyasiyalarda fərdlərin həyat qabiliyyətinin ən 
mühüm əlamətlərinə toxunur. 
Ev  heyvanlarını  və  mədəni  bitkiləri  çoxaltdəqda  onların  populya- 
siyalarının  strukturuna  süni  seçmə  -  xüsusən  insan  üçün  vacib  olan  və 
təsərrüfat  nöqteyi  nəzərindən  böyük  əhəmiyyət  kəsb  edən  əlamətlər, 


 
~ 185 ~ 
məsələn  məhsuldarlıq,  çoxalma  qabiliyyəti,  xəstəliklərə  qarşı  davamlılığı 
və s. təsir edir. 
Mutasiyaların  populyasiyada  rolunu  müəyyən  etmək  üçün  yuxarıda 
qeyd  etdiyimiz  kimi  “populysiyada  genotipin  adaptiv  qiymətliliyi” 
anlayışından  istifadə  edirlər.  Populyasiyada  bir  genotipin  digər  genotipə 
nisbətən  daha  yüksək  yaşamaq  və  nəsil  vermək  qabiliyyəti  həmin 
genotipin  adaptasiya  qiymətliliyi  adlanır.  Bu  qiymət    W=0    olarsa,  onda 
genetik  informasiya  nəslə  ötürülmür.  W=1  olduqda  genetik  informasiya 
nəslə  tam  ötürülür.  Deməli,  genotipin  bütün  nəsli  salamat  qalır. 
Adaptasiyanın  qiymətliliyi    hər  bir  allelin  seçmədən  əvvəl  və  sonra  
populyasiyada  sıxlığı  ilə    hesablanır  ki,  bu  da  öz  növbəsində  seçmə 
əmsalından asılıdır. 
Seçmə əmsalı S ilə işarə olunur. S-in qiyməti adaptasiya qiymətinin 
əksinə olur.  
S-in  qiyməti  1-ə  bərabər  olduqda    W=0  olur.  Əgər  S=0  olarsa. 
Deməli,  populyasiyada  seçmə  təsir  göstərmir,  əgər    S=1  olarsa,  deməli, 
nəzərə alınan  genotipin nəsli salamat qalmır və ya dölsüz olur. Bu halda 
W=0  olur.  Seçmə  əmsalının  qiyməti  vahidə  yaxınlaşdıqca  seçmənin 
təzyiqi artır. 
Bəzən  normal  genlər  resessiv  istiqamətdə  deyil,  dominant 
istiqamətdə  mutasiya  edir.  Belə  halda  baş  verən  mutasiya  birinci  nəsildə 
fenotipcə  aşkara  çıxır.  Əgər  dominant  mutant  gen  faydalı  olarsa,  yəni 
adaptiv  qiymətə  maliksə,  seçmə  onu  daşıyan  fərdlərin  sayını  get-gedə 
artırır. Dominant gen letal xarakter  daşıyırsa  və  ya tam dölsüzlüyə səbəb 
olursa, onda seçmə onu birinci nəsildə aradan götürə bilər. 
Resessiv  mutasiyaların  populysiyada  müqəddaratı  aşağıdakı  kimi 
olur.  Resessiv  mutasiyanı  daşıyan  fərd,  məsələn,  aa  populyasiyada  get-
gedə  heteroziqot  vəziyyətə  keçir  və  (Aa)-nın  artmasına  səbəb  olur. 
Təsəvvür  edək  ki,  populyasiyada  resessiv  mutant  geni  daşıyan  fərdlər  aa 
tamamilə  aradan  çıxarılmışdır.  Belə  hallarda  seçmə  əmsalı    S=1,  yəni 
mutantın adaptiv qiyməti  W=0 olur. 
 
Populyasiya genetikasına aid izahlı məsələlər 
1.
 
Çovdar  bitkisində  albinosluq  autosom  resessiv  əlamət  kimi 
nəslə  ötürülür.  Tədqiq  olunan  sahədə  84000  bitki  içərisində  210 
albinos  bitki  müşahidə  edilmişdir.  Çovdar  bitkisində  albinosluq  allel 
geninin rastgəlmə tezliyini müəyyən edin. 
Həlli: 
Çovdar  bitkisində  albinosluğun  autosom  resessiv  əlamət  kimi  nəslə 
ötürülməsi  ilə  əlaqədar  olaraq  albinos  bitkilərin  hamısı  aa-resessiv  genə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə