Nuklein turşularinin kimyəvi quruluşU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   82

 
~ 180 ~ 
Cədvəl 11 
Dişi qametlərində A və a 
allellərinin tezliyi 
Erkək qametlərində A və a allellərinin tezliyi 
 
pA 
qa 
pA 
pA∙pA=p
2
AA 
pA∙qa 
qa 
pA∙qa 
qa∙qa=q
2
aa 
 
Deməli  iki  cür  erkək  və  dişi  qametlər  arasında  4  cür  kombinasiya 
meydana gəlir.  
 
 
p
2
AA + pqAa + pqAa + q
2
aa = p
2
AA + 2pqAa + q
2
aa 
Əgər  qametlərin  sıxlığını  p+q=1  götürsək,  onları  əmələ  gətirən 
fərdləri belə ifadə edə bilərik: 
 
 
 
 
p
2
AA + 2pqAa + q
2
aa = 1 
Misal  üçün  belə  təsəvvür  edək  ki,  müəyyən  bir  sahədə  yaşayan 
10000 kürən rəngli tülkü populyasiyası içərisində 9 albinos vardır. Başqa 
sözlə 10000-dən 9991-i kürən və 9-4 albinosdur. 
Hardi-Vaynberq  qanununa  görə  dominant  A  allelini  həm  homoziqot 
AA, həm də heteroziqot Aa formalar daşıyacaqdır. Bunlar birlikdə 99,91%, 
resessiv  homoziqot  aa  fərdlər  isə  0,09%  təşkil  edəcəkdir.  Əgər 
populyasiyada  genotiplərin  cəmi  vahidə  bərabər  olursa,  onda  dominant 
genotipləri  (AA+Aa)  0,9991,  resessiv  genotiplər  isə  (aa)  0,0009  sıxlıqda 
olacaqdır.  Burada  albinos  tülkülər    aa=q
2
=0,0009  olarsa,  onda  bir  allelin 
sıxlığı q= 
 = 0,03 olacaq. p+q=1 düstüruna görə  p=1 - q=1 - 0,03 
=  0,97.  p  və  q  mılum  olduqdan  sonra  heteroziqot  fərdlərin  sıxlığı     pq  = 
0,03∙0,97  =  0,0582,  homoziqot  fərdlərin  sıxlığı  isə      AA  =  p
2
  =  0,97
2
  = 
0,9409  olacaqdır.  Alınan  rəqəmləri  faiz  ilə  ifadə  etsək  populyasiyanın 
genetik tərkibini belə təsəvvür edə bilərik. 
 AA = 94,09 %  Aa = 5,82 % 
aa = 0,09 % 
Deməli  populyasiyada  müəyyən  fenotipləri  hesaba  almaqla  onda 
genotiplərin və allellərin sıxlığını hesablamaq olar. 
 
Populyasiyanın genetik sturukturuna miqrasiyanın və təcrid 
faktorlarının təsiri 
Təbii  populyasiyalarda  və  həmçinin  ayrılıqda  ev  heyvanları  və 
mədəni bitkilərin cins və sortlarının fərdləri arasında allellərin miqrasiyası, 
yəni fərdlərin bir populyasiyadan digər populyasiyalara keçmələri baş verə 
bilər. Əgər bu proses həmişə davam edirsə, buna genlərin axını deyilir. Bir 
populyasiyadan  başqa  populyasiyaya  keçən  allellər  onun  genotipində 


 
~ 181 ~ 
müəyyən  dəyişkənliyə  səbəb  olur.  Eləcə  də,  hər  hansı  səbəbdən 
populyasiyadan müəyyən qrup fərdlərin getməsi, müəyyən allelin sıxlığını 
dəyişdirərək populyasiyalarda  genotiplərin  nisbətinin dəyişilməsinə səbəb 
ola bilər. 
Eyni  növün  populyasiyaları  arasında  bir  populyasiyanın  fərdləri 
tamamilə  və  ya  qismən  digər  populyasiyanın  fərdləri  ilə  hibridləşmirsə, 
nəticədə bu populyasiya təcrid olunma prosesinə məruz qalır. Əgər təcrid 
prosesi  bir  neçə  nəsil  ərzində  davam  edərsə  və  seçmə  faktorları  müxtəlif 
populyasiyalarda  müxtəlif  istiqamətlərdə  təsir  edəcəksə,  onda 
populyasiyaların  differensiasiyası  baş  verəcək.  Gələcəkdə  belə 
populyasiyalar yeni növ müxtəlifliklərin və hətta yeni növlərin başlanğıcı 
ola bilər. Növ daxillində populyasiyaların təcridi coğrafi, ekoloji və bioloji 
faktorlarla  təmin  olunur.  Geoloji  dəyişmələrlə  meydana  gələn  təcridlər 
coğrafi  təcridə  gətirib  çıxara  bilər.  Bunun  nəticəsində  təcrid  olunmuş 
populyasiyaların  fərdlərinin  arasında  hibridləşmə  ehtimalı  azalır  və 
genlərin  mübadiləsi  zəifləyir.  Müəyyən  coğrafi  ərazinin  iqlimi, 
mikroiqlimi,  fəsillərdə  iqlimin  dəyişməsi  və  başqaları  da  bir  növün 
daxilində olan orqanizmlərin sərbəst çarpazlaşmasına mane olur. 
Populyasiya  daxilində  sərbəst  çarpazlaşmanın  qarşısını  alan  bioloji 
faktorlar, genetik və fizioloji faktorlardır. 
Genetik faktorlardan döllü nəslin alınmasının qarşısını alan meyozun 
normal  gedişinin  pozulamsını  qeyd  etmək  olar.  Bu  pozulmanın  səbəbləri 
poliploidiya,  xromosomların  strukturunun  dəyişilmələri,  nüvə  və 
sitoplazmanın 
uyğunsuzluğudur. 
Bu 
səbəblər 
hamısı 
sərbəst 
çarpazlaşmanın qarşısını alaraq dölsüzlüyə, bu da nəticə etibarı ilə genlərin 
sərbəst  kombinasiyasını  məhdudlaşdıraraq  belə  formaları  genetik  təcridə 
gətirib çıxarır. 
Populyasiyaların  təcridinə  fizioloji  faktorlar  da  təsir  edir.  Məs., 
çaylarda kürü tökən dəniz balıqları bir qayda olaraq gələcək nəsil vermək 
üçün  həyata  gəldiyi  çaya  qayıdırlar.  Balıqları  doğma  çaya  qaytaran  bu 
fizioloji  mexanizm,  həmin  çaya  balıq  populyasiyaları  üçün  təcrid  faktoru 
rolunu  oynayır.  Belə  ayrılma,  bir  növə  daxil  olan  fərdlərin  sərbəst 
çarpazlaşmasını məhdudlaşdırır. Heyvanlarda təcrid prosesini şərti refleks, 
məsələn,  sutka  ərzində  və  fəsillərdə  cinsi  aktivliyin  cütləşmədə  seçmə 
qabiliyyəti və s. təmin edə bilər. 
 
 
 
 


 
~ 182 ~ 
Çarpazlaşmanın populyasiyanın genetik strukturuna təsiri 
 
Hər  bir  çarpazlaşma  heteroziqot  genotiplərin  əmələ  gəlməsinə  və 
populyasiyaya  yeni  allellərin  və  genotiplərin  daxil  olmasına  səbəb  olur: 
bunun  nəticəsində  allellərin  tezliyi  genotiplərin  strukturunu  dəyişir,  gen 
tarazlığını pozur. Bu hal xüsusən kəskin fərqlənən heyvan cinsləri və bitki 
sortları  arasında  aparılan  çarpazlaşmada  və  növlərarası  çarpazlaşma 
zamanı  yüksəkdir.  Çarpazlaşmalar  nəticəsində  yeni  əlamət  və 
xüsusiyyətlər meydana gəlir və insan seleksiya prosesində faydalıları ayırır 
və artırır. 
Çarpazlaşma  heteroziqotluğa  gətirib  çıxarır.  Çox  zaman  birinci 
nəsildə  orqanizmlərdə  heterozis  hadisəsi  baş  verir.  Alınan  hibridlərin 
genotipləri  əksər  lokuslarına  görə  heteroziqot  vəziyyətdə  olurlar.  Birinci 
nəsildə  hibridlərin  heteroziqotluğu,  xüsusən  heyvanlarda  həyat 
qabiliyyətinin  və  məhsuldarlığın  artmasına  səbəb  olur.  Heteroziqot 
orqanizmləri  çoxaldanda  gələcək  nəsillərdə  heterozis  effekti  zəifləyir, 
çünki populyasiyada və yaxud cins və sortlar arasında heteroziqot fərdlərin 
sayı azalır, homoziqot fərdlərin isə sayı çoxalır. 
Qeyd  olunan  kompleks  faktorlar:  seçmə,  mutasiya  prosesi,  təcrid, 
genlərin  dreyfi,  miqrasiya,  çarpazlaşma,  populyasiyanın  strukturuna, 
allellərin  və  genotiplərin  nisbətinə  öz  təsirini  göstərir.  Genlərin  tarazlığı 
pozulur, populyasiyanın fərdlərinin fenotipik xüsusiyyətləri dəyişir. 
Beləliklə,  populyasiyanın  genetik  strukturuna  bir  sıra  faktorların 
təsiri  nəticəsində  onların  formalaşması  prosesi  gedir.  Populyasiya 
genetikası  əsasında  alınan  nəticələr,  elementar  təkamül  hadisələrini 
anlamaq  üçün  müasir  təkamül  təliminin  ayrılamz  hissəsi  olub  böyük 
əhəmiyyət kəsb edir. 
 
Populyasiyanın genetik strukturuna mutasiya prosesinin təsiri 
 
Əgər  genlər  mutasiyaya  uğramırsa,  populyasiyada  onların  tezliyinin 
nisbi  olaraq  daimi  qalması  mümkündür.  Lakin  təkamüldə  irsi 
dəyişkənliyin  ilkin  mənbəyini  mutasiyalar  təşkil  edir.  Doğrudur,  gen 
təbiətdə  nadir  hallarda  mutasiyaya  uğrayır,  lakin  genofondda  çoxlu 
miqdarda mutasiyalar baş verə bilər. Yeni mutant genin meydana gəlməsi 
başlanğıc  genin  tezliyini  dəyişir.  Məs.,  A  geni  mutasiyaya  uğrayaraq  a 
geninə  çevrilə  bilər  (A→a).  Bu  qayda  üzrə  baş  verən  hər  yeni  mutasiya 
nəticəsində  populyasiya  öz  sabitliyini  saxlaya  bilmir.  Mutant  genlər 
orqanizmə  müxtəlif  təsir  bağışlaya  bilər,  onlar  faydalı,  zərərli  (letal)  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə