Nuklein turşularinin kimyəvi quruluşU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   82

 
~ 177 ~ 
populyasiyanın  vəziyyətinə  təsirini  və  genetik  potensialın  əlamətlərlə, 
fenotipik  səviyyədə  özünü  büruzə  verməsi  dərəcəsini  və  fenotiplərin 
yaşadığı şəraitdə uyğunlaşmasını müəyyən etməyə imkan verir. 
4.
 
Riyazi  üsul:  populyasiyanın  genetik  sturuktur  dinamikasının 
vəziyyətini əks etdirməyə və genetik faktorların əlamətlərinin nə dərəcədə 
fenotipik özünü büruzə verməsini müəyyən edir. 
 
Populyasiyanın genetik strukturunu təyin edən metodlar 
 
Hər  bir  genetik  populyasiya  müəyyən  genetik  sturuktura  və 
genofonda  malikdir.  Populyasiyanın  genlərinin  cəminə  genofond  deyilir. 
Populyasiyada  hər  bir  genin  və  yaxud  onun  allellərinin  yığımı,  yayılması 
və  tezliyi  onun  genetik  sturukturunu  müəyyən  edir.  Xromosomların 
haploid  yığımı  genlərin  tam  bir  yığımını  və  ya  bir  genomunu  özündə 
cəmləşdirir.  Orqanizmlərin  normada  iki  belə  yığımı,  yəni  diploid  yığımı 
olur. Əgər populyasiyada fərdlərin sayını A götürsək, onda populyasiyanın 
genomunda xromosomların sayı normal diploid halda 2N olacaqdır. 
Populyasiyada  genotiplərin  və  allellərin  nisbəti  hər  bir  konkret  vaxt 
ərzində  və  orqanizmin  hər  bir  nəslində  müəyyən  qanunauyğunluğu  əks 
etdirir.  
Populyasiyanın  genetik  sturukturunu  hər  bir  lokusun  allellərini, 
homoziqot və heteroziqot genotiplərin tezlikləri ilə ifadə etmək olar. 
Müxtəlifcinsli  orqanizmlərdə  sərbəst  çarpazlaşmanın  nəticəsində 
müxtəlif  irsiyyətə  malik  olan  erkək  və  dişi  qametlərin  birləşməsi 
kombinativ dəyişkənliyə gətirib çıxarır. 
Öz-özünə  tozlanan  bitkilərdə  (məsələn,  taxıl,  noxud,  pomidor)  belə 
tozlanma  müntəzəm  olaraq  digər  bitkinin  tozcuğu  ilə  tozlanaraq 
növbələşir. 
Populyasiyada  baş  verən  vacib  proseslərdən  biri  də  genetik 
dəyişkənlikdir  ki,  bu  prosesin  də  əsas  mənbəyi  çoxalmadır.  Irsi 
dəyişkənliyi isə gücləndirən mənbə mutasiya prosesidir, bunun nəticəsində 
yeni  allellər  əmələ  gəlir,  bu  da  öz  növbəsində  əvvəllər  populyasiyalarda 
olmayan yeni fenotiplərin və genotiplərin formalaşmasına səbəb olur. 
Müxtəlif  lokusların  genlərinin  bir-biri  ilə  qarşılıqlı  mübadiləsi  də 
populyasiyaların  genetik  dəyişkənliyinə  təsir  edir.  Bu  genlərin 
koadaptasiyası adlanır. 
Təbii seçmənin təsiri nəticəsində populyasiyanı təşkil edən fərdlərdə 
ətraf  mühitə  uyğunlaşma  kimi  vacib  xüsusiyyət  formalaşır. 
Uyğunlaşmanın  səviyyəsi  populyasiyada  fərdlərin  sayının  artması, 


 
~ 178 ~ 
çoxalmanın intensivliyi və bir sözlə populyasiyanın tərəqqisinin ölçüsünü 
göstərir. 
İlkin  genetik  sturukturun  bir  neçə  nəsillər  ərzində  dəyişməmiş 
qalması,  yəni  allellərin  və  genotiplərin  sabit  qalması  genetik  tarazlıq 
adlanır.  
Populyasiyanın genetik sturukturunun tarazlığı pozulduqda, allellərin 
və genotiplərin tezlik səviyyəsi dəyişir ki, bunun nəticəsində homoziqot və 
heteroziqot genotiplərin nisbəti yenidən qurulur. 
Genetik  populyasiya  fasiləsiz  olaraq  müəyyən  faktorların  təsirinə 
məruz  qalır.  Məsələn,  müxtəlif  tip  çarpazlaşma  və  çoxalma,  təbii  və  süni 
seçmənin  təsiri,  mutasiya  prosesi,  mühitin  dəyişkən  faktorları,  fərdlərin 
miqrasiyası. 
 
Populyasiya və təmiz xətlərin genetik sturukturunda əsas 
qanunauyğunluqlar 
 
XX  əsrin  əvvəllərində  orqanizmlərdə  çəki,  boy  və  digər  kəmiyyət 
əlamətlərinin  irsi  əsasının  olması  və  onların  Mendel  qanunlarına  tabe 
olması müəyyən edildi. 
1903-cü ildə V.İohansen müəyyən etmişdir ki, orqanizmlərdə kəmiy- 
yət  əlamətlərinin  dəyişkənliyi  xarici  mühitin  və  müxtəlif  irsi  faktorların 
təsiri nəticəsində baş verir. 
İohansen  öz  tədqiqatlarını  lobya  bitkisi  üzərində  aparmışdır.  O, 
əsasən  iki  kəmiyyət  əlamətlərinin  öyrənilməsinə  fikir  vermişdir: 
toxumların  ölçüsünə  və  kütləsinə.  O,  bir  neçə  nəsil  üzərində  həmin 
toxumların qarışığından alınmış, yəni süni populyasiya yaradaraq, həm də 
ayrıca  hər  bir  toxumdan  alınmış  nəslin  hesabatını  ayrılıqda  hər  bir  bitki 
üzərində aparmışdır. 
İohansen  toxumların  kütləsini  ölçərək  bu  əlamətlərin  kəskin 
dəyişildiyini  müəyyən  etmişdir:  belə  ki,  ayrılıqda  hər  bir  toxumda  çəkisi 
bir bitkidə 100 mq-dan 900 mq arasında tərəddüd etmişdir. 
İlkin əkin materialı və onlardan alınan bitkiləri İohansen populyasiya 
adlandırmışdır.  Lobya  öz-özünə  tozlanan  bitkidir,  buna  görə  də  müxtəlif 
nəsillərdə hər toxumdan alınan bitkilər eyni irsiyyətə malikdirlər. 
Bir toxumdan alınan nəsli İohansen təmiz xətt adlandırmışdır.hər bir 
təmiz xətti çoxaldaraq, toxumların kütləsinin fərdi dəyişkənliyini, 200-dən 
700  mq  arasında  müəyyən  etmişdir.  Müxtəlif  xətlərin  bitkilərində 
toxumların orta çəkisi 350-dən 642 mq arasında tərəddüd edirdi. 
Alınan nəticələr belə fərz etməyə imkan vermişdir ki, müxtəlif təmiz 


 
~ 179 ~ 
xətlərdən  alınan  bitkilərin  irsiyyəti  müxtəlifdir,  lakin  xətt  daxilində 
toxumların çəkisinin müxtəlif olması irsən keçmir və xarici mühitin təsiri 
ilə  müəyyən  olunur.  İohansen  öz-özünə  tozlanan  bitkilərin  kəmiyyət 
dəyişkənliyini  öyrənərək  ilk  dəfə  olaraq  iki  tip  genetik  və  qeyri-irsi 
dəyişkənliyin  mövcudluğunu  göstərmişdir.  O,  belə  nəticəyə  gəlmişdir  ki, 
iki  tip  –  fenotipik  və  genotipik  dəyişkənliyi  bir-birindən  fərqləndirmək 
lazımdır  və  bunun  nəticəsində  “fenotip”  və  “genotip” terminləri  genetika 
elminə ilk dəfə olaraq daxil edilmişdir. 
Müəyyən olunmuşdur ki, təmiz xətlərin daxilində toxumların kütləsi 
bir neçə nəsil ərzində eyni səviyyədə dəyişilməmiş qalır, deməli, seçmənin 
təmiz  xətlərdə  effekti  olmur.  Çünki  bu  təmiz  xəttin  bitkiləri  irsən 
eynidirlər, lakin toxumların kütləsinə və ölçüsünə görə alınan fərqlər mühit 
faktorlarının təsiri ilə müəyyənləşir və nəsildən-nəsilə irsən keçir. 
Populyasiyalarda  seçmənin  müxtəlif  qanunauyğunluğunu  müəyyən 
etmək,  yəni  təmiz  xətlərdə  seçmənin  effektsiz  və  irsən  müxtəlif  olan 
populyasiyalarda  effektli  olması  seleksiya  işində  böyük  əhəmiyyət  kəsb 
etmişdir.  Müəyyən  olunmuşdur  ki,  öz-özünə  tozlanan  bitkilərin 
populyasiyalarından  seçilmiş  bir  başlanğıc  bitkidən  təmiz  xətt,  ondan  isə 
yeni  sort  yaratmaq  olar.  Bu  sortun  daxilində  baş  verən  dəyişkənlik, 
modifikasiya  dəyişkənliyi  olacaq,  yəni  irsən  keçməyən,  lakin  başlanğıc 
irsiyyət  isə  bir  neçə  nəsil  ərzində  qalacaqdır.  İohansen  tərəfindən  irəli 
sürülən müddəa bu günədək öz əhəmiyyətini itirməmişdir. 
 
Hardi–Vaynberq qanunu,  
gen tarazlığı və onu müəyyən edən üsullar 
 
İngilis riyaziyyatçısı Q. Hardi və alman həkimi V.Vaynberq 1908-ci 
ildə  bir-birindən  asılı  olmayaraq  insanın  qan  qrupları  sistemində 
genotiplərin  və  allellərin  əmələ  gəlmə  tezliyini  öyrənmişlər.  Hazırda  bu 
qanun  Hardi-Vaynberq  qanunu  adlanır.  Bu  qanuna  görə,  əgər 
populyasiyada yeni mutasiyalar baş verməzsə və seçmə təsir göstərməzsə, 
onda  populyasiyada  bir  neçə  nəsil  mövcud  olan  allellərin  nisbəti  eyni 
saxlanılır.  A  və  a  allellərininn  ümumi  sıxlığı  vahidə  bərabər  olmalıdır. 
A+a=1.  Bu  qanunda  dominant  allel  (A)  p  ilə,  resessiv  allel  (a)  q  ilə  işarə 
edilir.  Onda  düstur  belə  yazılır:  p+q=1.  Əgər  populyasiyada  A  və  a 
allellərinin sıxlığı bərabər olarsa, onda erkək və dişi orqanizmlərin hər biri 
bərabər miqdarda iki tip qamet hazırlamalıdır: 50% A, 50% a. Bu erkək və 
dişi qametlərin ehtimal kombinasiyaları: 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə