Numerologiya


Üçüncü sətrin keyfiyyət analizi



Yüklə 327,42 Kb.
səhifə5/20
tarix10.01.2023
ölçüsü327,42 Kb.
#98426
1   2   3   4   5   6   7   8   9   ...   20
numerologiya

Üçüncü sətrin keyfiyyət analizi: (Keyfiyyət dərəcəsini müəyyən etmək üçün üçüncü sətirdə olan rəqəmlərin sayının cəmi hesablanır.)

  • Rəqəm yoxdursa (III sətir boşdursa) və ya 1 rəqəm – Ruhən inqilabçı insandır. Ətrafında olan hər şeyi dəyişməyə can atır. Mühitin, iş yerini, bir sözlə, özünü və ətrafındakılarını daim dəyişməyə çalışır.

  • İki rəqəm – Bu insan dəyişikliyə meyllidir, lakin öz istəyi ilə inqilabçı ruhunu boğa bilir.

  • Üç rəqəm – Qeyri-stabil və vərdişləri olan insandır. Bir tərəfdən özündə müxtəlif bağlılıq və vərdişləri birləşdirsə də, digər tərəfdən çox asanlıqla heç bir səbəbi olmadan onlardan imtina edə bilər. Bütün bunlar gözlənilmədən baş verir.

  • Dörd və ya beş rəqəm – Çox stabil insanlardır. Özlərini müxtəlif vərdiş və bağlılıqları ilə mühasirəyə alırlar. Bununla da özləri üçün stabil mühit yaradırlar. Dəyişiklik etməyi ağıllarına belə gətirmirlər.

  • Altı və daha çox rəqəm – Keyfiyyət dərəcəsinin yüklənməsi. Bu insanlar o qədər vərdişlərə malik olurlar ki, axırda özləri vərdişlərindən bezirlər. Çünki həmin vərdişlər həyatda onlara mane olmağa başlayır. Demək olar ki, bu insanlar öz vərdişləri ilə mübarizə edirlər.


Psixomatrisin üçüncü sətri: 15 aprel 1972-ci il doğum tarixli şəxsə məxsusdur
Qeyd: 15 aprel 1972-ci il doğum tarixinə malik şəxsin Psixomatrisinə nəzər salsaq, psixomatrisin III sətri 3 rəqəmdən ibarətdir. Deməli, bu insan qeyri-stabil və vərdişləri olan insandır. Bir tərəfdən özündə müxtəlif bağlılıq və vərdişləri birləşdirsə də, digər tərəfdən çox asanlıqla heç bir səbəbi olmadan onlardan imtina edə bilər.

Psixomatrisin sütunlarıRedaktə


Psixomatrisin şaquli cizgi üzrə 3 sütunu vardır. Sütunların keyfiyyət dərəcələrini müəyyənləşdirmək üçün həmin sütundakı müvafiq rəqəmlərin sayının cəmi götürülür.
Qeyd: Sətrdəki rəqəmlər riyazi deyil simvolik məna daşıyır. Yəni, hər bir simvol vahidə bərabərdir. Əgər I sütunda "1" xanasında iki simvol, "2" xanasında bir simvol, "3" xanasında simvol yoxdursa, I sütunun keyfiyyət dərəcəsi:2+1+0=3 (3)olaraq qiymətləndirilir.

Yüklə 327,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə