Ödəniş və Hesablaşma Sistemləri Komitəsi Beynəlxalq Qiymətli Kağızlar Komitələri Təşkilatının İdarə Heyəti



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə12/33
tarix01.11.2017
ölçüsü0,76 Mb.
#8034
1   ...   8   9   10   11   12   13   14   15   ...   33

24 

 

4.3.2: Bu maliyyə resursları ödəniş sistemləri və ya QKHS-in cari və mümkün gələcək tələblərini yüksək 



müəyyənlik  dərəcəsi  ilə  hansı  dərəcədə  əhatə  edir?  Ödəniş  sistemləri  və  ya  QKHS  bu  maliyyə 

resurslarının yetərliliyini hansı tezlikdə qiymətləndirir? 

4.3.3:  Əgər  ödəniş  sistemləri  və  ya  QKHS  hesablaşma  zəmanəti  olmayan  TXH  sistemləridirsə,  onun 

iştirakçıları  ödəniş,  klirinq  və  hesablaşma  proseslərindən  irəli  gələn  kredit  təsirləri  ilə  qarşılaşırmı? 

Sistemdə kredit təsirləri vardırsa, sistem onları necə monitorinq edir və ölçür? 

4.3.4:  Əgər  ödəniş  sistemləri  və  ya  QKHS  hesablaşma  zəmanəti  olmayan  TXH  sistemləridirsə  və 

iştirakçıları  arasında  kredit  təsirləri  varsa,  ödəniş  sistemləri  və  ya  QKHS-in  maliyyə  resursları  ən  azı 

toplam  halında  sistemdə  ən  iri  kredit  təsirinə  səbəb  ola  biləcək  iki  iştirakçının  və  onların  törəmə 

təşkilatlarının defoltunu qarşılamaq üçün hansı səviyyədə maliyyə resurslarına malikdir? 

Əsas  mülahizə  4:  MBİ  iştirakçılarının  onun  qarşısında  istənilən  öhdəliyi  baxımından  hər  hansı 

fərdi və ya birgə defoltunun nəticəsi olaraq üzləşə biləcəyi kredit itkilərini tam yoluna qoyan dəqiq 

qayda və prosedurları müəyyən etməlidir. Bu qayda və prosedurlar potensial olaraq qarşılanmayan 

kredit itkilərinin  necə  paylaşdırılmasını,  o cümlədən MBİ-ninlikvidlik  provayderlərindən borc ala 

biləcəyi  istənilən  vəsaitlərin  necə  qaytarılmasını  əhatə  etməlidir.  Bu  qayda  və  prosedurlar  MBİ-

ninstress  hadisəsi  zamanı  istifadə  edə  biləcəyi  istənilən  maliyyə  resurslarının  onun  sağlam  və 

təhlükəsiz fəaliyyətini davam etdirməsi üçün bərpa edilməsi prosesini də əks etdirməlidir. 

4.4.1:  MBİ-ninqayda  və  prosedurları  iştirakçıların  onun  qarşısında  istənilən  öhdəlikləri  baxımından  hər 

hansı  fərdi  və  ya  birgə  defoltunun  nəticəsi  olaraq  üzləşə  biləcəyi  hər  hansı  kredit  itkilərini  tam  şəkildə 

necə həll edir? MBİ-ninqayda  və prosedurları qarşılanmayan kredit  itkilərini, o cümlədən onun likvidlik 

provayderlərindən ala biləcəyi istənilən vəsaitlərin ödənilməsini necə və hansı ardıcıllıqla həll edir? 

4.4.2: Stress hadisəsi zamanı tükənmiş maliyyə resurslarının yenidən bərpa edilməsi üzrə MBİ-ninqayda 

və prosedurları hansılardır? 

 

Prinsip 5: Girov 



Əsas mülahizə 1: MBİ ümumiyyətlə girov kimi qəbul etdiyi aktivləri aşağı kredit, likvidlik və bazar 

risklərindən məhdudlaşdırmalıdır. 

5.1.1:  MBİ  müstəsna  hallarda  belə  qəbul  edəcəyi  girov  daxil  olmaqla  girov  kimi  qəbul  edilə  bilinən 

xüsusi  aktivi  necə  müəyyən  edir?  MBİ  bu  determinantları  hansı  tezlikdə  yeniləndirir?  MBİ  müstəsna 

əsasda girovu hansı tezlikdə qəbul edir və belə girovun qəbul edilməsinə limit müəyyən edirmi? 

5.1.2: MBİ girovun tətbiq edilə bilən qəbul edilmiş meyarlara uyğun olduğunu necə monitorinq edir? 

5.1.3:  MBİ  mümkün xüsusi riskin  yaranmasını necə müəyyən edir və  aradan qaldırır  -  məs, qəbul etdiyi 

girovu məhdudlaşdırmaqla (girovun yığım limitləri daxil olmaqla)? 

Əsas mülahizə 2: MBİ prudensial qiymətləndirmə təcrübələrini yaratmalı, müntəzəm testləşdirilən 

"kəsmə"lər hazırlamalı və gərgin bazar şəraitini nəzərə almalıdır. 

5.2.1: MBİ girovu hansı tezlikdə bazara uyğunlaşdırır və və bunu ən azı gündəlik edirmi? 

5.2.2: Bazar qiymətləri qiymətləndirilən aktivlərin həqiqi qiymətini əks etdirmədikdə MBİ hansı dərəcədə 

hərəkət azadlığına malikdir? 

5.2.3: MBİ "kəsmə"ni necə müəyyən edir? 



25 

 

5.2.4:  MBİ  "kəsmə"nin  yetərliyini  və  prosedurlarını,  o  cümlədən  girovun  likvidləşdiriləcəyi  bazar 



şəraitinin gərginliyi zamanı aktivlərin dəyərindəki mümkün azalmanı necə testləşdirir? MBİ bu testi hansı 

tezlikdə həyata keçirir? 



Əsas mülahizə 3: Prosiklik tənzimləmələrə olan ehtiyacı azaltmaq üçün MBİ praktiki və prudensial 

dərəcədə  gərgin  bazar  şəraitinin  dövrlərini  daxil  etmək  üçün  yoxlanılan  sabit  və  konservativ 

"kəsmə"lər yaratmalıdır. 

5.3.1:  MBİ  "kəsmə"  ölçülərinin  mümkün  dövriliyini  necə  müəyyən  edir  və  qiymətləndirir?  MBİ  dövri 

tənzimləmələrə  olan  ehtiyacların  azaldılmasını  necə  nəzərə  alır  ("kəsmə"lərin  ölçülməsi  zamanı  gərgin 

bazar şəraitlərinin birləşdirilməsi)? 



Əsas  mülahizə  4:  MBİ  müəyyən  aktivlərin  əhəmiyyətli  əks  qiymət  təsiri  olmadan  ləğv  etmək 

imkanının  pisləşə  biləcəyi  hallarda  belə  aktivlərin  mərkəzləşdirilmiş  şəkildə  saxlanılmasından 

çəkinməlidir. 

5.4.1:  Ləğvetmə  zamanı  potensial  əks  qiymət  təsirlərini  məhdudlaşdırmaq  üçün  müəyyən  aktivlərin 

mərkəzləşdirilmiş şəkildə saxlanılmasını  müəyyən etmək  və ondan çəkinmək məqsədilə MBİ-nin həyata 

keçirdiyi  siyasət  nədən  ibarətdir?  Bu  siyasət  müəyyən edilərkən hansı  amillər  (məs, əks  qiymət  təsirləri 

və ya bazar şəraiti) nəzərə alınır? 

5.4.2: MBİ adekvatlığı müəyyən etmək üçün konsentrasiya siyasət və təcrübələrini necə nəzərdən keçirir 

və qiymətləndirir? MBİ bu siyasət və təcrübələrini hansı tezlikdə nəzərdən keçirir və qiymətləndirir? 

Əsas  mülahizə  5:  Beynəlxalq  girov  qəbul  edən  MBİ  onun  istifadəsi  ilə  əlaqəli  riskləri  aradan 

qaldırmalı və girovdan vaxtında istifadəni təmin etməlidir. 

5.5.1:  Beynəlxalq  girov  qəbul  edən  MBİ-nin  üzləşdiyi  hüquqi,  əməliyyat,  bazar  və  digər  risklər 

hansılardır? MBİ bu riskləri necə aradan qaldırır? 

5.5.2: MBİ sərhədlərarası girovdan vaxtında istifadəni necə təmin edir? 



Əsas  mülahizə  6:  MBİ  yaxşı  tərtib  edilmiş  və  əməliyyat  baxımından  çevik  olan  girovun  idarə 

edilməsi sistemindən istifadə etməlidir. 

5.6.1: MBİ-nin girovun idarə edilməsi sistemlərinin əsas xüsusiyyətləri hansılardır? 

5.6.2:  MBİ  girovdan  yenidən  istifadəni  və  təmin  edilmiş  girov  üzərində  hüquqlarını  necə  və  hansı 

dərəcədə izləyir? 

5.6.3:  MBİ-nin  girovun  idarə  edilməsi  sistemləri  girovun  davamlı  monitorinqi  və  idarə  edilməsindəki 

dəyişiklikləri necə və hansı dərəcədə tənzimləyir? 

5.6.4:  Girovların  idarə  edilməsi  sistemləri  hətta  bazarda  stress  yaşanan  vaxtlarda  belə  əməliyyatların 

rəvanlığını təmin etmək üçün kadr imkanları necədir? 

 

Prinsip 6: Marja 

 

MTM  iştirakçıları  qarşısında  bütün  məhsullara  görə  kredit  risklərini  risk  əsaslı  və  müntəzəm 



nəzərdən keçirilən effektiv marja sistemi vasitəsilə əhatə etməlidir. 

Maliyyə  riskinin  idarə  olunması  və  maliyyə  resursları  prinsipləri  arasında  geniş  qarşılıqlı  əlaqə 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə