Ödəniş və Hesablaşma Sistemləri Komitəsi Beynəlxalq Qiymətli Kağızlar Komitələri Təşkilatının İdarə Heyəti


hesablaşmalarını  və  müvafiq  hallarda,  günlük  və  ya  bir  neçə  günlük  hesablaşmalarını  yüksək



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə15/33
tarix01.11.2017
ölçüsü0,76 Mb.
#8034
1   ...   11   12   13   14   15   16   17   18   ...   33

30 

 

hesablaşmalarını  və  müvafiq  hallarda,  günlük  və  ya  bir  neçə  günlük  hesablaşmalarını  yüksək 



əminlik  dərəcəsi  ilə  həyata  keçirmək  üçün  bütün  müvafiq  valyutalarda  yetərli  likvid  resurslara 

malik olmalıdır,  bu  ssenarilərə  bununla  məhdudlaşmamaq şərtilə  fövqəladə və ya  mümkün  bazar 

şəraitində ən iri ümumi ödəniş öhdəliyi yarada bilən iştirakçı və onun törəmə təşkilatlarının defoltu 

daxildir. 

7.3.1: MBİ və ya QKHS geniş çeşidli potensial stress test ssenariləri əsasında ödəniş öhdəliklərinin eyni 

gündəki  hesablaşmalarını  və  müvafiq  hallarda,  günlük  və  ya  bir  neçə  günlük  hesablaşmalarını  yerinə 

yetirmək  üçün  bütün  valyutalarda  olan  likvid  resursların  məbləğini  necə  müəyyən edir?  Bunu müəyyən 

etmək  üçün  ödəniş  sistemləri  və  ya  QKHS  hansı  potensial  stress  test  ssenarilərindən  istifadə  edir  (bu 

ssenarilərə  bununla  məhdudlaşmamaq  şərtilə  ekstremal,  yaxud  mümkün  bazar  şəraitində  ən  iri  ümumi 

ödəniş öhdəliyi yarada bilən iştirakçı və onun törəmə təşkilatlarının defoltu daxildir)? 

7.3.2:  MBİ  və  ya  QKHS-nin  hər  valyutada  qarşılamalı  olduğu  likvidlik  çatışmazlığının  hesablanmış 

ölçüsü nə qədərdir? 

Əsas mülahizə 4: MBİ öz minimum likvid resurs tələbini qarşılamaq məqsədilə istənilən valyutada 

onun  mühüm  likvid  resurslara  emitent  mərkəzi  bankda  və  kredit  qabiliyyətli  kommersiya 

banklarındakı  nağd  pul,  ayrılmış    kredit  xətləri,  xarici  valyutada  svop  müqavilələri,  repo  üzrə 

sövdələşmələr,  həmçinin  saxlancda  saxlanılan  bazarda  tez  realizə  edilə  bilən  girov  və  hətta 

fövqəladə,  lakin  mümkün  bazar  şəraitində  tez  istifadə  olunmaq  imkanına  malik  olan  əvvəlcədən 

müəyyən edilmiş və yüksək dərəcədə etibarlı maliyyələşmə mexanizmləri olan tez nağd pula çevrilə 

bilən investisiyalar daxildir. MBİ-ninemitent mərkəzi bankın kreditinə müntəzəm çıxışı olduqda o, 

bu  çıxışı  müvafiq  mərkəzi  banka  təminat  kimi  qoyula  bilən  girovun  olması    şərtilə  minimum 

tələbinin   bir  hissəsi  kimi   hesab edə   bilər. Ehtiyac olduğu halda bütün  bu  tip resurslar mümkün 

olmalıdır.  

7.4.1:  MBİ-ninhər  valyutada  saxladığı  mühüm  likvid  resursların  ölçüsü  və  tərkibi  nədən  ibarətdir?  Bu 

resurslar hansı tərzdə və hansı zaman kəsiyində onun üçün mümkün ola bilər? 

7.4.2:  Asanlıqla  mümkün  olan  girov  və  investisiyaları  nağdlaşdırmaq  üçün  MBİ  əvvəldən  hansı 

maliyyələşdirmə qaydalarını müəyyən etmişdir? Bu qaydaların fövqəladə, lakin mümkün bazar şəraitində 

yüksək dərəcədə etibarlılığını MBİ necə müəyyən edib? MBİ öz likvid resurslarını qiymətləndirdikdə hər 

hansı potensial maneələr müəyyən edibmi? 

7.4.3:  Əgər  MBİ-ninemitent  mərkəzi  bankda  eyni  tipli  kreditə  çıxışı  vardırsa,  MBİ-ninhəmin  valyutada 

minimum likvid resurs tələbini qarşılamaq üçün müvafiq borclanma tutumu nə qədərdir? 

7.4.4: Ödəniş öhdəliklərini vaxtında yerinə yetirmək üçün MBİ-ninhər valyutada mühüm likvid resursları 

onun müəyyən edilmiş minimum likvidlik resursları tələbini hansı ölçü və mümkünlük dərəcəsində əhatə 

edir? 


Əsas mülahizə 5: MBİ öz mühüm likvid resurslarına likvid resursların digər formalarını əlavə edə 

bilər. Bunu etdiyi təqdirdə, hətta əgər fövqəladə bazar şəraitində etibarlı şəkildə əvvəldən müəyyən 

etmək və ya zəmanət vermək mümkün olmasa belə, bu likvid resurslar kredit xətləri, svoplar və ya 

repolar  üçün  defoltdan  sonra  xüsusi  əsasda  satıla  və  ya  qəbul  edilə  bilən  aktivlər  formasında 

olmalıdır. Hətta MBİ eyni tipli mərkəzi bank  kreditinə çıxışı olmazsa, o, yenə də bir qayda olaraq 

müvafiq  mərkəzi  bank  tərəfindən  girov  kimi  nəyin  qəbul  edildiyini  nəzərə  almalıdır,  çünki  belə 

aktivlərin  gərgin  şəraitdə  likvid  olma  ehtimalı  vardır.  MBİ  likvidlik  planının  bir  hissəsi  kimi 


31 

 

mərkəzi bankın fövqəladə kreditinin mövcudluğunu nəzərə almamalıdır.   

7.5.1: MBİ üçün mövcud istənilən əlavə likvid resursların ölçü və tərkibi necədir? 

7.5.2:  Hətta  bunu  fövqəladə  bazar  şəraitində  əvvəldən  etibarlı  şəkildə  müəyyən  etmək  və  ya  zəmanət 

vermək  mümkün olmasa belə, bu  aktivlərin müvafiq valyuta əldə etmək üçün  girov kimi  satılmaq və  ya 

qəbul edilmək ehtimalını MBİ necə və hansı əsasda müəyyən edib? 

7.5.3: Bu əlavə aktivlərin hansı hissəsi müvafiq mərkəzi bankda potensial girov kimi müəyyən edilir? 

7.5.4:  MBİ  hansı şəraitdə əlavə likvid resurslardan mühüm likvid  resurslarına  avans şəkilində və  ya ona 

əlavə olaraq istifadə edə bilər? 

7.5.5:  MBİ-nin  mühüm  likvid  resursları  və  onun  əlavə  likvidlik  resurslarının  ölçü  və  mümkünlüyü 

likvidlik  resurslarının  adekvatlığının  müəyyən  edilməsi  üçün  MBİ-ninstress  test  proqramı  vasitəsilə 

müəyyən etdiyi müvafiq likvidlik ehtiyaclarını hansı dərəcədə ödəyir (bax. əsas mülahizə 8)? 



Əsas  mülahizə  6:  MBİ  ciddi  ehtiyat  tədbirləri  vasitəsilə  istər  MBİ-nin  iştirakçısı  olsun,  istərsə  də 

kənar  tərəf  olsun,  minimum  tələb  olunan  mühüm  likvid  resurslarının  hər  provayderinin  onunla 

əlaqəli  likvidlik  risklərini başa  düşməsi və  idarə  etməsi  üçün mümkün  məlumata  malik olduğuna, 

həmçinin  öhdəliyi  əsasında  fəaliyyət  göstərmək  imkanına  malik  olduğuna  yüksək  dərəcədə  əmin 

olmalıdır.  Likvidlik  provayderinin  xüsusi  valyutada  fəaliyyətinin  qiymətləndirilməsi  zamanı 

müvafiq  hallarda  likvidlik  provayderinin  emitent  mərkəzi  bankın  kreditinə  potensial  çıxışı  nəzərə 

alına bilər. MBİ likvidlik provayderində öz likvidlik resurslarının qiymətləndirilmə prosedurlarını 

müntəzəm əsasda testləşdirməlidir. 

7.6.1:  MBİ  minimum  tələb  olunan  mühüm  likvidlik  resurslarına  cavab  vermək  üçün  likvidlik 

provayderindən  istifadə  edirmi?  MBİ-ninlikvidlik  provayderləri  kimlərdir?  MBİ  bu  likvidlik 

provayderindən  hər  birinin  hər  valyutada  stressli  şərait  daxil  olmaqla  davamlı  əsasda  əlaqəli  likvidlik 

risklərini  başa  düşməsi  və  idarə  etməsi  üçün  mümkün  məlumata  malik  olduğunu  necə  və  hansı  əsasda 

müəyyən edib? 

7.6.2:  MBİ  likvidlik provayderindən hər birinin davamlı  əsasda hər müvafiq valyutada öhdəliyini  yerinə 

yetirmək imkanının olduğunu necə müəyyən edir? 

7.6.3: MBİ likvidlik provayderinin aidiyyatı mərkəzi bankdakı kreditə potensial çıxışını necə nəzərə alır? 

7.6.4:  MBİ  likvidlik  provayderində  likvid  resursların  qiymətləndirilməsi  prosedurlarının  etibarlı  və 

zamanında olmasını müntəzəm olaraq necə testləşdirir? 

Əsas mülahizə 7: Mərkəzi bank hesablarına, ödəniş və ya qiymətli kağızlar xidmətlərinə çıxışı olan 

MBİ  praktiki  əhəmiyyət  daşıdığı  halda  likvidlik  riskinin  idarə  olunmasını  gücləndirmək  üçün  bu 

xidmətlərdən istifadə etməlidir. 

7.7.1:  MBİ-nin  ödənişlər  və  hesablaşmaları  həyata  keçirmək  və  müvafiq  valyutada  likvidlik  risklərini 

idarə etmək üçün müvafiq mərkəzi bankda istifadə oluna bilən hesablara, ödəniş xidmətlərinə və qiymətli 

kağızlar  xidmətlərinə  hansı  dərəcədə  çıxışı  vardır  və  ya  çıxış  əldə  etmək  hüququnun  səviyyəsi  nədən 

ibarətdir? 

7.7.2:  MBİ  ödəniş  və  hesablaşmalarını  həyata  keçirmək  və  hər  müvafiq  valyutada  likvidlik  risklərini 

idarə etmək üçün hər müvafiq mərkəzi bankda bu xidmətlərin hər birindən hansı dərəcədə istifadə edir? 

7.7.3: Əgər MBİ müvafiq mərkəzi banklar tərəfindən təmin edilən xidmətlərdən başqa digər xidmətlərdən 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə