Ödəniş və Hesablaşma Sistemləri Komitəsi Beynəlxalq Qiymətli Kağızlar Komitələri Təşkilatının İdarə Heyəti



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə13/33
tarix01.11.2017
ölçüsü0,76 Mb.
#8034
1   ...   9   10   11   12   13   14   15   16   ...   33

26 

 

olduğundan, bu Prinsip, müvafiq olduğu təqdirdə, kredit riski haqqında Prinsip 4, girov haqqında Prinsip 



5,  likvidlik  riski  haqqında  Prinsip  7-nin  kontekstində  nəzərdən  keçirilməlidir.  Bu  Prinsip  həmçinin, 

müvafiq olduğu  təqdirdə, hesablaşma  tamlığı haqqında  Prinsip 8,  əməliyyat  riski  haqında  Prinsip 17  və 

digər Prinsiplərin kontekstində nəzərdən keçirilməlidir. 

Əsas  mülahizə  1:  MTM  risklərə,  hər  məhsula,  portfelə  və  xidmət  etdiyi  bazara  müvafiq  marja 

səviyyələrini müəyyən edən marja sisteminə malik olmalıdır. 

Marja metodologiyasının təsviri 

6.1.1: Xüsusilə cari və potensial gələcək tələblər baxımından MTM-in marja sisteminin ümumi çərçivəsi 

nədən ibarətdir?  Əgər MTM  marja sistemindən istifadə etmirsə,  riskləri aradan qaldırmaq  üçün o, hansı 

risklərin  idarə  olunması  tədbirindən  istifadə  edir?  Bu  tədbirlər  ekvivalent  nəticələri  hansı  dərəcədə 

çatdırır? 

6.1.2:        Marja metodologiyası sənədləşdirilibmi? 

6.1.3:  İştirakçıların  fərdi  risklərin  idarə  olunması  səylərində  istifadəsi  üçün  nəzərdə  tutulan  marja 

metodologiyası nə dərəcədə təfərrüatlıdır? 



Kredit tələbləri 

6.1.4:  Hər  məhsul,  portfel  və  xidmət  göstərdiyi  bazar  baxımından  MTM-in  kredit  tələblərinin 

determinantları hansılardır? 

6.1.5:  MTM-in  marja  tələbləri  risklərə,  hər  məhsula,  portfelə  və  xidmət  etdiyi  bazara  nə  dərəcədə 

müvafiqdir? 

Əməliyyat komponentləri 

6.1.6:  MTM  iştirakçının  mövqeyinin  tələb  olunan  marjasının  azlığına  səbəb  ola  bilən  uğursuz  ödəniş 

riskini necə ünvanlayır? 

6.1.7:  MTM  marjaların  toplanması və ödənişlər  üçün zaman çərçivəsini necə tətbiq edir? Əgər MTM-in 

iştirakçıları müxtəlif vaxt zonalarını təmsil edirsə, MTM yerli fond bazarlarındakı fərqlərdən və müvafiq 

ödəniş və hesablaşmalar sistemlərindəki əməliyyat saatlarından irəli gələn məsələləri necə həll edir? 



Əsas  mülahizə  2:  Marja  sistemi  üçün  MTM-in  etibarlı,  zamanında  verilən  qiymət  məlumatları 

mənbəyi  olmalıdır.  MTM-in  prosedurları  və  sağlam  qiymətləndirmə  modelləri  qiymət 

məlumatlarını asanlıqla əldə edə bilməli, yaxud etibarlı olmayan halları ünvanlamalıdır. 

Qiymət məlumatlarının mənbələri 

6.2.1:  MTM-in  marja  modelinin  qiymət  məlumatlarının  mənbələri  hansılardır?  İlkin  marjanı  müəyyən 

etmək üçün MTM hansı məlumatlardan istifadə edir? 

6.2.2:  MTM  istifadə  etdiyi  qiymət  məlumatlarının,  o  cümlədən  müvafiq  olduğu  hallarda  üçüncü  tərəfin 

təqdim etdiyi qiymətlərin zamanında və etibarlı olduğunu necə müəyyən edir? 

 

Qiymətlərin hesablanması 

6.2.3:  Qiymətlər asanlıqla əldə edilə bilən,  yaxud etibarlı olmadıqda,  marja  tələblərini  hesablamaq üçün 

MTM qiymətləri necə dəyərləndirir? 

6.2.4:  Qiymətlər  asanlıqla əldə edilə bilən,  yaxud  etibarlı olmadıqda,  qiymətlər,  yaxud  marja  tələblərini 




27 

 

dəyərləndirmək üçün istifadə olunan modelləri MTM necə təsdiqləyir? MTM qiymətləndirmə prosesinin 



müstəqilliyini necə təmin edir? 

Əsas  mülahizə  3:  MTM  risk  yönümlü  ilkin  marja  modelləri  və  parametrlərini  qəbul  etməli  və 

iştirakçının  defoltundan  sonrakı  son  marja  toplanması  və  mövqelərin  bağlanması  arasındakı 

intervalda  iştirakçılar  qarşısında  potensial  gələcək    tələbləri  qarşılamaq  üçün  yetərli  marja 

tələblərini  müəyyən  etməlidir.  İlkin  marja  gələcək  tələbin  hesablanmış  paylanması  baxımından 

müəyyən  edilmiş  ən  azı  99%  birtərəfli  inam  səviyyəsinə  uyğun  olmalıdır.  Marjanı  portfel 

səviyyəsində  hesablayan  MTM  üçün      bu  tələb  gələcək  tələbin  hər  portfelə  paylanmasına  şamil 

olunur.  Marjanı  daha  təfərrüatlı  səviyyədə,  məs,  alt-portfel  səviyyəsində,  yaxud  məhsul  üzrə 

hesablayan  MTM  üçün  tələbə  gələcək  tələbin  müvafiq  paylaşdırması  üçün  riayət  olunmalıdır. 

Model  (a)  effektiv  hecləşdirmə  üçün  zaman  kəsimlərinin  konservativ  hesablanması,    yaxud  MTM 

tərəfindən klirinq olunan bu və ya digər məhsul növlərinin likvidasiyasından istifadə etməli (gərgin 

bazar şəraiti daxil olmaqla); (b) kredit riskini ölçmək üçün müvafiq məhsula xas risk amillərini və 

məhsullar  üzrə  portfel  effektlərini  nəzərə  alan  müvafiq  metoda  malik  olmalı  və  (c)  mümkün  və 

prudensial 

dərəcədə 

destabilizasiyaedici, 

prosiklik 

dəyişikliklərə 

olan 

ehtiyacları 

məhdudlaşdırmalıdır. 

İlkin marja modeli 

6.3.1:  MTM-in  ilkin  marja  modelinin dizaynı  necədir?  Potensial  gələcək  tələbləri  müəyyən  etmək  üçün 

istifadə  olunan  metod  daxil  olmaqla  modeli  təfərrüatları  ilə  təsvir  edin.  İlkin  marja  modelinin  əhatə 

olunma səviyyəsi? 

6.3.2:        Marja modelinin fərziyyələri hansılardır? 

6.3.3: MTM marja modelinin əsas parametrləri və inputlarını necə hesablayır (məs, ləğvetmə müddəti və 

inam intervalı)? 

Likvidasiya və nümunə dövrləri  

6.3.4: MTM hər məhsul növünün müvafiq likvidasiya dövrünü necə müəyyən edir? MTM, xüsusi olaraq, 

gərgin bazar  şəraitində  potensial  artmış  likvidasiya  dövlərini necə nəzərə  alır?  Bu  təhlildə  hansı  amillər 

nəzərə  alınır  (məs,  bazar  likvidliyi,  iştirakçının  defoltunun  bazarda  üstünlük  təşkil  edən  şəraitə  təsiri, 

mövqe konsentrasiyasının əks təsirləri və MTM-in hecləşdirmə imkanı)? 

6.3.5:  MTM  marja  modelində  istifadə  olunan  tarixi  məlumatlar  üçün  müvafiq  nümunə  müddətini  necə 

müəyyən  edir?  Hansı  amillər  nəzərə  alınır  (məs,  yeni,  cari  və  ötən  volatilliklərin  əks etdirilməsi,  yaxud 

böyük tarixi olmayan yeni məhsullar üçün simulyasiya məlumatlarından istifadə)? 

6.3.6: MTM ani likvidasiya ilə onun əks qiymət effektləri arasındakı əlaqəni necə nəzərdən keçirir? 

Prosiklik və xüsusi əks əlaqə riski  

6.3.7:  MTM  marja  metodologiyasındakı  prosikliyi  necə  müəyyən  edir?  MTM  destabilizəedici  prosiklik 

dəyişikliklərin məhdudlaşdıracaq dərəcədə tətbiqi və prudensial marja tələblərini necə qəbul edir? 

6.3.8:        MTM xüsusi əks əlaqə riskini necə müəyyən edir və aradan qaldırır? 

 

Əsas  mülahizə  4:  Cari  risklərin  artmasını  məhdudlaşdırmaq  üçün  MTM  iştirakçı  mövqelərini 

bazara uyğun ən azı gündəlik tənzimləməli və dəyişkən marjanı toplamalıdır. MTM-in iştirakçılara 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə