Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə16/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   12   13   14   15   16   17   18   19   ...   213

FARUQ SÜMƏR 

34 


 

Ədiz. Bu budunun daha əvvəllər altı oğuzlarla qonşu olaraq Kəmçik ça-

yı boyunda, əsasən Çırğak yörəsində yaşadığı məlum idi. Çox diqqətəlayiq-

dir  ki,  ədizləri  İl-təriş  və  onun  oğlu  Bilgə  kağan  dövründə  oğuzların  qon-

şuları kimi görürük. Ədizlər iki boydan ibarət idilər.  



Uyğur. Yurdları Selenqa boyunda idi. Göytürklərin hakimiyyəti altında-

kı bir çox digər türk qövmləri kimi onların da «il-təbir» titullu bir başbuğları 

və ya kralları olduğu görünür. Uyğurlar Şinə-Usu kitabəsində açıqca göstə-

rildiyi kimi on boydan ibarət idilər.  



Basmıl. Varlıqlarını göytürklərdən sonra da uzun müddət mühafizə edən 

basmılların Beşbalıq tərəflərində yaşadıqları bilinir. Hökmdarları idi-küt ün-

vanını daşıyırdı.  

Yer-bayırku.  Abidələrdə  yer-bayırkuların  yurdu  şimal  istiqamətində 

uzaq bir bölgə  olaraq  göstərilir. Bu bölgənin  Baykalın  şərq sahillərində  ol-

ması ehtimal edilir. Abidələrdə bu qövmdən bir dəfə bəhs olunur. Bilgə ka-

ğan dövründə başçıları  Uluğ  İrkən (Ərkin)  ünvanlı bir boy idi. Uluğ  İrkən 

Bilgə  kağanın  üzünə  ağ  olduğu  üçün  (yağı  boldı)  hücuma  məruz  qalaraq 

Türki Yarğun gölündə baş verən vuruşmada məğlub edilmiş və az sayda bir 

dəstə ilə qaçıb qurtulmuşdu, Kül-Təginin qırğız səfərində mindiyi və vuruş-

mada budu sınan Bayırkunun ağ ayğırı Uluğ İrkənin döyüşdə ələ keçirilmiş 

atı olmalıdır.  

Kaşğari


1

 türk  dünyasının  şərqində  yaşayan  yabaku  adlı  bir  qövmdən 

bəhs edir. Onların Bükə Burdaç titullu bir başbuğları da vardır. Bükə Burdaç 

qaraxani torpaqlarına böyük bir qüvvə ilə hücum etmiş, lakin qaraxanilərdən 

Bəkəç Arslan-Təkin tərəfindən məğlub edilərək əsir alınmışdır. Yabakuların 

adının yer-bayırku adının qısaldılmış variantı olduğu ağla gəlir.  



Kıtay. Tatarlar kimi monqol mən

Ş

əli olan bu qövmün də adı əksər hal-



larda tatabı budunu ilə birlikdə çəkilir. Tatabı budununun çinlilərin həmişə 

kıtaylarla (kı-tan) zikr etdikləri hi qövmü olduğu anlaşılmışdır. Kıtaylar fa-

teh bir qövm olaraq X əsrdə Şimali Çini ələ keçirmiş, oradan qovulduqdan 

sonra  (XII  əsrdə)  Türküstana  köçərək  qüdrətli  bir  imperiya  yaratmışlar.  İs-

lam tarixində onlara qaraxıtay deyilir. Bu da onlara  Çindən qovulduqlarına 

görə verilmiş ola bilər.  



Tatar.  Bu  gün  monqolca  danışan  qövmün  əcdadlarından  olan  tatarlar-

dan abidələrdə bəzən oğuz-tatar kimi bəhs edilir. Tatarlar o vaxt (VII əsrdə) 

30 boy halında olub onlardan ancaq doqquzu siyasi bir birlik təşkil edirmiş-

lər.  Tatarların  oğuzlardan  şərqdə  onlara  qonşu  olaraq  yaşadıqları  anlaşılır. 

Çünki hər iki təşəkkülün (oğuzlarla tatarların) həm göytürklər, həm də uy-

                                                           

1

 Divanü lüğat-it-türk. Kilisli Rüfət nəşri. İstanbul, 1333-1335, I, s. 30, 377; III, s. 27, 173; 



Divanü lüğat-it-türk. Bəsim Atalay tərcüməsi. İstanbul, 1936-1941, I, s. 30, 452; III, s. 36, 

277; [Divanü lüğat-it-türk. Ramiz Əskər tərcüməsi. Bakı, 2006, I, s. 77,  367; III, 32, 214].  

 



OĞUZLAR (TÜRKMƏNLƏR) 

35 


 

ğurlar  dövründə  birlikdə  üsyan  hərəkətlərində  olduqları  bilinir.  Monqollar 

zühur edənə qədər tatar adı xüsusilə türklər və çinlilər tərəfindən monqolca 

danışan bütün qövmlər üçün ümumi ad kimi işlədilmişdir.  



Karluq. Bu qövmün ana yurdu Qara İrtişın sağ sahilindəki Urunğu gölü 

ilə Zaysan gölü arasında idi. Onlar üç boydan ibarət idilər, başbuğları isə el-

təbir  titulu  daşıyırdı.  Onlar  göytürklər  dövründəki  müharibələrdə  uyğurlar 

qədər haldan düşmədikləri üçün göytürklərdən sonra çox mühüm rol oyna-

mış və monqol dövrünə kimi varlıqlarını mühafizə etmişdilər.  

Qırğız. Türk qövmləri arasında oğuzlar kimi varlığını son zamanlara qə-

dər  davam  etdirən  qırğızlar  göytürklər  dövründə  Kögmən  (bugünkü  Tannu 

Ula)  dağının  arxasında  Abakan  çayı  bölgəsində  yaşayırdılar.  Hökmdarları 

kağan  ünvanını  daşıyırdı.  Gerçəkdən,  qırğızların  ikinci  göytürk  dövləti  za-

manında güclü bir vəziyyətdə olduqları müşahidə edilir. Onlar uyğurlar döv-

ründə də öz qüdrətlərini qorumuş, hətta 840-cı ildə uyğurlara hücum edərək 

bir qismini öldürmüş, bir qismini isə qovaraq Orxon bölgəsini əllərinə keçir-

mişlər.  Ancaq  qırğızlar  mədəniyyətcə  geri  qalmış  bir  qövm  olduqlarından 

Orxon bölgəsindəki  türk mədəniyyətini  təxrib etməklə  türk tarixində  mənfi 

rol  oynamışlar.  Sonra  qara-xıtayların  hücumları  qarşısında  (X  əsrin  birinci 

yarısı) davam gətirə bilməmiş, gəldikləri yerə qayıtmışlar. Beləliklə, qırğız-

lar  bu  qədim  türk  yurdunun  monqolca  danışan  qövmlərin  əlinə  keçməsinə 

səbəbkar olmuşlar.  

Az.  Bu  qövm  qırğızların  qonşuluğunda  yaşayır,  başbuğları  da  el-təbir 

ünvanı daşıyırdı. Barthold hazırda Yeniseyin aşağı Turuxan bölgəsində ya-

şayan assinlərin (digər adı: kott) azların qalığı olmasının ehtimal edildiyini 

söyləyir


1

.  


Çik. Bu qövm Kəm çayının o üzündə yaşayırdı. Onlar azlara və qırğız-

lara  yaxın  idilər.  Çiklər  xüsusilə  uyğurlar  dövründə  fəaliyyət  göstərmişlər. 

Buna görə uyğur xaqanı Moyunçur bir neçə dəfə çiklərin üzərinə səfər edə-

rək, onları özünə tabe etmiş, üstlərinə isə bir vali (tutuk) qoymuşdur. İslam 

qaynaqlarında çiklərin adına rastlanmır.  

İzgil.  Bu  qövmün  harada  yaşadığı  bilinmir.  Özü  də  kitabələrdə  tək  bir 

dəfə  adı  çəkilir.  Orada  izgillər  barədə  belə  deyilir:  «Xaqan  əmimin  dövləti 

zəifləyəndə  və  qövm  parçalananda  izgil  budunu  ilə  döyüşdük.  Kül-Təgin 

Alp  Salçı  ağ  atına  minib  hücuma  keçdi.  O  at  orada  yıxıldı.  İzgil  budunu 

məhv oldu»

2

.  



On-oxlar.  552-ci  ildə  Göytürk  dövlətinin  banisi  Bumın  kağan  qardaşı 

İstəminin  məiyyətinə  boyları  ilə  birlikdə  on  türk  bəyini  verərək  ona  qərb 

bölgələrini fəth etməyi tapşırmışdı. İstəmi qısa müddət ərzində mühüm qələ-

bələr qazanaraq Ceyhuna qədər uzanan bütün torpaqları fəth etdi. O, yabğu 

                                                           

1

 Orta Asiya tarixi haqqında dərslər. İstanbul, 1927, s. 30. 



2

 Abidələr, s. 112; ƏTY, I, s. 48. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə