Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə190/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   186   187   188   189   190   191   192   193   ...   213

FARUQ SÜMƏR 

 

398 



 

 

YER ADLARI SIRASINA GÖRƏ OĞUZ BOYLARI 



 

 

Boyun adı 



XVI əsr 

Bu gün 

Kayı   


94 

25 


Avşar (Əfşar)   

86 


53 

Kınık   


81 

46

*



 

Eymür   


71 

28 


Karkın   

62 


34 

Bayındır   

52 

28

**



 

Salur   


51 

22 


Yürəgir  

44 


Çəpni   


43 

36 


İğdir  

43 


14 

Bayat   


42 

32 


Ala-Yundlu  

29 


Kızık  


28 

21 


Yazır  

24 


19 

Dodurğa  

24 

12 


Bəydili  

23 


Büğdüz   

22 



Çavuldur (Çavundur)   



21 

17 


Yıva   

19 (?) 


Döyər   


19 

Qara-Evli  



Peçeneq  



10

***



 

Alka-Bölük (Alkaravlı)  



Baharlu  



 



  

  

 



 

 

 



 

 

                                                           

*

 Bu adda İzmirə aid bir qəsəbə var. 



**

 Yenə bu adda İzmirə aid bir qəsəbə var. 

***

 Şərəfli Qoç-Hisar yaxınlığında Peçeneq-Özü adlı bir yörə də vardır. 




OĞUZLAR (TÜRKMƏNLƏR) 

 

399 



 

 

 

 

 

 

 

 

 

 

ANADOLU və SURİYADAKI TÜRKMƏN 

OYMAQLARI İLƏ İLGİLİ SİYAHILAR 

 

Anadolu və Suriyada yaşayan türkmən oymaqları haqqında bəzi siyahı-



lar  vardır.  Bu  siyahılardan  ən  əskisi  XIV  əsrdə  tərtib  edilmişdir.  Digərləri 

isə  XV,  XVII  və  XVIII  əsrlərdə  meydana  gətirilmişdir  Bunlardan  başqa, 

XIX  əsrdə  Çuxurovada  və  Qərbi  Anadoluda  yaşayan  oymaqlarla  əlaqədar 

siyahılar da vardır. Kitabda yeri gəldikcə bu siyahılardan istifadə edilmişdir. 

türkmən  oymaqlarının  tarixini  tədqiq  etmək  istəyənlərə  kömək  üçün  Katib 

Çələbinin siyahısı orijinalda, digər müəlliflərin siyahılarının türkcə tərcümə-

si aşağıda verilmişdir. 

Ən əski siyahı XIV əsrdə yazılmış “Kitabü icabət is-sail ila mərifət ir-rə-

sail” adlı əsərdədir. Bu siyahı XV əsrın ilk rübündə ölən (1418) Kalkaşəndi 

adlı misirli müəllifin “Sübh ül-aşa”adlı kitabında da var. O, türkmənlərə dair 

başqa  bilgilər  də  verir.  Bundan  dolayı  həmin  müəllifdəki  siyahı  əsas  kimi 

qəbul  olunmuş və “Kitabü icabət  is-sail”dəki  siyahıya istinadən lazımi  dü-

zəlişlər edilmişdir. 

 

1. ƏN ƏSKİ SİYAHI (XIV əsr) 

 

"Ət-Təskif”də



1

 deyildiyinə  görə,  türkmən  oymaqlarının  çox  azına  Şərq 

ölkələrinin  böyüklərinə  göndərilən  məktublar  kimi  məktub  yazılırdı.  Geri 

                                                           

1

 Bu, itmiş bir  əsərdir. Onun məmlük dövləti təşkilatından məmlük əmirlərinə, qazılara və 



digər  dövlət  məmurlarına,  hökmdarlara,  türkmən  və  ərəb  əmirlərinə  yazılacaq  yazılarda 

hansı  ünvanlardan  istifadə  ediləcəyi  haqqında  bürokratlara  bilgi  vermək  üçün  yazılmış  bir 

kitab olduğu anlaşılır. 



FARUQ SÜMƏR 

 

400 



 

qalanlarına  “taətiş-şərifə”  sözü  yazılır.  Bununla  bərabər,  onlara  göndərilən 

mühüm yazılarda yalnız “şərifə” kəlməsi olur. 

1. Türkmənlərdən Murad xoca

1

. Buna əs-sami yazılmır, yalnız adı yazı-



lır. 

2. Bozdoğan oğlunun qardaşı oğlu Böyük Bakiş (Bəgiş?). Buna əs-sami 

yazılmır, yalnız adı yazılır

2



3. Zeyn ül-mülk Bozdoğan. Buna da əs-sami yazılmır, yalnız adı yazılır. 

Ancaq onun üçün “Şərq ölkələrindəki türkmən böyüyü” sifəti adından öncə 

yazılır

3



4. Boz-oxlular. Türkmən İnal oğlu Əli bu icmadandır, əs-sami yazılmır, 

bilinən adı yazılır. 

5. Əlişar oğlu Yaqub. Buna adı və əs-sami yazılır. “Ət-Təskif”də deyil-

diyinə görə, 741-ci ildə (1340/1341) qazı Nəsrəddin bin ən-Nəsai ona (yəni 

Əlişar oğlu Yaquba) belə yazmışdı

4



6. Döğər Salim

5

. Adı və əs-sami



6

 yazılır. 

Bilinməlidir ki, yenə “ət-Təskif”dən nəql edilərək Suriya (Şam) yörələ-

rindəki türkmənlər haqqında bilgi verilmişdir. Həmin kitabda türkmən bəy-

lərindən heç birinə taət

7

 kəlməsi yazılmamışdır. Əgər onlara yazılması lazım 



gələn bir şey olsa, bütün oymaqlarına göndərilən yazılarda mütləq şərif

8

 kəl-



məsi işlənirdi.  

Aşağıdaki oymaqlar türkmənlərdən sayılır: 

Birincisi: boz-oxlar. Dulqədir oğlunun oymağı və daha öncə adı çəkilən  

İnal oğulları bunlardandır. 

İkincisi: üç-oxlar. Ramazan oğulları və özərlilər

9

.



  

Üçüncüsü: avşarlar. Bunlar Hələb türkmənləridır.  

Dördüncüsü: döyərlər

10

. Bunlar Döyər Salimin oymağıdır.  



                                                           

1

 Bizcə, bu, qaraqoyunlulardan Mosul hakimi Verdi xocadır, ancaq başqa biri də ola bilər. 



2

 “İcabət is-sail”də (vərəq 47) Bakişin (Bəgiş) Xarput valisi (naibi) olduğu deyilir.  

3

 “

İcabət is-sail”də Zeynəddin ibn Bozdoğan deyilir ki, doğrusu da budur. Bozdoğan oğul-



larının  XIV  əsrdə  Mosul-Mardin  arasında  yaşayan  bir  ailə  olduğu  anlaşılır.  Bu  ailə  sonra 

Sivas-Kayseri hökmdarı Qazı Bürhanəddinin xidmətinə girmişdi.

 

4

 “İcabət is-sail”də 772-ci il (1370/1371) tarixində deyilir. Əlişar oğlu Yaqub haqqında tari-



xi bilgiyə sahib deyilik. Yalnız Boz-oxda (əsasən Yozqat yörəsi) Qızıl Qocaluya bağlı əli-

şarlu adlı bir oymaq var. İndi bu adda bir çox kənd görünür (Türkiyədə məskun yerlər qı-

lavuzu, I, s.5).  

5

 Mətndə: Salim əd-Dülgəri. “İcabət üs-sai”də doğru olaraq: Salim əd-Dögəri. 



6

 Əs-sami: ulu, yüksək anlamında bir ünvandır. 

7

 Taət: Allahın buyruqlarını yerinə yetirmək, buyruqlarına qarşı çıxmamaq, itaət etmək.  



8

 Şərif: şərəfli. 

9

 Mətndə:  əl-əmriyyə.  “İcabət  üs-sail”də:  əl-əhəriyyə.  Bu  adın  doğrusu  əl-özəriyyə,  yəni 



özərlilərdir. 

10

 Yenə  əd-dülgəriyyə.  “İcabət”də:  əd-dokəriyyə.  1440-ci  ildən  öncə  yazılmış  bir  münşəat 



məcmuəsində  (150  a)  döyərlərin  Cabərdən  Acluna  gəldikləri  və  bu  əsnada  Salimin  nəvəsi 

və Diməşq Xocanın oğlu Qara (?) Əli'nin Aclun naibi, yəni valisi olduğu bildirilir. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə